08 in 15:42olke

Birinci diviziona “Askona” gəlir

Birinci diviziona “Askona” gəlir
Debütantı Müşfiq Qəmbərov çalışdıracaq

Azərbaycanda yeni futbol klubu yaradılıb. "Askona" adlanan komanda artıq Ədliyyə Nazirliyində qeydiyyatdan keçib. Bu haqda sportinfo.az saytı xəbər yayıb. Bakını təmsil edəcək kollektiv növbəti mövsümdən 1-ci divizionda mübarizə aparmağı planlaşdırır. Artıq bu istiqamətdə müəyyən addımlar atılıb. "Askona" PFL-in tələb etdiyi 300 min manat bank zəmanətini verməyə hazırdı. Ev oyunlarını "İnter Arena"nın ehtiyat meydançasında keçirməyi planlaşdıran yeni kluba neft məhsulları və yanacaq təchizatı üzrə ixtisaslaşan şirkətin sponsorluq edəcəyi bildirilir.
Mətbuatda yazılanlara inansaq, "Askona"nın rəhbərliyi baş məşqçi postunu Müşfiq Qəmbərova həvalə etmək niyyətindədi. Xatırladaq ki, ötən mövsümün noyabrına qədər MOİK-in “sükanı arxasında” olan gənc mütəxəssisin son iş yeri artıq tarixin yaddaşına köçmüş AZAL-ın U-19 komandası olub.
Məsələ ilə bağlı PFL-in Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyevlə əlaqə saxladıq. Aslan bəy “Askona” adlı yeni klubun yaradılması xəbərini mətbuatdan oxuduqlarını, rəhbərliyin hələ ki PFL-ə müraciət etmədiyini bildirdi. Belədə daha çox italyan adına oxşayan komanda barədə məlumat əldə etmək üçün baş məşqçi postuna gətiriləcəyi söylənilən Müşfiq Qəmbərovu aradıq: “Bu gün rəhbərlikdə təmsil olunan şəxslərdən biri ilə görüşümüz oldu. Vaxt az olduğundan geniş söhbət edə bilmədik. Yalnız onu dedilər ki, artıq yeni komandanın formalaşdırılması üçün işə başlamalıyam. Bu üzdən yaxın günlərdə seleksiyaya başlayacağıq. Köməkçilərimdən biri ötən mövsüm AZAL-ın U-19 komandasında yardımçım olmuş Ramin Həsənov olacaq. Məşqçilər korpusunda başqa kimlərin yer alacağını hələ müəyyənləşdirməmişəm. Mənim əvvəlki köməkçilərim hazırda MOİK-də işlədiyindən yeni korpusu formalaşdırmağa ehtiyac var. Komanda yeni yarandığından qarşıya qoyulan məqsəd ilk ildə birinci divizionda möhkəmlənməkdı. Bir mövsüm aşağı dəstədə təcrübə topladıqdan sonra artıq elitaya vəsiqə uğrunda mübarizə aparmaq olar”.
Müşfiq bəy bizimlə söhbətdə çalışdıracağı komandada maliyyə problemlərinin olmayacağını, mövsümlərarsı fasilədə təşkil olunacaq təlim-məşq toplanışı üçün ölkə xaricinə yollana biləcəklərini də istisna etmədi: “Qeyd etdiyim kimi, sıfırdan komanda yığılmalıdı. Əsasən gənclərə güvənəcəyik. Ancaq iki-üç təcrübəli futbolçu ilə də anlaşmaq fikrimiz var. Heyət sırf gənclərdən qurulsa, işimiz çox çətin olar. Rəhbərlik birinci divizionda iştirak etmək üçün lazım olan tələbləri yerinə yetirəcək. Təlim-məşq toplanışına gəlincə, aşağı dəstədə çempionatın nə vaxt başlayacağı dəqiqləşəndən sonra buna uyğun hazırlıq planı tərtib olunacaq. Toplanışı ölkə daxilində də, Türkiyədə də keçə bilərik. Hazırlıq məkanı və tarix rəhbərliklə növbəti iclasda müzakirə olunacaq. Bugünki görüşdə qərara alındı ki, 2-3 gündən sonra yenidən bir araya gələk”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:14 Gülağa Cabbarov Stuxlikə məktub yazdı Dünən, 17:13 Riad Rəfiyev əvvəlcə sponsorla, sonra baş məşqçi ilə görüşəcək Dünən, 17:11 “Qəbələ”də qeyri-müəyyənlik davam edir Dünən, 17:09 Renat Dadaşov U-21-dən imtina etməyib Dünən, 17:07 Qara Qarayev daha iki il “Qarabağ”da Dünən, 17:06 Azərbaycanlı futbolçular Mxitaryanı “qorxaq” adlandırdı Dünən, 17:04 Avroliqanın kuboku Cocuq Mərcanlıda Dünən, 15:28 Yığma 17 nəfərlə hazırlaşır Dünən, 15:25 Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq Dünən, 15:22 "Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər Dünən, 15:17 UEFA İcraiyyə Komitəsi Bakıda yığışacaq Dünən, 15:14 Çempion üç günə iki qələbə qazandı Dünən, 15:12 “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq? Dünən, 15:10 Joze Alesio limitin tərəfdarıdı Dünən, 15:08 Hər iki finalçı cəzalandırıldı Dünən, 14:03 “Dəyişikliklər vacibdi, amma belə yox” Dünən, 14:01 “Keşlə” Salahlı ilə anlaşdı, hədəfdə Əfrandı Dünən, 13:59 U-21 xorvatlarla “sülh bağladı” Dünən, 13:54 Səfir jurnalistlər önünə çıxacaq Dünən, 13:53 Nə tez ayıldın, Özil?! Dünən, 13:51 Naxçıvan turniri: xəbəri kimdən alaq? Dünən, 13:47 Kamal Bayramov “Səbail”də Dünən, 13:44 Emil Balayevli "Tobol"dan önəmli qələbə Dünən, 13:40 “Neftçi”nin Mirabdullanı satmaq fikri yoxdu Dünən, 13:25 Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir Dünən, 13:20 AZAL “Qəbələ” və “Sumqayıt”ın futbolçularına zülm etdi Dünən, 13:18 “Topaz” mayın 28-də festivala başlayır Dünən, 11:21 Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir 23-05-2019, 20:32 Finalın meydanda görünməyən tərəfləri 23-05-2019, 20:21 Naxçıvanda üç gün 23-05-2019, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! 23-05-2019, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər 23-05-2019, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı 23-05-2019, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi 23-05-2019, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır 23-05-2019, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır 23-05-2019, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı 23-05-2019, 19:17 Azərbaycan səfirindən sərt sual 23-05-2019, 19:15 Gürcü Azərbaycanı bəyənmir... 23-05-2019, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi 23-05-2019, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” 23-05-2019, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” Bütün xəbərlər
Ən çox oxunanlar