31 may 14:07olke

Respublika Gününə həsr olunan turniri “Leon” qazandı

Respublika Gününə həsr olunan turniri “Leon” qazandı
ŞRFF-nin prezidenti “Sumqayıt”ın düz yolda olduğunu düşünür

Şənbə günü Sumqayıtda Respublika Günü münasibəti ilə 2008-09 təvəllüdlü uşaqlar arasında futbol turniri keçirilib. 11 komandanın qatıldığı turnirdə Sumqayıt təmsilçiləri ilə yanaşı, Bakı və Şimal Regonal Futbol Federasiyasına (ŞRFF) daxil olan bölgələrin uşaq komandaları iştirak edib. Turnirin əsas oyununda Sumqayıtın “Sunami”si ilə paytaxtın “Leon” klubu üz-üzə gəlib. Bu yaxınlarda Türkiyədə təşkil olunan turnirdə özünü yaxşı tərəfdən göstərən “Leon” bu dəfə də səviyyəsini ortaya qoyaraq, Sumqayıt təmsilçisini böyük hesabla məğlub edib. Üçüncü yeri isə “Vətən” tutub. Mükafatlandırma mərasimində qaliblərə və mükafatçılara ŞRFF-nin rəhbərliyi tərəfindən kubok və medallar təqdim olunub. Turnirboyu fərdi planda fərqlənən futbolçular da unudulmayıb. Onlara da xüsusi hədiyyələr verilib.
Yarışla bağlı Şimal Regional Futbol Federasiyasının prezidenti Abdulla Məmmədovla danışdıq. Abdulla bəy rəhbərlik etdiyi qurumun uşaq futboluna xüsusi qayğı göstərdiyini, tez-tez belə turnirlər təşkil etdiklərini söylədi: “Rəhbərlik etdiyim federasiya ilin əvvəlində tədbirlər planını hazırlayır. Və orda ilboyu keçirəcəyimiz turnirlərin tarixləri göstərilir. Onu da qeyd edim ki, bu yarışlar əsasən aşağı yaş qrupları arasında təşkil olunur. Bununla federasiya uşaqların futbola həvəsini artırmaq, kütləviliyə nail olmaq niyyəti güdür. Bu işdə bizə Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi və AFFA yardım edir ki, buna görə onlara təşəkkür edirəm. Bu dəfə təşkil etdiyimiz turnirə də maraq böyük idi. Təsadüfi deyil ki, Respublika Günü münasibəti ilə keçirdiyimiz yarışa Sumqayıt, Bakı və ətraf rayonların komandaları qatılmışdı. Çox sevindirici haldı ki, uşaqlarla yanaşı, valideynlər də şənbə günü fəal idilər, əsl azarkeşlər kimi komandalara dəstək verirdilər. ŞRFF qarşıdakı aylarda daha bir neçə belə turnir təşkil etməyi planlaşdırır”.
ŞRFF-nin prezidenti olmaqla yanaşı, “Sumqayıt”ın Müşahidə Şurasına da rəhbərlik edən Abdulla bəy başa çatan mövsümdə “kimyaçılar”ın çıxışını dəyərləndirdi: “Bu il bir daha göstərdi ki, “Sumqayıt” premyer-liqa klubları arasında düzgün siyasət yürüdən, uğur qazanmaq üçün tələsik addımlar atmayan, özünəxas uğur resepti olan klublardan biridi. Başa çatan mövsümdə heç kimin gözləmədiyi halda avrokuboklara vəsiqə uğrunda mübarizə apardıq. Bəlkə də bu kimlər üçünsə sürpriz idi, ancaq klub rəhbərliyi komandadan bu uğuru gözləyirdi. Mövsümlərarası fasilədə heyət bir qədər də gücləndi. Ümid edirəm ki, 2016/17 “futbol ili”ndə buraxdığımız səhvlər növbəti mövsümdə təkrarlanmayacaq və komanda qazanacağı uğurlu nəticələrlə sumqayıtlı azarkeşləri sevindirəcək”.
Sonda Abdulla bəy Mehdi Hüseynzadə adına stadionda aparılacaq təmir işlərinə də toxundu: “Bildiyiniz kimi, martın əvvəlində arenanın ətrafına təhlükəsizlik hasarı çəklib. Bizə bildirmişdilər ki, tezliklə təmir işlərinə start veriləcək. Sonradan bəlli oldu ki, bütün işlər İslam Həmrəyliyi Oyunlarından sonra başlayacaq. Bir neçə gün öncə bildirildi ki, iyunun əvvəlində arenada təmir-tikinti işləri aparacaq şirkətin nümayəndələri stadiona baş çəkib, müəyyən məsələləri dəqiqləşdirəcəklər. Bundan sonra təmir işlərinə başalanılacaq. Açığı, hələ layihə ilə tanış deyilik. Yəqin ki, gələn ay şirkət rəhbərliyi ilə görüşdə stadionun gələcəkdə necə olacağını biz də