16 in 17:50olke

Təbriz Həsənov əsri yarıladı

Təbriz Həsənov əsri yarıladı
“Özümü 20 yaşındakı gənc kimi hiss edirəm”

U-19-un baş məşqçisi Təbriz Həsənovun dünən 50 yaşı tamam olub. Yubliyar AFFA-nın rəsmi saytına müsahibəsində ömrünün geridə qalan hissəsinə boylanıb. Həmin müsahibənin maraqlı hissələrini diqqətinizə çatdırırıq.
* Əvvəllər fikirləşirdim ki, görəsən, nə vaxtsa mənim də 50 yaşım olacaq? Hələ gücüm, enerjim var. Özümü gümrah və şux hiss edirəm. Təqvimə baxmasam, heç 50 yaşda olduğumu deməzdim. İstəməzdim kənardan baxıb desinlər. Çox adam bu yaşda olduğumu bilmir.
* Davakar, kür uşaq olmamışam. İstər məktəb həyatında, istərsə də futbolda həmişə böyüklərdən nəsə öyrənməyə çalışmışam. Ailədə 5 uşaq olmuşuq – 3 bacı, 2 qardaş. Ailəmizin dördüncü övladıyam. Deməzdim məktəbdə əlaçı olmuşam. Uşaqlığım paytaxtın indiki Əcəmi Naxçıvani küçəsində keçib. Bizim məhəllənin camaatı əsasən evtikmə kombinatında işləyirdi. Onun yanında “motorball” yarışlarının keçirilməsi üçün meydança var idi. Biz də uşaq olduğumuz üçün marağımız var idi, gedib oyunlara baxırdıq. Evdən gizlincə qaçıb həmin meydançada futbol oynayırdıq. Futbola gəlişim məhz bu gündən başlayıb. Bir gün futbol oynadığımız zaman Aleksey Nikolayeviç Marçinka adında məşqçi oyunumu bəyənib məni FŞM-ə dəvət etdi. O vaxt FŞM-in məşqləri məhz “motorball” yarışı keçirilən meydançada olurdu. Gedən gündən komandanın kapitanı seçildim və beləcə futbolçu karyerama başladım.
* Bu adı mənə dayım qoyub. Əslən Qazaxdan olsaq da, anamın anası Cənubi Azərbaycandan – Təbrizdən köçüb gəlib. Ona görə də dayım adımı Təbriz qoyub. Təəssüf ki, Təbriz şəhəri ilə bağlılığımız qalmayıb.
* Futbolda ilk addım atdığım gündən karyeramı bitirdiyim ana qədər keçirdiyim illər mənim üçün daha maraqlı olub. Daim fəal və maraqlı həyat sürmüşəm. Demək olar, evdə tapılmırdım. Futbolçu və məşqçi kimi bir çox ölkələrdə olmuşam. Ola bilər, futbolçu kimi böyük arzulara çata bilməyim, amma Azərbaycan çempionu, ölkə kubokunun qalibi olmuşam, az da olsa, millinin şərəfini qorumuşam. O vaxt futboldan başqa qayğımız olmurdu. Bütün çətinliklərimizi valideynlər çəkirdi. Bizim işimiz yalnız futbol oynamaq idi. Ancaq böyüyürsən, ailə qurursan və bu dəfə sən özün qayğı çəkməli olursan, çətinliklərlə üzləşirsən və anlayırsan ki, həyatın digər üzü də var imiş. Bir övlad kimi daim valideynlərimin başını uca etmişəm. Dost-tanış yanında da həmişə hörmətim olub.
* İstər məktəb illərində, istərsə də komanda yoldaşlarımla normal, dostluq münasibətim olub. Həmişə böyüklərin hörmətini saxlamışam. Sağ olsun valideynlərim, müəllimlərim, məni bu cür yetişdiriblər. İndi də çalışıram ki, övladlarım üçün əlimdən gələni edim. Geriyə boylananda peşman olacaq addım atmamışamsa, deməli, etdiklərim məni qane edir.
* Məktəb illərində lap yaxın dostlarım olub, onlarla birlikdə futbol oynamışıq. Lakin sonradan onlar başqa sahədə çalışıblar. Bununla belə, bizim hələ də münasibətimiz var. Ailəvi dostluq edirik, tez-tez olmasa da, arada görüşüb futbol oynayırıq.
