12 may 20:06olke

“Neftçi”dən ayrılmaq çox çətin oldu”

“Neftçi”dən ayrılmaq çox çətin oldu”
Samir Əliyev “Səbail”i sıfırdan formalaşdıracaq

Ötən mövsüm birinci divizionda debüt edən və sönda gümüş medal qazanaraq yeni “futbol ili”ndən elitada çıxış etmək hüququ qazanan “Səbail” artıq hazırlıqlara start verib. Ötən sayımızda xəbər vermişdik ki, klubun Müşahidə Şurasının iclası keçirilib və yığıncaqda komandanın yeni baş məşqçisinin adı açıqlanıb. Bir neçə mütəxəssisin namizədliyini nəzərdən keçirən rəhbərlik sonda Samir Əliyevlə müqavilə bağlanması barədə qərar qəbul edib. Ötən mövsüm “Neftçi”nin əvəzəedicilərdən ibarət komandasına “bürünc” qazandıran gənc və prespektivli mütəxəssislə 3 illik sözləşmə imzalanıb. Futbolçu kimi inanılmaz istedada malik olan Samir Əliyevin məşqçilik prespektivi də yüksək qiymətləndirilir. O, “Neftçi”nin baş məşqçisi olarkən qısa zaman səbəbindən özünü tam sübut edə bilmədi və uğursuz rəhbərlik gənc mütəxəssisin gedişini sürətləndirdi. Əliyev özü komandadan ayrıldı. İndi rahatlıqla demək olar ki, Samir bəy əvəzedici komanda səviyyəsini çoxdan aşıb. O, artıq PRO kateqoriyasına da sahibdi. Uduzmağı sevməyən, gənclərlə işləməyi bacaran, möhkəm xarakterə sahib çalışdırıcıdan yeni təyinatla bağlı fikirlərini öyrənməyi lazım bildik.
- Samir bəy, öncə təbrik edirəm, uğurlar arzulayıram. İstərdik təyinat haqda danışasız. Danışıqlar çoxdan gedirdi?
- Çox sağ olun. Danışıqlar uzun çəkmədi. Mən bu haqda xəbərləri mətbuatdan oxuyurdum.Təklif gəldi, bir qədər fikirləşib qəbul etdim. Komanda premyer-liqada çıxış edəcək. Komandanı sıfırdan formalaşdıracağıq. İşlərimizi buna uyğun planlaşdırırıq.
- Maraqlıdı, klubun premyer-liqaya yüksələcəyi rəsmiləşməyib. Amma siz 3 illik müqavilə imzaladız.
- Komanda ötən mövsüm birinci divizionda 2-ci yeri tutub. Turnir cədvəli bizim elitada çıxış etməyimizə imkan verir. Lisenziyalaşdırma ilə bağlı da heç bir problemimiz yoxdu. Bunları bilirdim. Bu üzdən müqavilə imzalayanda tərəddüd etmədim. Yaxın günlərdə “Səbail”in yüksək liqaya yüksəlməsi haqda rəsmi məlumat yayılacaq.
- “Neftçi”dən ayrılmaq çətin olmadı ki?
- Düzünü desəm, çox çətin oldu. İndinin özündə də çətindi. Futbolçu və məşqçi kimi 15 ilim “Neftçi”də keçib. Peşəkar futbolçu kimi ilk addımlarımı orda atmışam, məşqçi kimi “Neftçi”də formalaşmışam. Çətindi, amma həyat belədi. Oturdum fikirləşdim, məsləhətlər aldım və qərar verdim. Bu yükün altına girməli olduğumu düşündüm. Vaxtı çatmışdı.
- Qarşınıza hansı hədəf qoyulub?
- Biz premyer-liqada debüt edəcəyik. Dediyim kimi, komandanı sıfırdan formalaşdıracağıq. Sıfırdan yığılan komanda ilə qarşıya hansısa hədəf qoyulmur. Mənim məqsədim gələcək üçün yaxşı komanda formalaşdırmaqdı. İldən ilə planlı şəkildə tam peşəkar klub olmaq istəyirik. Komanda ilə klub arasında çox fərq var. Lakin bu o demək deyil ki, əl-qolumuzu sallayıb, xal qazanmaq üçün oynamayacağıq. İlk gündən sona kimi mübarizə aparacağıq.
- Sözlərinizdən belə çıxdı ki, komandada köklü dəyişikliklər olacaq.
