04 in 19:48olke

Ermənilərin “Ararat”ı rusları qıcıqlandırdı

Ermənilərin “Ararat”ı rusları qıcıqlandırdı
“Belə ürəkli, qorxmazsınız, komandanızı Türkiyə çempionatına buraxın”

Rusiyanın ictimai-siyası həyatında daim fəal olan, şimal qonşularımızda güclü lobbi dayaqlarına malik ermənilər bu dəfə idman sahəsinə, daha dəqiq desək, futbola girişməyi lazım biliblər. Mənfur qonşularımızın yaratdığı “Ararat” adlı komanda növbəti mövsümdən Rusiya çempionatının ikinci dəstəsinin mərkəz zonasında çıxış edəcək. Klub rəsmiləri artıq ilk transferlərini də həyata keçiriblər. Birvaxtlar şimal qonşularımızın ən güclü forvardlarından biri hesab olunan Roman Pavlyuçenko yeni yaranan komandanın şərəfini qoruyacaq. Diniyar Bilyaletdinov da “Ararat”la anlaşmağa yaxındı.
Ermənilərin yeni yaratdığı klubun vitse-prezidenti Andranik Keropyan bugünlərdə Rusiya mətbuatına açıqlama verib. Onun sözlərinə görə, “Ararat”ın qarşısına ciddi məqsədlər qoyulub: “Lisenziya almaq çox çətin prosesdi. İkinci dəstədə çıxış etmək istəyən klub ilk növbədə bu haqda düşünməlidi. Bizim hədəflərimiz bəllidi. Bir mövsümə birinci dəstəyə yüksəlmək istəyirik. Yeni klub səhmdar cəmiyyət kimi qeydiyyatdan keçib. Hələ ki bir səhmdarımız var, ancaq ümid edirik ki, gələcəkdə onların sayı çox olacaq”.
Müasir dünyada hər nə qədər “idmanın siyasətə aidiyyatı yoxdu” söyləniləsə də, heç kimə sirr deyil ki, hazırda idman məhz siyasiləşib. Avropanın Soçi Olimpiadasını boykotla hədələməsi, 2016-cı ildə Braziliyada keçirilən Olimpiya Oyunları ərəfəsində amerikalı siyasətçilərin Vladimir Putinin acığına rus idmançılarına qarşı apardığı təbliğat-təşviqat işləri, beynəlxalq federasiyalara təzyiqləri və bunun da nəticəsi olaraq əksər atletlərin yarışlara buraxılmaması söylədiklərimizə sübutdu.
Göründüyü kimi, ermənilər də qonşu ölkədə idmana sərmayə qoymaqla, şimaldakı dayaqlarını bir qədər də gücləndirmək istəyirlər. Vaxtilə “Bakı”nın prezidenti Hafiz Məmmədov da bu yolla gedirdi. Xatırlayırsızsa, yaxın keçmişdə, Məmmədovun əli pulla oynayan vaxtlarda “zolaqlılar”ın prezidenti ermənilərin Avropada ən çox məskunlaşdığı Fransada “Lans” klubunun səhmlərini almaqla onun sahibinə çevrilmişdi. Bunun da nəticəsi olaraq, “Lans”ın ev oyunlarını keçirdiyi arenanın ən hündür nöqtəsində Azərbaycan bayrağı dalğalanırdı ki, bu da Fransada yaşayan ermənilər tərəfindən qıcıqla qarşılanırdı. Məhz “Lans”ın sayəsində orta statistik fransızlar Azərbaycanla maraqlanmağa başlamış, Şərqin ilk Demokratik Respublikası barədə müəyyən bilgilərə yiyələnmişdilər. Lakin Hafiz bəyin maliyyə durumu pisləşincə, hər şey əldən çıxdı. Təəssüf ki, həmin vaxt azərbaycanlı iş adamlarından heç kimi Məmmədova dəstək olmadı. Hafiz bəyin bir neçə il əvvəl həyata keçirdiyi layihəni bu gün ermənilər reallaşdırmağa çalışır. Və bu gedişlə bir çox sahələrdə olduğu kimi, bunda da bizdən uğurlu olacaqlar.
Yeri gəlmişkən, ermənilərin Rusiyada “Ararat” adlı komanda yaradıb çempionatda mübarizə aparmaq istəyinə düşməsi rusiyalı futbolsevərlər tərəfindən heç də birmənalı qarşılanmayıb. Bununla bağlı onlar forumlarda ermənilər əleyhinə fikirlər paylaşıblar. Onların bəziləri ilə sizləri də tanış edirik.
Artur Antonyan: Ruslar “Ararat”a azarkeşlik edəcək? Bu inandırıcı görünmür.
Aleksandr Titov: Bu layihəyə ancaq gülmək olar. Bu hansısa məmurun dövlət büdcəsindən oğurladığı pulları yumaq üçün düşünülmüş bir plandı.
Anton İvakin: Biz Moskvanın gəlmələrdən təmizlənməsini arzulayırıq, bunlar da bir tərəfdən düşüblər ortaya. Dağdan düşüb futbola baş vurmaq istəyirlər.
GM Jr.: Bildiyim qədər Ararat dağı Türkiyə ərazisindədi. Belə ürəkli, qorxmazsınız, komandanızı Türkiyə çempionatına buraxın.
