15 may 17:37olke

AZAL-da oynayanlar “Şüvəlan”a kömək etməyə hazırdı?

AZAL-da oynayanlar “Şüvəlan”a kömək etməyə hazırdı?
Emin Cəfərquliyev: “Başqa kluba o vaxt keçərəm ki, Tərlan müəllim halallıq versin”

Mayın 3-də AZAL bəyanat yayaraq fəaliyyətini dayandırdığını açıqlamışdı. Lakin üstündən cəmi 9 gün keçəndən sonra Şüvəlan təmsilçisinin rəsmi saytı daha bir bəyanat yaydı. Və aydın oldu ki, AZAL fərqli adla fəaliyyətini davam etdirəcək. Bundan sonra klubun adı “Şüvəlan” olacaq və birinci divizionda çıxış edəcək. Gördüyünüz kimi, rəhbərlik gah nala vurur, gah da mıxa. O cümlədən komandanın baş məşqçisi Tərlan Əhmədov. Bizim zənglərimizə cavab verməsə də, Əhmədov mətbuata açıqlamasında klubun büdcəsi yaxşı olsa, “Şüvəlan”ı çalışdıracağını bildirib. Tərlan bəy hər zaman zəiflərin yanında olub, bu dəfə də “Şüvəlan”ın yanında olacaq. Bəs futbolçular necə, çalışdırıcının yanında olacaqlarmı? Bunu özlərindən soruşmağı lazım bildik.
Emin Cəfərquliyev: “Bəli, klubun rəsmi saytı bəyanat yayıb ki, komandanın adı dəyişdi. Ümid edirəm ki, uğurlu olar. Qalıb-qalmayacağımla bağlı konkret qərar verməmişəm. Bu haqda öncə Tərlan müəllimlə danışıb, müzakirə edəcəm. Heç kimə sir deyil ki, aramızda isti münasibət və yaxınlıq var. Son iki ildə, bütün çətinliklərə baxmayaraq, əl-ələ verib işləmişik. Bu müddət ərzində mən ona kömək olmuşam, o da mənə. Hər şeyin yaxşısı üçün çalışmışıq. Yalnız onunla danışandan sonra “Şüvəlan”ın heyətində aşağı dəstədə oynayıb-oynamayacağımla bağlı qərar verəcəm. Digər təkliflərə gəlincə, bəli, hazırda premyer-liqada oynayan iki klubla danışıqlar aparıram. Adlarını açıqlamaq istəmirəm. Çünki sabah alınmaz, ayıb olar. Bu futboldu, danışıqlar, maraqlananlar çox olur. Əsas müqavilədi. Hər şey tam dəqiqləşsin, deyərəm. Dəqiqləşməsə də, problem yoxdu, deməli, qismətdi. Başqa kluba o vaxt keçərəm ki, Tərlan müəllim halallıq versin”.
İlqar Ələkbərov: “Komandanın adının dəyişməsi haqda məlumatımız var. Bundan sonra “Şüvəlan” olacaq. Amma komandada qalıb-qalmayacağımızla bağlı heç kimlə söhbətimiz olmayıb. Yalnız mən yox, heç bir oyunçu rəhbərliklə bu haqda danışmamışıq. Çox güman, mən artıq başqa kluba keçəcəm. “Şüvəlan”da qalmaq istəmirəm. Amma hara gedəcəyim hələ dəqiq deyil. Hazırda fasilədi, mövsümün başlamasına çox var. Təklifləri nəzərdən keçirib dəyərləndirəcəm”.
Ruslan Əmircanov: “Şüvəlan”da qalacağımı bilmirəm. Bu futboldu, hər şey ola bilər. Qismətdi. Niyə birinci divizionda oynamayım ki?! O vaxt “Yuventus” B seriyasına düşmüşdü. Bir neçə futbolçu komandadan getmişdi, amma Canluici Buffon qalmışdı. Baxmayaraq ki, dünyanın nəhəng klublarından təklif almışdı. Buffon aşağı dəstədə oynamağa razı olubsa, biz niyə oynamayaq? O, komandasına sadiq qaldı. Bu gün də Çempionlar Liqasının finalındadı, Buffonluğunu, dahiliyini də qoruyub. Elə ola bilər ki, heç kim səni götürməz, məcbur olarsan aşağı dəstədə də oynamağa. Futbolsuz qalmamaq üçün. Mənim hələ karyeramı bitirmək fikrim yoxdu. Kimdənsə zəif də deyiləm, gücüm də qalıb. İstənilən futbolçu ilə rəqabətə girə bilərəm. Sadəcə, adamda futbol bəxti olsun. Bəxtin yoxdusa, superulduz olsan da, fərqi yoxdu. Mən gözləyirəm. Hazırda mənə konkret təklif yoxdu. Ara-sıra qulağıma bu haqda bəzi məlumatlar çatır. Lakin real heç nə yoxdu”.
ŞƏFİ ŞƏFİYEV
