14 may 14:56olke

AFFA-nın cəzalandırdığı futbolçulardan biri palçıq qarışdırır, o biri ofisiant işləyir

AFFA-nın cəzalandırdığı futbolçulardan biri palçıq qarışdırır, o biri ofisiant işləyir
Cəmşid Məhərrəmov: “Bir gün hamı biləcək kim hansı işlərlə məşğul olub, hansı əməllər törədib”

Ötən mövsüm ölkə futboluna damğa vuran hadisələrdən biri də oyun alğı-satqısı ilə bağlı oldu. Yenə də birinci divizionda. Belə ki, çempionat yarılanmamış AFFA İntizam Komitəsi (İK) 22 futbolçu, bir hakim və bir inzibatçının assosiasiyanın bayrağı altında keçirilən yarışlarda iştirakına qadağa qoydu. Çox keçmədən həmin siyahıdakı şəxslərin sayı 16-ya düşdü. Bu ilin martında isə uzun araşdırmalardan sonra İK yekun qərarını açıqladı. UEFA-dan daxil olmuş “danışılmış oyunlar”la bağlı hesabatlara və AFFA-nın İcraiyyə Komitəsinin bununla bağlı tövsiyələrinə əsaslanaraq, “danışılmış oyunlar”da iştirak edən futbolçular və klublarla bağlı qərar qəbul edildi. Qərara əsasən, “Rəvan” və “Şərurspor” birinci diviziondan uzaqlaşdırıldı. “Şahdağ”dan İqrar Səmədovla Uçe Çukunyereyə, “Rəvan”dan Elvin Əliyevlə Cəmşid Məhərrəmova, “Göyəzən”dən Arzuman Əliyevlə Tunar Şahtaxtinskiyə, “Energetik”dən isə Elvin Əlizadə, Kamran Lalayev və Ruslan Həmidova mövsümün sonuna kimi peşəkar futbolla məşğul olmaq yasaqlandı. Adı çəkilən futbolçulardan dəfələrlə açıqlama almışdıq. Onlar isə heç bir təqsirlərinin olmadığını bildirmiş, qərarı şər-böhtan adlandırmış, İK-nın onlara ləkə vurduğunu demişdilər. Lakin bütün bunlar onların işinə yaramadı. Artıq mövsüm yekunlaşıb. Onların isə yenidən şansı yaranıb ki, özlərini sübut etsinlər. Görəsən, həmin futbolçular indi hardadı? Futbolsuz qaldıqları dövrdə məşq ediblərmi? Məhdudiyyət aradan qalxan kimi yeni klub axtarışına başlayıblarmı? Yoxsa elə son damğa, bəlkə də ləkə ilə futbol karyeralarını sonlandırıblar? Bu suallara cavab tapmaq üçün özləri ilə əlaqə saxladıq.
Cəmşid Məhərrəmov: “Barəmizdə haqsız qərar verilmişdi. Bu üzdən, demək olar ki, mövsümboyu futbolsuz qaldıq. Buna baxmayaraq, futbolla vidalaşmamışam. Artıq bizə qoyulan qadağanın müddəti bitib. Bu dövrdə fərdi məşqlər etmişəm. Arada uşaqlarla yığışıb futbol oynayırdıq. Hər gün qaçıram, futbolsuz qalmamağa çalışıram. Həvəskar formada da olsa, futbolla məşğuluq. Əsas odu ki, formadan düşmürük. Amma oyun praktikamız yoxdu. Hazırda fasilədi. Bəzi klublar var ki, mənimlə əlaqə saxlayıblar. Futboldan uzaqlaşmaq istəmirəm. Haqqımızda kim nə deyirsə, boş söhbətdi. Biz, sadəcə, ləkələnmişik. Bir gün hamı biləcək kim hansı işlərlə məşğul olub, hansı əməllər törədib. Sadəcə, indi bunların vaxtı deyil. Zaman hər şeyi yoluna qoyacaq”.
