07 in 18:45olke

Legionerlərimiz 2016/17 mövsümündə

Legionerlərimiz 2016/17 mövsümündə
Şeydayev xoşbəxtliyi “Jilina”da tapdı

Ölkəmizdə mövsüm bir aydan artıqdı başa çatıb. Əslində "futbol ili"nin erkən yekunlaşması səbəbsiz deyildi. Mayda ölkəmizdə İslam Həmrəyliyi Oyunları keçirildiyindən daxili yarışların finişi tezləşdirildi. Ancaq Avropada ənənəvi olaraq çempionatlar əsasən mayın sonunda başa çatdı. Bəzi ölkələrdə isə marafon iyunun əvvəlinə qədər uzandı. Bu üzdən legionerlərimizin çıxışını dəyərləndirmək üçün ən münasib vaxtı seçdik. Hazırda isə onların 2016/17 mövsümündə necə yadda qaldığına nəzər salmaq məqamıdı.

Kamran Ağayev
Bir neçə il öncə, klubların pula pul demədiyi vaxtlarda futbolçularımızın legioner həyatı yaşamamasının əsas səbəblərindən biri kimi məhz bu amili göstərirdik. Evinin içində 10 minlər "qatlayan" birinin sərhədləri aşmaq fikrinə düşməməsi müəyyən mənada anlaşılan idi. Belə deyək, klubların dəyərindən artıq pul verməsi bizimkilərin inkişaf haqda düşünməsinə əngəl olurdu. Ancaq maliyyə böhranı futbolumuzu ağuşuna alandan sonra qiymətlər aşağı düşdü, kimsə haqq etdiyindən artığını almadı. Sevindik ki, nəhayət, bizimkilər də xaricə üz tutacaq, soraqları Avropanın müxtəlif çempionatlarından gələcək. İnsaf naminə, mövsümün əvvəlində legioner həyatı yaşamaq istəyənlərin, xaricə üz tutanların sayı artdı. Bunlardan biri də Kamran Ağayev idi. "Xəzər Lənkəran"dan ayrılandan klubları əlcək kimi dəyişən yığmanın əsas qapıçısının karyerasındakı bu yenilik hamını sevindirdi. Dəfələrlə onun heç olmasa, Avropanın ortabab çempionatlarına üz tutmasının vaxtı çatdığını qeyd edirdik. Sentyabrda “Boavişta” (Portuqaliya) ilə anlaşan qapıçı müəyyən mənada üzümüzü güldürməyə başladı. Baş məşqçinin ona güvənməsi azərbaycanlı futbolsevərləri də sevindirirdi. “Portu” ilə oyunda debüt edən Ağayev ümumilikdə 12 çempionat oyununda meydanda oldu, bu oyunlarda qapısında 14 qol gördü. Kubokda isə yalnız bir görüşdə 120 dəqiqə “çərçivə”ni qorusa da, komandası məğlub olub (1:2) mübarizəni dayandırdı. Bəzi qarşılaşmalarda ciddi səhvlərə yol verməsinə baxmayaraq, çalışdırıcının ona güvəni azalmırdı. Ancaq yenə da fasilə ərəfəsində Kamranın geri qayıtması ilə bağlı söz-söhbət yayıldı. Əvvəlcə peşəkarlıqdan nə qədər uzaq olsa da, darıxdığını deyən, daha sonra “Neftçi”yə gələcəyi ortaya çıxan qapıçının yanvarın 14-də “qələmi qırıldı”. “Benfika” ilə görüşdə (3:3) qapısında gördüyü qollar bir yana, oyundan sonra dava salması və lazımsız yerə “qırmızı” alması onu baş məqşçinin gözündən saldı. Beləcə artıq ona etimad göstərilmədi və məhz həmin vaxtdan sonra heyət üzü görmədi. Kamran mövsümün sonunu da gözləmədən vətənə döndü. Düzdü, Almaniya ilə martdakı seçmə mərhələ oyununda (1:4) Robert Prosineçki məhz ona güvəndi. Ancaq həmin qarşılaşmada iki qolda müəyyən səhvə yol verən qapıçının durumu heç ürəkaçan deyil.