* Təəssüfləndiyim məqam... Orta məktəbdə oxuyarkən xarici dillərdən birini öyrənmədiyimə görə çox heyfslənirəm. Əslində o vaxt elə quruluş idi ki, rus dilini bilməyin kifayət edirdi. Müəlliməm idmançı olduğumu nəzərə alıb, xarici dilin gələcəkdə lazım olacağını deyirdi. Bizə xarici dil kimi alman dili tədris olunurdu. Onu da bilərəkdən və ya bilməyərəkdən sonuncu dərsə salırdılar. Çox vaxt sonuncu dərsə cəmi 2-3 uşaq qalırdı. Bəlkə də alman dili birinci dərsdə keçirilsəydi, daha çox uşaq öyrənərdi. Nə öyrəndin, məktəbdə öyrənirsən, sonradan nə qədər çalışsan da, alınmır.
* Mənim üçün zirvə anlayışı qarşına məqsəd qoyursan və ona çatmaq üçün çalışırsan. İstəyinə nail olduqdan sonra növbəti məqsədi müəyyən edirsən və yenidən onu əldə etmək üçün mübarizə aparırsan. Bir şeylə kifayətlənmirəm. Hər dəfə məqsədini daha da artırırsan. Və mərhələ-mərhələ, səbrlə həmin məqsəd üçün çalışırsan. Bir sözlə, mənim üçün konkret zirvə yoxdu ki, ora can atım.
* Həyatı bir cümlə ilə belə izah edərdim: daim mübarizə aparmalısan. Atdığın hər addımda çəkdiyin əziyyəti hiss etməlisən. Həyat o zaman daha maraqlı və daha şirin olur. Ayıq, diqqətli olmalısan. 50 yaşım olmasına baxmayaraq, özümü 20 yaşındakı gənc kimi hiss edirəm. Daim nəsə öyrənmək istəyirəm, yeniliklərə uyğunlaşmağa çalışıram.
* Üç qızım var. Daim çalışmışam ki, onlara düzgün tərbiyə verim. Nə sərt ata olmuşam, nə də mülayim. İşimlə əlaqədar səfərlərdə çox olduğumdan, onlara kiçik yaşlarından qayğı göstərə bilməmişəm. Bu işlə daha çox anaları məşğul olub. Onlarla birlikdə olanda həm ata, həm qardaş, həm də bir dost kimi davranmağa çalışıram.
* Dost nədi? Kiminləsə dostluq edirsənsə, onun hər bir acı sözünü də xoş qəbul edə bilirsən. İndi insanlar çox aqressivdilər. Yaxşı olardı ki, bütün insanlar biri-biri ilə dost olsunlar. Çünki dostun dediyi hər bir sözü qəbul edə bilirsən. Dediyim kimi, mənim birinci sinifdən dostluq etdiyim insanlar var.
* Jurnalistlərlə heç bir problemim yoxdu. Peşəkar jurnalistlərin çoxu ilə yaxşı münasibətimiz var. Sağlam və yerində edilmiş tənqidlərdən nəticə çıxarmağa çalışıram. Uşaqlara gəlincə, onlarla işləmək, əlbəttə, məsuliyyətlidi. Məsələn, 7-8 il əvvəl rəhbərliyim altında oynayan uşaqlara tapşırığı bir dəfə deyirdim, anlayırdılar, yerinə yetirirdilər. Tədricən böyüyürlər, peşəkarlıq dönəminə keçəndə əvvəlki kimi olmurlar. Artıq tapşırığı bir yox, bir neçə dəfə deyirsən, təkrarlayırsan. Yəni bu müddət ərzində istər xasiyyətlərində, istərsə də davranışlarında çox dəyişikliklər olur. Təəssüf ki, bu məqam müsbət yox, mənfiyə doğru gedir.
* Futbolun zirvəsi odu ki, iştirak etdiyin hər bir yarışın qalibi olasan. Əfsuslar olsun ki, Azərbaycan futbolu hələ o səviyyədə deyil ki, komandamız mütəmadi olaraq Avropa və ya dünya çempionatlarında iştirak etsin, qalib olsun. Şans hər zaman var. Məşqçi olaraq, birgə çalışdığım futbolçulardan kimsə dünya səviyyəli futbolçu kimi yetişsə, top-klubların formasını geyinsə, bu mənim üçün əsl zirvə olacaq.
