27 may 16:02olke

Dünən ad günü olan Ülfət Mədətov “Rimini turniri”ndən danışdı

Dünən ad günü olan Ülfət Mədətov “Rimini turniri”ndən danışdı
“Texniki cəhətdən heç kimə uduzmadıq, yalnız fiziki baxımdan yenildik”

“Qəbələ”nin U-13 komandasının İtaliyanın Rimini şəhərində keçirilən Flavio Perottinin xatirə turnirinə qatıldığını xəbər vermişdik. Yarışa yekun vurulub və təmsilçimiz artıq vətənə dönüb. Ülfət Mədətovun baş məşqçisi olduğu komanda qrup mərhələsində 3 oyun keçirib. “Milan” (0:3), “Spal 2013” (0:0) və “Kapilan Pallo” (1:2) ilə qarşılaşan “qırmızı-qaralar” qrupu 4-cü yerdə başa vurub. Növbəti mərhələdə “Qəbələ” daha iki oyun keçirib və İtaliya təmsilçiləri “Forli” və “Prato” ilə görüşüb. Hər iki qarşılaşma 1:1 hesabıyla nəticələnib.
Dünən doğum gününü qeyd edən Ülfət Mədətovun turnirlə bağlı fikirlərini öyrəndik: “Əvvəlcə qeyd edim ki, yarışda məqsəd uşaqlara beynəlxalq oyun təcrübəsi aşılamaq idi. Bizi yüksək yer tutmaq maraqlandırmır. Əsas odu ki, istedadlı uşaqlar üzə çıxsın. Çox maraqlı turnir idi. İlk növbədə ona görə ki, “Milan”, “Real”, “İnter” kimi nəhəng klubların akademiyaları bu turnirdə təmsil olunurdu. Bizim üçün böyük təcrübə oldu. Çempionat bitəndən sonra Riminidəki turnirə hazırlaşmaq üçün vaxtımız çox az olmuşdu. Bundan başqa, Azərbaycanda U-13 liqasında komandalar meydanda 9 futbolçu ilə mübarizə aparır. Turnirdə isə 11 nəfərlə oynamalısan. Birdən-birə 9 futbolçudan 11 oyunçuya keçdik. Yarışın əsas prinsiplərindən biri də odu ki, meydana çıxan 11 nəfərdən 7-si ilk 25 dəqiqədən sonra əvəzlənməli, yəni ehtiyatda heç bir oyunçu qalmamalı idi. Bu da bizə bir az çətinlik yaratdı, çünki buna hazır deyildik. “Milan”la qarşılaşmanın ilk hissəsində tam heyətlə oynadığımıza görə başabaş mübarizə apardıq və fasiləyə qolsuz bərabərliklə yollandıq. Qrupda bəxtimizə güclü komandalar düşmüşdü. Texniki cəhətdən heç bir komandaya uduzmadıq, yalnız fiziki baxımdan yenildik. “Milan”da elə futbolçular var idi ki, onlara o yaşı verməzsən. Finalda “Real”ı 4:1 hesabı ilə üstələdilər. Həmin qarşılaşmada tamaşaçı çox idi, inanın, hər kəs “Real”ı alqışladı. “Milan” fiziki cəhətdən onları da, ümumiyyətlə, hamını üstələdi”.
44 yaşlı mütəxəssis yetirmələrindən razı qalıb və onlardan bir neçəsinin gələcəkdə “Qəbələ”nin əsas komandasına düşəcəyinə inanır: “Uşaqların bir neçəsi ilk dəfə belə turnirdə iştirak edirdi. Buna baxmayaraq, özlərini yaxşı tərəfdən göstərənlər oldu. Sərxan Mirzəzadə, Fuad Əhmədov, Emin Süleymanov, Nuğay Rəşidov, İbrahim Ramazanov və Azər Məmmədhəsənzadə perspektivini daha çox üzə çıxardı. Üzərlərində çalışsalar, irəli gedəcəklər. Biz də bu işdə sona qədər onları düzgün istiqamətləndirəcəyik. Ümumiyyətlə, uşaq futbolunda işləmək məsuliyyətli və çətindi. Bəzən nisbətən yuxarı yaş qruplarına gələn uşaqlara da hər şeyi “Əlifba”dan, “A hərfi”ndən başa salmalı olursan. Ancaq “Qəbələ”nin akademiyası güclüdü, bizdə yetişən uşaqlar artıq özlərindən söz dedirtməyə başlayıblar”.