18 may 18:38olke

Menecerlər ancaq “Qarabağ” və “Qəbələ”dən “transfer bombası” gözləyir

Menecerlər ancaq “Qarabağ” və “Qəbələ”dən “transfer bombası” gözləyir
Erkin İbrahimov: “Ramil Şeydayevin Slovakiyada özünü doğrultması...”
Tural Əsgərov: “Bir səhv addım “köhnə qitə”də bizim futbolçulara inamı azaldacaq”
Kamil Məmmədov: “Bakı”, “Xəzər Lənkəran” sanki turizm şirkəti idi”


Mövsüm başa çatar-çatmaz premyer-liqada çıxış edən klublar heyəti gücləndirməklə bağlı çalışmalara start verib. Kimi bu baxımdan fəaldı, kimi də saf-çürük etməklə məşğuldu. "Futbol ili"nin erkən başa çatması klubların transfer məsələləri üçün vaxtını artırıb. Hazırda çoxlarını düşündürən sual budu: görəsən, bu yay "transfer bombası" görəcəyikmi? Klublarımız tanınmış legionerləri heyətinə qatacaq? Bizimkilərdən xaricə üz tutanlar olacaq? Bütün bunlarla bağlı tanınmış menecerlərin fikirlərini öyrəndik.
Öncə Erkin İbrahimovla əlaqə saxladıq: “İldən-ilə Azərbaycanda futbolçunun real qiymətinə uyğun maaş verməyə başlayıblar ki, bu da hardasa sevindiricidi. Artıq “futbol bumu” dövründə yaşanan şişirdilmiş məbləğlər tarixin yaddaşına köçür. Hər il olduğu kimi, bu yay da çalışıram ki, azərbaycanlı futbolçuların ölkə xaricinə yollanmasına nail olum. Baltikyanı ölkələrin klubları, Sloveniya və Slovakiya təmsilçiləri ilə söhbətləşirəm. Millinin üzvü Ramil Şeydayevin Slovakiyada özünü doğrultması, çempionluğa oynayan komandanın heyətində itib-batmaması bu ölkənin klublarının futbolçularımıza marağını artırıb. Futbolda həmişə belə olub və belə də davam edəcək. Bir oyunçu yollandığı yad ölkədə özünü doğrulda bilirsə, özündən sonra başqa həmvətənlərinə də cığır açır. Özünüz də yaxşı bilirsiz ki, Şərqi Avropa ölkələrində çıxış edən futbolçular “köhnə qitə”nin aparıcı çempionatlarında mübarizə aparan klubların daim diqqət mərkəzindədi. Yəni ordan tanınmış klubların maraq dairəsinə düşmək daha asandı, nəinki bizim premyer-liqadan. Odu ki, çalışıram yerli oyunbçuların ölkədən çıxmasına nail olum. O ki qaldı mövsümlərarası fasilədə klublarımızın transfer siyasətinə, məncə, əsas diqqətlər “Qarabağ” və “Qəbələ”yə yönəlməlidi. Çünki artıq hamı ağdamlılardan Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə gözləyir. Bunu klub rəhbərliyi və Qurban Qurbanov da gözəl başa düşür. Ona görə də düşünürəm ki, Qurban müəllim bu yay heyətə daha səviyyəli və təcrübəli legioner cəlb etməyə çalışacaq. “Qəbələ”nin qarşısına qoyulan məqsəd isə Avroliqanın qrup mərhələsini aşmaqdı. Bu məqamları nəzərə alanda, “transfer bazarı”nın “bomba”sını bu klublardan gözləmək lazımdı. Avrokubokların digər iştirakçıları olan “İnter” və “Zirə”nin durumu hamıya məlumdu. “İnter”ə transfer qadağası qoyulubsa, qəsəbə təmsilçisi kiçik büdcəsinə uyğun addım atmalıdı. Premyer-liqanın debütantı “Səbail”dən çox şey gözləməyə dəyməz. Bildiyim qədər elitanın “qonağ”ı sırf yerli futbolçulardan formalaşacaq. Məhz bu səbəbdən komandanın “sükan”ı Samir Əliyevə tapşırılıb. Əliyev əvəzedici heyətlərdə oynayan perspektivli futbolçuları tanıdığından, ona deyilib ki, həmin uşaqları “Səbail”ə cəlb et. Adətən, çoxları debütandan çox şey gözləyir, bazara yeni ab-hava gətirəcəyini düşünür. Ancaq Samir müəllimin qarşısına yerli, gənc və istedadlı futbolçulardan komanda formalaşdırmaq tapşırığı qoyulub. Məndə olan məlumata görə, “Səbail”ə heç Dağıstandan belə oyunçu dəvət olunmayacaq”.
