17 may 13:47olke

Naxçıvan turnirinin iştirakçıları hələ müəyyənləşməyib

Naxçıvan turnirinin iştirakçıları hələ müəyyənləşməyib
Türkiyə, İran və Gürcüstan klubları müraciətə cavab verməyib

Ötən saylarımızın birində mayın 26-da Heydər Əliyevin 94 illiynə həsr olunmuş turnirin start götürəcəyini xəbər vermişdik. Onu da bildirmişdik ki, ilk dəfə ötən il təşkil olunan yarışdan fərqli, təşkilatçılar bu dəfə Muxtar Respublikaya qonşu ölkələri təmsil edən klubları da dəvət etmək niyyətindədi.
Turnirin başlamasına 10 gün qaldığını nəzərə alıb, təşkilati işlərlə bağlı və yarışa neçə komandanın qatılacağını öyrənmək üçün “Araz Naxçıvan”ın icraçı direktoru, turnirin təşkilat komitəsinin üzvü, sabiq həmkarımız Ceyhun Məmmədovla əlaqə saxladıq: “Ötən dəfə sizə söylədiyim kimi, bu dəfə turnirdə iştirak etmək üçün qonşu dövlətlər olan Türkiyə, İran və Gürcüstan təmsilçilərinə də dəvət göndərmişik. Ancaq hələ ki onlardan bir xəbər yoxdu. Bu üzdən turnirə neçə komandanın qatılacağı ilə bağlı indi sizə dəqiq məlumat verə bilməyəcəm. İştirakçıların sayına həftənin sonuna kimi aydınlıq gəlməlidi. İlkin versiyaya görə, turnirdə başqa ölkələrdən gələnlərlə birgə 8 komanda iştirak etməlidi. Onların Naxçıvana səfəri baş tutmasa, 6 yerli komanda turnirin əsas mükafatı uğrunda mübarizə aparacaq. Daha bir fərq yarışın formatı ilə bağlıdı. Ötən il komandalar olimpiya sistemi (uduzan çıxır) ilə mübarizə aparmışdısa, bu dəfə iki qrupa bölünəcəklər. Qrup mərhələsində ilk iki yeri tutanlar yarımfinala vəsiqə qazanacaq”.
Ölkə kubokunun Naxçıvanda baş tutan qarşılaşmasından öncə Muxtar Respublikanın gənclər və idman naziri Azad Cabbarov və PFL-in prezidenti Ramin Musayev bu il keçiriləcək turnirin təqdimat mərasimində bir çox məsələlərə toxunmaqla yanaşı, oyunların müxtəlif stadionlarda keçiriləcəyini də bildirmişdilər. Ceyhun bəylə söhbətdə həmin arenaların son durumları ilə bağlı da bilgi əldə etdik: “Naxçıvan stadionu ilə yanaşı, Şərurda yeni istifadəyə verilən arenanın da xidmətindən yararlanmağı düşünürük. Ancaq bunun üçün PFL-in razılığı olmalıdı. Qurumun nümayəndələri mayın 23-də Naxçıvana gələcəklər. Onlar Şərurdakı meydanı təftiş edib, matçların keçirilməsinə icazə versələr, qruplardan birinin oyunları orda keçiriləcək. Əks halda hər iki qrupun görüşləri Muxtar Respublikanın mərkəzi stadionunda təşkil olunacaq. Belədə komandalar gündə iki dəfə - səhər və axşam saatlarında meydana çıxacaq”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
24-05-2017, 17:43 “Bakı müsəlman aləminin Las Veqasıdı” 24-05-2017, 17:39 Almeydanın “milliləşdirilməsi” ilə bağlı yenilik yoxdu 24-05-2017, 17:36 “Qəbələ” “qızıl” sayında hamını qabaqladı 24-05-2017, 17:31 Futbolçular İslamiadadakı çıxışını şərh etdi 24-05-2017, 17:27 13 yaşlı qızlar mükafatlandırıldı 24-05-2017, 17:13 Məşqçi kursunun ikinci modulu başlayıb 24-05-2017, 17:11 "Transfer pəncərəsi"nin vaxtı açıqlandı 24-05-2017, 17:09 İlqar Qurbanova “Qarabağ”a lazım olmadığını İndoneziyada istirahət edərkən deyiblər 24-05-2017, 17:07 Hakimlərin premyer-liqadakı işi: kim necə yadda qaldı? 