08 in 14:34olke

“Qarabağ” forvard axtarışını davam etdirir

“Qarabağ” forvard axtarışını davam etdirir
"Qarabağ" Çempionlar Liqası və növbəti mövsüm üçün çalışmalarını davam etdirir. Komanda artıq əsas heyətin bir neçə üzvünə qovuşub. Qeyd edək ki, ilk günlərdəki məşqdə Dini Ndlovu, Elvin Yunuszadə və Arif Daşdəmirov, eləcə də əvəzedici heyətin bir neçə üzvü iştirak edirdi. Şahruddin Məhəmmədəliyev, Coşqun Diniyev və Ansi Aqolli artıq məşqlərə qoşulub. Bundan başqa, yeni transfer Abbas Hüseynov da artıq düşərgədədi. “Qarabağ” yay fasiləsindəki ilk transferini rəsmən açıqlayıb. "İnter"dən alınan gənc müdafiəçi bir müddət əvvəl anlaşdığı ölkə çempionu ilə münasibətləri rəsmiləşdirib. O, yeni komandası ilə 2 illik müqavilə imzalayıb. Ancaq “Qarabağ”ın Abbas Hüseynovu Çempionlar Liqası üçün UEFA-ya gec sifariş edəcəyi bildirilir. "İnter"in yeni rəhbəri Zaur Axundov Ağdam təmsilçisinin rəhbərliyindən klubla ikiilik müqavilə bağlayan Abbasın adının hələ AFFA-ya göndərilməməsini xahiş edib. Belə ki, məlum transfer qadağasıyla üz-üzə qalan paytaxt təmsilçisi Hüseynovun xidmətindən Avroliqanın təsnifat mərhələsinin oyunlarında yararlanmaq niyyətindədi. "İnter”i “Neftçi”yə dəyişən qapıçı Səlahət Ağayevlə bağlı da vəziyyət eynidi. “Ağ-qaralar” qeyri-rəsmi razılaşmaya əsasən, qolkiperin avrokuboklarda sabiq “bankirlər”ə kömək etməsinə mane olmayacaq.
Legioner transferində isə “Qarabağ” hələ ki istəyini həyata keçirə bilmir. Tokelo Rantienin "Gənclərbirliyi"ni "Qarabağ"a dəyişməyəcəyi böyük ölçüdə dəqiqləşib. Ağdamlıların baş meneceri Asif Əsgərov futbolçuyla danışıqlarda ortaq məxrəcə gələ bilmədiklərini deyir: "Rantinin klubu ilə danışıqlar müsbət nəticələndi. "Gənclərbirliyi" keçidə problem yaratmadı. Türkiyə klubu razı idi. Sadəcə, futbolçu fikrini dəyişdi. İndiki halda onun "Qarabağ"a keçməmək ehtimalı daha çoxdu".
Yeri gəlmişkən, ağdamlıların təklifini son anda geri çevirən Tokelo zədələnib. Cənubi Afrika yığmasının baş məşqçisi Stüart Bakster bir neçə futbolçunun düşərgəyə zədəli gəldiyini və iyunun 13-də Nigeriya ilə keçiriləcək matçı buraxmaq ehtimalının olduğunu bildirib. Tokelo sağ dizindən xəsarət alıb. 2012-ci ildən yığmanın şərəfini qoruyan forvardın millidə 38 oyunda 10 qola imza atdığını vurğulayaq.
Qurban Qurbanov indi də "Trapani"nin hücumçusuna maraq göstərir. Lamin Yallonu nəzarətə götürən təcrübəli mütəxəssis hələ son qərarını verməyib, götür-qoy edir. 22 yaşlı qambiyalı 2016-cı ildən ölkəsinin əsas millisinə çağırılır və ötən müddətdə 4 matçda meydana çıxıb. 2014- də "Kyevo" formasıyla A seriyasında debüt edən Yallo 2 görüşdə iştirak edib. Növbəti mövsüm "Çittadella"ya icarəyə verilən afrikalı 25 oyunda 4 dəfə fərqlənib. "Kyevo"nun bu ilin əvvəlində "Trapani"yə göndərdiyi qaradərili ikinci dövrədə 9 dəfə yaşıl sahəyə ayaq basıb və 3 qol vurub.