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 20:04 AFFA hakimə kəllə atan “Laçın”ın məşqçisini cəzalandıracaq Bu gün, 20:03 Mirheydər Səfiyevin istədiyi məbləğ AFFA-nı heyrətləndirib Bu gün, 20:01 Çempion və mükafatçı qələbəylə başladı Bu gün, 19:52 Qurban Qurbanovun “cırtdan”a qarşı gedişləri Bu gün, 19:50 Qələbəyə mane olan səbəblər Bu gün, 19:48 Mahirə çıxış yolları göstərdilər... Bu gün, 19:45 Maltalılar bayram edir Bu gün, 19:39 "Sektor 11" BOS-da niyə varlığını göstərmədi? Bu gün, 19:37 Vaxtilə məhbus həyatı yaşayanlar Kokorinlə Mamayevdən danışdı Bu gün, 19:34 Erkin İbrahimov Skandinaviyaya aparmaq üçün futbolçu axtarır Bu gün, 19:30 AÇ-2020 ilə bağlı tədbir 16-10-2018, 18:25 “Araz”ın uğursuzluğu Zaur Axundovu qəzəbləndirməyib 16-10-2018, 18:22 U-13 liqasında “Laçın”ın baş məşqçisi hakimin burnunu qırdı 16-10-2018, 18:21 Stuxlik Xaqani Məmmədovu “kəsib”? 16-10-2018, 18:19 Ramil Şeydayev topdaşıyan rolunda 16-10-2018, 18:18 Malta ayağımızın altını qazdı 16-10-2018, 18:15 Haşımov Bebeki bəyənib 16-10-2018, 18:14 “Mahir oyundan sonra paltardəyişmə otağında ağlayırdı” 16-10-2018, 18:11 AFFA üçün sponsorluq müqaviləsi 16-10-2018, 18:09 "Neftçi" “parçalandı”, “ağlar” qalib gəldi 16-10-2018, 18:08 Kvaratsxeliya konfransı açıq elan etmək hüququna malikdi 16-10-2018, 18:07 Yığma üzvlərinin qiymətləndirməsi 16-10-2018, 18:04 Həftənin idman proqramı 16-10-2018, 18:03 Xal itirməyən iki komanda qaldı 16-10-2018, 18:01 “Keşlə” divizionun liderini darmadağın etdi 16-10-2018, 18:00 Yaxşı ki “Səbail” var… 16-10-2018, 17:59 Dadaşovlu “Eştoril” son anda xilas oldu 16-10-2018, 17:57 “Xəzər Lənkəran”a uduzduq… 16-10-2018, 17:56 “Sumqayıt”da Diaçenkonu həmyerlisi əvəzləyəcək 16-10-2018, 17:54 Samir Abasov sabiq komandasını üstələdi 16-10-2018, 17:52 “Xilə”yə “Royal Holding” sponsorluq edir 15-10-2018, 14:02 Sabah “Futbol+”də 14-10-2018, 16:36 Firdovsi Umudov proqnoz verməkdən çəkindi 14-10-2018, 16:33 Vüqar Nadirov “Baku City”ni atıb premyer-liqaya getməyəcək 14-10-2018, 16:31 Federasiya rəsmisi legionerlərsiz nəticə qazanmağın çətin olduğunu etiraf etdi 14-10-2018, 16:30 “Sumqayıt” 8 min manat cərimələnən məşqçisiylə yolları ayırdı 14-10-2018, 16:26 Yenilmək növbəsi Maltanındı! 14-10-2018, 16:24 “Milli dəstə” tarixinin ən bahalı səfərini gerçəkləşdirib 14-10-2018, 16:22 Olsen komandasının bəxtinin gətirmədiyini düşünür 14-10-2018, 16:07 Rəşad Sadıqov Renatı maya qədər yığmaya dəvət etməyəcək 14-10-2018, 16:04 Stuxlik hakimlərdən test götürdü 14-10-2018, 16:02 Vaqif Sadıqovla Şakir Qəribov U-21-i tək qoymadı 14-10-2018, 16:00 “Araz” “Liman”a “bərk çırpıldı” 14-10-2018, 15:57 “Həmişə milliyə dəvət alıb, oynamağı düşünürdüm” 14-10-2018, 15:54 Üçgünlük səfər, hər gün üçün bir qol 14-10-2018, 15:51 Mütəxəssislər oyunu yox, nəticəni qabartdı 14-10-2018, 15:47 Kiril Petrov ilk dövrədən razıdı 12-10-2018, 22:56 Vüqar Əsgərli U-19-un çıxışını dəyərləndirdi 12-10-2018, 22:54 “Uğur” Region Kubokunda zəif heyətlə oynayıb 12-10-2018, 22:53 Atilla Türkiyədə keçirdiyi 7 mövsümü itirilmiş sayır 12-10-2018, 22:51 “Sumqayıt” Orxan Əliyevlə gücləndi 12-10-2018, 22:50 Kobaxidze bərpa dövrü keçir, Vasin isə meydana çıxmağa can atır 12-10-2018, 22:48 Çəlikəl akademiyanın məşqçiləri ilə nələri müzakirə edib? 12-10-2018, 22:27 Rusiyalı hakimlər obyektivlikdən kənara çıxmadı 12-10-2018, 22:25 Bebek 5-ci dəfə Bakıya gəlir 12-10-2018, 22:25 Maltanın baş məşqçisi və qapıçısı nikbindi 12-10-2018, 21:51 Yığma üzvlərinin qiymətləndirməsi Bütün xəbərlər
Ən çox oxunanlar