19 may 19:32olke

2016/17 mövsümündən seçmələr

2016/17 mövsümündən seçmələr
“Neftçi” rəsmilərinin qovulması, Ozobiçin milliyə çağırılması, hakimlərin döyülməsi...

Milli çempionatlar tarixində ilk dəfə keçirilən 8 komandalı çempionata aprelin 29-da yekun vuruldu. İştirakçı sayı az olsa da, premyer-liqanın maraqlı keçdiyini qeyd etməliyik. “Qarabağ”la “Qəbələ” arasında “qızıl” savaşının yaratdığı maraqlı qarşılaşmalar, “Zirə”ylə “Kəpəz”in son tura qədər davam edən avrokubok mübarizəsi, “Sumqayıt”ın tarixində ilk dəfə Avroliqaya qatılmaq üçün əla imkan yaxalaması oyunların gərginliyini artırırdı. Bununla yanaşı, bir çox maraqlı olaylara da şahidlik etdik. Yazıda 9 aya nəzər salıb, diqqəti çəkən məqamları qeyd edəcəyik.
Mövsümün...
...komandası
“Qəbələ” ölkə kubokunu qazana bilsəydi, bu sual ətrafında baş sındırmaq, xırdalıqlara varmaq olardı. Ancaq “Qarabağ” “qızıl dubl”a imza atmaqla söhbətə nöqtə qoydu. Son 3 tura qədər hər iki komanda arasında gedən gərgin mübarizədən təcrübəli və yaxşı təşkilatlanmış “köhlən atlar” qalib ayrıldı. Halbuki şəxsi görüşlərdə qeydə alınan nəticələrdən sonra “Qəbələ”yə bəslənən ümidlər xeyli artmışdı. “Qarabağ” sona yaxın bacarığını ortaya qoymaqla, üstəgəl, kubokun finalında rəqibini birnəfəsə keçməklə mövsümün ən yaxşı komandası olduğuna şübhə yeri qoymadı.
...baş məşqçisi...
Uğur qazanan “Qarabağ”dısa, bu ada layiq görülməli mütəxəssis də heç şübhəsiz, Qurban Qurbanovdu. Çətin anlarda özünü itirməyən, yetirmələrini oyunlara kökləməyi bacaran, anasının vəfat etməsinə baxmayaraq, işinə peşəkar yanaşan, həlledici anlarda təcrübəsindən istifadə edən Qurbanov bir çox məqamlarda Roman Qriqorçuka “master-klass” keçmiş oldu. Söz yox, ukraynalı da zəngin təcrübəyə, futbol savadına malikdi. Di gəl ki, Azərbaycan futbolunda Qurbanov ondan üstün olduğunu artıq ikinci mövsümdü sübut edir.
...hakimi...
Əvvəlki illər olsaydı, ağıla Əliyar Ağayev, Rəhim Həsənov, Vüsal Əliyev kimilərin adları gələrdi. Amma başa çatan mövsümdə ən yaxşı hakim adına layiq bir nömrəli namizəd Fariz Yusifovdu. Çiyinlərində illərin təcrübəsini gəzdirən referi xüsusən çempionatın yanvardan sonrakı bölümündə, yəni həlledici mərhələsində özünü göstərdi. “Qarabağ”la “Qəbələ” arasındakı son iki qarşılaşmanı idarə etmək anı gələndə Əliyarla Rəhimin “ayaqları əsdiyi” halda, Yusifov “mən varam” deyib sinəsini irəli verdi. Və yükün altından başıuca çıxmağı bacardı. Gördüyü işin hədiyyəsi kimi kubokun finalını idarə etmək imkanı qazandı ki, Naxçıvanda da bir nömrə olduğunu sübut etdi.
...legioneri...