Emin Mahmudov
Bir halda ki “Boavişta”nın adını çəkdik, burda top qovan daha bir futbolçumuzun mövsüm ərzində necə yadda qaldığını yada salaq. Söhbət ötən yay AFFA-nın yığmada oynamağa razı saldığı Mahmudovdan gedir. Əslində qurum Emin üçün bir neçə il öncədən hərəkətə keçmişdi, ancaq futbolçu məhz ötən yay bizimkilərin təklifinə “hə” dedi. Ancaq 25 yaşlı yarımmüdafiəçinin “Boavişta” karyerası uğurlu alınmadı. Təsəvvür edin, mövsümün əvvəlində anlaşdığı komandada ilk oyununa noyabrın 26-da çıxdı. Ümumilikdə Portuqaliya çempionatında 12 oyunda meydanda oldu ki, bu da cəmi 351 dəqiqə edir. Təbii, əksər qarşılaşmalarda sonradan meydana çıxıb, yalnız 3 görüşdə start “11-liy”ində yer alıb. Hesabında 1 qol var. Kubokda isə şans qazanmadı. Prosineçki San Marino ilə matçda (1:0) ona 12 dəqiqə oynamaq imkanı yaratdısa, Şimali İrlandiya ilə oyunda 70 dəqiqə meydanda oldu. Lakin heyətə düşməkdə çətinlik çəkən yığma üzvünün klubunda bu cür davam etməsi heç kimin ürəyincə deyil.

Ramil Şeydayev
AFFA-nın uzun çək-çevirdən sonra yığmada oynamağa razı saldığı futbolçulardan biri də Şeydayev idi. Əslində Ramildən gözləntilər daha çox idi. Rusiyanın aşağı yaş qrupları üzrə yığmalarının şərəfini qoruyan 21 yaşlı hücumçunun millinin gücünə güc qatacağını gözləyirdik. Elə Prosineçkinin də ona seçmə mərhələnin geridə qalan 5 görüşünün hamısında şans verməsi buna işarədi. Qol hesabını aça bilməsə də, insaf naminə, hər oyundan sonra futbolçuların çıxışını dəyərləndirərkən, Ramil üçün “normal” ifadəsini işlədə bilirik. Ancaq klub karyerası baxımından mövsüm Ramil üçün təzadlı keçdi. Belə ki, yayda “Trabzonspor”la anlaşan Şeydayev heç cür baş məqşçi Ərsun Yanalın sevgisini qazana bilmədi. Xatırladaq ki, onu Türkiyə klubuna AFFA-nın “bağışladığı”, maaşını məhz assosiasiyanın ödədiyi haqda informasiyalar da gündəmə gəlmişdi. Hərçənd federasiya deyilənləri qətiyyətlə təkzib etdi. Ancaq qaradənizlilərin heyətində şans qazanması müəyyən şübhələr yaradırdı. Özü də “bordo-mavililər”in uğursuz çıxışına və komandadakı hücumçuların aşağı forma sərgilməsinə baxmayaraq, Yanal inadından dönmürdü. Superliqada dekabrda debüt edən Şeydayev cəmi 10 dəqiqə oynadı. Kubokda isə 2 oyunda 76 dəqiqə şans qazanan yığmanın forvardı 1 dəfə fərqlənə də bildi. Ancaq qışda “Jilina”ya icarə əsasında keçməsi düzgün seçim idi. Bu klubun əsas komandasında 12 oyunda meydana çıxdı, 651 dəqiqə oynadı, 5 qola imza atdı. “Jilina”nın 2-ci komandasında isə 2 matçda forma geydi, 2 qol vurdu. Kubokda 1 görüşdə 44 dəqiqə oynadı. Mövsümün sonunda “Jilina” ilə Slovakiya çempionluğunu bayram etdi.

