19 dek 20:06olke, manset

Elvin Məmmədov hər şeyi qismətə bağladı

Elvin Məmmədov hər şeyi qismətə bağladı
“İnanmıram ki, hakim bizə qarşı qərəzli olsun”

“Sumqayıt” - “Zirə” matçından sonra qonaqların kapitanı Elvin Məmmədov dilxor görünsə də, jurnalistlərin suallarını cavabladı. “Qartallar”ın yarımmüdafiəçisi baş məşqçi Adil Şükürovdan fərqli, referi Ömər Paşayevin onlara münasibətdə qərəzli olmasına inamadığını bildirdi.
- Elvin, öncə oyunla bağlı fikirlərini bilmək istərdik.
- "Sumqayıt"ı təbrik edirəm. Yaxşı oyun oldu. Külək daha yaxşı futbol sərgiləməyimizə maneə törətdi. Matçın “qırılma nöqtəsi” meydan sahiblərinin qapısına təyin olunmayan penalti oldu. Hadisə yerinə yaxın idim və fikrimcə, orda 11 metrlik cərimə zərbəsi var idi. Amma hakim də insandı, səhv edə bilər. Videoyazıya baxandan sonra hər şey bilinəcək.
- Baş məşqçiniz Adil Şükürov mətbuat konfransında Ömər Paşayevin sizə qarşı qərəzli olduğunu bildirdi. Sənin fikrin necədi?
- Hər insanın öz fikri var. Mən inanmıram ki, hakim bizə qarşı qərəzli olsun.
- Paşayevlə bir probleminiz yoxdu ki?
- Yox, elə bir problemimiz yoxdu. Bəzən kənardan sərt təsir bağışlayan ikili mübarizələrdə oynamağa imkan verirdi. Sadəcə, hava küləkli olduğundan irəli çıxmaq çətin idi.
- İlk yarıda rəqib küləyə qarşı oynasa da, bu üstünlükdən yararlana bilmədiz. Əksinə, qapınızda qol gördüz…
- Əlbəttə, qol vura bilmədiksə, günahı onun-bunun boynuna atmaq düzgün deyil. Pis oynamadıq, sadəcə, yaxaladığımız qol vəziyyətlərindən istifadə edə bilmədik.
- Necə düşünürsən, "Zirə" bu il Avroliqaya vəsiqə qazana biləcək?
- Vallah, indidən nəsə demək çətindi. Bunu siz jurnalistlər kənardan daha yaxşı görə bilirsiz. Mövsümlərarası fasilədə 9 futbolçu komandanı tərk etdi, onların əvəzinə düşərgəyə dəvət olunanlar isə hələ ki istənilən səviyyədə uyğunlaşa bilməyib. Komandaya yeni qoşulan futbolçu üçün 4 ay o qədər də böyük zaman deyil. Qarşıda bizi iki dövrə gözləyir. Futbolda heç nəyi əvvəlcədən proqnozlaşdırmaq mümkün deyil. Bu gün belə, sabah başqa cür ola bilər.
- Qarşıdan "Neftçi" ilə kubokun cavab oyun gəlir. Komanda ən azı üç qol vurub, oyunu əlavə vaxta apara biləcək?
- Yenə deyirəm, futbolda hər şey ola bilər. Bunun üçün biz əlimizdən gələni edəcəyik. Qismətimizdə varsa, qalib gələcəyik.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:14 Gülağa Cabbarov Stuxlikə məktub yazdı Dünən, 17:13 Riad Rəfiyev əvvəlcə sponsorla, sonra baş məşqçi ilə görüşəcək Dünən, 17:11 “Qəbələ”də qeyri-müəyyənlik davam edir Dünən, 17:09 Renat Dadaşov U-21-dən imtina etməyib Dünən, 17:07 Qara Qarayev daha iki il “Qarabağ”da Dünən, 17:06 Azərbaycanlı futbolçular Mxitaryanı “qorxaq” adlandırdı Dünən, 17:04 Avroliqanın kuboku Cocuq Mərcanlıda Dünən, 15:28 Yığma 17 nəfərlə hazırlaşır Dünən, 15:25 Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq Dünən, 15:22 "Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər Dünən, 15:17 UEFA İcraiyyə Komitəsi Bakıda yığışacaq Dünən, 15:14 Çempion üç günə iki qələbə qazandı Dünən, 15:12 “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq? Dünən, 15:10 Joze Alesio limitin tərəfdarıdı Dünən, 15:08 Hər iki finalçı cəzalandırıldı Dünən, 14:03 “Dəyişikliklər vacibdi, amma belə yox” Dünən, 14:01 “Keşlə” Salahlı ilə anlaşdı, hədəfdə Əfrandı Dünən, 13:59 U-21 xorvatlarla “sülh bağladı” Dünən, 13:54 Səfir jurnalistlər önünə çıxacaq Dünən, 13:53 Nə tez ayıldın, Özil?! Dünən, 13:51 Naxçıvan turniri: xəbəri kimdən alaq? Dünən, 13:47 Kamal Bayramov “Səbail”də Dünən, 13:44 Emil Balayevli "Tobol"dan önəmli qələbə Dünən, 13:40 “Neftçi”nin Mirabdullanı satmaq fikri yoxdu Dünən, 13:25 Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir Dünən, 13:20 AZAL “Qəbələ” və “Sumqayıt”ın futbolçularına zülm etdi Dünən, 13:18 “Topaz” mayın 28-də festivala başlayır Dünən, 11:21 Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir 23-05-2019, 20:32 Finalın meydanda görünməyən tərəfləri 23-05-2019, 20:21 Naxçıvanda üç gün 23-05-2019, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! 23-05-2019, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər 23-05-2019, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı 23-05-2019, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi 23-05-2019, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır 23-05-2019, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır 23-05-2019, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı 23-05-2019, 19:17 Azərbaycan səfirindən sərt sual 23-05-2019, 19:15 Gürcü Azərbaycanı bəyənmir... 23-05-2019, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi 23-05-2019, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” 23-05-2019, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” Bütün xəbərlər
Ən çox oxunanlar