Oleq Şeqolev: Ermənilər yeni komandaya bütün ulduzlarını dəvət edəcəklər: Movsisyan, Qalustyan, Kardaşyan.
Slava Filatkin: İstənilən şəxslə mübahisə etməyə hazıram. Hətta ortaya evimin sənədlərini qoya bilərəm. Bu komanda ikinci mövsümdəcə dağılacaq. “Ararat” rəhbərliyinin kontorlarla işbirliyinin üstü tez açılacaq.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 16:51 Təmkin yenə “Kəpəz”in başına oyun açdı Dünən, 16:50 “Qəbələ” ikinci dövrəyə də darmadağınla start verdi Dünən, 16:48 “Arada düşünürəm ki, bu qəzet olmasa, mən necə yaşaya bilərəm” Dünən, 16:44 20 ildə “Futbol+”in bütün saylarını yığan oxucu Dünən, 16:31 Fərhad “Qəbələ”liləri vaxtı uzatmaqda qınadı Dünən, 16:29 Cavid Hüseynov da Prosineçkinin qalmasını istəyir Dünən, 16:26 “Sabah”dan darmadağın Dünən, 14:51 Mahir Mədətovun əmisinə xəsarət yetirdilər Dünən, 14:50 Birinci divizionda ilk istefa Dünən, 14:49 “Neftçi” “Səbail”in borcunu artıqlaması ilə qaytardı Dünən, 14:47 Abasov yetirmələrini təriflədi Dünən, 14:44 Qriqorçukun “avtobus taktikası” özünü doğrultdu Dünən, 14:42 “Araz” mübarizəni dayandırdı... Dünən, 14:40 Rahid Əmirquliyevin təftişi: iki halın heç birində oxumadı Dünən, 14:38 “Qarabağ” “Atletiko”nu məğlub etsə, azarkeşlər pulsuz taksidən yararlanacaq Dünən, 14:37 Prosineçki Sloveniya variantını təsdiqlədi Dünən, 14:34 Antalyada ikiqat uğur Dünən, 14:31 Ölkə çempionunu Danimarkada “döydülər” Dünən, 14:30 Yığma üzvü Rusiyada kapitan oldu Dünən, 14:28 İlk “üçlük”lə başqaları arasında uçurum dərinləşir 15-10-2017, 14:34 Errera və Barqasla anlaşma yeniləndi 15-10-2017, 14:32 Cavadovlar qız gözləyəndə Vaqif doğulub 15-10-2017, 14:28 “Qarabağ” sonda sevindi 15-10-2017, 14:26 “Azəryol” heyətini açıqladı 15-10-2017, 14:23 Zaur Paşayev “Kutaisi”dən ayrılıb 15-10-2017, 14:15 “Zirə”lilər “Xəmsə”nin rəhbərinə yardım etdi 15-10-2017, 14:10 Yığma üzvləri Prosineçkinin qalmasının tərəfdarıdı 15-10-2017, 14:08 Ukrayna da U-17-ni darmadağın etdi 15-10-2017, 14:05 Təbriz Həsənov məsuliyyəti üzərinə götürdü 15-10-2017, 14:03 “İsgəndər Cavadov Bakı Futbol Akademiyası”nın təqdimatı gecikir 15-10-2017, 14:02 “Traktorsazi” liderə uduzmadı 15-10-2017, 12:49 Azər Məmmədovun “Futbol+”ə açıqlaması klubu silkələdi 15-10-2017, 12:47 Bultuis qalmaqallı müsahibəyə görə sorğu-sual olundu 15-10-2017, 12:46 Hakimliyimizin biabırçı mənzərəsi... 15-10-2017, 12:44 Yığmalar rəsmi oyunlara çıxır, AFFA-nın saytı “yatır” 15-10-2017, 12:42 Reqbi Federasiyası acınacaqlı durumdadı 15-10-2017, 12:36 Gürcü mütəxəssis Cavid Çələbiyevi fərqləndirdi 12-10-2017, 18:20 ABF-nin vitse-prezidentləri arasında fikir ayrılığı 12-10-2017, 18:19 Natalya Məmmədova Rusiyaya iddialı yollanıb 12-10-2017, 18:15 Nicat Muxtarov psixoloji müalicə alır 12-10-2017, 18:14 Rahidin himni oxumamasına sərt münasibət 12-10-2017, 18:13 “CBC Sport”un superliqa fiaskosu 12-10-2017, 18:12 “Qarabağ” rəsmisi Avropa Klublar Birliyinin işçi qrupuna seçildi 12-10-2017, 18:09 UEFA klubları sevindirdi 12-10-2017, 18:06 Divizionun kisəsindən 200 manat çıxdı 12-10-2017, 18:02 İK üzvləri Prosineçki ilə bağlı mövqeyini açıqladı 12-10-2017, 18:00 Prosineçki Bakıya gələn həftə gələcək 12-10-2017, 17:58 U-19 penaltilərlə yıxıldı 12-10-2017, 17:57 Siyasət Əsgərov U-17-nin şansının olduğunu düşünür 12-10-2017, 17:55 Millətlər Liqasında mənzərə aydınlaşdı 12-10-2017, 17:52 U-17-ni də kötəklədilər 12-10-2017, 17:50 BOS-da monitorlar üçün kabellər quraşdırılıb 12-10-2017, 17:47 Kubok mövsümünə start verildi 12-10-2017, 17:44 Veteranlar jurnalistlərə güzəşt etmədi 12-10-2017, 17:36 Yubileyə maliyyə problemləri ilə 12-10-2017, 17:35 Tərlan Əhmədovlu “Neftçi”nin avazı yaxşı gəlir 12-10-2017, 17:32 Rəşad məşqlərə başlayıb, Səlahət də qayıdır Bütün xəbərlər
Ən çox oxunanlar