15 in 18:03olke

“Qarabağ” “Bakı”ya rəhm etmədi

“Qarabağ” “Bakı”ya rəhm etmədi
Muaremlə yollar ayrıldı
“Qarabağ” Çempionlar Liqasına və növbəti mövsümə hazırlığı davam etdirir. Qurban Qurbanovun komandası dünənə kimi “Azərsun Arena”da gündə bir dəfə olmaqla məşqə çıxırdı. Dünən isə yoxlama görüşü baş tutdu. Qurbanov Avstriya toplanışına qədər oyun keçirməyi nəzərdə tutmasa da, son anda planda dəyişiklik olub. Rəqib həvəskarlar liqasında çıxış edən, Qəhrəman Əliyevin çalışdırdığı “Bakı” idi. Ağdamlıların bazasında baş tutan oyun barədə qeydlərə keçməzdən öncə komandadakı yeniliklərə toxunaq.
“Qarabağ” son iki gündəki məşqlərə nisbətən geniş heyətlə çıxırdı ki, U-21-də top qovan futbolçular - Mahir Mədətov, Elgün Uluxanov və Eltun Turabov düşərgəyə qoşulub. Ancaq Qurban Qurbanov əsas millidəki yetirmələrinə bir neçə günlük istirahət verib. Robert Prosineçkinin sərəncamında olan 8 “Qarabağ”lı – Rəşad Sadıqov, Bədavi Hüseynov, Maksim Medvedev, Ağabala Ramazanov, Əfran İsmayılov, Qara Qarayev, Rahid Əmirquliyev və Riçard Almeyda, həmçinin Bosniya və Hersoqovina yığmasına dəvət alan İbrahim Şehiç dünənki oyunda iştirak etmirdi. Onlar sabah komanda ilə birgə Avstriyaya yollanacaqlar.
Əsas dəyişiklik isə Muarem Muaremin “Qarabağ”dan ayrılması ilə bağlıdı. Makedoniyalı futbolçu ilə yeni müqavilə imzalanmayıb. Məşqçilər korpusu sözləşməsinin müddəti bitən Muaremin xidmətinə ehtiyac duymayıb və belədə ona yeni müqavilə təklif etməyib. Tokelo Rantie və Nikola Çitro kimi futbolçularla danışıq aparan “Qarabağ” Çempionlar Liqasına daha güclü heyətlə başlamaq niyyətindədi. Bu səbəbdən Qurban Qurbanov 29 yaşlı yarımmüdafiəçini komandada saxlamamağı üstün tutub.
Qeyd edək ki, 2012-ci ildən “Qarabağ”ın formasını geyən Muarem Muarem 2015-ci ildə “Əskişəhərspor”a keçsə də, Türkiyədəki karyerası uğurlu alınmamışdı. Nəticədə təcrübəli futbolçu yenidən Ağdam təmsilçisinə qayıtmalı olmuşdu. Makedoniyalı yarımmüdafiəçi karyerası ərzində ən çox formasını geydiyi klub olan “Qarabağ”da ümumilikdə 159 matçda meydana çıxıb. Bu qarşılaşmalarda 30 qola imza atan Muarem 13 dəfə də sarı vərəqə ilə cəzalandırılıb. O, bu görüşlərin 118-ni premyer-liqa çərçivəsində keçirib və 24 dəfə rəqib qapılarına yol tapıb. Ölkə kubokunda 16 oyunun (2 qol) iştirakçısı olan makedoniyalı 2 mövsüm Avropa Liqasının qrup mərhələsində “Qarabağ”a kömək edib. Avrokuboklarda ümumilikdə 25 matçda iştirak etmiş futbolçu 20 dəfə Avropa Liqası həyəcanı yaşayıb. O, Avroliqanın seçmə mərhələsində 5 (1 qol), qrupda isə 15 (2 qol) görüşdə meydana çıxıb. Çempionlar Liqasında 5 dəfə Qurban Qurbanov tərəfindən şans qazanıb və bu oyunların birində fərqlənməyə macal tapıb. Altıaylıq “Əskişəhərspor” macərasının ardından ötən ilin əvvəlində “Qarabağ”a qayıdan Muarem geridə qalan mövsümdə 40 görüşün iştirakçısı olub. Premyer-liqada 23 matçda 4 dəfə fərqlənən yarımmüdafiəçi kubokda 5 qarşılaşmada meydana çıxıb, 1 qola imza atıb. Muarem “Qarabağ”ın son 4 mövsümdəki çempionluqlarının hamısında qızıl medalı boynundan asan azsaylı oyunçulardan olub. O həmçinin Ağdam təmsilçisi ilə 2 dəfə ölkə kubokuna (2014/15, 2015/16) yiyələnib.