Dmitri Nazarov
Yığmanın daha bir əsas heyət üzvü üçün mövsüm pis keçmədi. Öncə onu qeyd edək ki, Prosineçki Nazarova seçmə mərhələ görüşlərinin hamısında şans verib. Bunlardan üçündə 90 dəqiqə oynayan Dmitri ən az Şimali İrlandiya ilə matçda meydanda olub (20 dəqiqə). Xüsusən Almaniya ilə martdakı görüşdə baxımlı qol vurması klubunda, eyni zamanda “Ertsgebirge” azarkeşləri tərəfindən böyük coşquyla qarşılandı. Təbii, 2-ci bundesliqada çıxış edən futbolçunun ölkənin əsas komandasına – son dünya çempionlarına qol vurmasına etinasız yanaşmamışdılar. Həmin matçdan sonra təkcə təmtəraqlı qarşılanma ilə iş bitmədi, imza mərasimi də baş tutdu. Çempionatda 28 oyunda meydana çıxan Nazarov 1763 dəqiqə mübarizə aparıb, hesabında 9 qol var. Kubokda isə 1 görüşdə 120 dəqiqə oynayıb.

Dəniz Yılmaz
Mövsümün əvvəlində Dəniz Yılmazın yığmamızı seçdiyi məlum oldu. O uzun müddət Türkiyə yığmasından dəvət gözləsə də, arzusu reallaşmadı. Açıqlamasında bildirmişdi ki, Azərbaycan tərəfi Dənizi 3 il gözləyib. Öz ölkəsinin əsas komandasına çağırılmayacağını qətiləşdirən Yılmaz AFFA-nın təklifini qəbul etdi. “Bursaspor”un üzvü son mövsüm çempionatda 19 oyunda meydanda oldu ki, bu da 1583 dəqiqə edir. Hesabında 4 qol olan forvard 1 dəfə qırmızı vərəqə ilə cəzalanıb. Kubokda isə 2 oyunun hər ikisini əvələnmədən keçirib, bir dəfə rəqib qapısına yol tapıb. Əslində mövsüm Dəniz üçün yaxşı yekunlaşmadı. Belə ki, çempionatın bitməsinə təxminən 1 ay qalmış klubunda problem yaşadı. “Bursaspor”dan pulunu ala bilməyən yığma üzvü “timsahlar”ı FİFA-ya şikayətlə hədələmişdi. Buna görə komandadan uzaqlaşdırılan Yılmaz transferə çıxarıldı. Ancaq klubu sonda onun borcunu ödədi. Yılmaz DÇ-nin seçmə mərhələsinin iki oyununda – Şimali İrlandiya və Almaniya ilə matçlarda şans qazanıb. Maraqlıdı ki, Prosineçki ona bu dəfə dəvət göndərməyib. Bəlkə də xorvat çalışdırıcı Dənizin klubunda yaşadıqlarını nəzərə alıb.

Pavel Paşayev
Uzun müddət yığmadan dəvət alsa da, daha çox ehtiyatda qalırdı. Nəhayət, Almaniya ilə görüşdə Prosineçki ona əsas heyətdə şans verdi. Meydanda olduğu 90 dəqiqədə pis təsir bağışlamadı. Klubunda isə əsas heyət üzvüdü. Ukrayna çempionatında “Stal”ın formasında 29 oyunda şans qazanıb ki, bu da 2450 dəqiqə edir. Kubokda isə 2 oyunda 120 dəqiqə mübarizə aparıb. Təbii, həm özü üçün, həm də yığma baxımından klubunda daim forma geyməsi müsbət məqamdı.

Budaq Nəsirov
Onun da transferi böyük səs-küy doğurmuşdu. Ötən yay “Sportinq”ə keçdi ilə azərbaycanlı azarkeşləri fərəhləndirdi. Özü də Portuqaliya təmsilçisiylə 5 illik müqaviləyə imza atıldı. Hərçənd Nəsirovun Lissabon təmsilçisinin əsaas heyətinin şərəfini qoruyacağı inandırıcı görünmürdü. Belə də oldu. “Sportinq”in 2-ci komandasında çıxış edən Budaq ötən mövsüm 20 oyunda şans qazanıb ki, 1027 dəqiqə meydanda olub, 1 dəfə fərqlənib. Xüsusən mayın 14-də “Akademika” ilə oyunda etdiyi hərəkət mövsümlük karyerasına damğa vurdu. Həmin oyunda rəqibə penalti qazandıran 20 yaşlı yarımmüdafiəçi buna meydanda olmaya-olmaya “nail olmuşdu”. Cərimə meydançasının yaxınlığında isinmə hərəkətlərini yerinə yetirərkən, top meydanı tərk etmədiyi halda ona əllə toxunaraq, komandasını cəzalandırdı. Həmin epizod uzun müddət müzakirə olundu. Özü də hazırda onun “Sportinq”də karyerasını davam etdirib-etdirməyəcəyi sual altındadı.

