16 in 17:57olke

“Bakı”lılar “Qarabağ”a darmadağını dərd eləmir

“Bakı”lılar “Qarabağ”a darmadağını dərd eləmir
Yaşar Seyidov: “Bu, zamanın bizə ironiyasıdı”

İyunun 14-də “Qarabağ” “Bakı” ilə yoxlama oyununda qüvvəsini sınadı ki, son dörd mövsümün qalibi ilə həvəskarlar liqasında çıxış edən komandanın duelində qüvvələr nisbətinin bərabər olmayacağı gün kimi aydın idi. Ancaq hesab gözlənilməz oldu. Qurban Qurbanovun yetirmələri Qəhrəman Əliyevin başçılıq etdiyi komandanın qapısından nə az, nə çox – 9 cavabsız top keçirdi. Yoldaşlıq görüşünün baş tutmasında təşəbbüskar tərəf olan ağdamlıların zəif rəqibinə acımaması normalda qarşı tərəfdə qıcıq doğurmalıdı. Axı həm də “Bakı” yaxın keçmişə qədər premyer-liqanın iddialılarından olub, çempionluqlar qazanıb, ölkəmizi ÇL-də və Avroliqada təmsil edib.
“Bakı”nın icraçı direktoru Yaşar Seyidov özünü “sındırmasa” da, alındığını hiss etmək çətin deyil: “Sözsüz ki, “Qarabağ”la oynayırsansa, məğlubiyyəti nəzərə almalısan. Ölkənin bir nömrəsiylə görüşdə təcrübəsi olmayan, akademiyanın 18-19 yaşlı futbolçularından qələbə gözləmək utopiya, “Don Kixotluq” olardı. Təcrübəmdən bilirdim ki, uşaqlar ilk qola qədər dirənəcəklər. Qolu nə qədər gec buraxacaqdılarsa, hesabda sürpriz olması ehtimalı da o qədər artacaqdı. Ancaq 25-30 dəqiqə qapını toxunulmaz saxlaya bildik. “Qarabağ” ikinci hissədə əsas qol silahını meydanda saxladı ki, uşaqlar 5 qol vuran Ndlovunun qarşısını ala bilmədilər. Olsun, o, hücumçudu, işi qol vurmaqdı. Meydandadısa, işini sona qədər yerinə yetirməlidi. Heç “Qarabağ”ın məşqçilərindən də incimirik. “Bakı” indi su üzərindəki yarpaq kimidi. Sonu bilinməyən istiqamət götürmüşük. Heç kimi qınamırıq. Bu, zamanın bizə ironiyasıdı. İndiki şəraitdə dostları belə ayırd etmək çətindi. İşıq olanda kölgə bir o qədər yaxın gəlir adama, ancaq qaranlıq düşəndə kölgə də uzaqlaşır, yox olur. İndi “Bakı” o vəziyyətdədi. Qaranlıq günlərimizdə həqiqi dostlar yox olublar. Əlimizdən nə gəlir? Tarixdə var ki, İngiltərə ilə Fransa arasında yüzillik müharibə vaxtı Janna Dark İsa peyğəmbərin həvaricləri Müqəddəs Mikael və Müqəddəs Yekaterina vasitəsilə tanrı ilə danışır. Tanrıya Fransanın gələcəyindən danışır və ondan ölkəni vəziyyətdən çıxarmaq üçün yol göstərməyi istəyir. Son vaxtlar mən də özümə qapanmışam və “Bakı” üçün dua edirəm. Ramazan ayı duaların qəbul olan ayıdı. Hətta razıyam ki, yandırsınlar məni, təki “Bakı”ya nicat olsun. Akademiyası, bazası, meydançaları olan, ÇL-də, Avroliqanın pley-offunda oynamış klub qalıb Allahın ümidinə. Əlbəttə, təəssüflənirəm. Mətbuatın oyunla bağlı xəbər başlıqlarında “Bakı” aşağılanır. Ancaq bilin ki, bu “Bakı” Quzanlıda “Qarabağ”ı 4 qol vurub udan komandadı. Qapımıza vurulan 9 qoldan 3-nün müəllifi elə “Bakı”nın akademiyasının üzvləri oldu. Buna isə sevinmək lazımdı, üzülmək yox. Ona təəssüflənirəm ki, yetişdirdiyimiz ağac bar verməyə başlayanda, onun meyvələrindən özümüz yox, başqaları dadmağa başladı. Qismət...”
