19 may 19:31olke

Rəhbərlik “Neftçi”ni mükafatlandıracaq

Rəhbərlik “Neftçi”ni mükafatlandıracaq
“Baku Fayr”ın çalışdırıcısı məğlubiyyətdə qapıçını günahlandırdı

Ölkəmizdə artıq futzal mövsümü də başa çatmaq üzrədi. Ötən sayımızda xəbər verdiyimiz kimi, srağagün ölkə kubokunun final matçı keçirilib. “ABU Arena”da baş tutan həlledici qarşılaşmada “Neftçi” birinci divizion təmsiçlisi “Baku Fayr”la üz-üzə gəlib. “Ağ-qaralar” rəqibinə 7:5 hesabı ilə qalib gələrək, ölkə kubokuna sahib çıxıb. Oyun başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib. Nicat Qafarlı final matçının ən yaxşı oyunçusu seçilib. Mükafatları Futzal Federasiyasının baş katibi Mahmud Sadıqov təqdim edib.
Final matçı ilə bağlı hər iki komandanın baş məşqçisi ilə danışmağı lazım bildik. “Baku Fayr”ın çalışdırıcısı məğlubiyyəti qapıçının kobud səhvləri ilə əlaqələndirdisə, qalib tərəf “Neftçi”nin baş məşqçisi görüşə yaxşı hazırlaşdıqlarını vurğuladı.
Teymur Eyvazov, “Baku Fayr”ın baş məşqçisi: “Oyun çox maraqlı və gərgin mübarizə şəraitində keçdi. Məğlub olmağımıza baxmayaraq, komanda yaxşı çıxış etdi, oyunçulardan razı qaldım. Uşaqlar bacarığını maksimum ortaya qoydular. Yalnız qapıçıdan narazıyam, ümidlərimizi doğrultmadı. İlqar Abdulov çimərlik futbolu üzrə yığmada məşqçi işləyir. Hər səhər məşqləri olur. Oyuna da məşqdən gəlmişdi. Çox yorğun idi. Onun kobud səhvlərindən ilk yarıda qollar buraxdıq. Qapıçı problemi olmsaydı, hər şey fərqli ola bilərdi. 4 qoldan sonra vəziyyəti dəyişmək çətin oldu. Oyunçular ruhdan düşmüşdülər. Özlərinə gəlmələri üçün vaxt lazım gəldi. Amma qollar vura bildik. Əslində bizdə ehtiyat qapıçı var. Mən 2-ci qoldan sonra Abdulova dedim ki, yorğunsan, əvəzləyim, çıx bir az istirahət elə. Razı olmadı, bildirdi ki, vəziyyət yaxşıdı, dura bilirəm. Görünür, vəziyyəti yaxşı deyilmiş. 4 qolluq fərqi aradan qaldırmaq çox çətin olur. Özü də finalda. Finala kimi komanda çox yaxşı gəlmişdi. Heç kim bizdən belə nəticə gözləmirdi. Bu üzdən kollektivdən razılıq etməliyəm. Üç yüksək liqa təmsilçisi ilə qarşılaşmışıq. Hamısı ilə də necə lazımdısa, mübarizə aparmışıq. Finalın və ümumiyyətlə, turnirin təşkilatçılığı yüksək səviyyədə idi. Kubok elədi ki, bəzi klublara lazımdı, bəzilərinə yox. Bizim üçün lazım idi. Final oyununa federasiyadan Mahmud Sadıqov gəlmişdi. Başqa adamı görmədim”.
İlqar Aslanov, “Neftçi”nin baş məşqçisi: “Finallar hər zaman maraqlı və gərgin olur. Bu dəfə də elə oldu. “Baku Fayr” birinci divizionda 1-ci pillədə yer alıb. Bu da komandanın gücündən xəbər verir. Finala çıxıblarsa, deməli, təsadüf deyil. Bu oyun bizə çox vacib idi. Uşaqlar mövsümboyu əziyyət çəkib, bütün güclərini ortaya qoyublar. Onlar bizə əməlli-başlı müqavimət göstərdilər. Aşağı liqa təmsilçisi ilə matçlara uşaqları kökləmək çətin olur. Buna baxmayaraq, əlimizdən gələni etmişdik ki, motivasiya qaydasında olsun. Uşaqlar saymazlıq etmədilər, rəqibi ciddiyə aldılar. İlk yarıda vurduğumuz qollar çox şeyi həll etdi. Hesabda irəli olanda isə bir az arxayınlıq yarandı. Bu da qol buraxmağımıza səbəb oldu. Həm də heyətdə bəzi dəyişikliklər etdim. Bəzi uşaqları sınamaq istəyirdim. Sona kimi oyuna nəzarət etdik. Nəticədə layiqli qələbə qazandıq və kuboka sahib çıxdıq. Rəqibin heyətində əvvəl “Neftçi”də oynayan uşaqlar da var idi. Göründü ki, “Baku Fayr” zəif rəqib deyil. Təcrübəli futzalçılara sahibdilər. Oyunun ab-havasına gəlincə, o qədər yüksək olmasa da, pis deyildi. Kuboka görə komandaya mükafat veriləcək. Hələ dəqiq olmasa da, rəhbərlik bu uğuru mütləq nəzərə alacaq”.