Elnur Cəfərov
Yayda Portuqaliya çempionatına üz tutanlardan biri də Cəfərov idi. Lakin onun “Tondela”dakı karyerası, belə desək, başlamamış bitdi. Klub onun hazırlıq səviyyəsinin aşağı olduğunu əsas gətirdisə, Elnur dini inancla bağlı arada yaranan problemi qabartmışdı. Bir sözlə, “Tondela”dan ayrılan Cəfərov Xorvatiyanın 2-ci liqasında mübarizə aparan “Duqopolye”yə üz tutdu. Qeyd edək ki, Cəfərov son mövsüm “Duqopolye”nin heyətində 13 oyunda 369 dəqiqə oynayıb. Onun da Xorvatiya təmsilçisindən ayrılacağı, kareyarsını ölkəmizdə davam etdirəcəyi deyilir.

Rüfət Dadaşov
Berti Foqtsun zamanında yığmaya cəlb olunan və əsas komandada 16 oyun keçirən Dadaşov Prosineçkidən dəvət almır. Xorvat mütəxəssis onun qardaşı Renata üstünlük verdi. Rüfət son mövsümü Almaniyanın şimal-şərq regional liqasında mübarizə aparan "Moyzelvits"in heyətində keçirdi. Bu komandanın heyətində 33 oyuna çıxan 25 yaşlı hücumçu meydanda olduğu 2878 dəqiqə ərzində 12 dəfə rəqib qapılarına yol tapıb. Əslində Prosineçkiyə onun yığmaya dəvət almaması ilə bağlı sual veriləndə xorvat çalışdırıcı forvardın 4-cü liqada mübarizə aparmasını əsas gətirmişdi.

Eddi İsrafilov
Onun şərəfini qoruduğu “Kadis”in hələ də İspaniya sequndasında bir oyunu var. Lakin yığmaya dəvət aldığından Eddi həmin görüşdə iştirak etməyəcək. Ümumiyyətlə, İsrafilov Əndəlus təmsilçisinin əsas heyət üzvünə çevrilmədi. Son mövsüm 20 oyunda ümumilikdə 952 dəqiqə şans qazanan yarımmüdafiəçi cəmi 1 dəfə fərqlənib. Kubokdakı göstərici isə 1 oyunda 48 dəqiqə ilə məhdudlaşır. Razılaşaq ki, AFFA-nın onun yığmada oynaması ilə bağlı göstərdiyi inadkarlıqla futbolçudan gözləntilər üst-üstə düşmür.

Ufuk Budak
Maraqlıdı ki, ötən ilin mayında yığma Avstriyada toplanış keçəndə Prosineçki Ufuka da dəvət göndərmişdi. Hətta Andorra ilə yoxlama oyununda (0:0) 90 dəqiqə meydanda oldu. Lakin nədənsə xovat çalışdırıcı seçmə mərhələ görüşlərində onun xidmətinə ehtiyac duymadı. Mövsümün ilk yarısında Türkiyə superliqasında çıxış edən “Kayserispor”un şərəfini qorudu. Kayseri təsmilçisinin heyətində çempionatda 12 oyun (904 dəqiqə) keçirib və yeganə qolunu “Fənərbaxça” ilə görüşdə vurub. Kubokda isə 3 matçda 237 dəqiqə mübarizə aparıb. Qışda superliqa təmsilçisini PTT liqasında çıxış edən “Manisaspor”a dəyişən Ufuk yeni komandasında 13 qarşılaşmada şans qazanıb. Meydanda 1170 dəqiqə mübarizə aparan 27 yaşlı futbolçu 1 qol vurub.

