26 may 14:07olke

Veteranlar Əli Rəhmanovu yad edəcək

Veteranlar Əli Rəhmanovu yad edəcək
Rüstəm Rəhimov: “Beskov onu komandasında görmək istəyirdi”

Bu il 80 illik yubileyini qeyd edəcək “Neftçi”nin tarixinə düşən bir çox futbolçu olub ki, onlardan biri də Əli Rəhmanovdu. Ötən əsrin 60-70-ci illərində “ağ-qaralar”ın formasını geyən mərkəz yarımmüdafiəçisi istər futbolçu, istərsə də insan kimi çoxlarının rəğbətini qazanmağı bacarmışdı. Təsadüfi deyil ki, hər dəfə “Neftçi”nin hansısa veteran futbolçusu ilə ötən illərlə bağlı söhbətləşəndə Anatoli Banişevski, Valeri Hacıyev və başqaları kimi, Rəhmanov da yada düşür, barəsində xoş sözlər səslənir. Dünyasını dəyişməsəydi, mayın 30-da dostlarını, birvaxtlar çiyin-çiyinə top qovduğu komanda yoldaşlarını başına toplayıb 70 illiyini qeyd edəcəkdi. Təəssüf ki, amansız ölüm 2004-cü ildə, 57 yaşında onu sevdiklərindən ayırdı.
Flaqmanın sabiq kapitanı ilə bağlı xatirələrini bölüşməsi üçün Veteranlar İttifaqının vitse-prezidenti, sabiq hakim Rüstəm Rəhimovu aradıq. Rüstəm bəy Rəhmanovu 70 illiyində veteranlarla birgə yad edəcəklərini bildirdi: “Mayın 30-da veteranlar bir araya gəlib məzarına baş çəkəcəyik. Ardınca isə çay süfrəsi arxasında oturub onu yad edəcəyik. Əli ötən əsrin 60-cı illərində “Spartak” da top qovurdu. Ağasəlim Mircavadovla bir komandada olublar. 1965-də isə “Neftçi”nin əvəzedici heyətinə cəlb olundu. 1968-dən əsas komandada çıxış etməyə başladı. Həmin vaxt respublikanın bir nömrəli komandasına düşmək çox çətin idi. Heyətdə azərbaycanlıların sayı az idi. Bir növ məşqçilər yerli oyunçulara inanmırdılar. Ancaq Əli ustalığı sayəsində ölkənin əsas komandasında özünə yer etməyi bacardı. O “Neftçi”də özünü göstərəndən sonra Donetsk “Şaxtyor”undan təklif almışdı. Ancaq əksər bakılılar kimi bu şəhərdən kənarda qala bilməyəcəyini söyləyib, təklifi dəyərləndirmədi. 70-ci illərdə isə o artıq komandanın lideri və kapitanı idi”.
Karyerasının parlaq çağında Rəhmanov həyatın sərt üzünü görüb. Belə ki, yarımmüdafiəçi valyuta alverinə görə 21 ay dəmir barmaqlılar arxasına düşüb. Rüstəm bəylə söhbətdə bu məsələyə də toxunduq: “Əslində Əli yox, “Neftçi”nin indi adını çəkmək istəmədiyim futbolçusu tutulmalıydı. Sonradan Rəhmanova da demişdilər ki, filankəsi “ilişdirmək” istəyirdik, ancaq tora sən düşdün. Bununla belə, Əli xarakter nümayiş etdirərək, əsl “kubinka” cavanı kimi heç kimi satmayıb və həbs olunması ilə barışıb. Məhz belə kişiliynə, mərdliyinə görə rəhmətliyin xətrini hamı çox istəyirdi. Azadlığa çıxandan sonra yenə özündə güc tapıb futbola qayıtdı, hətta komandanın kapitanı oldu. Həbs olunmasaydı, Rəhmanov SSRİ-nin olimpiya yığmasına cəlb olunacaqdı. Beskov onu komandasında görmək istəyirdi”.
Sonda Rüstəm bəy mərhumun futboldan sonrakı həyatına toxunub, oğlu Elçinin atasına layiq oğul olduğunu söylədi: “Futbolçu karyerasını başa vurandan sonra Əli Naxçıvan “Araz”ının, “Göyəzən”in baş məşqçisi olub. Həmin vaxt adını çəkdiyim komandalar SSRİ çempionatının ikinci liqasının 9-cu zonasında çıxış edirdilər. Bu gün Rəhmanovun oğlu Elçin də atasının yolunu davam etdirərək, məşqçilik edir. Hər dəfə Elçini görəndə Əli yadıma düşür. Oğlunun bir çox hərəkətləri, baxışı rəhmətliyi xatırladır. Allah Əliyə rəhmət eləsin”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
