23 may 13:36olke

“Heydər Əliyev kuboku”nun iştirakçıları müəyyənləşdi

“Heydər Əliyev kuboku”nun iştirakçıları müəyyənləşdi
“Zaqatala”ya Naxçıvanda İlqar Hüseynov rəhbərlik edəcək

Gələn həftə Naxçıvan Muxtar Respublikası daha bir futbol tədbirinə evsahibliyi edəcək. Belə ki, mayın 26-da Muxtar Respublikanın başkəndində mərhum prezident Heydər Əliyevin xatirəsinə həsr olunmuş futbol üzrə “Heydər Əliyev kuboku” start götürəcək. Muxtar Respublikanın Gənclər və İdman Nazirliyi, PFL və Naxçıvan Futbol Federasiyasının birgə təşkil edəcəyi turnirdə iştirak edəcək komandalar da artıq məlumdu. Yerli “Araz Naxçıvan”la yanaşı, “Mil-Muğan”, “Zaqatala” və MOİK yarışın əsas mükafatı uğrunda mübarizə aparacaq. Qarşılaşmalar 26, 28 və 30 may tarixlərində Naxçıvanda keçiriləcək. Təşkilatçıların qərarı ilə gün ərzində iki görüş baş tutacaq. Oyunlar saat 12.00 və 17.00-da başlayacaq. Dairəvi sistemlə keçiriləcək turnirdə ən çox xal toplayan komanda sonda qalib olacaq. Xatırladaq ki, qalibə Muxtar Respublikanın Gənclər və İdman Nazirliyi tərəfindən Türkiyədə xüsusi hazırlanmış, sertifikatlı kubok təqdim olunacaq. Eyni zamanda ikinci və üçüncü yerləri tutmuş komandalar medallarla, oyunları idarə edəcək hakimlər plaketlərlə, turnirdə fərqlənən futbolçular isə müxtəlif hədiyyələrlə təltif olunacaqlar. Qeyd edək ki, mayın 26-da startı veriləcək “Heydər Əliyev kuboku” turnirinin mükafatlandırma mərasimi mayın 30-da keçiriləcək.
Ötən saylarımızın birində turnirə qonşu ölkələrdən də komandaların dəvət olunduğunu xəbər vermişdik. Lakin göründüyü kimi, artıq ikinci dəfə keçirilən yarışa ancaq yerli klublar qatılır. Turnirin lokal çərçivədə keçirilməsinin səbəbini bilmək üçün yarışın Təşkilat Komitəsinin üzvü, “Araz Naxçıvan”ın icraçı direktoru, sabiq həmkarımız Ceyhun Məmmədovla əlaqə saxladıq: “Hələ bir müddət öncə sizə bildirmişdim ki, ikinci dəfə təşkil olunan turnirdə qonşu ölkələrin təmsilçilərinin də iştirak etməsini istəyirik. Bu məqsədlə Rusiya, Türkiyə və İranın bəzi klublarına dəvət göndərmişdik. Yarışda görmək istədiyimiz Türkiyə klubları bizə ünvanladıqları məktubda PTT liqasına vəsiqə uğrunda pley-off oyunlarında iştirak edəcəklərini vurğulayaraq, turnirə gələ bilməyəcəklərini bildirdilər. İran və Rusiya təmsilçiləri isə təsdiq cavabını Təşkilat Komitəsinə gec göndərdilər və belədə qərar alındı ki, yarışda ancaq yerli klublar iştirak etsin”.
Yuxarıda qeyd etdiyimiz kimi, mayın 26-da başlayacaq yarışda yerli komanda ilə yanaşı, birinci divizion təmsilçiləri “Mil-Muğan”, MOİK və “Zaqatala” çıxış edəcək. İmişli və paytaxt təmsilçisindən fərqli, “yaşıllar” mövsümün sonunda baş məşqçi Şaban Şirdanovla yolları ayırıb. Görəsən, komanda Naxçıvana kimin rəhbərliyi altında yollanacaq? Bu suala cavab tapmaq üçün “Zaqatala”nın İdarə Heyətinin sədri Musa Qurbanovla danışmağı lazım bildik : “Heydər Əliyev kuboku”nda komandaya Şaban Şirdanovun köməkçisi İlqar Hüseynov rəhbərlik edəcək. Naxçıvana yollanacaq heyətdə əsasən gənc yerli oyunçular yer alacaq. Bu yarışda onların əsas komandaya layiq olub-olmadığını müəyyənləşdirmək istəyirik. Çünki artıq indidən növbəti mövsümün planlarını cızmağa başlamışıq. İstəyirik ki, komandada hansı mövqeləri gücləndirməyə daha çox ehtiyac duyulduğunu görək. Belə turnirlər isə bu yöndə çox faydalıdı”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 13:12 Könül