- Bəli, dəyişikliklər olacaq. Köməkçilərim Səttar Əliyev və Ayaz Qulamovla bu haqda müzakirələr aparırıq. Kimlərlə yola davam etmək olar, kimləri göndərmək lazımdı və kimləri almalıyıq? Bütün bu məsələləri təhlil edirik.
- Bu “transfer pəncərəsi”ndə neçə futbolçu cəlb etmək fikriniz var?
- Çox futbolçu cəlb olunacaq. Büdcəmizə uyğun oyunçular gətirəcəyik. Dəqiq sayını deyə bilmərəm.
- Saşa Yunisoğlu, Ramazan Abbasov kimi təcrübəliləri komandada saxlayacaqsız?
- İndidən ad çəkmək istəmirəm. Bu haqda məşqçilər korpusunun ümumi rəyi olacaq. Ondan sonra hər şey bilinəcək.
- Adətən, klub rəhbərləri transfer işlərini yeni baş məşqçiyə tapşırmır. Siz rəhbərliyin gətirdiyi oyunçularla razı olacaqsız, yoxsa özünüz də kimlərisə gətirməyə çalışacaqsız?
- Transfer məsələlərində son söz mənim olacaq.
- “Neftçi”nin baş məşqçisi kimi karyeranız uğurlu alınmamışdı. Bir dəfə bizə açıqlamanızda da bildirmişdiz ki, klubdan gələn yeni təklifi də qəbul etmədiz. Bunu hazır olmamağınızla əsaslandırmışdız. İndi demək olarmı ki, Samir Əliyev premyer-liqa klubunu çalışdırmağa hazırdı?
- Mənim “Neftçi”dəki dövrüm uğursuz alınmamışdı. Qəti belə düşünmürəm. Uğursuz bilirsiz nəyə deyirlər? Bir müddət işləyirsən, nəsə əldə edə bilməyəndə, uğursuz sayılırsan. 3-4 ay işləməklə uğursuz sayılmır. Bundan əvvəlki rəhbərlik məni baş məşqçi postuna müvəqqəti gətirmişdi. Komanda rəhbərliyim altında çox gözəl futbol oynayırdı. İki il öncə oynayan futbolçular indi də var. Bəs niyə gözəl oyun sərgiləyə bilmir? Mənim vaxtımda liderlər yox idi. Çox futbolçu komandadan getmişdi. Bizim əsas problemimiz nəticə əldə edə bilməməyimiz idi. Komanda isə çox yaxşı oyun göstərirdi.
- “Neftçi”nin əvəzedici komandasından “Səbail”ə futbolçu gətirmək fikriniz varmı?
- Təbii ki, belə bir fikir var. “Neftçi”nin əvəzedici komandasında yaxşı futbolçular var. Onlar komandanın əsas heyətinə çağırılmasa, təbii ki, danışıqlara başlayacağıq. Düzünü desəm, gənclərə çox şans verib, onları elitada sınamağa çalışacağıq. Belə bir ideyamız var.
- Baş məşqçi kimi “Neftçi”ni və əvəzedici komandanı çalışdırdığınızda oyunlar çox vaxt təbii örtüklü meydanda keçirilirdi. “Səbail” isə süni örtükdə oynayacaq. Bu sizin işinizə maneə yaratmayacaq ki?
- Qəti. Futbolu oyunçular oynayır. Məncə, bunun hansısa çətinliyi olmaz. Bir də ki, rəhbərlik artıq örtüyü dəyişməyi fikirləşir. Düzdü, təbii örtük olmayacaq. Amma yaxşı, keyfiyyəti yüksək olan süni örtükdə oynayacağıq.
