21 dek 22:05olke, manset

Ölkə Kuboku: yarımfinal cütlükləri məlum oldu(YENİLƏNİB)

Ölkə Kuboku: yarımfinal cütlükləri məlum oldu

Bu gün ölkə kubokunda 1/4 finalın cavab oyunları keçirilib. Baş tutan 4 matçdan sonra yarımfinalçıların adları bəlli olub.

Kubokun 1/4 final qarşılaşmaları ilə ölkəmizdə futbol ilinə də yekun vurulub. 2016-cı ilin son oyun gününə Gəncədə start verilib. Səfərdə 2 cavabsız qolla məğlub olan “Kəpəz” doğma azarkeşləri önündə “İnter”dən revanş almağa çalışıb. Lakin Şahin Diniyevin komandası bunu bacarmayıb. Qarşılaşma başladığı kimi də sona çatıb. "Bakirlər" 10-cu dəfə kubokun yarımfinalına adlayıbsa, "sarı-göylər"in yarımfinal həsrəti 17 ildən daha çox çəkəcək.

Günün ikinci qarşılaşması isə formal xarakter daşıyıb. 6:0 hesabından sonra cavab oyunu üçün Sumqayıtda şəhərin eyniadlı komandası ilə üz-üzə gələn “Qarabağ” yenə də darmadağına sevinib. Onlar rəqiblərini bu dəfə 5:2 hesabı ilə məğlub ediblər. Bununla da Qurban Qurbanovun drujinası növbəti dəfə finalın bir addımlığına yaxınlaşıb.

İntriqanın daha çox olduğu qarşılaşma “AZAL Arena”da keçirilib. İlk oyunun hesabına görə AZAL-ın “Qəbələ” ilə dueldə şansı olsa da, bu dəfə də məğlubiyyətə üzülüb. Roman Qriqorçunun yetirmələri 1:0 hesabı ilə qalib gəlib. "Qırmızı-qaralar" ötənilki kimi yarımfinala adlayıb.

İlin son qarşılaşması Bakıda baş tutub. 1/4 finalın yeganə paytaxt derbisində “Zirə” “Neftçi”dən üstün olub. Rəqib meydanında 3 cavabsız qol vuran “ağ-qaralar” məğlubiyyətə baxmayaraq, 2 oyunun nəticəsinə əsasən mərhələ adlayıblar.

Beləliklə, yarımfinalda "İnter""Qəbələ", "Qarabağ" isə "Neftçi" ilə münasibətlərinə aydınlıq gətirəcək.

Ölkə kuboku. 1/4 final. Cavab qarşılaşmaları
21 dekabr (çərşənbə)


AZAL – “Qəbələ” - 0:1
Qol: Asif Məmmədov, 53
Hakimlər: Fariz Yusifov, Yaşar Abbasov, Elman Musayev, Mehman Mahmudov
Əlavə köməkçi hakimlər: Rəvan Həmzəzadə, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Əli Hüseynov
İlk oyun – 1:2
“AZAL Arena”
AZAL: 23. Aqil Məmmədov, 3. Tural Hümbətov, 5. Kamil Hüseynov, 24. Emin Cəfərquliyev (k), 18. Ruslan Əmircanov, 14. İlqar Ələkbərov, 27. Eltun Hüseynov, 17. Rəşad Abdullayev, 10. Nuqzar Kvirtiya, 77. Adan Koronado, 21. David Canelidze
Ehtiyat oyunçular: 90. Hossein Kamelqolamitussi, 4. Qvanzav Maqomedov, 7. Kamal Mirzəyev, 8. Sadio Tounkara, 9. Röyal Nəcəfov, 88. Mirzağa Hüseynpur, 19. Elnur Süleymanov
Baş məşqçi: Tərlan Əhmədov
“Qəbələ”: 22. Dmitri Bezotosnı, 3. Vojislav Stankoviç, 6. Rəşad Sadiqov (k), 7. Nika Kvekveskiri, 8. Qismət Alıyev, 9. Sergey Zenyov, 11. Asif Məmmədov, 15. Vitali Vernidub, 27. Teo Uiks, 32. Rəşad Eyubov, 34. Ürfan Abbasov
Ehtiyat oyunçular: 33. David Petrzkeviç, 14. Cavid Hüseynov, 19. Filip Ozobiç, 44. Rafael Santos, 70. Fərid Nəbiyev, 80. Bəhlul Mustafazadə, 90 Ramil Hasanov
Baş məşqçi: Roman Qriqorçuk


“Neftçi” – “Zirə” - 1:2
Qollar: Rahil Məmmədov, 40 - Milan Duriç, 32, Tural Cəlilov, 85
Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, İsgəndər Əliyev, Ziya Nəsirov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Asim Xudiyev
İlk oyun – 3:0
8-ci km qəsəbə stadionu