FARİZ hazırladı
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 20:23 Avropa Yay Olimpiya Festivalına lisenziya qazandılar Dünən, 20:22 Otellərin sayı artsa, Bakıya daha çox “Formula-1” azarkeşi gələcək Dünən, 20:20 Ronaldoya millinin forması hədiyyə olundu Dünən, 20:17 Emil Balayev “Səbail”ə keçərkən Qurban Qurbanovla danışmayıb Dünən, 20:14 “Zirə” biletlərin qiymətini açıqladı Dünən, 20:12 Əliyar FİFA karyerasına sıfırdan başlayır... Dünən, 20:09 “Samtredia” ilə ilk oyunun başlama vaxtı dəqiqləşdi Dünən, 20:08 “İnter”in rəqibi son çempionu məğlub etdi Dünən, 20:06 Avroliqanın debütantı mübarizəyə hazırdı Dünən, 20:00 Sumqayıtda mükafatlandırma Dünən, 19:56 Yığmanın baş məşqçisi Ermənistanla oyundan danışdı Dünən, 19:55 Avroliqada ikinci dövrə başlayır Dünən, 19:52 Divizionda çıxış edəcək “Binə”nin büdcəsi 150 min manatdı Dünən, 19:47 Stamenkoviç “Mladost”un bəxtinin gətirmədiyini düşünür Dünən, 19:44 Fanklub rəhbərləri “Milan” azarkeşlərinə haqq qazandırdı Dünən, 19:42 “Fənərbaxça”nın baş məşqçisi Antalya kampından danışdı Dünən, 19:40 Millinin heyəti açıqlandı 22-06-2017, 19:21 Subaşiç “Mladost” haqda gizli heç nə qoymadı 22-06-2017, 19:18 “İnter” “Mladost”u “Dalğa Arena”da sınağa çəkəcək 22-06-2017, 19:17 Zaur Axundov Azərbaycana söz verdi 22-06-2017, 19:15 “Axmat” “Qarabağ”ı da bir qolla üstələdi 22-06-2017, 19:13 “Zirə” vətənə məğlub döndü 22-06-2017, 19:11 “İnter” və “Zirə” siyahını açıqladı 22-06-2017, 19:10 Vyana “Qarabağ”ının Bakıda fanklubu olacaq 22-06-2017, 19:08 “Mladost”la oyunu böyük ümidlərlə gözləyirik” 22-06-2017, 19:06 “Bursa BB”də qaldı 22-06-2017, 19:05 Erməni baş məşqçidən etiraf 22-06-2017, 19:03 Əsgərlərə açıq məktub yazdılar 22-06-2017, 19:00 Çimərlik futbolu yığması Belarusa gedir 22-06-2017, 18:58 Hakimlərimizdən videotəkrara fərqli yanaşma 22-06-2017, 18:57 “Səbail” Emil Balayevi saxladı 22-06-2017, 18:55 Elnur Cəfərov da “Neftçi”ylə müqavilə bağladı 22-06-2017, 18:54 “Qəbələ” bu gün Bolqarıstan çempionuyla qarşılaşacaq 22-06-2017, 18:52 Ölüm ayağında Fuad Musayevin yanında olan nəvəsi “Futbol+”ə danışdı 22-06-2017, 18:49 Fuad Musayevin “üç” mərasimində 300-dən çox adam iştirak etdi 22-06-2017, 18:46 Futzal yığmamızda “təmizlik”: Biro da getdi, Fineo da 22-06-2017, 18:45 Hakimlərimiz Avroliqaya təyinat aldı 22-06-2017, 18:43 Macarıstandan 7 medalla 22-06-2017, 18:42 Daha bir tribunaya biletlər tam satılıb 22-06-2017, 18:40 Yeddinci oldu 22-06-2017, 18:39 Çini büdrədib, Vyetnamla bacarmadılar 22-06-2017, 18:35 Natiq Aslanov “Qəbələ”lilərlə üzləşməyə hazırdı 22-06-2017, 18:34 Şəhriyar Fransada yarışır 21-06-2017, 20:56 Kevin Maqnussen də BŞH-ni bəyənir 21-06-2017, 20:54 Marşalları “Qazelli” məhsullarıyla təmin edəcək 21-06-2017, 20:51 Zeynəb Məmmədyarova yığmamızın yüksəlişdə olduğunu düşünür 21-06-2017, 20:50 Tural Meksikada fərqləndi 21-06-2017, 20:47 Şahmatçılarımız ruslara şok yaşatdı 21-06-2017, 20:45 Türkiyədə ikinci oldu 21-06-2017, 20:42 Rəqiblərimiz bilindi 21-06-2017, 20:40 Eddi İsrafilov La Liqadan kənarda qaldı 21-06-2017, 20:39 Avrokuboklardakı duellər 21-06-2017, 20:38 “Samtredia”nın baş məşqçisi Svanadze ilə Tsxadadzedən məsləhət alacaq 21-06-2017, 20:36 Samir Məsimov "Fakel”də 21-06-2017, 20:35 “Mladost”un baş məşqçisi püşkdən məmnundu 21-06-2017, 17:38 Pevtsov bu dəfə Çində sözünü dedi 21-06-2017, 17:37 Həmyerlimiz Yaponiyada kəmər qazandı Bütün xəbərlər
Ən çox oxunanlar