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 01:45 Şəhriyar Dinq Lirenə məğlubiyyəti unuda bilmir Dünən, 01:43 Valideynləri Mahir Mədətovla bağlı danışmaq istəmədi Dünən, 01:42 Ceyhun Sultanov Portuqaliyaya getdi və qayıtdı Dünən, 01:41 Qazaxıstanla Qırğızıstan öndə, Latviya geridə Dünən, 01:40 İntizam Komitəsindən cəza yağdı, cərimələr 100 mini ötdü! Dünən, 01:38 “Uğursuzluğun bir qolu da hakimliklə bağlıdı” Dünən, 01:37 Təbrizlilər ÇL-lə qələbəsiz vidalaşdı Dünən, 01:36 Əliyar Ağayev MS - “Barsa” oyununu idarə edəcək Dünən, 01:34 “Araz” debütantla bacarmadı Dünən, 01:33 “Zirə”nin 5 oyunda haqqı yeyilib Dünən, 01:22 Zaur Axundov mövsümün sonunu işarə verdi Dünən, 01:20 “Keşlə” Sumqayıtı şoka saldı Dünən, 01:18 Karlsen Məmmədyarovu əsas rəqib sayır Dünən, 01:16 Xatirə turnirini bu dəfə SOCAR təşkil edib Dünən, 01:14 AFFA-nın səhvi narazılıq doğurdu Dünən, 01:14 İki komanda yarımfinalda Dünən, 01:12 “Qaradağ Lökbatan” üçün “əcəl zəngi” Dünən, 01:11 İkisi köhnə, biri təzə Dünən, 01:09 Kubokun qalibləri sırasına yeni ad düşəcək Dünən, 01:08 “Qəbələ” parlaq oyunla “Neftçi”ni yolundan sildi 18-04-2018, 20:17 “Lokomotiv” və “Sərhədçi” finalda 18-04-2018, 20:16 Yığma sabah toplanışa başlayır 18-04-2018, 19:58 Yığmanın növbəti rəqibi Qazaxıstan oldu 18-04-2018, 19:57 “Qarabağ” kubokuna nə vaxt qovuşacaq? 18-04-2018, 19:56 Cavid Hüseynov kubokun qazanılmamasını faciə sayacaq 18-04-2018, 19:53 Mahir Mədətov yenə intizamsızlığın qurbanı olub 18-04-2018, 19:51 “Zirə”nin sadiq azarkeşi Ayxan Abbasovda günah görmür 18-04-2018, 19:49 Muradov darmadağına sevindi 18-04-2018, 19:48 Mətbuat katibləri 3 xalı 3 qolla qazandı 18-04-2018, 19:47 “İdman Azərbaycan”ın kapitanı Moskva planlarını açıqladı 18-04-2018, 19:45 Final yolunda son savaş 18-04-2018, 19:44 Turdan məqamlar 18-04-2018, 19:42 Turun statistikası 18-04-2018, 19:40 Turun məşqçisi 18-04-2018, 19:39 Hakimlərin turu: 3 penalti, 2 qırmızı 18-04-2018, 19:37 Turun oyunçusu 18-04-2018, 19:36 Turun sitatı 18-04-2018, 19:35 Hakimlərin mühakiməsi 18-04-2018, 19:33 Tura çempion start verəcək 18-04-2018, 19:30 İzləyicisindən liderə şok: fərq 3-ə endi 18-04-2018, 19:29 Quba Olimpiya Kompleksinin direktoru AFFA-dan kömək istəyir 17-04-2018, 15:43 Günay Məmmədzadə AÇ-də ilk “10-luq”dadı 17-04-2018, 15:41 Atıcımız gerilədi 17-04-2018, 15:40 Polina Türkiyə üçüncüsü oldu 17-04-2018, 15:38 Kramnik şahmatçımızın kumirinə çevrilib 17-04-2018, 15:31 “Qarabağ” növbəti “qızıl”ı bu həftə təmin edə bilər! 17-04-2018, 15:30 Abasovun əvəzetmələri işə yaradı 17-04-2018, 15:27 “Qəbələ”, 1:1-lərlə hara belə? 17-04-2018, 15:24 Çempion "Kəpəz”lə bacarmadı 17-04-2018, 15:21 Fikrət Orman Bakıya gəlir 17-04-2018, 15:16 Cüdoçular Rusiyada üçüncü oldu 17-04-2018, 15:15 “Azərreyl” yenilgisiz bitirə bilmədi 17-04-2018, 15:13 Tural Hümbətovun Monteneqroda debütü uğursuz alındı 17-04-2018, 15:12 “İdman Azərbaycan” dünya çempionatına vəsiqə qazandı 17-04-2018, 15:11 “Kəpəz”in media sektoru: başçının fanklubunun, yoxsa jurnalistlərin yeri? 17-04-2018, 15:08 “Kəpəz”də biletlə bağlı növbəti biabırçı səhv 17-04-2018, 15:06 “Kəpəz”in “Qarabağ” “kabus”u 24-ə çatdı Bütün xəbərlər
Ən çox oxunanlar