12 may 21:43olke

“Bir anlıq özümə sual verdim ki, sən burda nə edirsən?”

“Bir anlıq özümə sual verdim ki, sən burda nə edirsən?”
Rəşad Sadıqov məşqçiliklə bağlı qərar verməyib

Rəşad Sadıqov karyerası boyunca bəlkə də bu qədər ağır mövsüm keçirməmişdi. Ötən yaydan bu yana həm “Qarabağ”ın heyətində premyer-liqada, həm ölkə kubokunda, həm də Avroliqada mübarizə aparan kapitan həm də yığmanın uğurları üçün tərk tökdü. Yaşıl meydanlarda tökdüyü tər azmış kimi, bir tərəfdən də məşqçilik sevdasına düşməsi enerjisini aldı. Öncə A kateqoriyasına sahib çıxmaq üçün hazırlaşıb istəyinə çatdı, daha sonra PRO üçün əziyyət çəkməli oldu. Hələ bu harasıdı? Sadıqov həm də özünü “Qarabağ”ın U-19-da baş məşqçi kimi sübut etməliydi. Yəni həm futbolçu kimi bir neçə yerə bölünmək, həm məşqçi kimi çalışmaq, həm də şəxsi həyatı ilə məşğul olmaq üçün insanda tükənməz güc olmalıdı. Rəşad bunun öhdəsindən gəldi. Payızda yığmanın heyətində qazanılan vacib 7 xal, “Qarabağ”la Avroliqanın qrup mərhələsinə yüksəlmək, mövsümü “qızıl dubl”la başa vurmaq, U-19-la çempionluq sevinci yaşamaq – bütün bunlar 9-10 aya təsadüf etdi. Kapitan hazırda ağır mövsümün yorğunluğunu çıxarmağa çalışır. Fürsətdən istifadə edib bir çox suallara cavab tapmağa çalışdıq.
- Mövsümün sənin üçün uğurlu alındığını deyə bilərik. Hansı daha çətin idi: futbolçu kimi dörd “cəbhə”də mübarizə aparmaq, yoxsa məşqçi kimi U-19-un başında olmaq?
- Əlbəttə, məşqçi kimi daha çətin idi. Futbolçu kimi neçə illərdi top qovuram, böyük təcrübə sahibiyəm. Həm də meydanda oluram deyə, hadisələrin axarına birbaşa təsir edəcək nəsə edə bilirəm. Digər tərəfdən, məşqçiliyin işi çoxdu. Həm də daim axtarışdasan, stres içində olursan. Çox çətin peşədi, çox. Kapitan komandanın içində olur, hər şeyi görür, aradan qaldırmağa çalışır. Amma məşqçilik elədi ki, arada sədd var. Futbolçu məşqçini görəndə özünü yığışdırır, aradakı pərdəni qorumağa çalışır. Amma kapitanla arada səmimilik var, hamı sənin nə dediyini anlayır.
- Artıq müəyyən təcrübəyə sahibsən. Məşqçilikdə bir mütəxəssis üçün vacib olan nədi?
- Hər şeydən əvvəl başın çox yaxşı işləməlidi. İstər texniki, istər taktiki, istər fiziki, istərsə də seleksiya cəhətdən hərtərəfli olmalısan. Futbolçu elədi ki, fiziki gücü varsa, digərlərini ört-basdır etməyə çalışır. Ya da texnikası hesabına “fizika”sını ötüşdürür. Amma məşqçilikdə yalnız bir cəhətlə hər şey etmək mümkün deyil. Taktikanı seçməkdə, heyəti müəyyənləşdirməkdə, məşq proqramını tutmaqda, motivasiya verməkdə bacarıqlı olmalısan. Hansısa birində axsadınsa, işin istədiyin kimi getməyəcək.
- U-19-la çempionluq asan başa gəlmədi. Hansı məqamın həlledici olduğunu düşünürsən?