görəcəyik”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:44 "Qəbələ" sürprizə imkan vermədi 19-09-2017, 16:04 “Cəhənnəm”də “sülh” 19-09-2017, 15:59 “Neftçi” ümid verib, uduzdu 19-09-2017, 15:50 "Kəpəz"dən başqa hamı qol vurdu 19-09-2017, 15:49 Superliqanın “CBC Sport”da yayını gecikir 19-09-2017, 15:46 Coşqun yenə atasını məyus etdi 19-09-2017, 15:41 Debütantlar yoxlama matçında “sülh bağladı” 19-09-2017, 15:38 5 və 10 manatlıq biletlər tükəndi 19-09-2017, 15:37 “Roma” ilə oyunu “skayboks”dan izləmək istəyənlər azdı 19-09-2017, 15:36 “Neftçi”nin azarkeşi vəfat etdi 19-09-2017, 15:35 Kamran yenə ehtiyatda qaldı 19-09-2017, 15:33 “Şahdağ” İlham Əliyevə müraciət etdi 19-09-2017, 15:31 Ramazan Abbasov Ramin Musayevlə görüşün detallarını açıqladı 19-09-2017, 15:28 “Araz” “Ekol”u da yendi, sırada İranın vitse-çempionudu 19-09-2017, 15:26 Sabiq "Xəzər Lənkəran"lı "Neftçi"ni məyus etdi 19-09-2017, 15:25 Cüdoçular Mariborda tarix yazdı 19-09-2017, 15:21 Millimiz Bakıda italyanlara uduzdu 19-09-2017, 15:20 Lunyov mövqeyini qorudu 19-09-2017, 15:18 Paraşütçülər ilk “10-luq”dan kənarda qaldı 17-09-2017, 16:04 AFFA və PFL-in yeni çempionat ideyası nə vəd edir? 17-09-2017, 16:02 Üçqat dünya çempionu yeni hədəflərini açıqladı 17-09-2017, 15:56 Birinci divizionun debütantları hədəflərdən danışdı 17-09-2017, 15:55 Birinci divizionda limit dəyişdirildi 17-09-2017, 15:54 AFFA ilə “Qarabağ”dan birgə addım 17-09-2017, 15:51 Tərlan Əhmədovla Rəşad Sadiqovun “Zirə”ylə “haqq-hesab”ı var 17-09-2017, 15:50 “Qəbələ” qonşularının startına tamaşa edəcək 17-09-2017, 15:43 “Qarabağ” “Azərsun Arena”nı yükləmək istəməyib 17-09-2017, 15:41 Əliyar Ağayev cəmi bir “sarı” ilə kifayətləndi 17-09-2017, 15:40 Şehiç cəzalandırılmayıb 17-09-2017, 15:36 Qriqorçuk Ukrayna mətbuatına danışdı 17-09-2017, 15:34 "Neftçi"nin məşqi rəhbərlik üçün maraqlı deyil 17-09-2017, 15:32 “Energetik”dən başqa hamı narazılıq edir 17-09-2017, 15:29 Nazarovun komandasını darmadağın etdilər 17-09-2017, 15:27 Tərlan Əhmədov Elxan Abdullayevdən halallıq alacaq 14-09-2017, 17:28 Rəşad Sadıqovun komandası bir hissə dözdü 14-09-2017, 17:25 “Stemford Bric”də azərbaycanlı azarkeşlərlə mühafizəçilər arasında mübahisə yaşanıb 14-09-2017, 17:24 Turalın komandasından uğurlu nəticə 14-09-2017, 17:22 “Qarabağ”da fotoqraf ştatı yoxdu 14-09-2017, 17:20 “Qarabağ”ın məğlubiyyəti sosial şəbəkədə qarşıdurmaya səbəb oldu 14-09-2017, 17:18 UEFA nümayəndələri BOS-la tanış oldu 14-09-2017, 17:16 İlk duellər favoriti göstərmədi 14-09-2017, 17:15 Həmyerlilərimiz Almaniyada klub yaratdı 14-09-2017, 17:14 “Qırmızı”sız tur! 14-09-2017, 17:08 “Qarabağ”ın debütü qara gəldi… 14-09-2017, 17:04 Rəşad Sadiqov karyerasını bitirmək istəyirmiş 14-09-2017, 17:00 İntizam Komitəsi Ayxan Abbasova xəbərdarlıq etdi 14-09-2017, 16:59 Ozobiç ən az biraylıq sıradan çıxıb 14-09-2017, 16:58 Dünya üçüncüsü olan güləşçilər vətənə qayıtdı 14-09-2017, 16:56 Yığma üzvü mükafatlandırıldı 14-09-2017, 16:55 Stolüstü tennisçilərin AÇ sınağı 14-09-2017, 16:53 Nekrasova Macarıstanda birinci oldu 14-09-2017, 16:52 Cavid Qurbanov yığmanın medal qazanacağına inanır 14-09-2017, 16:51 Fərid Qayıbov UEG-in prezidenti olacaq? 14-09-2017, 16:49 Hacı Əliyev Toğrul Əsgərovun çəkisinə keçir 10-09-2017, 18:45 Ronaldinyo Futbol Akademiyasının açılışı 2018-ci ilin aprelinə nəzərdə tutulub 10-09-2017, 18:43 Yusif Nəbiyev “Qəbələ”yə qarşı oynamayacaq 10-09-2017, 18:35 “CBC Sport” texniki detalları həll edir Bütün xəbərlər
Ən çox oxunanlar