07 in 14:30olke

Ceyhun Sultanov akademiyanın məşqçilərinə “barmaq silkələyib”

Ceyhun Sultanov akademiyanın məşqçilərinə “barmaq silkələyib”
“Etimadı doğrultmayanlarla dekabrın sonunda vidalaşacağıq”

Ötən sayımızda “Sumqayıt”ın baş meneceri Ceyhun Sultanova daha bir vəzifə həvalə olunduğunu diqqətinizə çatdırmışdıq. İki ildi əsas komandanın transfer siyasətinə cavabdehlik daşıyan veteran futbolçu bundan sonra “kimyaçılar”ın futbol akademiyasına da rəhbərlik edəcək. Dünən Ceyhun bəylə əlaqə saxlayıb, həm yeni işi, həm də “ağ-göylər”in əsas komandası ilə bağlı söhbətləşdik.
- İki il “Sumqayıt”ın əsas komandasının transferlərinə cavabdehlik daşıyırdız. Bugünlərdə sizə daha bir vəzifə - klubun futbol akademiyasına rəhbərlik etmək tapşırıldı. Çətin olmayacaq ki?
- Həyatının çox hissəsini futbola həsr edən, bu idman növünün bütün xırdalıqlarından xəbərdar olan biri kimi, məncə, çətin olmayacaq. Hərçənd heç vaxt düşünməzdim ki, uşaq futbolunda bu qədər iş ola bilər. Rəhbərlik akademiyaya da nəzarət etməyi tapşırınca müxtəlif yaş qruplarında çalışan məşqçilərlə bir-bir görüşdüm. Sonradan isə ümumi kollektivlə toplantımız oldu. Həmin görüşlərdən sonra belə başa düşdüm ki, akademiyanın bəzi məşqçiləri ilk növbədə şəxsi mənafeyini güdərək, öhdəsinə düşən işə barmaqarası münasibət göstərir. Bu gün akademiyada çalışan məşqçilərin hamısına xəbərdarlıq etmişəm: şəxsi intriqaları bir tərəfə qoyub, ümumi məqsəd uğrunda çalışmalıdılar. “Sumqayıt”ın gələcəyi üçün narahat olmayıb, özünü düşünən, düşərgəyə söz-söhbət salanlara aramızda yer olmayacaq. Bu məşqçilərə ilk tapşırığım oldu. Bundan başqa, onların hər birinə ilin sonuna kimi vaxt verilib. Etimadı doğrultmayanlarla dekabrın sonunda vidalaşacağıq. Bəribaşdan şərtimizi bildirirəm ki, sonradan aramızda narazılıq olmasın.
- Sözünüzdən belə qənaətə gəlmək olar ki, indiyədək “Sumqayıt”ın futbol akademiyasında işlər düz getməyib...
- Heç kimin haqqına girmək istəmirəm. Məndən əvvəl bu vəzifəni Aqil Məmmədov kimi çox hörmət etdiyim şəxs və alman mütəxəssis icra edib. Onların müəyyən dəsti-xətti olub. Ancaq onların düşərgədən ayrılmasından sonra ortaya müəyyən problemlər çıxıb. İndi mənim əsas işim çatışmazlıqları aradan qaldırmaqdı. Xahiş edirəm, sözlərimi səhv başa düşməyin. Mən demirəm ki, bu günə kimi “Sumqayıt”ın futbol akademiyası işləməyib. Sadəcə, bu gün mən istədiyim səviyyədə deyil. Məni tanıyanlar bilir ki, işimə həmişə məsuliyyətlə yanaşmışam. Klubun prezidenti Kamran Quliyev günün 24 saatını komandanın irəli getməsi üçün çalışırsa, “Sumqayıt”ın əsas himayədarı olan “Azərikimya”nın Müşahidə Şurasının sədri Muxtar Babayev klubun inkişafını düşünür və bunun üçün hər şey edirsə, məşqçilər də bunun qarşılığını verməli, işlərinə məsuliyyətlə yanaşmalıdılar. Kimin kimdənsə xoşu gəlməyə, kimsə kiminsə işini bəyənmməyə bilər. Bunlar şəxsi məsələlərdi və bunu iş prosesinə qatmaq gələcək üçün yaxşı heç nə vəd etmir.