Bu ada iki namizəd var – biri Dino Ndlovudu, digəri Filip Ozobiç. Dinonun komandası “qızıl dubl”la yadda qaldı, hücumçunun özü də bir çox oyunlarda həlledici qollara imza atdı. Əsas heyətin daimi üzvü olan Ndlovu vurduğu 10 qolla bombardirlər siyahısında üçüncü oldu. Bir şey var ki, Dino Azərbaycana “bərkgedən” oyunçu statusu ilə gəlmişdi. Cənubi Kiprdə, “Anortosis”in heyətində bir mövsümə vurduğu 17 qolu və CAR yığmasının heyətində 4 matçda forma geydiyini xatırlatmaq kifayətdi. Filip Ozobiç isə, kobud desək, heç kim idi. Ötən yay “Qəbələ”yə cəlb olunanda görkəminə baxıb ağız büzənləri saymaqla qurtarmazdı. Vaxtilə “Spartak”ın sıralarında olmasına baxmayaraq, “Qəbələ”yə Xorvatiyanın ortababı “Slaven”dən cəlb olunmuşdu. Xorvatiya yığmasına dəvət almaq isə Filip üçün şirin yuxu idi. Məhz Azərbaycanda sərgilədiyi futbolla vətəninin millisinə cəlb olundu, Xorvatiyada tanınmağa başladı. “Qəbələ”nin “gümüş” qazanıb, kubokun finalına yüksəlməsində isə müstəsna xidmətləri oldu. Yarımmüdafiəçi olmasına baxmayaraq, premyer-liqada vurduğu 11 qolla Rauf Əliyevlə şərikli bombardir olduğunu da unutmamalıyıq. Məhz bu cəhətlərinə görə Ozobiçi Ndlovudan bir qədər irəlidə qərarlaşıb.
...kəşfi...
“Kimin adını çəkə bilərsiz” sualını kimə versən, “Tellur Mütəllimov” deyəcək. Düzdü, Mahir Mədətov da diqqətləri üzərinə çəkən gənc istedad kimi yadda qaldı. Verdiyi ötürmələr, vurduğu qolları “Qarabağ” azarkeşləri unutmayacaq. Bu iki futbolçunun arasında əsas fərq ondadı ki, Mahir 2015/16 mövsümündə kəşf olunmuşdu. Yəni həmin çempionatda hər kəsin diqqətini çəkmişdi. Düzdü, Tellurun da “Zirə” təcrübəsi vardı. Amma Mədətov qədər oynamırdı, adından söz etdirmirdi. Amma başa çatan mövsümdə, xüsusilə qış fasiləsindən sonra Mütəllimov “Qəbələ” üçün vacib fiqura çevrildi. Sağ cinahdakı fəallığı, qol vurmaq bacarığı sayəsində Robert Prosineçkinin də diqqətini çəkməyi bacardı. Odu ki, mövsümün kəşfi adına son mövsümdə parlayan Tellur daha layiqdi.
...olayı...
Yaşıl meydanlarda və onun ətrafında başverənlər hər zaman gündəmi zəbt edib, yaşananlar uzun müddət yaddaşlardan silinməyib. Lakin bəzən elə hədisələr baş verir ki, gözlərinə inana bilmirsən, buna baxmayaraq, tez unudulur. Əslində mövsümün olayı kimi “Neftçi”nin sabiq futbolçusu Katalin Tiranın meydana daxil olan Nurlan Əziz adlı azarkeşi vurmasını önə çəkmək istəyirdik. Lakin Gəncədə yaşanmış hadisəni yada salanda üstündən keçmək olmur. Noyabrın 27-də “Kəpəz”lə “Neftçi” qarşılaşanda Gəncənin icra başçısı Elmar Vəliyev də stadionda idi. Oyuna ənənəsinə uyğun olaraq, mərkəzi sektordan baxan başçı ətrafındakı “Neftçi” rəsmilərinin “Kəpəz”i dəstəkləmədiyini görüb bakılıları ordan uzaqlaşdırmaq tapşırığı vermişdi. Tapşırıq başçıdan gəlmişdisə, başqa söhbət ola bilməzdi. Çox keçmədən “Neftçi” rəsmiləri azarkeşlərin yer aldığı tribunaya göndərilmişdi. Bu hədisə bəlkə də dünya tarixində bir ilk idi. Söhbət ölkənin iki köklü klubunun rəsmilərindən və “Neftçi”nin nümayəndələrinin qovulmasından gedirsə, biabırçılığın zirvəsidi.
