24 may 17:31olke

Futbolçular İslamiadadakı çıxışını şərh etdi

Futbolçular İslamiadadakı çıxışını şərh etdi
Rəşad Sadiqov: “Az məbləğ təklif eləsələr belə, “Qəbələ”də qalmağa çalışacam”

İslamiadada qalib gələn U-23-ün məşqçilər korpusu və futbolçular da Milli Olimpiya Komitəsində (MOK) təşkil olunan “Zəfər günləri” tədbirinə qatılmışdı. Tədbirin adından komandanın bəzi üzvləri U-23-ün İslamadadakı çıxışı ilə bağlı fikirlərini bölüşdü.
Rəşad Sadiqov: “Cavanların arasından ağsaqqal status daşıyırdım. Doğurdan da bu, mənimçün çox xoş oldu. Hamı qulaq asırdı. Arada “ağsaqqal” deyə müraciət edirdilər. Sağ olsunlar. Bir sözümü iki eləmirdilər. Hamımız qardaş kimi əl-ələ verib oynadıq. Hər şey çox yaxşı oldu, sonda çempionluğu qazandıq. Birinci onu qeyd etmək lazımdı ki, məşqçi heyəti və futbolçular qardaş kimi olduq. İlk gündən toplaşanda birlik nümayiş etdirdik. Futbolçularla tək-tək də söhbət etmişdim. Hamı başa düşürdü ki, heç kəs bir-birindən inciməli deyil. Komandada birlik var idi. Elə hallar olur ki, futbolçular bir-biriləri ilə küsürlər. Lakin burda belə bir şey olmadı. Uşaqlar anlayırdı ki, meydanda 11 nəfər oynamalıdı. Məşqçi hamını buraxa bilməz. Kimsə səhv edəndə ürək-dirək verirdik. Mən klubda da həm müdafiədə, həm də hücumda oynayıram. Yaşar müəllim özü də məni çağıranda belə demişdi. Hansısa problem olmadı. Biz bütün diqqətimizi İslamiadaya yönəltdiyimiz vaxtda “Qəbələ” karyeramla bağlı mətbuatda xəbərlər oxudum. Açığı, çox üzüldüm. Yazırlar ki, “Qəbələ”dən ayrılıram, onlar mənə az məbləğ təklif edir. Bütün bunlar yanlış məlumatdı. Heç kəsdən nə çəkinəcəyim var, nə də qorxacağım. Konkret olaraq onu deyə bilərəm ki, təklif olunmayıb. Söhbət eləməmişik. Pula görə klubdan getmərəm. İndiyə qədər o klubda heç kəslə pul söhbəti aparmamışam. Özləri mənə qiymət deyiblər, dərhal razılaşmışam. İstəmirəm “Qəbələ”dən gedim. Başqa təkliflərim də var. 6 aydan bir klub dəyişməyi xoşlamıram. Az məbləğ təklif eləsələr belə, “Qəbələ”də qalmağa çalışacam. İslamiadada qazanılan medalın xüsusi önəmi var. Bu turnir elədi ki, bundan sonra heç bir futbolçu onu görməsin. Allah bizə bunu qismət edit. Bu üzdən bu qızılın yeri tam başqadı. Milli komandalarda bu cür uğur olmamışdı”.
Mahir Mədətov: “Həqiqətən də, məqsədimiz qrupdan çıxmaq idi. Tam səmimi deyə bilərəm ki, finala kimi çıxacağımıza inanmırdım. Finala çıxmışdıqsa, mütləq qalib gəlməliydik. Məğlubiyyəti həzm edə bilməzdik. Çünki vətəndə keçirilən finalda uduzmaq ağır gələrdi. Şükürlər olsun ki, sonda qızıl medalı biz aldıq. Çox sevincliyəm. Bu, bizim haqqımız idi. Uşaqlar çox əziyyət çəkdilər. Özümü qəhrəman hesab etmirəm. Komandanın qəhrəmanı Şahruddindi. Bilirsiz ki, biz finala kimi qol buraxmadan gəlmişdik. Finalda da cəmi 1 qol buraxdıq. Son oyunda da rəib oyunçu yaxşı zərbə endirdi. Müdafiənin də etibarlı oyununu mütləq qeyd etmək lazımdı. Final isə mənim günüm idi. Ola bilər ki, final oyunu karyeramın ən yaxşı oyunu oldu. 3 qol da vura bilərdim. Sonuncu zərbəm tirə dəydi. O an mənə gecə yatmağa imkan verməyib. Sözün düzü, o anı geri qaytarıb, qola çevirmək istərdim. Nə qədər qanorar alacağını bilmirəm. Komandada ən balaca mənəm. Mənə heç kəs heç nə demir. (gülür) “Qarabağ”la qarşıda çətin yolumuz var. ÇL-in qupuna düşmək istəyirəm. Son dəfə “Qarabağ”la ilk çempion olanda belə sevinmişdim. Çünki birinci səfərdi o hissləri yaşayırdım. Sonrakı illərdə isə bu qədər sevincli olmadım. Bəlkə də öyrəşmişəm. Amma İslamiadadakı bu qızıl məni çox sevindirdi. Bəlkə də ÇL-in qrupuna düşsək, bundan daha çox sevinərəm. Yetişməyimdə “Bakı”nın çox böyük pay sahibi var. Amma istedadımı açmaqda Qurban müəllimin böyük xidmətləri olub. O, mənə böyüklük edib. Başqa bir klubda olsaydım, bu qədər inkişaf etməzdim. Mən cinah yarımmüdafiəçisi kimi “Qarabağ”a gəlmişdim. Amma Qurban müəllim məni hücumçu kimi gördü və şans verdi. Onun ümidlərini doğrultmağa çalışıram”.