Oyuna gəlincə, Qurban Qurbanov start heyətində Şahruddin Məhəmmədəliyev, Ansi Aqolli, Elgün Uluxanov, Eltun Turabov, Arif Daşdəmirov, Coşqun Diniyev, Nicat Süleymanov, Elşən Abdullayev, Miçel, Mahir Mədətov və Dino Ndlovuya şans vermişdi. Tərəflər arasındakı razılığa görə hər hissə 35 dəqiqə oynanıldı. Premyer-liqanın sabiq sakini “Bakı” güclü rəqibinə yalnız 25 dəqiqə müqavimət göstərə bildi. Fasiləyə qədər iki dəfə topu tordan çıxarmalı olan “zolaqlılar”ı hər iki halda “sapı özündən olan balta kəsdi”. Yeri gəlmişkən, Mahir Mədətov qol vurduqdan sonra sevinmədi.
Qurban Qurbanov ikinci hissədə əsasən əvəzedici komandanın üzvlərinə və yeni transfer Abbas Hüseynova şans verdi. Bununla belə, Ndlovunu meydanda saxladı. Fasilədən sonra məhz afrikalı forvardın qol şousu baş tutdu. O, rəqib qapısına 5 dəfə yol tapdı. Bundan başqa, Nicat Süleymanovla İbrahim Aslanlı hərəyə bir dəfə fərqləndilər. Beləliklə, “Qarabağ” Avstriya toplanışına 9:0-lıq darmadağınla yollanacaq.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
17-08-2017, 20:09 Sloveniyanı udduq 17-08-2017, 20:08 Daha bir əcnəbi məşqçi ölkəmizi tərk etdi 17-08-2017, 20:06 Anastasiya dopinqli çıxdı, Tofiq Heydərov istefa verdi 17-08-2017, 20:05 AMKF bəyanat yaysa da... 17-08-2017, 20:04 Çingiz Hüseynzadə “Futbol+”in üzə çıxardığı faktları təsdiqlədi 17-08-2017, 20:01 “İnter” rəhbərliyi bəyanat yaydı 17-08-2017, 19:57 “Həmin pisniyyət adamlara görə hələ də transfer vərəqim “Kukesi”yə göndərilməyib” 17-08-2017, 19:54 “Qəbələ” akademiyasında yeni məşqçilər 17-08-2017, 19:52 Məhsuldar başlanğıc 17-08-2017, 19:51 “Kəpəz” “Zirə”ni Yevlaxda qəbul edə bilər 17-08-2017, 19:50 Reaksiyalar 17-08-2017, 19:48 Danimarkalı həmkarlarımız 0:1-ə görə sevinir 17-08-2017, 19:47 Tanınmışlar da uğura biganə qalmadı 17-08-2017, 19:46 Azarkeşlər bu dəfə sona qədər tribunaları boşaltmadı 17-08-2017, 19:44 Hakimlər “Qarabağ”ın tarixi qələbəsinə kölgə salmadı 17-08-2017, 15:21 “Kopenhagen”in məşqçisi “Qarabağ”ı favorit göstərdi 17-08-2017, 15:11 “Qarabağ” Danimarkaya çarterlə gedir 17-08-2017, 15:07 Bilet satışındakı çatışmazlıqları aradan qaldırmağın vaxtıdı 17-08-2017, 15:06 “Qarabağ”dan gözəl oyun və tarixi qələbə 17-08-2017, 15:04 