Tural Əsgərov klublarımızın ada diqqət yetirmədiyini, daha çox komandaya fayda verə biləcək futbolçu axtarışında olduğunu bildirdi: “Hazırda müştərilərim arasında bir neçə yerli futbolçu var. Sizə açıq deyirəm, onlar bu gün Avropada ölkəmizi layiqincə təmsil etmək gücündə deyillər. Ölkə xaricinə elə futbolçu göndərmək lazımdı ki, yeni klubunda etimadı doğrultsun. Əks halda bir səhv addım “köhnə qitə”də bizim futbolçulara inamı azaldacaq. Bu işdə min ölçüb bir biçmək lazımdı. Klublarımızın yay transfer siayasəti haqda çox danışmağa ehtiyac yoxdu. Hamı bilir ki, hazırda iki klub – “Qarabağ” və “Qəbələ” bu yöndə başqalarını qabaqlayır. İkincilərin prezidentinin ölkə kubokunun finalından sonra mətbuata verdiyi açıqlamadan belə başa düşmək olar ki, klubun büdcəsi cəmiyyət arasında “bomba” effekti yaradacaq transferin gerçəkləşməsinə imkan verməyəcək. “Qarabağ”dan isə gözləntilər böyükdü. Ola bilsin, mövsümün sürprizini ağdamlılar gerçəkləşdirdi. Əslində “bomba transfer” anlayışı nisbidi. Əsas odu ki, heyətə cəlb olunan yeni oyunçu komandaya faydalı olsun. Məncə, iyun, iyul aylarında Avropada az-çox tanınmış futbolçunun Azərbaycana gəlişini gözləməyə dəyməz. Ola bilsin, “köhnə qitə”də “transfer pəncərəsi”nin bağlanmasına az qalmış maddi şərtlərə görə özünə klub tapmayan hansısa tanınmış məcbur olub bizim təmsilçilərlə anlaşma imzaladı”.
Tanınmış agent Kamil Məmmədov isə məsələyə belə reaksiya verdi: “Bildiyiniz kimi, son iki ildə ölkə futbolunda dəngələr dəyişib. Klublara ayrılan büdcənin azaldığı təkzibolunmaz faktdı. Ancaq bu məqam bir tərəfdən ölkə futbolunun xeyrinə işlədi. Klublarımız daha əvvəlki kimi gözünü yumub, özünü oda atmır. Artıq hamı hansısa futbolçunu transfer etməmiş çox götür-qoy edir. Bir neçə il öncə ölkə klublarının yeritdiyi transfer siyasətinin acı nəticələrindən dərs çıxarılıblar. “Bakı”, “Xəzər Lənkəran” sanki turizm şirkəti idi. Altı aydan bir əcnəbilərin kütləvi axınını görürdük. Maliyyənin azalması bir tərəfdən mənfi təsirini göstərirsə, digər tərəfdən peşəkarlığın inkişafına təkan verir. Bu yay əsasən “Qarabağ” və “Qəbələ”dən nəsə gözləmək olar. Real durum bundan xəbər verir. “Neftçi”yə gəlincə, mənə elə gəlir, ötən yay gerçəkləşən transferlər barədə danışmaq yersizdi, bu lətifə kimi bir şeydi. Qışdan sonra isə büdcəyə uyğun heyətə normal futbolçular cəlb olunub. Fikrimcə, yanvarda kollektivə qoşulan əksər legionerlərin səviyyəsi qənaətbəxşdi. Sadəcə, komanda, demək olar ki, yenidən qurulduğundan nəticə ürəkaçan olmadı. Yayda isə ölkənin ən köklü klubuna çoxlu sayda əcnəbilərin qoşulacağını gözləmək absurddu. Çünki hazırda heyətdə olanların əksəriyyətinin müqaviləsi var. İnanmıram ki, “Neftçi” yayın “transfer bomba”sını partladacaq komanda olsun. Bilirsiz, bizim klubların ən böyük bəlası nədi? Azərbaycan klubları heç vaxt transferə pul xərcləmək istəmir. Onlar əsasən azad agentlərlə güclənmək istəyir ki, bu da istənilən effekti vermir. Uğur qazanmaq üçün pul xərcləmək lazımdı. Necə ki Avropa klubları bunu edir”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:16 AÇ üçün heyət açıqlandı Dünən, 23:15 Ölkə çempionatı başa çatdı Dünən, 23:14 Ukrayna ilə bacarmadıq Dünən, 23:13 