24-05-2017, 17:04 Yığmamız üçün ağır sınaq başlayır 24-05-2017, 17:03 Şəhriyar Məmmədyarov İddiaçılar Turnirinə çox yaxındı 24-05-2017, 17:01 Serbiyada “beş” aldıq 24-05-2017, 17:00 Polşadan dörd medalla 24-05-2017, 16:58 Acı həqiqət... 24-05-2017, 16:57 İslamiadanı 162 medalla başa vurduq 24-05-2017, 16:54 Səmədağa Şıxlarovu da qovdular 24-05-2017, 16:48 Əlvida, Bakı-2017... 23-05-2017, 13:40 İradə Aşumova Olimpiya Komitəsindən 275 min manat alıb 23-05-2017, 13:38 Ramil Diniyev “şərəfsiz” sözünə görə Hüseyn Cəbrayıloğlunun cavabını verdi 23-05-2017, 13:36 “Heydər Əliyev kuboku”nun iştirakçıları müəyyənləşdi 23-05-2017, 13:34 “Qarabağ” Qurbanovla vidalaşdı, Aqollini saxladı 23-05-2017, 13:24 “CBC Sport” yayın hüququna görə klubların pulunu niyə ödəmir? 23-05-2017, 13:22 Sponsor olmadan telekanallarda futbol verilişlərinin yayını mümkünsüzdü 23-05-2017, 13:21 “Qarabağ” Avstriyada çempion oldu 23-05-2017, 13:16 Toğrul Erat çempionluq sevinci yaşadı 23-05-2017, 13:15 Nurlan “Zirə”də əsəbləşirmiş 21-05-2017, 13:56 Natalya Məmmədova yenidən yığmaya qayıdır 21-05-2017, 13:53 Azərbaycan yenidən liderliyi ələ keçirdi 21-05-2017, 13:51 Əsgər Abdullayev AFFA-dan inciməyib 21-05-2017, 13:49 “Şəmkir”in prezidenti premyer-liqa iddiasından əl çəkdi 21-05-2017, 13:48 “Neftçi”yə yaxın duran yoxdu 21-05-2017, 13:47 Vidadi Rzayev Diniyevin köməkçisi oldu 21-05-2017, 13:22 Yeni mövsümün təqvimi yığmanın maraqlarına uyğun hazırlanacaq 21-05-2017, 13:17 Rəmiş Malıyev AFFA ilə vidalaşdı, yerinə xanım gəlir 21-05-2017, 13:16 Tural Qürbətov Türkiyə klubunda 21-05-2017, 13:14 Yığma üzvləri azarkeşləri finala səsləyir 21-05-2017, 13:11 Yığma üçün həlledici an 21-05-2017, 13:09 Turan Makedoniyanı cəzalandırdı 21-05-2017, 13:08 Reaksiyalar 21-05-2017, 13:04 Rəşad Sadıqov və komandası mükafatlandırıldı 21-05-2017, 12:51 Vəkil zərərcəkəni və məhkəməni qınadı 21-05-2017, 12:49 Kvekveskiri təklif bolluğunda “üzür” 21-05-2017, 12:48 Renat Dadaşov “Ayntraxt”la peşəkar müqavilə imzaladı 21-05-2017, 12:47 Qriqorçuk “Qəbələ”də qalacaq 21-05-2017, 12:43 Qurban Qurbanov Kintananın tezliklə sıraya dönəcəyinə ümid edir 21-05-2017, 12:42 Yığma bu gün vətəni tərk edir 21-05-2017, 12:39 Final mərhələsi başladı 21-05-2017, 12:37 Şəhriyar şərikli liderliyi davam etdirir 19-05-2017, 20:07 Daha bir dopinq şoku: bu dəfə Toğrul Əsgərov cəzalandı 19-05-2017, 20:05 Şahmatçılarımız "sülh bağladı” 19-05-2017, 20:04 Elxan Abdullayev: “Kim var, kimi alaq, namizəd var ki?” 19-05-2017, 20:01 “Kəpəz”dən ayrılanlar səbəb göstərdi 19-05-2017, 19:59 AZAL-lılar bu gün maaş alacaq 19-05-2017, 19:58 Kamran Quliyev AFFA-da iclas keçirəcək 19-05-2017, 19:52 Əlcəzairin baş məşqçisi də hakimlikdən gileyləndi 19-05-2017, 19:47 Yığma Əlcəzairə “2 verib” finala adladı 19-05-2017, 19:43 “Qəbələ” fanatı tribunaları coşdurdu Bütün xəbərlər
Ən çox oxunanlar