19-10-2018, 14:55 “Sumqayıt”dan ayrılan məşçinin cəzası və cəriməsi yarıbayarı azaldıldı 19-10-2018, 14:53 Mirheydər Səfiyev “nala-mıxa vurdu” 19-10-2018, 14:49 Hakimin burnunu sındıran baş məşqçi cəzalandı 19-10-2018, 14:46 Sənan Qurbanov “Neftçi”ylə oyuna dönüş nöqtəsi kimi baxır 19-10-2018, 14:24 Qurban Qurbanova yönələn iradlar haqlıdımı? 19-10-2018, 14:17 “Qarabağ”ın yığma ilə bağlı paylaşımı birmənalı qarşılanmayıb 19-10-2018, 14:14 Mahir sosial şəbəkələrdən istifadə etmir 19-10-2018, 14:12 Rüfət Dadaşov Prosineçkinin addımını axmaqlıq sayır 19-10-2018, 14:02 Futbolçu “Kəpəz”in baş məşqçisini döyüb? 19-10-2018, 14:00 “Böyüklər” yekun vuracaq, “birincilər” başlayacaq 19-10-2018, 13:58 “Neftçi” 1 qolla zirvəyə yüksəldi 19-10-2018, 13:56 Emin Mahmudov "Qəbələ"ni təhlükəli rəqib sayır 19-10-2018, 13:55 AFFA 4 xalı 40 min manatla mükafatlandırıb? 19-10-2018, 13:53 U-21 tsikli səfər xalı ilə bitirdi 19-10-2018, 13:51 “Qarabağ”ın oyununa cəmi 7000 bilet satılıb 19-10-2018, 13:50 Bolqar hakim yaxşı qiymət alıb 18-10-2018, 20:04 AFFA hakimə kəllə atan “Laçın”ın məşqçisini cəzalandıracaq 18-10-2018, 20:03 Mirheydər Səfiyevin istədiyi məbləğ AFFA-nı heyrətləndirib 18-10-2018, 20:01 Çempion və mükafatçı qələbəylə başladı 18-10-2018, 19:52 Qurban Qurbanovun “cırtdan”a qarşı gedişləri 18-10-2018, 19:50 Qələbəyə mane olan səbəblər 18-10-2018, 19:48 Mahirə çıxış yolları göstərdilər... 18-10-2018, 19:45 Maltalılar bayram edir 18-10-2018, 19:39 "Sektor 11" BOS-da niyə varlığını göstərmədi? 18-10-2018, 19:37 Vaxtilə məhbus həyatı yaşayanlar Kokorinlə Mamayevdən danışdı 18-10-2018, 19:34 Erkin İbrahimov Skandinaviyaya aparmaq üçün futbolçu axtarır 18-10-2018, 19:30 AÇ-2020 ilə bağlı tədbir 16-10-2018, 18:25 “Araz”ın uğursuzluğu Zaur Axundovu qəzəbləndirməyib 16-10-2018, 18:22 U-13 liqasında “Laçın”ın baş məşqçisi hakimin burnunu qırdı 16-10-2018, 18:21 Stuxlik Xaqani Məmmədovu “kəsib”? 16-10-2018, 18:19 Ramil Şeydayev topdaşıyan rolunda 16-10-2018, 18:18 Malta ayağımızın altını qazdı 16-10-2018, 18:15 Haşımov Bebeki bəyənib 16-10-2018, 18:14 “Mahir oyundan sonra paltardəyişmə otağında ağlayırdı” 16-10-2018, 18:11 AFFA üçün sponsorluq müqaviləsi 16-10-2018, 18:09 "Neftçi" “parçalandı”, “ağlar” qalib gəldi 16-10-2018, 18:08 Kvaratsxeliya konfransı açıq elan etmək hüququna malikdi 16-10-2018, 18:07 Yığma üzvlərinin qiymətləndirməsi 16-10-2018, 18:04 Həftənin idman proqramı 16-10-2018, 18:03 Xal itirməyən iki komanda qaldı 16-10-2018, 18:01 “Keşlə” divizionun liderini darmadağın etdi 16-10-2018, 18:00 Yaxşı ki “Səbail” var… 16-10-2018, 17:59 Dadaşovlu “Eştoril” son anda xilas oldu 16-10-2018, 17:57 “Xəzər Lənkəran”a uduzduq… 16-10-2018, 17:56 “Sumqayıt”da Diaçenkonu həmyerlisi əvəzləyəcək 16-10-2018, 17:54 Samir Abasov sabiq komandasını üstələdi 16-10-2018, 17:52 “Xilə”yə “Royal Holding” sponsorluq edir 15-10-2018, 14:02 Sabah “Futbol+”də 14-10-2018, 16:36 Firdovsi Umudov proqnoz verməkdən çəkindi 14-10-2018, 16:33 Vüqar Nadirov “Baku City”ni atıb premyer-liqaya getməyəcək 14-10-2018, 16:31 Federasiya rəsmisi legionerlərsiz nəticə qazanmağın çətin olduğunu etiraf etdi 14-10-2018, 16:30 “Sumqayıt” 8 min manat cərimələnən məşqçisiylə yolları ayırdı 14-10-2018, 16:26 Yenilmək növbəsi Maltanındı! 14-10-2018, 16:24 “Milli dəstə” tarixinin ən bahalı səfərini gerçəkləşdirib 14-10-2018, 16:22 Olsen komandasının bəxtinin gətirmədiyini düşünür 14-10-2018, 16:07 Rəşad Sadıqov Renatı maya qədər yığmaya dəvət etməyəcək 14-10-2018, 16:04 Stuxlik hakimlərdən test götürdü Bütün xəbərlər
Ən çox oxunanlar