- Səmimi desəm, ilk vaxtlar ən çətin olan uşaqlarda inam yaratmaq idi. Onlara futbolda hər şeyin mümkün olduğunu başa salmağa çalışırdım. Üstünlüklərimdən biri o idi ki, dediklərimə diqqətlə qulaq asır, həyata keçirməyə çalışırdılar. Mövsümün əvvəlində müəyyən çətinliklərim vardı. Əsas komandanın oyununa uyğun oynamaları üçün çox zəhmətə qatlaşdım. Buna görə müəyyən vaxt itirdik. Bu prosesi keçəndən sonra işimiz asanlaşdı, komanda öz oyununu tapdı. Əsas məqsəd “Qarabağ”ın qələbə azmini aşılamaq idi ki, bunun üçün çalışırdım. Çempionatın əvvəlində lazımsız xallar itirsək də, sonradan vəziyyəti xeyrimizə dəyişə bildik.
- Texniki zonada dayananda Kazbek Tuayevi, Vaqif Sadıqovu, Ərtoğrul Sağlamı, Qurban Qurbanovu yada salıb, “məşqçilər nələr çəkirmiş” dediyin anlar oldu?
- İlk vaxtlar bu sualı tez-tez özümə verirdim. Meydanın kənarında olmağın nə qədər çətin olduğunun fərqinə vardıqca, uzun illərdi bu işlə məşğul olan məşqçilər yadıma düşürdü. Yerində dayana-dayana həm futbolçunu düşünməlisən, həm oyunun gedişini, həm dəyişiklik etməyi, həm təhlil etməlisən. Adamın başında o qədər fikir dolaşır ki. Bunun üçün baş işləməlidi. İkinci gün idi komandanı götürmüşdüm, onda hələ seleksiya işləri gedirdi. Bir anlıq özümə sual verdim ki, sən burda nə edirsən? Çox çətin gəlirdi mənə. Ancaq sonradan öz-özümə “öhdəlik götürmüsənsə, sona qədər getməlisən” deyib, yola davam etdim.
- U-19-da rəqiblərin oyunlarını özün izləyib təhlil edirsən, yoxsa köməkçilərinə tapşırırsan?
- Daha çox özüm təhlil etməyə çalışırdım. Bəzən canlı, bəzən də disk vasitəsiylə. Çatdırmayanda köməkçilərim kömək edirdi.
- Futbolçu kimi “Qarabağ”la üç “cəbhə”də mübarizə aparmaq, millinin şərəfini qorumaq, məşqçilik kurslarında iştirak etmək, U-19-un yükünü daşımaq, şəxsi həyata vaxt ayırmaq – bütün bunların öhdəsindən necə gəlirsən? İşləri necə bölürsən, necə tənzimləyirsən? Olmaya həftəlik, ya da aylıq plan qurursan?
- Bu sualı mənə çox adam verir. Yəqin ki, Allahın verdiyi gücdü, bərəkətdi. Bu mövsüm mənim üçün həqiqətən də çətin keçdi. Yayda Çempionlar Liqası, U-19-u çempionata hazırlamaq, millinin vacib oyunları, A kateqoriyalı kurslar, Avroliqanın qrup mərhələsi – bütün bunları sıx qrafik altında yerinə yetirməliydim. Bütün həyatım futbolun içindəydi. Ya məşq edirdim, ya məşq keçirdim, ya meydandaydım, ya da texniki zonada. Mövsümü tam istədiyim kimi başa vurmaq üçün Şimali İrlandiya ilə oyunu gözləyirəm. Qələbə qazana bilsək, həyatımın ən uğurlu ili olacaq.
- Qarşıda səni futbolçu kimi həm “Qarabağ”da, həm də yığmada ağır mövsüm gözləyir. Digər tərəfdən, U-19-u gənclərin Çempionlar Liqasına hazırlamalısan. Planlar nədən ibarətdi?
- Bu dəqiqəyə olan planım Şimali İrlandiya ilə oyuna hazırlaşmaqdı. Başqa heç bir planım yoxdu. Bu oyun başa çatandan sonra “Qarabağ”la Çempionlar Liqasına və U-19-la gənclərin Çempionlar Liqasına hazırlaşacam. Çox sıx qrafikim var. Artıq PRO kateqoriyasının kursları da başlayıb. Bu da olduqca məsuliyyətli işdi. Millinin oyunu başa çatandan sonra həm klub rəhbərliyi, həm də Qurban Qurbanovla söhbətimiz olacaq, orda lazım olan qərarları verib, planları quracağıq.