Elvin Əliyev: “Futbolla vidalaşmamışam. Amma karyeramı davam etdirəcəyimlə bağlı nəsə deməyə çətinlik çəkirəm. Məşq deyəndə ki, hansısa komanda ilə çalışmamışam. Arada özüm tək məşq edirəm, qaçıram. Formada qalmağa çalışıram. Futbolçu dili ilə desək, hərdən “dır-dır” da oynayırıq. İstəyirəm hansısa komandada çıxış edim. Nəinki birinci divizion, lap elə elita klubunda oynamaq istəyirəm. Şükür Allaha, nə olub ki bizə? Bu ləkəyə görə futboldan uzaqlaşmaq fikrimiz yoxdu. Ləkə odu ki, oğrunu cinayət başında tutmusan. Biz heç bir pis əməl törətməmişik. Sadəcə, kimlərinsə badına getdik. Apellyasiya şikayəti də vermişik. Hələ özümüzü sübut etməyə çalışacağıq. Bu, mətləq lazımdı”.
Kamran Lalayev: “Arada uşaqlarla futbol oynayıram. Amma karyeramla bağlı qəti qərar verməmişəm. Çox güman, karyeramı davam etdirməyəcəm. Təklif olarsa, dəyərləndirərəm. Hazırda əsas məqsədim iş axtarmaqdı. İndi işsizəm. İş tapsam, futbol oynayaram. Özüm istəmirəm. Niyə oynayım ki? Məni futboldan küsdürdülər. Yaşım da o yaş deyil. Bu formada, bu yaşda və bu ləkədən sonra kimdi məni çağıran?”
Arzuman Əliyev: “Qadağa müddətimiz bitib. Hazırda başqa işlə məşğulam. Görək, başımıza nə gəlir. Hazırda maraqlanan olmayıb. Yəqin fasilədi, ona görə. Buna baxmayaraq, fərdi şəkildə məşq edirəm. Hansısa komandanın düşərgəsinə getməmişəm bu müddətdə. İnşallah, mövsüm başlayanda təklif alaram, dəyərləndirərəm. Hələlik heç nə yoxdu. Məşğuliyyətsiz qalmışam”.
Tunar Şahtaxtinski: “İnanırsız, o vaxtdan bəri heç nə ilə məşğul olmamışam. Futboldan tam uzaqlaşmışam. AFFA tərəfindən qoyulan qadağanın müddəti artıq bitib. Futbolla vidalaşmamışam. Amma məşq də etməmişəm, formada deyiləm. İndi fəhlə işləyirəm. Nə futbol, işimiz palçıq qarşıdırmaqdı. Başqa nə ilə məşğul olaq? Yeni mövsümdə hansısa komandadan təklif gəlsə, gedib oynayaram birtəhər. Çox güman, o da “Energetik” olacaq. Yoxsa kimdi bizimlə maraqlanan, bizi komandada görmək istəyən?”
Elvin Əlizadə: “Futbolla vidalaşmamışam. Mənim üçün istirahət yoxdu. Fərdi məşqlər edirəm. Futbolsuz qalsam da, hər şeylə maraqlanıram, özümü formada saxlamaq üçün çalışıram. Niyə futbolla bitirim ki? Düzdü, klubdan uzaqlaşdırılandan sonra çox çalışmadım. Hansısa komanda bizi çağırmadı ki, gəl, məşq elə. Bu müddət ərzində çayxanada ofisiant işləmişəm. Hazırda da işləyirəm. Amma gələcəkdə necə olacağını deyə bilmərəm. İndi çempionatda fasilədi. Ümid edirəm ki, yeni mövsüm başlayanda mənə də təklif gələr, gedib oynayaram. Özümü sübut etmək istəyirəm”.