"Qarabağ"ın maraq dairəsinə daha bir hücumçu düşüb. Bu, "İstanbul BŞ"də forma geyən Stefano Napoleonidi. 30 yaşlı italiyalı superliqada mövsümü gümüş medalla başa vuran İstanbul təmsilçisinin əsas heyətinə düşə bilmir. Adebayorla Pəktəməyin kölgəsində qalan Napoleoni 26 matçda 6 qol vurub. Baş məşqçi Abdullah Avcı ona əsasən kubokda şans verib ki, italyan belədə 4 qolla komandasının ən məhsuldar forvardı olub. 30 yaşlı apenninli ilk dəfə Polşada, 2006–08-ci illərdə "Vidzev"də legioner həyatı yaşayıb. Növbəti 4 ili "Levadiakos"da keçirən italyan 2012-ci ildə Yunanıstanın başqa bir klubuna – "Atromitos"a keçib. O burda 98 oyunda rəqib qapıçıları 30 dəfə məyus edib. Napoleonini yunanlardan 300 min avroya alan "İstanbul BŞ" indi onunla vidalaşmağa hazırdı.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 16:06 Türkiyə yığmasını seçən Elçin Əliyev “Futbol+”ə danışdı Bu gün, 16:03 Səməd Qurbanov “Neftçi”nin kuboku qazanacağına əmindi Bu gün, 15:57 Hallidey gileyləndi, “Qəbələ” rəsmisi cavabını verdi Bu gün, 15:56 “Atırau”nun yeni baş məşqçisi “Qəbələ” ilə oyundan imtina etdi Bu gün, 15:54 Gürcülərin imtinasının altında hiyləgərlik yatır Bu gün, 15:52 Yığma yanvarın 28-də vətəni tərk edəcək Bu gün, 15:51 Çempionatın bombardiri Alesiodan narazıdı Bu gün, 15:46 “Qarabağ” premyer-liqanın ən dəyərli komandasıdı Bu gün, 15:44 Zədə Oseqeylin "Səbail"ə keçidini əngəlləyə bilər Bu gün, 15:40 Muarem “Qarabağ”ı ziyarət etdi Bu gün, 15:12 “Kəpəz” əvəzedicilərini zorla uddu Bu gün, 15:10 Bakılıların sonuncu rəqibi makedonlar oldu Bu gün, 15:09 “Sumqayıt”ın əvəzediciləri “Xəzər”i üstələdi Bu gün, 15:08 Araz 89 dəqiqə oynasa da... Bu gün, 15:06 Rafael Abdulov komandasının çıxışını orta qiymətləndirir Bu gün, 15:04 Fasiləyə iki liderlə Bu gün, 15:03 “Velveyk” Ozancanı U-21-ə buraxmadı Bu gün, 15:01 “Qayıtmaq üçün Rauf bizə müraciət edib, biz onu axtarmamışıq” Bu gün, 14:59 Ruslan Abışov səviyyəli legionerlər arzulayır Bu gün, 14:57 Məqsəddən “Neftçi”yə iki sillə Dünən, 15:11 Avropa Liqasının təqvimi müəyyənləşdi Dünən, 15:09 Faiq Qarayev həmkarının müdafiəsinə qalxdı Dünən, 15:00 Bir nömrə iddiasında olan Mahir Şükürov Dünən, 14:44 Aslan Kərimov Kamal Quliyevlə görüşə hazırdı Dünən, 14:43 “Qarabağ” bundesliqa klubuna qalib gəldi Dünən, 14:34 Rauf Əliyev Zaur Axundovun “tələsinə düşmək” istəmir Dünən, 14:32 Maksimov Məhəmməd Qurbanovu yola saldı, Tçamini bəyəndi Dünən, 14:31 Qvanzavla iranlı getdi, Dieqo Qusmao komandaya qoşuldu Dünən, 14:29 Yığmamızın Gürcüstanla oyunu ləğv olundu Dünən, 14:28 “Vikipediya”da əksini tapan informasiyaya görə klub məsuliyyət daşımır” Dünən, 00:43 “Cavanlığımı xatırladan uşaqları görürəm” Dünən, 00:41 “Qəbələ” Araz Abdullayevin satışında uduzmadığını düşünür Dünən, 00:39 Ermənilər “Qarabağ”ın uğurunu təkrarlayacaqlarına inanmırlar Dünən, 00:38 Renat Dadaşov üçüncü bundesliqada oynaya bilər Dünən, 00:37 "U-17 liqası həddən artıq zəifdi" Dünən, 00:35 Anar Nəzirov yığmada Kamranı əvəzləməyə hazırdı Dünən, 00:33 Ayxan Abbasov yığmaların toplanışını problem saymır Dünən, 00:31 "Zirə" əvəzedicilərinə rəhm etmədi Dünən, 00:25 Firdovsi Umudov millidə fəaliyyətini davam etdirəcək Dünən, 00:23 “CBC Sport” AÇ-ni yayınlamaq üçün danışıq aparır Dünən, 00:22 Vitalinin komandası Serbiyada 7 min avro qazandı Dünən, 00:20 U-21 üçün daha bir rəqib Dünən, 00:17 TRANSFER DOSYESİ Dünən, 00:15 Ölkə çempionatının bombardiri qida sənayesində çalışır 14-01-2018, 12:45 Fərid Qayıbov UEG-in üzvlərinə səsləndi 14-01-2018, 12:44 Masallıda cüdo mərkəzi açıldı 14-01-2018, 12:43 İdmançı “feysbuk”da gileyləndi, vitse-prezident cavabını verdi 14-01-2018, 12:41 Baba Əsgərov “Neftçi”dən “bismillah” deməmiş ayrıldı 14-01-2018, 12:40 Aslan Kərimov Kamal Quliyevə baş məşqçi olmağa imkan vermədi 14-01-2018, 12:39 Əli Hüseynovun cəzalandırdığı AFFA nümayəndələri narazıdı 14-01-2018, 12:37 Yığma üzvü “Gənclərbirliyi”nə keçdi 14-01-2018, 12:35 Mütəxəssislər peşəkarlığı yox, yığmanın maraqlarını əsas tutdu 14-01-2018, 12:34 U-21-in 18 günlük hazırlığına izah tapmaq çətindi 14-01-2018, 12:32 İnsident iştirakçıları susmağa üstünlük verdi 14-01-2018, 12:30 "Keşlə"nin legionerləri Maksimovu və komandanı təriflədi 14-01-2018, 12:29 “Foqtsa, Prosineçkiyə uduzanda heç nə demirdizsə, Qurban müəllimə də dəstək olmalısız” 14-01-2018, 12:27 Yuri Maksimov Rauf Əliyev haqda müsbət fikirdədi Bütün xəbərlər
Ən çox oxunanlar