- Deyilənə görə, U-19-la çatdırmadığına görə müəyyən müddətə baş məşqçi postundan ayrılmaq istəyirsən. Hətta bununla bağlı klub rəhbərliyini də məlumatlandırmısan.
- Bu suala hələ ki cavab vermək istəmirəm. Çünki bu gün üçün dəqiq cavabım yoxdu. Yaxın gələcəkdə məsələyə aydınlıq gələcək. Söhbət “çatdırmıram, bacarmıramda” deyil. İşin altına girmişəmsə, çıxmağa çalışıram. Sadəcə, sıx qrafik olacaq, elə etməliyəm ki, hansısa problem olmasın. Qurban müəllim məsləhət görmüşdü ki, bir il gənclərlə çalışım, müəyyən təcrübə toplayım. Dünya təcrübəsində belədi çünki. Məşqçiliyin sirlərini öyrəndim, müəyyən təcrübə topladım. Düzü, məşqçiliyi davam etdirə bilərəm. Amma hələ ki qərar verməmişəm. İndi qələbələrin dadını çıxarıb dincəlmək istəyirəm. Gələcəyə baxmaq üçün vaxtımız olacaq.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
24-05-2019, 17:14 Gülağa Cabbarov Stuxlikə məktub yazdı 24-05-2019, 17:13 Riad Rəfiyev əvvəlcə sponsorla, sonra baş məşqçi ilə görüşəcək 24-05-2019, 17:11 “Qəbələ”də qeyri-müəyyənlik davam edir 24-05-2019, 17:09 Renat Dadaşov U-21-dən imtina etməyib 24-05-2019, 17:07 Qara Qarayev daha iki il “Qarabağ”da 24-05-2019, 17:06 Azərbaycanlı futbolçular Mxitaryanı “qorxaq” adlandırdı 24-05-2019, 17:04 Avroliqanın kuboku Cocuq Mərcanlıda 24-05-2019, 15:28 Yığma 17 nəfərlə hazırlaşır 24-05-2019, 15:25 Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq 24-05-2019, 15:22 "Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər 24-05-2019, 15:17 UEFA İcraiyyə Komitəsi Bakıda yığışacaq 24-05-2019, 15:14 Çempion üç günə iki qələbə qazandı 24-05-2019, 15:12 “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq? 24-05-2019, 15:10 Joze Alesio limitin tərəfdarıdı 24-05-2019, 15:08 Hər iki finalçı cəzalandırıldı 24-05-2019, 14:03 “Dəyişikliklər vacibdi, amma belə yox” 24-05-2019, 14:01 “Keşlə” Salahlı ilə anlaşdı, hədəfdə Əfrandı 24-05-2019, 13:59 U-21 xorvatlarla “sülh bağladı” 24-05-2019, 13:54 Səfir jurnalistlər önünə çıxacaq 24-05-2019, 13:53 Nə tez ayıldın, Özil?! 24-05-2019, 13:51 Naxçıvan turniri: xəbəri kimdən alaq? 24-05-2019, 13:47 Kamal Bayramov “Səbail”də 24-05-2019, 13:44 Emil Balayevli "Tobol"dan önəmli qələbə 24-05-2019, 13:40 “Neftçi”nin Mirabdullanı satmaq fikri yoxdu 24-05-2019, 13:25 Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir 24-05-2019, 13:20 AZAL “Qəbələ” və “Sumqayıt”ın futbolçularına zülm etdi 24-05-2019, 13:18 “Topaz” mayın 28-də festivala başlayır 24-05-2019, 11:21 Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir 23-05-2019, 20:32 Finalın meydanda görünməyən tərəfləri 23-05-2019, 20:21 Naxçıvanda üç gün 23-05-2019, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! 23-05-2019, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər 23-05-2019, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı 23-05-2019, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi 23-05-2019, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır 23-05-2019, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır 23-05-2019, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı 23-05-2019, 19:17 Azərbaycan səfirindən sərt sual 23-05-2019, 19:15 Gürcü Azərbaycanı bəyənmir... 23-05-2019, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi 23-05-2019, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” 23-05-2019, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” Bütün xəbərlər
Ən çox oxunanlar