Renat Dadaşov
Onun da yığmamızı seçməsi bir sıra müzakirələrə, fərqli yanaşmalara yol açdı. AFFA futbolçunun, Renat isə qurumun yığmada oynamağı təklif etdiyini demişdi. Qeyd edək ki, əvvəllər U-15 millimizə çağırılan hücumçu daha sonra bundestimin U-16, U-17 yığmalarının şərəfini qorumuşdu. Yuxarıda vurğuladığımız anlaşılmazlıq bir yana, “Bild” Almaniya ilə oyundan öncə Dadaşovun yığmamızda oynamağa razı salınması ilə bağlı şok iddia irəli sürmüşdü. İddiaya görə, AFFA buna yüksək məbləğdə pul sayəsində nail olub. Daha dəqiqi, assosiasiyanın Renata 1 milyon dollar pul və ev verdiyi qeyd olunmuşdu. Ancaq bizimkilər həmin iddianı qətiyyətlə təkzib etdi. Hətta Almaniya mətbuatı bundestimlə matçda adı “18-liy”ə salınmayan Renatın qərarını bir daha düşünəcəyini yazmışdı. Hər halda, bu proqnoz özünü doğrultmadı və Prosineçki ona qarşıdakı oyun üçün dəvət göndərdi. Bu ilin yanvarında “Leyptsiq”dən “Ayntraxt”a transfer olunan Dadaşov mövsümün sonunda Frankfurt təmsilçisi ilə yeni – 3 illik müqavilə imzaladı. Geridə qalan “futbol ili”ndə isə “Leyptsiq”in U-19 komandasında 11, “Ayntraxt”ın eyni yaş qrupu üzrə komandasında 10 oyunda forma geyib.