Tüllur Mütəllimov: “Çempionluğumuz sürpriz olmadı. İlk məqsədimiz qrupdan çıxmaq idi. Amma Kamerunla oyundan sonra inam artdı. Qurpdan çox çətinlik çəkmədən çıxdıq. Şükürlər olsun ki, sona kimi yaxşı oynadıq və çempion olduq. Rəqiblərin hamısı güclü idi. Amma Kamerunu onların arasında ən güclüsü hesab edirəm. Onlarla oyunda müəyyən çətinlik çəkdik. Oman da zəif rəqib deyildi. Mən bura zədəli gəlmişdim. Turnirdə az şans qazandım. Buna baxmayaraq, mənə inandığı üçün Yaşar müəllimə minnətdarlığımı bildirirəm. Düzdü, “Qəbələ”də son mövsümü yaxşı keçirdim. Gələn mövsümdə əsas heyətdə yerimi bərkitmək üçün gərək çox çalışım, məşq edim. Məqşçi elədi ki, kim özünü yaxşı göstərirsə, onu oynadır. Limit məsələsi də var. Şans qazanmaq çətin olacaq. “Qəbələ” ilə müqaviləm bitib. Yəqin ki, yenilənəcək. Bütün diqqətimizi İslamiadaya yönəltmişdik. Yaxın günlərdə müzakirə edəcəyik. Başqa yerdən təklif almamışam. Özüm də istəyirəm “Qəbələ”də qalım. Çünki bu klub mənə çox doğmadı. Uşaqlıqdan ordayam. Yavaş-yavaş milli üçün yetişməliyəm. Özünüz də görürsüz ki, baş məşqçi məni artıq çağırır. Pillə-pillə irəliləməliyəm. Çalışacam ki, millidə də mübarizə yolu ilə möhkəmlənim”.
Ruslan Abışov: “Təəsüratlarım çox yaxşıdı. Çox çətin qrupa düşmüşdük. İlk məqsədimiz qrup mərhələsini adlamaq idi. Yaxşı ki, bunu bacardıq. Qrupdan çıxandan sonra əsas məqsədimiz finala vəsiqə qazanmaq idi. Bilirdik ki, rəqiblərimiz güclüdü. Xüsusilə də Kamerun və Mərakeş yığmaları çətin rəqiblər idi. Şükürlər olsun, hər şey xeyrimizə oldu. Sonda qızıl medallar qazandıq. Bütün bizi dəstəkləyənləri, xalqımızı təbrik edirəm. Hamıya təşəkkürümü bildirirəm. Hamı bizi sona kimi dəstəklədi. Mərkəz müdafiəçisi kimi oynamaq çətin olmadı. Rəşadla oynamaq rahatdı. Bilirsiz ki, o, klubda da müdafiənin mərkəzində oynayır. 5-li müdafiə tam geri oturmaq demək deyil. Bu sxemlə daha çox hücum futbolu oynanılır. Bu sxemlə komanda oyunu oynamaq, çoxlu hücumlar təşkil etmək olur. İşimizə yaradı. Rəqiblər də çətinliklə üzləşdilər. Bu sxemdə oynatdığı üçün Yaşar müəllimə təşəkkür edirəm. Mövsüm ərzində zədələr aldım. Bu üzdən bir müddət futboldan kənar qaldım. Amma həmin vaxt istirahət etdim. Bilirdim ki, hazırlıq müddəti olacaq. Bizim işimiz məşq etməkdi. Qarşıda Şimali İrlandiyaya qarşı vacib oyunumuz var. Tam məsuliyyətlə hazırlaşmalıyıq. Qələbə qazanmalıyıq”.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 23:14 "Arsenal"la oyuna maraq böyükdü Bu gün, 23:13 U-17 yenə darmadağın oldu Bu gün, 23:10 Stadiona 9-cu mərtəbədən baxış, portəgiz jurnalistin təəccübü və 27 azarkeş... Bu gün, 23:07 Yenilgidə hakim izi olmadı Bu gün, 23:06 Üzücü başlanğıc Bu gün, 23:04 Vitali Borisovun imtinası absurd faktı üzə çıxardı: liqa peşəkardı, futzalçılar yox! Bu gün, 23:02 Baba Rzayev