11 in 19:18olke

“Futbolçularımızı şəxsiyyət kimi yetişdirməliyik”

“Futbolçularımızı şəxsiyyət kimi yetişdirməliyik”
Nail Kərimov “Qəbələ”nin Kaspiyskdəki fiaskosundan danışdı

Ötən sayımızda xəbər verdiyimiz kimi, Rusiyanın Kaspiysk şəhərində 14 yaşadək futbolçular arasında “Caspian Cup” turniri keçirilir. Ölkəmiz yarışda “Qəbələ” və “Neftçi”nin U-14 komandaları ilə təmsil olunur. Artıq yarışın qrup mərhələsinə yekun vurulub. “Qırmızı-qaralar” A qrupunda mübarizə aparıb və hər üç matçda meydanı məğlub tərk edib. İlk oyunda “Rostov”a 0:1, ikinci görüşdə “Ramzan”a 0:5 hesabı ilə məğlub olan bölgə komandası son qarşılaşmada “Krasnodar”a yenilib - 1:2. B qrupunda yer alan “Neftçi” də ilk matçda Tiflis “Dinamo”su tərəfindən darmadağın olunub – 5:1. İkinci oyunda “Yunost”a 2:3 hesabı ilə boyun əyən “ağ-qaralar” son “sillə”ni “Anji”dən yeyib – 5:0. Sabah komandalarımız 5-8-ci yerlər uğrundan mübarizə aparacaq.
Gördüyünüz kimi, iki təmsilçimiz keçirdiyi 6 qarşılaşmanın hamısında meydanı məğlub tərk edib. Gələn-gedən komandalarımızı “kötəkləyir”. Onu da qeyd etmək yerinə düşər ki, bu yaş qrupu üzrə “Neftçi” ölkə çempionu adını qazanıb, “Qəbələ” isə 3-cü yeri tutub.
“Qəbələ” Futbol Akademiyasının direktor müavini Nail Kərimovla komandalarımızın uğursuzluğu ilə bağlı söhbətləşməyi lazım bildik. Görəsən, uşaq futbolçularımız rəqiblərdən bu qədərmi zəifdi? Nail bəy deyir ki, həm mayda Tiflisdəki turnirdə, həm də bu yarışda ilk oyunlar komandaya çox mənfi təsir edib: “Hər şeydən öncə bir paralel aparmaq istəyirəm. Bir müddət əvvəl Tiflisdə turnirə qatılmışdıq. Yarışda 2001 təvəllüdlü oyunçularla təmsil olunurduq. İlk oyunu İtaliyanın “İnter” komandasına qarşı oynadıq. Çox gözəl futbol sərgiləsək də, 1:2 hesabı ilə uduzduq. Mən belə başa düşdüm ki, bizim uşaqlara ciddi psixoloji təsir elədi. Bu təsir ondan ibarətdi ki, uşaqlar ilk oyunda yaxşı oynadıqlarını bilirdilər və ikinci matça arxayın çıxmışdılar. Onlar ikinci qarşılaşmada rahat qələbə qazanacaqlarını fikirləşirdilər. İkinci görüşün ilk hissəsində Tiflis “Dinamo”sundan 6 qol buraxdıq. Bu çox gözlənilməz oldu. Fasilədə futbolçuları motivasiya etdik, onlara sona kimi döyüşməyin lazım olduğunu bildirdik. İkinci yarıda bir qol vurduq. Oyun 1:6 hesabı ilə yekunlaşdı. Yəni bir daha anladıq ki, uşaqlarda motivasiya problemi olub. Bu üzdən ilk yarıda 5 dəqiqədən bir qol buraxıblar. Həmin görüşdən sonra da həm məşqçilər korpusu, həm də futbolçular ilə iclas keçirdik. Uşaqlar söz verdilər ki, növbəti oyunda yaxşı futbolçu olduqlarını göstərəcəklər. Son matçda rəqibimiz “Gent” oldu. Belçika təmsilçisi turnirin ən yaxşı komandası idi. Hər cəhətdən yaxşı hazırlıqlı komanda qarşımıza çıxmışdı. Amma biz “Gent”i 1:0 məğlub etdik. Ardınca da Zaqreb “Dinamo”sunu eyni hesabla üstələdik. Son oyunda, 5-ci yer uğrunda qarşılaşmada “Trabzonspor”a 1:3 hesabı ilə məğlub olduq. Lakin mübarizə apardıq. Nəticədə turniri Tiflis “Dinamo”sundan yuxarı pillədə başa vurduq. Hansı ki, bizə 6:1 hesabı ilə qalib gəlmişdilər. Kaspiyskdə davam edən turnirdə də eyni taleyi yaşadıq. İlk matçda çox yaxşı oynadıq. Futbolçular məşqçilərin bütün taktiki tapşırıqlarını yerinə yetirdilər. Xeyli qol imkanı yaxaladıq, amma rəqib az hücum edib, 1 qol vurdu və qalib gəldi. Futbolçular yaxşı oynadıqlarını bilirdilər. İkinci görüşə uşaqlar çox arxayın çıxdılar. Düşündülər ki, ilk oyundakı kimi oynasalar, bu kifayət edəcək. Amma “Ramzan”dan 5 qol buraxdıq. Hələ də bu psixoloji məqamı özümdə aydınlaşdırmağa çalışıram. Təcrübəmiz artdıqca bunun nə demək olduğunu başa düşəcəyik. Son görüşdə də “Krasnodar”la yaxşı oynadıq. Baxmayaraq ki, uduzduq, uşaqlar mübarizə apardı. Yaxşı oynamaq o deməkdi ki, uşaqlar vuruşdular. Oyun baxımından “Krasnodar” bizdən üstün komandadı. Bu çox normaldı, qəbul edirik. Lakin bu o demək deyil ki, onların məşqçiləri bizimkilərdən yaxşıdısa, şəraitləri üstündüsə, onlara boyun əyməliyik. Bizim turnirlərdə əsas vəzifəmiz oynamaq, mübarizə aparmaq və təcrübə qazanmaqdı. Uduzsaq da, nəsə öyrənirik. Uşaqlara yalnız “Ramzan”la oyundan sonra irad bildirdik. Qalan qarşılaşmalardan razıyıq. Nədənsə ən zəiflərə uduzuruq. “Ramzan” indi bizimlə 5-8-ci yerlər uğrunda mübarizə aparacaq”.