Toğrul Erat
Vaxtilə həm U-21-in, həm də əsas yığmanın şərəfini qoruyan Toğrul Erat son mövsüm Almaniyanın 3-cü bundesliqasında mübarizə aparan "Duysburq"un heyətində çıxış etdi. O, ötən tsiklin son oyunlarında şans qazansa da, hazırki seçmə mərhələdə Prosineçkidən dəvət almır. "Duysburq"un formasında meydana çıxdığı 22 oyunda (1808 dəqiqə) 2 dəfə rəqib qapılarına yol tapıb. Qeyd edək ki, Eratın komandası çıxış etdiyi çempionatın qalibi olduğundan 2-ci bundesliqaya vəsiqə qazandı.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 00:17 25 saniyəlik Olimpiada... Bu gün, 00:09 Saşa Yunisoğlu futbol məktəbi açıb Bu gün, 00:07 Mundiala Fəridlə Fəridə gedəcək Bu gün, 00:06 “Futbol+” finalçılarla eyni qrupda Bu gün, 00:04 Klub rəsmilərinin “Neftçi”yə keçidi futbolçuları təəccüblədirib Bu gün, 00:02 “Sumqayıt” Nicatı bayıra atdı, “Zaqatala” sahib çıxdı Bu gün, 00:01 Koçuku Azərbaycana Ramil Şeydayev səsləyib Dünən, 23:58 AFFA-nın muzeyinin formatı dəyişdirilib Dünən, 23:56 Rəşad Sadıqov mayda “Qarabağ”dan ayrılacaq Dünən, 23:55 “Keşlə” – “sülhsevər” komanda! Dünən, 23:53 Ağatahir Əzimov FK.İD-in zəif yerini göstərdi Dünən, 23:51 “Olimpik Star”da başlayıb BİS-də bitəcək Dünən, 23:49 “Sonuncu dəfə “Əlifba” kitabını əlinə götürən futbolçudan artıq nəsə ummaq yersizdi” Dünən, 23:37 "Zaqatala" ikinci qələbəsini qazandı Dünən, 23:36 İkisi sevindirdi, biri üzdü Dünən, 23:35 Balacayeva vahid lider oldu Dünən, 23:33 Ölkə çempionatı başa çatdı Dünən, 23:32 Ayxan Abbasov “Neftçi” ilə oyundan sonra danışacaq Dünən, 23:30 Çempionatımızda 11 qol vuran futbolçunun “kitabı bağlandı” Dünən, 23:29 “Bakcell Arena”da prinsipial duel Dünən, 11:53 Rafael Ağayev yapondan əvəz çıxmaq istəyir 22-02-2018, 23:44 Azərbaycan DÇ-də üç jurnalistlə təmsil olunacaq 22-02-2018, 23:41 PFL kubokun finalıyla bağlı “Kəpəz”ə müraciət etməyib 22-02-2018, 23:38 PFL yığmaya görə təqvimi dəyişdi 22-02-2018, 23:29 “Neftçi”nin bazası 2019-un sonunda hazır olacaq 22-02-2018, 23:24 Ceyhun Sultanov da “Sumqayıt”ı “Neftçi”yə dəyişdi 22-02-2018, 23:17 Vaqif Ömərov “Sumqayıt”a müvəqqəti prezident təyin olundu 22-02-2018, 23:14 “Neftçi” Mujekdən də qurtuldu 22-02-2018, 23:11 Fanklublar da Qəbələ variantına etiraz etmir 22-02-2018, 23:02 “Darmadağınçı” qonaqlar 22-02-2018, 22:59 İntizam Komitəsi “Qəbələ” ilə “Zirə”ni 16 min cərimələdi 22-02-2018, 22:56 “Qəbələ” apellyasiya şikayəti verməyəcək 22-02-2018, 22:48 Natalya Məmmədova rəqabətsizlikdən narazıdı 22-02-2018, 22:45 Ən güclü yeniyetmə “klassiklər” müəyyənləşdi 22-02-2018, 22:42 Ölkə çempionatı başladı 22-02-2018, 22:39 Rauf Məmmədovdan uğursuz başlanğıc 22-02-2018, 22:37 Cənubi Kipr mətbuatından Araza yüksək qiymət 22-02-2018, 22:30 Meydanda huşunu itirən iranlı yenidən qayıtdı 22-02-2018, 22:23 “Ekol” 8 dəqiqəyə çökdü 22-02-2018, 22:18 “Traktorsazi” ərəblərlə bacarmır 22-02-2018, 22:16 Bədavi Almaniyada müalicə alır 21-02-2018, 15:00 Şəhriyar xatirə turnirində iştirak edəcək 21-02-2018, 14:58 Milli Belarusa yollandı 21-02-2018, 14:57 Braxner diqqətini slaloma ayırıbmış... 21-02-2018, 14:56 Soydaşımızın şərəfinə Rusiyada yarış keçirilib 21-02-2018, 14:54 Yığmanın baş məşqçisi tennisin problemlərindən danışdı 21-02-2018, 14:52 “Forza Neftçi”nin Kamran Quliyevdən bir istəyi var 21-02-2018, 14:51 Ramil Şeydayevin ehtiyatda “çürüməsi” futbolumuza ziyandı 21-02-2018, 14:50 Klublar Komitəsi “Sumqayıt”ın prezidentini gözləyir 21-02-2018, 14:49 Yarımfinalçılar Qəbələ variantına etiraz etmir 21-02-2018, 14:48 PFL Gəncədən imtina etdi 21-02-2018, 14:47 AFFA-da Region Liqası klublarının nümayəndələri ilə görüş 21-02-2018, 14:45 Namiq Ələsgərov futbolçu xanımla ailə qurdu 21-02-2018, 14:43 Araz Abdullayev dirəyi nişan almaqda Messi ilə yarışa bilər 21-02-2018, 14:41 Ağabala ötən tur lideri, bu dəfə izləyicisini çökdürdü 21-02-2018, 14:40 Hallidey “Qəbələ”yə görə hələ də özünü qınayır 21-02-2018, 14:39 “Hakimlər axırda məni dəli edib, çöllərə salacaqlar” Bütün xəbərlər
Ən çox oxunanlar