- Biz həmişə “aşağı yaş qruplarından nəticə gözləmək düzgün deyil, akademiyanın əsas işi əsas komandaya futbolçu yetişdirməkdi” deyimini eşitmişik. Siz də bu prinsiplə işləyəcəksiz?
- Bəlkə də funksioner kimi işə başladığım ilk vaxtlar olsaydı, bu deyimlə razılaşardım. Ancaq artıq müəyyən təcrübəyə yiyələndiyimdən bu fikirlə razı deyiləm. Səviyyəli oyunçu yetişdirən, normal komanda formalaşdıran məşqçinin yetirmələrinin də nəticələri ürəkaçan olmalıdı. Fikrimcə, “aşağı yaş qruplarının əsas işi A komandaya futbolçu yetişdirməkdi” deyən məşqçilər bu fikirdən bəhanə kimi istifadə edir.
- Bu gün Sumqayıtda müxtəlif idman məktəblərinin nəzdində futbol bölmələri fəaliyyət göstərir. Çox vaxt orda yüksək istedadı ilə seçilən yeniyetmələr sizə yox, “Qəbələ” və başqa klublara üz tuturlar. Necə düşünürsüz, akademiyaya nəzarət etməyə başlayandan sonra bu problemi aradan qaldırmaq mümkün olacaq?
- Bu haqda ilk növbədə bu şəhərin futbol məşqçiləri düşünməlidi. Hər halda, Sumqayıt onların şəhəridi. Onları da başa düşürəm. Razılaşaq ki, müxtəlif idman məktəblərində çalışan məşqçilər ayın sonunda o qədər də çox maaş almırlar. Və buna görə də yetirmələrini imkanlı klublara satmaqla pul qazanmaq istəyirlər. Ancaq yaxşı olardı ki, onlar əllərində olan bacarıqlı uşaqları başqa klublara təklif etməmiş öncə “Sumqayıt”a üz tutardılar. Bizim təklifimiz onları qane etməsə, yenə həmin klublarla danışsınlar. Ola bilsin, biz onlara istədikləri pulu verə bilmərik. Ancaq ən azı inventar və yaxud başqa şəkildə yardım edə bilərik. Yəni hər şey qarşılıqlı anlaşmadan irəli gəlir.
- Bir qədər də əsas komandadan danışaq. Mövsümlərarası fasilədə “Sumqayıt”ın transfer bazarında fəallığı müəyyən söz-söhbətə səbəb olub. Söylənilənlərə inansaq, artıq növbəti “futbol ili”ndən komanda avrokuboklara vəsiqə uğrunda mübarizə aparacaq. Deyilənlərlə razılaşırsız?
- “Sumqayıt” haqda belə sözlər eşitmək çox xoşdu. İndidən nəsə danışmaq istəmirəm. Hər şey növbəti mövsümdə bəlli olacaq.
- Əvvəlki illərdə “Sumqayıt” gənc və perspektiv vəd edən oyunçulara bel bağlayırdısa, hazırda daha çox təcrübəlilərə güvənirsiz. Klubun büdcəsi artıb, yoxsa...
- Bizim sabit maliyyə dayağımız var. Bu gün belə xoşbəxlik heç də hər kluba qismət olmur. Buna görə klubun sponsoru olan “Azərikimya”ya təşəkkür etmək istəyirəm. Büdcəmiz dəyişməyib, sadəcə, iddiamız artıb. Bu da başadüşüləndi. Gəlin etiraf edək ki, Azərbaycanda səviyyəli yerli futbolçu qıtlığı yaşanır. Gənclərlə işləmək istəyərdik və bu gün də işləyirik. Ancaq görürük ki, yanında təcrübəli olmadan həmin gənc inkişaf etmir. Həm hədəflərimizi, həm də klubun gələcəyini nəzərə alıb, bu yay bir qədər fərqli addım atmağa qərar verdik.