Nail bəyin sözlərinə görə, belə turnirlərdə səviyyə fərqi də rol oynayır: “Bilirsiz, arxayınlıq və psixoloji gərginliklə yanaşı, bu cür turnirlərdə səviyyə fərqi də əsas rol oynayır. Hazırda “Krasnodar” da, “Rostov” da bizdən üstün komandalardı. Və ya “Neftçi”nin məğlub olduğu Tiflis “Dinamo”su da bizdən bir addım öndədi. Bunun da müəyyən səbəbləri var. Gürcüstan və Rusiyanın futbol ənənələri, futbola yanaşması, seçimin çoxluğu və başqa amillər də öz rolunu oynayır. Lakin bu əsas vermir ki, biz “Anji” və ya “Ramzan”a uduzaq. Bu anormaldı. Biz 2003 təvəllüdlü oyunçularla Litvada təşkil olunan beynəlxalq turnirdə oynamışdıq. Orda 5 oyundan cəmi birində uduzduq. Qalan bütün görüşlərdə qalib gəldik. “Jalgiris”, “Riqa”, Minsk “Dinamo”su və “Minsk”i yendik. Uşaqlar çox yaşı oyun sərgiləmişdilər. Turnirin taktiki cəhətdən ən yaxşı komandası olmuşduq. Yəni belə nəticələr də olub. Hamıya uduzuruq demək dorğu deyil”.
Klub rəsmisi bildirir ki, uşaqları yalnız futbolçu kimi yox, həm də şəxsiyyət kimi yetişdirmək lazımdı: “Əlbəttə, zəif rəqiblərə uduzmağımız bizim üçün bir siqnaldı. Uşaqları psixoloji cəhətdən daha çox inkişaf etdirməliyik. Futbolçularımızı şəxsiyyət kimi yetişdirməliyik. Yalnız məşq, taktika ilə iş bitmir. Hazırki məqamda bunlar arxa planda olmalıdı. Bir oyunda verdiyimiz sərbəstlik hər şeyi həll edir. Bəli, razıyam ki, uşaq futbolunda istənilən nəticə qeydə alına bilər. 2004 təvəllüdlü oyunçularla İtaliyada turnirə qatılmışdıq. Həmin yarışın yarımfinalında “Yuventus” “İnter”i 7:1 hesabı ilə yendi. Hamı üçün gözlənilməz oldu. Biz hansısa komandaya bu hesabla uduzsaydıq, böyük qalmaqal olardı. Deyərdilər ki, “Qəbələ”yə baxın, 1:7 hesabı ilə uduzub. Demək istədiyim odu ki, uşaq futbolunda hər şey ola bilər. Uşaq psixologiyası çox ağır bir şeydi. Burda işləmək çətindi. Bəzən oyun ərzində heç cür müdaxilə edə bilmirsən. İtaliyadakı turnirə çox ciddi yanaşmışdıq. Bu üzdən belə halla üzləşmədik. Tiflis və Kaspiyskdə bunu etmədik. Öz regionumuzdakı turnilərdə bu cür çıxış etmək olmaz. “Neftçi” haqda çox danışa bilmirəm. Ola bilər ki, onların müəyyən qədər haqqı var. Çünki bu cür turnirlərdə çox nadir hallarda iştirak edirlər. Təcrübələri azdı. Bizim bütün komandalarımız isə hər zaman yarışlardadı. Cavabdeh də mənəm. Yəni bu səhvləri görüb, araşdırıb, düzəltməliyik”.