Mingəçeviri futbolsuz qoydu Bu gün, 23:01 AFFA 10 min manata görə özünü hörmətdən salır Bu gün, 22:52 Sabiqlər yerli sədrin tərafdarıdı Bu gün, 22:50 Babək Quliyev Vüsal Əliyevi nişan verdi Bu gün, 22:48 “Sumqayıt-2” zirvəyə darmadağınla yüksəldi Bu gün, 22:46 “Turan” adının yaradıcısı dünyasını dəyişdi Bu gün, 22:44 Dünya çempionatına yaxşı başlamadıq Bu gün, 22:42 “Sumqayıt”ın “qırmızı” problemi Bu gün, 22:39 Adil Məmmədov 60-ı geridə qoydu Bu gün, 22:24 İsgəndər Cavadov doğum günündə tarixi vərəqlədi Bu gün, 22:23 İkinci tur 2 günə sığacaq Bu gün, 22:21 Mik Benet təqdim olundu Bu gün, 22:20 Qurban Qurbanov gözləmədiyi sualı eşitdi Dünən, 22:07 “Bayıl Arena”da Əliyar Ağayevin də səhvi olub Dünən, 22:05 Stuxlik Xaqani Məmmədovun otağında oturur Dünən, 22:04 Emin Ağayev yığmada potensial görür Dünən, 22:02 “CBC Sport” DÇ-ni yayınlamaq istəyir Dünən, 22:01 Cüdo yığmamızda məcburi dəyişiklik Dünən, 22:00 Dünya çempionatının püşkü atıldı Dünən, 21:56 “1982-ci il” ilə Lissabona 7 saatlıq səfər Dünən, 21:54 Uğurun bünövrəsi Lissabonda qoyulsun! Dünən, 21:52 "Arsenal"la oyunun biletləri satışda Dünən, 21:24 Vaqner "Qarabağ"ı portəgizlərə təriflədi Dünən, 21:22 Qurban Qurbanov: “Rəşad oynamayacaq, Miçelin meydana çıxıb-çıxmayacağı sabah bilinəcək” Dünən, 21:04 Alesio yığmanın heyətini açıqladı Dünən, 21:03 “Xəzər Cənub” qalmaqal yaratdı, klubun rəhbəri Zaur Axundovdan üzr istədi Dünən, 21:00 Mundialda üzümüzü kim(lər) güldürəcək? Dünən, 20:58 Məmmədyarova “qaralar”la xal qazana bilmir Dünən, 20:55 Sənan Qurbanov “Qəbələ”nin problemlərini açıqladı Dünən, 20:53 “Kəpəz” ilk qol və ilk xal axtarışında Dünən, 20:52 Anar Salmanovun reaksiyası gecikmədi Dünən, 20:51 Azarkeşlər ÇL oyunları zamanı çətinliklə üzləşir Dünən, 00:29 Almaniyada Ömər Paşayevin səhhətində ciddi problem aşkarlanmayıb Dünən, 00:27 Heç bir klub mətbuat katibinə protokol doldurmağı tapşırmır Dünən, 00:26 Xaqani Məmmədovun düşmənləri sosial şəbəkədə “at oynadır” Dünən, 00:23 Voleybolçular dünya çempionatına inamlı yollanır Dünən, 00:21 Alesio yığmanın heyətini bu gün açıqlayacaq Dünən, 00:19 “Sportinq” qrup mübarizəsinə uğursuz başlayır Dünən, 00:05 Turun oyunçusu Dünən, 00:04 TURUN SİTATI Dünən, 00:02 Məhsuldarlıq rekord vurdu Dünən, 00:01 Turun statistikası 19-09-2018, 23:59 TURUN MƏŞQÇİSİ 19-09-2018, 23:58 Turdan məqamlar 19-09-2018, 23:56 16 medalın izi ilə... 19-09-2018, 23:54 Xala və qola həsrət “Kəpəz”in baş məşqçisi məmnundu 19-09-2018, 23:53 İntizam Komitəsi “Zirə”yə texniki məğlubiyyət verdi 19-09-2018, 23:51 HAKİMLƏRİN MÜHAKİMƏSİ 18-09-2018, 22:14 Stuxlik qovulanları başına topladı 18-09-2018, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi 18-09-2018, 22:12 Əliyar Ağayev “Latsio” – “Apollon” oyununda Bütün xəbərlər
Ən çox oxunanlar