“Bakı”nın təcrübəli çalışdırıcısı Qəhrəman Əliyev isə yetirmələrinin nəticəni çox, “Qarabağ”la tarixi oyunu daha çox xatırlayacaqlarını düşünür: “Qarabağ”dan mənə zəng vuranda tərəddüd etmədən razılaşdım. Baxmayaraq ki, həvəskarlar liqasında çıxış edirik, həftəsonu 1/8 final çərçivəsində “Sabirabad”la oyunumuz var. Ancaq belə komandayla oynamaq fürsəti hər zaman ələ düşmür. Yetirmələrimin çoxunun hətta divizion təcrübəsi belə yoxdu. Dmitri Yeremeyevdən başqa hamısı təcrübəsizdi. Ancaq gənclər üçün bu, çox yaxşı təcrübə oldu. İlk yarıda komandam verdiyim tapşırıqların öhdəsindən bacardıqları qədər gəldi. Bacardıqca rəqibi mərkəzdə qarşılamaq, sıxlıq yaratmaqla onların cərimə meydanmıza keçidini əngəlləmək əsas məqsəd idi. İkinci hissədə heyətdə bir neçə dəyişiklik etdim, daha az oynayan uşaqlara şans verdim. Demirəm ki, əks halda fərq böyük olmazdı. Sadəcə, olan vəziyyəti deyirəm. “Qarabağ”da isə Dino Ndlovu sona qədər meydanda qaldı və təcrübəsindən yararlanıb qol vəziyyətlərinin hamısından yararlandı. Düzdü, yetirmələrim “Qarabağ” adının ağırlığına tab gətirmədilər. Ancaq hiss etdim ki, nəticədən çox, belə bir rəqiblə görüşün iştirakçısı olduqlarına görə məmnundular. Yəni bu dəfə tarixdə nəticə yox, o uşaqlar qalacaqlar”.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
17-08-2017, 20:09 Sloveniyanı udduq 17-08-2017, 20:08 Daha bir əcnəbi məşqçi ölkəmizi tərk etdi 17-08-2017, 20:06 Anastasiya dopinqli çıxdı, Tofiq Heydərov istefa verdi 17-08-2017, 20:05 AMKF bəyanat yaysa da... 17-08-2017, 20:04 Çingiz Hüseynzadə “Futbol+”in üzə çıxardığı faktları təsdiqlədi 17-08-2017, 20:01 “İnter” rəhbərliyi bəyanat yaydı 17-08-2017, 19:57 “Həmin pisniyyət adamlara görə hələ də transfer vərəqim “Kukesi”yə göndərilməyib” 17-08-2017, 19:54 “Qəbələ” akademiyasında yeni məşqçilər 17-08-2017, 19:52 Məhsuldar başlanğıc 17-08-2017, 19:51 “Kəpəz” “Zirə”ni Yevlaxda qəbul edə bilər 17-08-2017, 19:50 Reaksiyalar 17-08-2017, 19:48 Danimarkalı həmkarlarımız 0:1-ə görə sevinir 17-08-2017, 19:47 Tanınmışlar da uğura biganə qalmadı 17-08-2017, 19:46 Azarkeşlər bu dəfə sona qədər tribunaları boşaltmadı 17-08-2017, 19:44 Hakimlər “Qarabağ”ın tarixi qələbəsinə kölgə salmadı 17-08-2017, 15:21 “Kopenhagen”in məşqçisi “Qarabağ”ı favorit göstərdi 17-08-2017, 15:11 “Qarabağ” Danimarkaya çarterlə gedir 17-08-2017, 15:07 Bilet