...qarşıdurması...
Bu məsələdə səbəbkar çox vaxt hakimlər olur. Ya rəqib komandaların baş-başa gəlməsiylə nəticələnən səhvlərə yol verirlər, ya da öz nöqsanlarına görə futbolçular onlara əl qaldırır. Əvvəlki illərlə müqayisədə indi hakimlərin işi daha rahatdı. Maşınları daşa basılmır, ağız-burunları al-qana bulaşmır. Lakin bəzən müəyyən qarşıdurmalara rast gəlirik. 14-cü turda baş tutan “Qarabağ” – “Qəbələ” qarşılaşmasında bəzi səhvlərlə yadda qalan Rəhim Həsənov qonaqların qəzəbindən qaça bilmişdisə, 6 tur sonra keçirilən “Kəpəz” – “Qəbələ” oyununun fasiləsində Əliyar Ağayev və briqadası qəbələlilərin əlindən çıxa bilməmişdi. Əliyarın ilk hissədə Nika Kvekveskirini meydandan qovması, üstəlik, Şəhriyar Rəhimovun qolunu qeydə alması qonaqları özündən çıxartmışdı. Nəticədə Gəncə stadionunun məşhur tunelində hakimlər “Qəbələ” rəsmilərinin qəzəbinə tuş gəlmişdi. Ortada fakt olmasa da, İntizam Komitəsinin çıxardığı ağır qərarlar ədalət təmsilçilərinin döyülməsindən xəbər vermişdi. “Qəbələ”nin dörd rəsmisi – Zaur Əzizov, Səbuhi Səfiyarlı, Səməd Nəsibov və Səbuhi Qarayev müəyyən müddətə cəzadan canlarını qurtara bilməmişdi.
...uğursuzu
Xeyr, AZAL deyil. “Təyyarəçilər”in premyer-liqa ilə vidalaşacağı hələ mövsümün əvvəlindən bilinirdi. Yəni AZAL-ın 12 ildən sonra premyer-liqanı tərk etməsi uğursuzluq kimi qiymətləndirilə bilməz. Pul olmayandan sonra nəsə gözləmək artıqdı. Uğursuz pulu olan, hər cür imkan yaradılan komandanın mövsümü əliboş başa vurmasına deyilir. Çempionat boyunca 16 legionerin xidmətindən istifadə edən “Neftçi”nin yekunda 5 yox, 6 yox, 7-ci pillədə qərarlaşması klub adına faciə idi. Həmin nəticə ki, “Neftçi”nin 80 yaşının tamam olduğu ildə qeydə alındı. Avrokuboklara həsrət qalmaq da öz yerində.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 21:06 Emin Cəfərquliyev “Səbail”dən ayrılıb, “Binə”yə keçdi! Dünən, 21:05 “Binə” Batumi “Dinamo”sunu da məğlub edib Dünən, 21:04 Araz “Anortosis”də ilk rəsmi matçına çıxdı Dünən, 21:01 2000 manata görə məhv olan uşaq futbolu Dünən, 20:58 "Qəbələ" darmadağınla zirvəyə yüksəldi Dünən, 20:57 HAKİMLƏRİN MÜHAKİMƏSİ Dünən, 20:55 TURDAN MƏQAMLAR Dünən, 20:43 U-13 gürcülərə qalib gəldi Dünən, 20:41 Zirvədəki “Zirə” Dünən, 20:40 Yevlax stadionunun qazonu hamını şoka saldı Dünən, 20:37 “Qarabağ” azarkeşlərinin piketi nəticəsiz qaldı Dünən, 20:34 “Qarabağ” Kopenhagenə çatdı... Dünən, 20:31 “Qarabağ”, “Kopenhagen”i “Parken”də də susdur! Dünən, 20:30 “Neftçi” azarkeşi uğuru olan məşqçi