Nağı Səfərova yenə etimad göstərildi Dünən, 23:12 Bakıda “Red Bull”dan əzələ nümayişi Dünən, 23:10 Kamran Şahsuvarlı finalda Dünən, 23:08 Əliyar Ağayev “Rusenborq”un oyununa təyinat aldı Dünən, 23:07 UEFA-nın MDB üzrə əlaqələndiricisi “Futbol+”ə danışdı Dünən, 23:05 “Zirə”nin oyununda təcrübəsiz qazax Dünən, 22:56 “Qarabağ” oyuna çıxır, “Samtredia” hücumçuyla gücləndi Dünən, 22:55 “Neftçi” rəsmisi gördüyü işdən danışmaq istəmədi Dünən, 22:44 “Zirə”də yayın məsələsində qeyri-müəyyənlikdi Dünən, 22:43 “Dalğa Arena” avrokubok oyunlarına hazırdı Dünən, 22:42 Patrik Klyuvert “Vətən”ə təşəkkür edib Dünən, 22:37 Sloveniyada AÇ-yə gerisayım başlayır Dünən, 22:36 Fransa millisinin sabiq yarımmüdafiəçisi “Qəbələ”də Dünən, 22:34 Futzal millimiz yenə braziliyalıya tapşırılacaq Dünən, 22:33 Yığmamız qrupda qaldı Dünən, 22:31 BOK prezidenti MOK-a məktub göndərdi Dünən, 22:30 Ayxan Abbasov “Zirə”ni Avroliqaya hazır sayır Dünən, 22:27 "Zirə" rumın müdafiəçi transfer etdi Dünən, 22:09 TRANSFER DOSYESİ Dünən, 22:07 Zirə azarkeşləri oyunun Mərdəkanda keçirilməsindən razıdı Dünən, 22:06 “Sumqayıt” jurnalistlər üçün iftar süfrəsi açdı Dünən, 22:03 “Zirə”nin legionerləri Türkiyədə ləngidi 23-06-2017, 20:23 Avropa Yay Olimpiya Festivalına lisenziya qazandılar 23-06-2017, 20:22 Otellərin sayı artsa, Bakıya daha çox “Formula-1” azarkeşi gələcək 23-06-2017, 20:20 Ronaldoya millinin forması hədiyyə olundu 23-06-2017, 20:17 Emil Balayev “Səbail”ə keçərkən Qurban Qurbanovla danışmayıb 23-06-2017, 20:14 “Zirə” biletlərin qiymətini açıqladı 23-06-2017, 20:12 Əliyar FİFA karyerasına sıfırdan başlayır... 23-06-2017, 20:09 “Samtredia” ilə ilk oyunun başlama vaxtı dəqiqləşdi 23-06-2017, 20:08 “İnter”in rəqibi son çempionu məğlub etdi 23-06-2017, 20:06 Avroliqanın debütantı mübarizəyə hazırdı 23-06-2017, 20:00 Sumqayıtda mükafatlandırma 23-06-2017, 19:56 Yığmanın baş məşqçisi Ermənistanla oyundan danışdı 23-06-2017, 19:55 Avroliqada ikinci dövrə başlayır 23-06-2017, 19:52 Divizionda çıxış edəcək “Binə”nin büdcəsi 150 min manatdı 23-06-2017, 19:47 Stamenkoviç “Mladost”un bəxtinin gətirmədiyini düşünür 23-06-2017, 19:44 Fanklub rəhbərləri “Milan” azarkeşlərinə haqq qazandırdı 23-06-2017, 19:42 “Fənərbaxça”nın baş məşqçisi Antalya kampından danışdı 23-06-2017, 19:40 Millinin heyəti açıqlandı 22-06-2017, 19:21 Subaşiç “Mladost” haqda gizli heç nə qoymadı 22-06-2017, 19:18 “İnter” “Mladost”u “Dalğa Arena”da sınağa çəkəcək 22-06-2017, 19:17 Zaur Axundov Azərbaycana söz verdi 22-06-2017, 19:15 “Axmat” “Qarabağ”ı da bir qolla üstələdi 22-06-2017, 19:13 “Zirə” vətənə məğlub döndü 22-06-2017, 19:11 “İnter” və “Zirə” siyahını açıqladı 22-06-2017, 19:10 Vyana “Qarabağ”ının Bakıda fanklubu olacaq 22-06-2017, 19:08 “Mladost”la oyunu böyük ümidlərlə gözləyirik” 22-06-2017, 19:06 “Bursa BB”də qaldı 22-06-2017, 19:05 Erməni baş məşqçidən etiraf 22-06-2017, 19:03 Əsgərlərə açıq məktub yazdılar 22-06-2017, 19:00 Çimərlik futbolu yığması Belarusa gedir 22-06-2017, 18:58 Hakimlərimizdən videotəkrara fərqli yanaşma 22-06-2017, 18:57 “Səbail” Emil Balayevi saxladı 22-06-2017, 18:55 Elnur Cəfərov da “Neftçi”ylə müqavilə bağladı Bütün xəbərlər
Ən çox oxunanlar