- Bu günə kimi həyata keçirdiyiniz transferlərdən razısız, yoxsa kimlərə görəsə sonradan peşman olmusuz?
- İş olan yerdə səhv də olmalıdı. Gəzən ayağa daş dəyər. Mənim və yaxud baş məşqçi Samir Abasovun bütün seçimi düzgün olsaydı, daha uğurlu nəticələrlə yadda qalardıq. Bu gün “Sumqayıt” ölkə çempionatında hələ nəyəsə nail olmayıbsa, deməli, hardasa səhvlərə yol vermişik. Çalışırıq səhvlərdən nəticə çıxaraq. Bu yay 7 transfer reallaşdırmışıq. Onlardan heç olmasa, 5-i etimadı doğrultsa, qarşıya qoyduğumuz minimum hədəfə çata bilərik. Transfer məsələsində yanlışlıq böyük klublarda da yaşanan problemdi. Bəzən top-komandaların milyonlar xərclədiyi futbolçu gözləntiləri doğrultmur. Burda qeyri-adi heç nə yoxdu. Ancaq mən və baş məşqçimiz çalışırıq ki, bu yöndə minimum səhvə yol verək.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:14 Gülağa Cabbarov Stuxlikə məktub yazdı Dünən, 17:13 Riad Rəfiyev əvvəlcə sponsorla, sonra baş məşqçi ilə görüşəcək Dünən, 17:11 “Qəbələ”də qeyri-müəyyənlik davam edir Dünən, 17:09 Renat Dadaşov U-21-dən imtina etməyib Dünən, 17:07 Qara Qarayev daha iki il “Qarabağ”da Dünən, 17:06 Azərbaycanlı futbolçular Mxitaryanı “qorxaq” adlandırdı Dünən, 17:04 Avroliqanın kuboku Cocuq Mərcanlıda Dünən, 15:28 Yığma 17 nəfərlə hazırlaşır Dünən, 15:25 Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq Dünən, 15:22 "Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər Dünən, 15:17 UEFA İcraiyyə Komitəsi Bakıda yığışacaq Dünən, 15:14 Çempion üç günə iki qələbə qazandı Dünən, 15:12 “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq? Dünən, 15:10 Joze Alesio limitin tərəfdarıdı Dünən, 15:08 Hər iki finalçı cəzalandırıldı Dünən, 14:03 “Dəyişikliklər vacibdi, amma belə yox” Dünən, 14:01 “Keşlə” Salahlı ilə anlaşdı, hədəfdə Əfrandı Dünən, 13:59 U-21 xorvatlarla “sülh bağladı” Dünən, 13:54 Səfir jurnalistlər önünə çıxacaq Dünən, 13:53 Nə tez ayıldın, Özil?! Dünən, 13:51 Naxçıvan turniri: xəbəri kimdən alaq? Dünən, 13:47 Kamal Bayramov “Səbail”də Dünən, 13:44 Emil Balayevli "Tobol"dan önəmli qələbə Dünən, 13:40 “Neftçi”nin Mirabdullanı satmaq fikri yoxdu Dünən, 13:25 Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir Dünən, 13:20 AZAL “Qəbələ” və “Sumqayıt”ın futbolçularına zülm etdi Dünən, 13:18 “Topaz” mayın 28-də festivala başlayır Dünən, 11:21 Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir 23-05-2019, 20:32 Finalın meydanda görünməyən tərəfləri 23-05-2019, 20:21 Naxçıvanda üç gün 23-05-2019, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! 23-05-2019, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər 23-05-2019, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı 23-05-2019, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi 23-05-2019, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır 23-05-2019, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır 23-05-2019, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı 23-05-2019, 19:17 Azərbaycan səfirindən sərt sual 23-05-2019, 19:15 Gürcü Azərbaycanı bəyənmir... 23-05-2019, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi 23-05-2019, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” 23-05-2019, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” Bütün xəbərlər
Ən çox oxunanlar