istəyir Dünən, 20:29 Müjdə: Elxan Abdullayev “Neftçi”dən getdi Dünən, 20:27 AFFA “Bakcell Arena”nı elə-belə seçməyib Dünən, 20:26 "İmarət Avropa" Kopenhagenə "casus" göndərib Dünən, 20:24 Mehdi Nağıyev ittihamlara cavab verdi Dünən, 20:23 Bakıda gördükləri “Vostok”un baş məşqçisini heyrətə gətirib Dünən, 20:18 İlk görüşdə qələbə Dünən, 20:17 Güləşçilər çox pis başladı... 22-08-2017, 18:38 Əvəzediciləri “Neftçi”nin təsəlli yeridi 22-08-2017, 18:37 Qol vuran qələbə qazandı 22-08-2017, 18:35 “Qəbələ” 3 xal qazandı, Qriqorçuk hakimlikdən narazı qaldı 22-08-2017, 18:33 “İmarət Avropa”dan “Vətən”ə cavab gəldi 22-08-2017, 18:32 Azərbaycanlı azarkeşlərin idmançısının yanında olmaq hüququ yoxdu! 22-08-2017, 18:31 “Zirə” bostanlıqda “Kəpəz”in dərsini verdi 22-08-2017, 18:29 Futzal çempionatına iddialı debütantlar gəlir 22-08-2017, 18:29 Rauf Əliyev “Kukesi”də debüt etdi 22-08-2017, 18:24 1 yaşlı uşaqdan 80 yaşlı qocaya sillə 22-08-2017, 18:21 “İnter” 88 dəqiqə dözdü 22-08-2017, 18:17 “Qarabağ”ı böyük ekranda izləmək üçün 500 nəfər müraciət edib 22-08-2017, 18:15 Futbol ictimaiyyəti “Neftçi”ni “asıb-kəsdi” 22-08-2017, 18:14 “Kopenhagen”dən əzmkar qələbə... 22-08-2017, 18:09 Samit Nuruzadə yenə səbr etməyi məsləhət görür 22-08-2017, 18:07 Faiq Həsənov susdu! 22-08-2017, 18:06 Qısa xəbərlər 22-08-2017, 18:04 Belfor pula qaçır... 22-08-2017, 18:03 “Şüvəlan” MOİK-i darmadağın etdi 20-08-2017, 15:30 Ramil Quliyevin ilk məşqçisi onun geri dönməsini istəyir 20-08-2017, 15:26 TRANSFER DOSYESİ 20-08-2017, 15:25 Şarples mərkəzi arenada gördüyü işin sirrini açıqladı 20-08-2017, 15:23 Vaif Əsədov Sadiqovun ittihamları ilə razılaşmadı 20-08-2017, 15:19 “Qəbələ” əvəzedicilərinə qalib gəldi 20-08-2017, 15:18 Ayxan Abbasov “Kəpəz”in qərarının səbəbini anlamayıb 20-08-2017, 15:15 “Neftçi” yeni kartların satışına başladı 20-08-2017, 15:14 “Parken”də anşlaq gözlənilir 20-08-2017, 15:12 “Qarabağ” mövqeyini ortaya qoydu 20-08-2017, 15:11 Danimarkadakı “Vətən” Cəmiyyətinin sədrindən şok vəd 20-08-2017, 15:10 Dima qol hesabını açdı 20-08-2017, 15:09 Yığma “cırtdan”la “Bakcell Arena”da qarşılaşacaq 20-08-2017, 14:13 Höccət Hacıyev Lənkəran stadionunda dondurma satır? 20-08-2017, 14:08 Azərbaycanlı agentlər Rauf Əliyevlə bağlı danışdı 20-08-2017, 14:01 Ən güclü gimnastlar müəyyənləşdi 20-08-2017, 14:00 Almaniyaya səfər ərəfəsində görüş 20-08-2017, 13:59 Bu dəfə Sloveniyaya uduzdular 20-08-2017, 13:58 Ruslan bir pillə irəlilədi Bütün xəbərlər
Ən çox oxunanlar