“Neftçi”: 33. Boban Baykoviç, 3. Jayro Rodriges, 20. Eltun Yaqublu, 27. Məqsəd İsayev, 17. Rəhman Hacıyev (k), 19. Fəhmin Muradbəyli, 4. Rahil Məmmədov, 95. Elvin Bədəlov, 80. Edson Kastilya, 90. Jonas Pesalli, 23. Tərzin Cahangirov
Ehtiyat oyunçular:53. Maksim Vaylo. 13. Murad Ağayev, 7. Araz Abdullayev, 10. Cavid İmamverdiyev, 22. Mahir Şükürov, 26. Kamal Qurbanov
Baş məşqçi: Elxan Abdullayev
“Zirə”: 85. Kamal Bayramov, 23. Yovan Krneta, 5. Adil Nağıyev, 28. Təmkin Xəlilzadə, 18. Tural Cəlilov, 8. Milan Duriç, 6. Vüqar Mustafayev, 10. Elvin Məmmədov (k), 19. Nurlan Novruzov, 7. Gerhard Proqni, 20. Sezar Meza Kolli
Ehtiyat oyunçular: 1. Anar Nəzirov, 13. Aleksandr Şemonayev, 92. Cavid Tağıyev, 55. Cəmil Hacıyev, 96. Elgün Nəbiyev, 17. Vüsal İsgəndərli, 38. İlkin Muradov
Baş məşqçi: Adil Şükürov


“Kəpəz” – “İnter” - 0:0
Hakimlər: Rəhim Həsənov, Vaqif Musayev, Akif Əmirəli, Vüsal Qənbərov
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Elvin Əsgərov
AFFA nümayəndəsi: Abas Hüseynov
Hakim-inspektor: Rövşən Əhmədov
İlk oyun – 0:2
Gəncə şəhər stadionu

“Kəpəz”: 88. Tadas Simaitis, 36. Renan Silva, 13. Şəhriyar Rəhimov (k),
23. Tural Nərimanov, 21. Novruz Məmmədov, 5. Kərim Diniyev, 6. Ceyhun Cavadov, 77. Serjio Kosta, 80. Tural Rzayev, 19. Orxan Əliyev, 90. Julien Ebah
Ehtiyat oyunçular: 1. Eyyub Əliyev, 17. Nicat Qurbanov, 7. Vüqar Bəybalayev, 18. Tural Axundov, 10. Dario Frederiko Junior, 9. Tural Qürbətov, 16. Emin Zamanov
Baş məşqçi: Şahin Diniyev
“İnter”: 1. Səlahət Ağayev (k), 33. Tərlan Quliyev, 14. Zurab Xizanişvili, 3. Denis Silva, 4. Slavik Alxasov, 24. Fuad Bayramov, 15. Ruslan Abışov, 22. İlkin Qırtımov, 55. Ağabala Ramazanov, 6. Samir Zərgərov, 11. Rauf Əliyev
Ehtiyat oyunçular: 13. Orxan Sadıqlı, 27. Adrian Skarlatake, 9. Pərdis Fərcad-Azad, 10. Elnur Abdullayev, 17. Abbas Hüseynov, 2. Sərtan Taşkın, 19. Mirhüseyn Seyidov
Baş məşqçi: Zaur Svanadze


“Sumqayıt” – “Qarabağ” - 2:5
Qollar: Amil Yunanov, 14, 80 - Namiq Ələsgərov, 8, 16, 82, Vüqar Nadirov, 70; Rahid Əmirquliyev, 90
Hakimlər: Rauf Cabbarov, Coşqun Həsənov, Cavanşir Yusifov, Rövşən Rəcəbov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor: Füzuli Nəcəfov
İlk oyun – 0:6
Sumqayıt şəhər stadionu