ŞƏFİ ŞƏFİYEV
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
15-06-2018, 14:55 Yığmanın daha bir üzvü A seriyasında 15-06-2018, 14:53 “Neftçi”də oynamaq Turalın uşaqlıq arzusu imiş 15-06-2018, 14:51 Türk Hava Yolları “Neftçi”nin sponsoru olacaq 15-06-2018, 14:50 Əsgər Abdullayev yenidən “Araz Naxçıvan”da 15-06-2018, 14:48 Maksimov dörd yeni legioner tələb edir 15-06-2018, 14:14 “Kəpəz”də maaş gecikməsi və dağılmaqda olan uşaq komandaları 15-06-2018, 14:12 “Qarabağ” Qurban Qurbanovsuz başladı 15-06-2018, 14:11 Eldəniz Yusifov "Keşlə"də 15-06-2018, 14:10 Yığmanın sabiq baş məşqçisi İtaliya çempionu oldu 15-06-2018, 14:09 “Heydər Əliyev kuboku”na start verildi 15-06-2018, 14:07 Legionerlərimizin 2017/18 mövsümü 15-06-2018, 14:04 Yeni mövsümün ilk püşkü atıldı 15-06-2018, 14:03 Nail Kərimov U-15 və U-17-nın çıxışını dəyərləndirdi 15-06-2018, 14:00 “Sumqayıt” “Şaxtyor”un futbolçusunu icarəyə götürdü 15-06-2018, 13:58 Ötən mövsümün “dil pəhləvanları” 15-06-2018, 13:54 “Çaynataun” mundial üçün şərhçiləri bir araya gətirdi 15-06-2018, 13:52 “Xan Lənkəran”ın Direktorlar Şurası yaradıldı 15-06-2018, 13:50 “Qəbələ” Qəbələdə hazırlığa başladı 14-06-2018, 00:18 Taekvondo yığmamızın əcnəbiləri böyük pullar qazanır 14-06-2018, 00:15 “Neftçi” yeni təyinatları açıqladı 14-06-2018, 00:13 “Keşlə” Kamranla Vaqifi də razı saldı 14-06-2018, 00:04 Şəmsəddin Abbasov səfər təəssüratını bölüşdü 14-06-2018, 00:02 Yığma Millətlər Liqasına nə dərəcədə hazırdı? 14-06-2018, 00:00 Mütəxəssislər favoritlərini açıqladılar 13-06-2018, 23:59 FİFA iyuldan yenilik edəcək 13-06-2018, 23:58 “Qəbələ” Sloveniyaya yollanacaq 13-06-2018, 23:56 Nazim Süleymanov özünə köməkçi tapa bilmir 13-06-2018, 23:54 Kərim Diniyev son 6 ayı özü üçün itirilmiş sayır 13-06-2018, 23:53 Samir Əliyev Ukraynadan döndü 13-06-2018, 23:51 Elnur Həmidov “Sabah”ın mətbuat katibi oldu 13-06-2018, 23:50 "Səbail" Ruslan Qurbanovu transfer etdi 13-06-2018, 23:49 Yığma üzvü İtaliya klubuna keçir 13-06-2018, 23:48 Yana DÇ-də millinin əsas heyət üzvü olmaq istəyir 13-06-2018, 23:47 Sponsorların havaya sovrulan pulları rəqəmlərin gözündə 13-06-2018, 23:45 Daha 6 iştirakçı müəyyənləşdi 13-06-2018, 23:44 "Zirə" Bolunu seçdi 13-06-2018, 23:42 Ramin Musayev kubokun finalına çəkilən xərci “Futbol+”ə açıqladı 12-06-2018, 00:29 Famil Ağayev Sofiyada qazanılmayan setə görə təəssüflənir 12-06-2018, 00:25 Zəkiyyə Həsənovadan növbəti rekord 12-06-2018, 00:24 Samir Abasov iki elita klubunun təklifini geri çevirib 12-06-2018, 00:21 “Keşlə” iyunun 23-də Türkiyəyə gedəcək 12-06-2018, 00:19 Patelaynen yetirmələrinin qüsurlarını sadaladı 12-06-2018, 00:18 Yığma qazaxlara məğlubiyyəti Riqada unutdurdu 12-06-2018, 00:16 Vüqar Əsgərovu məşqçisi və komanda yoldaşları təbrik edib 12-06-2018, 00:14 “Milli dəstə” yığmadan razı, bəzi futbolçulardan narazı qalıb 12-06-2018, 00:06 Doroşev yığmamızı “Real”a bənzətdi 12-06-2018, 00:04 “Mən özüm də kiminsə yerinə gəlmişdim” 12-06-2018, 00:03 Slavik Alxasov millidə oynamamasının səbəbini bilmir 11-06-2018, 23:50 "Traktorsazi"də Toşak dönəmi başladı 11-06-2018, 23:44 “Haqlı hesab etmirdisə, topu çölə vurmaq olardı” 11-06-2018, 23:42 Rəşad Sadıqov toplanışa yekun vurdu 11-06-2018, 23:40 Şehiç Türkiyə superliqasında? 11-06-2018, 23:39 Nazarov əlavə vaxt istəyəcək 10-06-2018, 13:39 Avropa Liqasından çıxan nəticə 10-06-2018, 13:37 Ramil Quliyev Norveçdə hamını qabaqladı 10-06-2018, 13:35 Eldəniz Yusifov da "Neftçi"dən getdi 10-06-2018, 13:34 “Neftçi” Bordini ictimaiyyətə təqdim etdi Bütün xəbərlər
Ən çox oxunanlar