ŞƏFİ ŞƏFİYEV
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 16:04 “Cəhənnəm”də “sülh” Bu gün, 15:59 “Neftçi” ümid verib, uduzdu Bu gün, 15:50 "Kəpəz"dən başqa hamı qol vurdu Bu gün, 15:49 Superliqanın “CBC Sport”da yayını gecikir Bu gün, 15:46 Coşqun yenə atasını məyus etdi Bu gün, 15:41 Debütantlar yoxlama matçında “sülh bağladı” Bu gün, 15:38 5 və 10 manatlıq biletlər tükəndi Bu gün, 15:37 “Roma” ilə oyunu “skayboks”dan izləmək istəyənlər azdı Bu gün, 15:36 “Neftçi”nin azarkeşi vəfat etdi Bu gün, 15:35 Kamran yenə ehtiyatda qaldı Bu gün, 15:33 “Şahdağ” İlham Əliyevə müraciət etdi Bu gün, 15:31 Ramazan Abbasov Ramin Musayevlə görüşün detallarını açıqladı Bu gün, 15:28 “Araz” “Ekol”u da yendi, sırada İranın vitse-çempionudu Bu gün, 15:26 Sabiq "Xəzər Lənkəran"lı "Neftçi"ni məyus etdi Bu gün, 15:25 Cüdoçular Mariborda tarix yazdı Bu gün, 15:21 Millimiz Bakıda italyanlara uduzdu Bu gün, 15:20 Lunyov mövqeyini qorudu Bu gün, 15:18 Paraşütçülər ilk “10-luq”dan kənarda qaldı 17-09-2017, 16:04 AFFA və PFL-in yeni çempionat ideyası nə vəd edir? 17-09-2017, 16:02 Üçqat dünya çempionu yeni hədəflərini açıqladı 17-09-2017, 15:56 Birinci divizionun debütantları hədəflərdən danışdı 17-09-2017, 15:55 Birinci divizionda limit dəyişdirildi 17-09-2017, 15:54 AFFA ilə “Qarabağ”dan birgə addım 17-09-2017, 15:51 Tərlan Əhmədovla Rəşad Sadiqovun “Zirə”ylə “haqq-hesab”ı var 17-09-2017, 15:50 “Qəbələ” qonşularının startına tamaşa edəcək 17-09-2017, 15:43 “Qarabağ” “Azərsun Arena”nı yükləmək istəməyib 17-09-2017, 15:41 Əliyar Ağayev cəmi bir “sarı” ilə kifayətləndi 17-09-2017, 15:40 Şehiç cəzalandırılmayıb 17-09-2017, 15:36 Qriqorçuk Ukrayna mətbuatına danışdı 17-09-2017, 15:34 "Neftçi"nin məşqi rəhbərlik üçün maraqlı deyil 17-09-2017, 15:32 “Energetik”dən başqa hamı narazılıq edir 17-09-2017, 15:29 Nazarovun komandasını darmadağın etdilər 17-09-2017, 15:27 Tərlan Əhmədov Elxan Abdullayevdən halallıq alacaq 14-09-2017, 17:28 Rəşad Sadıqovun komandası bir hissə dözdü 14-09-2017, 17:25 “Stemford Bric”də azərbaycanlı azarkeşlərlə mühafizəçilər arasında mübahisə yaşanıb 14-09-2017, 17:24 Turalın komandasından uğurlu nəticə 14-09-2017, 17:22 “Qarabağ”da fotoqraf ştatı yoxdu 14-09-2017, 17:20 “Qarabağ”ın məğlubiyyəti sosial şəbəkədə qarşıdurmaya səbəb oldu 14-09-2017, 17:18 UEFA nümayəndələri BOS-la tanış oldu 14-09-2017, 17:16 İlk duellər favoriti göstərmədi 14-09-2017, 17:15 Həmyerlilərimiz Almaniyada klub yaratdı 14-09-2017, 17:14 “Qırmızı”sız tur! 14-09-2017, 17:08 “Qarabağ”ın debütü qara gəldi… 14-09-2017, 17:04 Rəşad Sadiqov karyerasını bitirmək istəyirmiş 14-09-2017, 17:00 İntizam Komitəsi Ayxan Abbasova xəbərdarlıq etdi 14-09-2017, 16:59 Ozobiç ən az biraylıq sıradan çıxıb 14-09-2017, 16:58 Dünya üçüncüsü olan güləşçilər vətənə qayıtdı 14-09-2017, 16:56 Yığma üzvü mükafatlandırıldı 14-09-2017, 16:55 Stolüstü tennisçilərin AÇ sınağı 14-09-2017, 16:53 Nekrasova Macarıstanda birinci oldu 14-09-2017, 16:52 Cavid Qurbanov yığmanın medal qazanacağına inanır 14-09-2017, 16:51 Fərid Qayıbov UEG-in prezidenti olacaq? 14-09-2017, 16:49 Hacı Əliyev Toğrul Əsgərovun çəkisinə keçir 10-09-2017, 18:45 Ronaldinyo Futbol Akademiyasının açılışı 2018-ci ilin aprelinə nəzərdə tutulub 10-09-2017, 18:43 Yusif Nəbiyev “Qəbələ”yə qarşı oynamayacaq 10-09-2017, 18:35 “CBC Sport” texniki detalları həll edir 10-09-2017, 18:34 DİVİZİON XƏBƏRLƏRİ Bütün xəbərlər
Ən çox oxunanlar