Debütdə 1700 manat 17-08-2017, 15:02 Əzimov istefa verdi, Ağacanov “Binə”yə keçdi 16-08-2017, 23:38 Turun oyunçusu 16-08-2017, 23:35 Müşahidə Şurasının hakimi vuran üzvü “Futbol+”ə danışdı 16-08-2017, 23:29 HAKİMLƏRİN MÜHAKİMƏSİ 16-08-2017, 16:02 Rauf müqavilə bağladı, “İnter”in icraçı direktoru coşdu 16-08-2017, 15:59 “Mehdi Hüseynzadə”yə arxa çevirib, “kibrit qutusuna sığınan” şəhər... 16-08-2017, 15:55 Rüstəm Orucov mövqeyini qorudu 16-08-2017, 15:54 Rəsul Çunayev liderliyini davam etdirir 16-08-2017, 15:53 Karateçilər Urmiyada medal qoymadı 16-08-2017, 15:51 Millət vəkili də legionerləşmənin əleyhinədi 16-08-2017, 15:49 “Kukesi” Rauf Əliyevi publikaya təqdim etdi 15-08-2017, 12:05 Sumqayıt startda Gəncəni cəzalandırdı 15-08-2017, 12:00 “Qarabağ”ın oyunu italiyalılara tapşırıldı 15-08-2017, 11:59 “Kopenhagen” yenə xal itirdi 15-08-2017, 11:56 “Qarabağ”ın oyununa maraq həddən artıq böyükdü 15-08-2017, 11:54 “Zirə” “Səbail”in debütünü korladı 15-08-2017, 11:52 Raufun “Kukesi”yə transferi düyünə düşüb 15-08-2017, 11:50 Ramin Musayev Sumqayıtda tribuna tikəcək 15-08-2017, 11:47 “Vətən” birinci divizionda oynayacaq, Əsədov baş məşqçi olacaq 15-08-2017, 11:46 Qriqorçuk yetirmələrindən narazı qaldı 15-08-2017, 11:43 “İnter” döyüşdü, sevinən “Qəbələ” oldu 15-08-2017, 11:39 “Qəbələ” Xavi ilə yolları ayırdı 15-08-2017, 11:37 Həkim, dizayner, energetik, rəssam... 15-08-2017, 11:36 Boris Xetaqurov göz yaşını saxlaya bilmədi 15-08-2017, 11:32 “Anortosis” Araza pulsuz yiyələnib 15-08-2017, 11:30 Elxan Abdullayevin söydüyü azarkeş “Futbol+”ə danışdı 15-08-2017, 11:26 “Neftçi” “Asan xidmət”lə vidalaşır 15-08-2017, 11:23 Çempion mövsümə məğlubiyyətlə başladı, “İnter Arena”ya qol yağdı 15-08-2017, 11:19 Vüqar Əsgərovdan növbəti qol 15-08-2017, 11:18 Dünya və olimpiya çempionu zirvədə 15-08-2017, 11:17 Milli Belçikaya uduzdu 15-08-2017, 11:16 “Mauqli” qisas üçün döyüşəcək 15-08-2017, 11:14 Biri Türkiyədə, biri Çexiyada fərqləndi 15-08-2017, 11:13 Kazanda yeddinci oldular 15-08-2017, 11:11 Yığma “AAAF Park”da toplanış keçir 15-08-2017, 11:09 İlk turdan sonra: qol vurmayan qalmadı 13-08-2017, 14:36 Mütəxəssislər yenə “Qarabağ”la “Qəbələ”ni fərqləndirir Bütün xəbərlər
Ən çox oxunanlar