ŞƏFİ ŞƏFİYEV
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
20-03-2019, 13:41 AFFA xəbərləri 20-03-2019, 13:32 “Taxta oğrusu” Ayxan, papaq atıb məyus olan Aslan... 20-03-2019, 13:30 Favoritlər büdrəmədi 20-03-2019, 13:28 Eltac “sülh”lə başladı 20-03-2019, 13:27 Büdrəməyən iki komanda var 20-03-2019, 13:23 Rəşad yığmaya çağırılmayacağını hiss edibmiş 20-03-2019, 13:20 Ağasəlim Mircavadov U-19-la Krasnodardadı 20-03-2019, 13:18 Ədalət təmsilçilərimizə təyinat gəldi 20-03-2019, 13:16 Elxan Abdullayev Velebitin köməkçisi oldu 20-03-2019, 13:15 Əvvəl Rusiya, sonra İrlandiya və Rumıniya 20-03-2019, 13:13 Litva ilə üçüncü duel 20-03-2019, 13:10 Bayram axşamı qanımız qaralmasın! 20-03-2019, 13:06 Yığmanın mümkün “11-liy”i 20-03-2019, 13:04 Yurçeviç Zaqrebdə sürpriz etmək istəyir 20-03-2019, 13:02 U-21-in heyətində iki dəyişiklik 20-03-2019, 12:55 U-19-un rəqibi əvvəl qalib gəldi, sonra uduzdu 20-03-2019, 12:52 “FC Baku”dan “feyr-pley” və darmadağın 20-03-2019, 12:51 Mütəxəssislər yığmadan maksimum heç-heçə gözləyir 20-03-2019, 12:46 Bombardirlərin turu 20-03-2019, 12:45 Tərlan Əhmədov sınaq matçı planlaşdırıb 20-03-2019, 12:33 “Neftçi” yoxlama oyunu keçirməyəcək 20-03-2019, 12:30 Essyenlə bağlı soruşduq, fikirlər haçalandı 20-03-2019, 12:28 “Sabah” yoldaşlıq görüşü keçirəcək 20-03-2019, 12:27 “Sumqayıt” Əfran İsmayılovu itirdi 20-03-2019, 12:25 “Qarabağ” yarımcan heyətlə “Zirə”ni sınağa çəkəcək 20-03-2019, 12:23 Fərid “Slaviya”ya qələbə qazandırdı 19-03-2019, 15:11 Aleksey İsayev yığmadan ayrıldı 19-03-2019, 15:07 “Maksimir”də yığmaya 20 fanat dəstək verəcək 19-03-2019, 15:05 Essyen ilyarım “Səbail”ə xidmət edəcək 19-03-2019, 15:02 "Neftçi"nin legioneri Seneqalla oyuna çağırıldı 19-03-2019, 14:58 Emeqara zədəyə görə kənarda qalıb 19-03-2019, 14:56 Aqolli azarkeşlərlə bizim dildə sağollaşdı 19-03-2019, 14:55 “Sabah” Çalanı yola saldı 19-03-2019, 14:52 Kamran Ağayev “Keşlə”də yox, dostları ilə oyunda zədələnib 19-03-2019, 14:50 Boyükağa Hacıyevin ölümündən bir il ötdü 19-03-2019, 14:47 “O qədər məyusam ki, danışmağa, müsahibə verməyə həvəsim yoxdu” 19-03-2019, 14:46 Ayxan Abbasov Atillanın “qələmini qırdı” 19-03-2019, 14:44 İlk "üçlük"də yerdəyişmə oldu 19-03-2019, 14:42 Adam sabiq köməkçisini unutmayıb 19-03-2019, 14:41 Bojoviç: “Ramil son vaxtlar möhtəşəm oynayır, afərin!” 19-03-2019, 14:37 “Azərsun Holdinq” “Qarabağ”a lazım olan vəsaiti ayırır 19-03-2019, 14:35 Turun statistikası 19-03-2019, 13:08 Turun məşqçisi 19-03-2019, 13:07 Hakimlərin mühakiməsi 19-03-2019, 13:04 Üçüncü dövrənin lideri “Qarabağ”dı 19-03-2019, 13:01 Eddi və Rüfət “fərqləndi” 19-03-2019, 12:59 Turun oyunçusu 19-03-2019, 12:57 Turun sitatı 19-03-2019, 12:54 Turdan məqamlar 19-03-2019, 12:50 Lider izləyicisini xalsız qoydu, U-19 uduzdu 19-03-2019, 12:47 Layiq olmadığımız yenilgi 17-03-2019, 14:50 Marinadan tarixi addım və finala vəsiqə 17-03-2019, 14:49 “Boykotçular”ın turniri apreldə keçiriləcək 17-03-2019, 14:48 “Neftçi” debütantı üstələdi, “Yasamal” İSK “zirzəmi”dən qurtuldu 17-03-2019, 14:34 Mütəxəssislər Səlahətin “1 nömrə” olacağını düşünür 17-03-2019, 14:32 Essyenin “Səbail”dən heç bir xüsusi tələbi olmayıb 17-03-2019, 14:30 Essyenin transferi ölkə futboluna nə qazandıracaq? Bütün xəbərlər
Ən çox oxunanlar