Nurullayevanın təklifi qəbul olundu Bu gün, 13:09 Manolova da himnimizi səsləndirə bilmədi Bu gün, 13:06 Kosovoyla xalımız eyni olsa, pley-offa kim yüksələcək? Bu gün, 13:06 “Standard” xal itirdi Bu gün, 13:02 Vüqar Məmməd İsrailə yenilgini unutduqlarını deyir Bu gün, 13:00 UEFA-dan müjdə: klublarımızın büdcəsi zənginləşdi Bu gün, 12:41 Foqts UEFA-nın layihəsinə qarşı çıxdı Bu gün, 12:40 Yığma üzvlərinin son oyunlarının xarakteristikası Bu gün, 12:38 Bakıda “çörəyinə yağ sürtdüyümüz” “cırtdanlar” Bu gün, 12:36 4-cü səbət əldən çıxdı Bu gün, 12:27 Rövlanın “Slaviya”da qalmasına limit mane olub Bu gün, 12:22 Mehman Yunusov yığmanın iki oyunda 6 xal qazanacağına inanır Bu gün, 12:21 Kosovo biletləri satışa çıxardı Bu gün, 12:08 Bir oyun təxirə salındı, məkan dəyişdi Bu gün, 12:07 “Sulduz” yarışdan çəkildi 16-11-2018, 15:46 “Bakı”nın bazasına nəzarət Vaqif Heydərliyə tapşırılıb 16-11-2018, 15:42 Ölkə kubokunda yenilik olacaq 16-11-2018, 15:34 Adalılarla görüşdə xeyrimizə olan məqamlar 16-11-2018, 15:26 Farer adaları erkən və itki ilə gəldi 16-11-2018, 15:22 Foqts Rüfəti təriflədi 16-11-2018, 15:21 Orxan Sadıqlı: “Kim edibsə, Allah bəlasını versin” 16-11-2018, 15:19 Nə Maksimov, nə də Çixradze: “Sumqayıt” Ayxan Abbasova tapşırıldı 16-11-2018, 15:17 Media nümayəndələri üçün “İntellektual kubok” keçiriləcək 16-11-2018, 15:12 U-19 ilk oyunda darmadağın oldu 16-11-2018, 15:09 “Zirə” apellyasiya şikayəti verəcək 16-11-2018, 15:02 U-19: Gürcüstandan sonra şərikli lider 16-11-2018, 15:00 Bakı İdman Sarayında dramatik sonluq 16-11-2018, 14:58 Dedov hücum haqda düşünür 16-11-2018, 14:57 Stuxlik “Zenit”in oyununda 16-11-2018, 14:55 “Sabah” MOİK-i sınağa çəkəcək 16-11-2018, 14:54 UEFA “Vorskla”nın işinə dekabrın 13-də baxacaq 16-11-2018, 14:52 “Qəbələ” rəsmiləri UEFA-nın tədbirinə qatıldı 13-11-2018, 18:49 Azər Mirzəyev məktubla “Futbol+”ə müraciət etdi 13-11-2018, 18:48 Namiq Əliyev DÇ-də fərqlənənləri mükafatlandırdı 13-11-2018, 18:46 Qurban Qurbanovdan ideal seçim 13-11-2018, 18:45 Nazim Süleymanov getdi, yerinə iki yerli, iki əcnəbi namizəd var 13-11-2018, 18:43 İddialıların duelində qalib müəyyənləşmədi 13-11-2018, 18:41 Sabah kubokun püşkü atılacaq 13-11-2018, 18:37 “Lex” Qriqorçukla maraqlanır 13-11-2018, 18:36 Tovuz futbolunun 100 illiyi ilə bağlı kitab nəşr olundu 13-11-2018, 18:29 Rəşad Sadıqov “Beşiktaş”ın futbolçularını U-21-ə cəlb etdi 13-11-2018, 18:27 Riçard “Qarabağ”a qayıtmaq haqda düşünmür 13-11-2018, 18:25 “İmarət”in uşaqları pirotexniki vasitələri Kiyevdən 160 manata alıb 13-11-2018, 18:21 Qonaqlar özünü ev sahibi kimi apardı, bombardir dəyişdi 13-11-2018, 18:19 Turun oyunçusu 13-11-2018, 18:19 Turun sitatı 13-11-2018, 18:18 Turdan məqamlar 13-11-2018, 18:16 “Rəvan”ın rəqibi oyuna gəlmədi, “pərdə enmədi” 13-11-2018, 18:14 Lider başlayacaq, çempion bitirəcək 13-11-2018, 18:13 Vüqar bombardir oldu, komandası elitaya yüksəldi 13-11-2018, 18:11 Yığma AÇ-də mübarizəyə başlayır 11-11-2018, 15:01 Qurban Qurbanov yeni ofisin faydasından danışıb 11-11-2018, 14:59 Ölkə kuboku biabırçı vəziyyətə salınıb 11-11-2018, 14:40 Elnar Kərimov Türkiyədən qayıdıb “od püskürdü” 11-11-2018, 14:37 Yığma “Keşlə”ni darmadağın etdi 11-11-2018, 14:35 “Qarabağ”dan ilk qələbə və bayram hədiyyəsi 11-11-2018, 14:27 “Yadımdadı, konyak içməkdən ayıq vaxtımız olmadı” Bütün xəbərlər
Ən çox oxunanlar