“Sumqayıt”: 94. Tərlan Əhmədli, 2. Rail Məlikov (k), 7. Vaqif Cavadov, 8. Nicat Muxtarov, 9. Amil Yunanov, 14. Bəxtiyar Həsənalızadə, 18. Süleyman Əhmədov, 19. Azər Salahlı, 21. Nasir Abilayev, 24. Amit Quluzadə, 42. Kamran Abdullazadə
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 17. Vaquf Güləliyev, 22. Mirabdulla Abbasov, 38. Ülvi Süleymanov, 39. Tural Bayramlı, 74. Yusif Nəbiyev, 97. Xəyal Nəcəfov
Məşqçi: Seymur Rəhimov
“Qarabağ”: 12. Şahrudin Məhəmmədəliyev, 2. Qara Qarayev (k), 11. Mahir Mədətov, 15. Rahid Əmirquliyev, 17. Namiq Ələsgərov, 18. İlqar Qurbanov, 21. Arif Daşdəmirov, 22. Əfran İsmayılov, 32. Elvin Yunuszadə, 55. Bədavi Hüseynov, 91. Coşqun Diniyev
Ehtiyat oyunçular: 64. Emil Balayev, 16. İbrahim Aslanlı, 23. Elgün Uluxanov, 29. Şahin Əliyev, 34. Salman Cəfərov, 71. Vüqar Nadirov, 88. Elçin Rəhimli
Baş məşqçi: Qurban Qurbanov
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:16 AÇ üçün heyət açıqlandı Dünən, 23:15 Ölkə çempionatı başa çatdı Dünən, 23:14 Ukrayna ilə bacarmadıq Dünən, 23:13 Nağı Səfərova yenə etimad göstərildi Dünən, 23:12 Bakıda “Red Bull”dan əzələ nümayişi Dünən, 23:10 Kamran Şahsuvarlı finalda Dünən, 23:08 Əliyar Ağayev “Rusenborq”un oyununa təyinat aldı Dünən, 23:07 UEFA-nın MDB üzrə əlaqələndiricisi “Futbol+”ə danışdı Dünən, 23:05 “Zirə”nin oyununda təcrübəsiz qazax Dünən, 22:56 “Qarabağ” oyuna çıxır, “Samtredia” hücumçuyla gücləndi Dünən, 22:55 “Neftçi” rəsmisi gördüyü işdən danışmaq istəmədi Dünən, 22:44 “Zirə”də yayın məsələsində qeyri-müəyyənlikdi Dünən, 22:43 “Dalğa Arena” avrokubok oyunlarına hazırdı Dünən, 22:42 Patrik Klyuvert “Vətən”ə təşəkkür edib Dünən, 22:37 Sloveniyada AÇ-yə gerisayım başlayır Dünən, 22:36 Fransa millisinin sabiq yarımmüdafiəçisi “Qəbələ”də Dünən, 22:34 Futzal millimiz yenə braziliyalıya tapşırılacaq Dünən, 22:33 Yığmamız qrupda qaldı Dünən, 22:31 BOK prezidenti MOK-a məktub göndərdi Dünən, 22:30 Ayxan Abbasov “Zirə”ni Avroliqaya hazır sayır Dünən, 22:27 "Zirə" rumın müdafiəçi transfer etdi Dünən, 22:09 TRANSFER DOSYESİ Dünən, 22:07 Zirə azarkeşləri oyunun Mərdəkanda keçirilməsindən razıdı Dünən, 22:06 “Sumqayıt” jurnalistlər üçün iftar süfrəsi açdı Dünən, 22:03 “Zirə”nin legionerləri Türkiyədə ləngidi 23-06-2017, 20:23 Avropa Yay Olimpiya Festivalına lisenziya qazandılar 23-06-2017, 20:22 Otellərin sayı artsa, Bakıya daha çox “Formula-1” azarkeşi gələcək 23-06-2017, 20:20 Ronaldoya millinin forması hədiyyə olundu 23-06-2017, 20:17 Emil Balayev “Səbail”ə keçərkən Qurban Qurbanovla danışmayıb 23-06-2017, 20:14 “Zirə” biletlərin qiymətini açıqladı 23-06-2017, 20:12 Əliyar FİFA karyerasına sıfırdan başlayır... 23-06-2017, 20:09 “Samtredia” ilə ilk oyunun başlama vaxtı dəqiqləşdi 23-06-2017, 20:08 “İnter”in rəqibi son çempionu məğlub etdi 23-06-2017, 20:06 Avroliqanın debütantı mübarizəyə hazırdı 23-06-2017, 20:00 Sumqayıtda mükafatlandırma 23-06-2017, 19:56 Yığmanın baş məşqçisi Ermənistanla oyundan danışdı 23-06-2017, 19:55 Avroliqada ikinci dövrə başlayır 23-06-2017, 19:52 Divizionda çıxış edəcək “Binə”nin büdcəsi 150 min manatdı 23-06-2017, 19:47 Stamenkoviç “Mladost”un bəxtinin gətirmədiyini düşünür 23-06-2017, 19:44 Fanklub rəhbərləri “Milan” azarkeşlərinə haqq qazandırdı 23-06-2017, 19:42 “Fənərbaxça”nın baş məşqçisi Antalya kampından danışdı 23-06-2017, 19:40 Millinin heyəti açıqlandı 22-06-2017, 19:21 Subaşiç “Mladost” haqda gizli heç nə qoymadı 22-06-2017, 19:18 “İnter” “Mladost”u “Dalğa Arena”da sınağa çəkəcək 22-06-2017, 19:17 Zaur Axundov Azərbaycana söz verdi 22-06-2017, 19:15 “Axmat” “Qarabağ”ı da bir qolla üstələdi 22-06-2017, 19:13 “Zirə” vətənə məğlub döndü 22-06-2017, 19:11 “İnter” və “Zirə” siyahını açıqladı 22-06-2017, 19:10 Vyana “Qarabağ”ının Bakıda fanklubu olacaq 22-06-2017, 19:08 “Mladost”la oyunu böyük ümidlərlə gözləyirik” 22-06-2017, 19:06 “Bursa BB”də qaldı 22-06-2017, 19:05 Erməni baş məşqçidən etiraf 22-06-2017, 19:03 Əsgərlərə açıq məktub yazdılar 22-06-2017, 19:00 Çimərlik futbolu yığması Belarusa gedir 22-06-2017, 18:58 Hakimlərimizdən videotəkrara fərqli yanaşma 22-06-2017, 18:57 “Səbail” Emil Balayevi saxladı 22-06-2017, 18:55 Elnur Cəfərov da “Neftçi”ylə müqavilə bağladı Bütün xəbərlər
Ən çox oxunanlar