Qeyd edək ki, qarşılaşmadan əvvəl ölkə çempionatının bürünc, gümüş və qızıl medalları, uyğun olaraq, EKOL, “Neftçi” və “Araz” komandasının üzvlərinə təqdim edilib. Çempionatın ən yaxşı baş məşqçisi “Neftçi”nin çalışdırıcısı İlqar Aslanov, ən yaxşı oyunçusu EKOL-dan Namiq Məmmədkərimov, ən yaxşı qapıçısı isə “Araz”lı Rövşən Hüseynli seçilib. Mövsüm ərzində 56 qol vuran “Araz”ın hücumçusu Teles Martins Tyaqo isə ölkə çempionatının bombardiri olub. Komandalara diplom, medallar və kuboku beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev təqdim edib.
ŞƏFİ ŞƏFİYEV
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 21:06 Emin Cəfərquliyev “Səbail”dən ayrılıb, “Binə”yə keçdi! Dünən, 21:05 “Binə” Batumi “Dinamo”sunu da məğlub edib Dünən, 21:04 Araz “Anortosis”də ilk rəsmi matçına çıxdı Dünən, 21:01 2000 manata görə məhv olan uşaq futbolu Dünən, 20:58 "Qəbələ" darmadağınla zirvəyə yüksəldi Dünən, 20:57 HAKİMLƏRİN MÜHAKİMƏSİ Dünən, 20:55 TURDAN MƏQAMLAR Dünən, 20:43 U-13 gürcülərə qalib gəldi Dünən, 20:41 Zirvədəki “Zirə” Dünən, 20:40 Yevlax stadionunun qazonu hamını şoka saldı Dünən, 20:37 “Qarabağ” azarkeşlərinin piketi nəticəsiz qaldı Dünən, 20:34 “Qarabağ” Kopenhagenə çatdı... Dünən, 20:31 “Qarabağ”, “Kopenhagen”i “Parken”də də susdur! Dünən, 20:30 “Neftçi” azarkeşi uğuru olan məşqçi istəyir Dünən, 20:29 Müjdə: Elxan Abdullayev “Neftçi”dən getdi Dünən, 20:27 AFFA “Bakcell Arena”nı elə-belə seçməyib Dünən, 20:26 "İmarət Avropa" Kopenhagenə "casus" göndərib Dünən, 20:24 Mehdi Nağıyev ittihamlara cavab verdi Dünən, 20:23 Bakıda gördükləri “Vostok”un baş məşqçisini heyrətə gətirib Dünən, 20:18 İlk görüşdə qələbə Dünən, 20:17 Güləşçilər çox pis başladı... 22-08-2017, 18:38 Əvəzediciləri “Neftçi”nin təsəlli yeridi 22-08-2017, 18:37 Qol vuran qələbə qazandı 22-08-2017, 18:35 “Qəbələ” 3 xal qazandı, Qriqorçuk hakimlikdən narazı qaldı 22-08-2017, 18:33 “İmarət Avropa”dan “Vətən”ə cavab gəldi 22-08-2017, 18:32 Azərbaycanlı azarkeşlərin idmançısının yanında olmaq hüququ yoxdu! 22-08-2017, 18:31 “Zirə” bostanlıqda “Kəpəz”in dərsini verdi 22-08-2017, 18:29 Futzal çempionatına iddialı debütantlar gəlir 22-08-2017, 18:29 Rauf Əliyev “Kukesi”də debüt etdi 22-08-2017, 18:24 1 yaşlı uşaqdan 80 yaşlı qocaya sillə 22-08-2017, 18:21 “İnter” 88 dəqiqə dözdü 22-08-2017, 18:17 “Qarabağ”ı böyük ekranda izləmək üçün 500 nəfər müraciət edib 22-08-2017, 18:15 Futbol ictimaiyyəti “Neftçi”ni “asıb-kəsdi” 22-08-2017, 18:14 “Kopenhagen”dən əzmkar qələbə... 22-08-2017, 18:09 Samit Nuruzadə yenə səbr etməyi məsləhət görür 22-08-2017, 18:07 Faiq Həsənov susdu! 22-08-2017, 18:06 Qısa xəbərlər 22-08-2017, 18:04 Belfor pula qaçır... 22-08-2017, 18:03 “Şüvəlan” MOİK-i darmadağın etdi 20-08-2017, 15:30 Ramil Quliyevin ilk məşqçisi onun geri dönməsini istəyir 20-08-2017, 15:26 TRANSFER DOSYESİ 20-08-2017, 15:25 Şarples mərkəzi arenada gördüyü işin sirrini açıqladı 20-08-2017, 15:23 Vaif Əsədov Sadiqovun ittihamları ilə razılaşmadı 20-08-2017, 15:19 “Qəbələ” əvəzedicilərinə qalib gəldi 20-08-2017, 15:18 Ayxan Abbasov “Kəpəz”in qərarının səbəbini anlamayıb 20-08-2017, 15:15 “Neftçi” yeni kartların satışına başladı 20-08-2017, 15:14 “Parken”də anşlaq gözlənilir 20-08-2017, 15:12 “Qarabağ” mövqeyini ortaya qoydu 20-08-2017, 15:11 Danimarkadakı “Vətən” Cəmiyyətinin sədrindən şok vəd 20-08-2017, 15:10 Dima qol hesabını açdı 20-08-2017, 15:09 Yığma “cırtdan”la “Bakcell Arena”da qarşılaşacaq 20-08-2017, 14:13 Höccət Hacıyev Lənkəran stadionunda dondurma satır? 20-08-2017, 14:08 Azərbaycanlı agentlər Rauf Əliyevlə bağlı danışdı 20-08-2017, 14:01 Ən güclü gimnastlar müəyyənləşdi 20-08-2017, 14:00 Almaniyaya səfər ərəfəsində görüş 20-08-2017, 13:59 Bu dəfə Sloveniyaya uduzdular 20-08-2017, 13:58 Ruslan bir pillə irəlilədi Bütün xəbərlər
Ən çox oxunanlar