satışındakı çatışmazlıqları aradan qaldırmağın vaxtıdı 17-08-2017, 15:06 “Qarabağ”dan gözəl oyun və tarixi qələbə 17-08-2017, 15:04 Debütdə 1700 manat 17-08-2017, 15:02 Əzimov istefa verdi, Ağacanov “Binə”yə keçdi 16-08-2017, 23:38 Turun oyunçusu 16-08-2017, 23:35 Müşahidə Şurasının hakimi vuran üzvü “Futbol+”ə danışdı 16-08-2017, 23:29 HAKİMLƏRİN MÜHAKİMƏSİ 16-08-2017, 16:02 Rauf müqavilə bağladı, “İnter”in icraçı direktoru coşdu 16-08-2017, 15:59 “Mehdi Hüseynzadə”yə arxa çevirib, “kibrit qutusuna sığınan” şəhər... 16-08-2017, 15:55 Rüstəm Orucov mövqeyini qorudu 16-08-2017, 15:54 Rəsul Çunayev liderliyini davam etdirir 16-08-2017, 15:53 Karateçilər Urmiyada medal qoymadı 16-08-2017, 15:51 Millət vəkili də legionerləşmənin əleyhinədi 16-08-2017, 15:49 “Kukesi” Rauf Əliyevi publikaya təqdim etdi 15-08-2017, 12:05 Sumqayıt startda Gəncəni cəzalandırdı 15-08-2017, 12:00 “Qarabağ”ın oyunu italiyalılara tapşırıldı 15-08-2017, 11:59 “Kopenhagen” yenə xal itirdi 15-08-2017, 11:56 “Qarabağ”ın oyununa maraq həddən artıq böyükdü 15-08-2017, 11:54 “Zirə” “Səbail”in debütünü korladı 15-08-2017, 11:52 Raufun “Kukesi”yə transferi düyünə düşüb 15-08-2017, 11:50 Ramin Musayev Sumqayıtda tribuna tikəcək 15-08-2017, 11:47 “Vətən” birinci divizionda oynayacaq, Əsədov baş məşqçi olacaq 15-08-2017, 11:46 Qriqorçuk yetirmələrindən narazı qaldı 15-08-2017, 11:43 “İnter” döyüşdü, sevinən “Qəbələ” oldu 15-08-2017, 11:39 “Qəbələ” Xavi ilə yolları ayırdı 15-08-2017, 11:37 Həkim, dizayner, energetik, rəssam... 15-08-2017, 11:36 Boris Xetaqurov göz yaşını saxlaya bilmədi 15-08-2017, 11:32 “Anortosis” Araza pulsuz yiyələnib 15-08-2017, 11:30 Elxan Abdullayevin söydüyü azarkeş “Futbol+”ə danışdı 15-08-2017, 11:26 “Neftçi” “Asan xidmət”lə vidalaşır 15-08-2017, 11:23 Çempion mövsümə məğlubiyyətlə başladı, “İnter Arena”ya qol yağdı 15-08-2017, 11:19 Vüqar Əsgərovdan növbəti qol 15-08-2017, 11:18 Dünya və olimpiya çempionu zirvədə 15-08-2017, 11:17 Milli Belçikaya uduzdu 15-08-2017, 11:16 “Mauqli” qisas üçün döyüşəcək 15-08-2017, 11:14 Biri Türkiyədə, biri Çexiyada fərqləndi 15-08-2017, 11:13 Kazanda yeddinci oldular 15-08-2017, 11:11 Yığma “AAAF Park”da toplanış keçir 15-08-2017, 11:09 İlk turdan sonra: qol vurmayan qalmadı 13-08-2017, 14:36 Mütəxəssislər yenə “Qarabağ”la “Qəbələ”ni fərqləndirir Bütün xəbərlər
Ən çox oxunanlar