08 may 23:25olke

“Çox güman, gələn mövsüm yaşıl meydanlarda olmayacam”

 “Çox güman, gələn mövsüm yaşıl meydanlarda olmayacam”
Fariz Yusifov finala təyinatı böyük hədiyyə sayır

Ökə kubokunun final matçını kimin idarə edəcəyi ilə bağlı müzakirələr hətta həlledici görüşün iştirakçıları bəlli olmazdan əvvəl başlamışdı. Çox adam finalı FİFA referisi Əliyar Ağayevin idarə etməli, bir o qədəri də oyunun Fariz Yusifova tapşırılmalı olduğunu bildirirdi. Finala sayılı günlər qalmış isə Ömər Paşayev də namizədlər siyahısına qoşuldu. Lakin sonda Naxçıvana əsas söz sahibi kimi Yusifov göndərildi. Hansı ki, “Qarabağ” və “Qəbələ”nin çempionatdakı son iki duelində söz sahibi olmuşdu. Həlledici matçın öhdəsindən layiqincə gələn sabiq FİFA referisi ilə danışmağı lazım bildik. Ondan finalöncəsi yaşanan söz-söhbətə aydınlıq gətirməsini istədik, həlledici duellə bağlı düşüncələrini öyrəndik.
- Finaldan öncə xəbər yayılmışdı ki, matçı Ömər Paşayev idarə edəcək. Amma həm siz, həm də köməkçiləriniz buna etiraz etmisiz. Laysmanlar bildiriblər ki, biz yalnız Yusifovun başçılığı ilə Naxçıvana gedəcəyik. Bu nə dərəcədə doğru xəbərdi?
- Vallah, mənim bundan xəbərim yoxdu. Ancaq mətbuatda bu cür fikirlərə rast gəldim. Elə şey olmayıb. Heç bilmədim, həmin ifadələr hardan və necə çıxıb. Özüm üçün də təəccüblü oldu. Yalan danışa bilmərəm.
- Ümumiyyətlə, Vaqif Musayev və Namiq Hüsenovla oyun idarə etmişdiz?
- Bəli, çempionat ərzində onlarla ayrı-ayrılıqda oyunlarda olmuşam. Yəni hansısa çətinlik çəkmədim. Baş aça bilmədim ki, finalla bağlı niyə bu qədər ajiotaj oldu? Həlledici oyunu idarə etmək hər bir hakim üçün şərəfdi. İl ərzində çəkdiyim əziyyətin bəhrəsini gördüm. Mövsümün son oyununu idarə etmək çox xoşdu.
- Deyilənə görə, sizi 4-cü hakim kimi Naxçıvana göndərmək istəyiblər, amma buna etiraz etmisiz, baş hakim olmaq istəmisiz.
- Qəti belə şey yoxdu. Bunları mətbuatdan oxumuşam.
- Adətən, finalları FİFA referiləri idarə edir. Amma bu dəfə elə olmadı. Yəqin ki, təcrübənizə görə sizə tapşırdılar.
- Niyə belə düşünürsüz? Kubokun finallarını heç də mütləq FİFA referiləri idarə etmir. Aprelin 26-da Rusiya kubokunun finalı keçirildi. “Lokomotiv” “Ural”ı 2:0 hesabıyla məğlub etdi. Matçın hakimi isə sabiq FİFA referisi, indi milli dərəcə daşıyan Aleksey Nikolayev idi. Burda qeyri-adi heç nə yoxdu. Özüm 7 il FİFA referisi olmuşam. Həmişə final idarə etmirdim ki. FİFA referiləri çox cavan uşaqlardı. Onlar qarşıda o qədər finallar görəcəklər ki.
- Bu mövsüm artıq üçüncü dəfə “Qarabağ” – “Qəbələ oyununda fit çaldız. Final digər iki matçdan nə ilə fərqlənirdi?
- Həmişəki kimi bu oyuna da böyük məsuliyyətlə çıxmışdım. Şəxsən mənim üçün hansı oyuna çıxmağım fərq etmir. Hamısına ciddi yanaşıram. Ola bilər ki, final kənardan fərqli görünsün. Amma meydanda heç nə ilə fərqlənmədi.
- Oyunun sürəti aşağı idi…
- Ola bilər. Lakin maraqlı oyun oldu. Düşünmürəm ki, havanın isti olması oyunun tempini aşağı saldı. Naxçıvana, ümumilikdə matçın təşkilatçılığına heyran qaldım. Artıq üçüncü dəfə orda oyun idarə etdim. İstinin futbolçulara hansısa təsiri olmaz. Şəxsən mən bunu əsas gətirə bilmərəm. Çünki peşəkaram. Adi Azərbaycan havasıdı. Komandalar da bir-iki gün əvvəl Naxçıvana getmişdilər. May ayı futbol oynamaq üçün ən ideal vaxtdı.
- Bu oyunla siz həm də Azərbaycanda 4 final matçı idarə etmiş ilk hakim kimi tarixə düşdüz. Bu sizi qürurlandırırmı?
- Yox. Sizə onu deyim ki, heç vaxt sinəmi qabağa verib, “3 və ya 4 final idarə etmişəm” deməmişəm. Bu yəqin mənim alın yazımdı. İllərlə çəkdiyim əziyyətin bəhrəsini gördüm. Aylarla, illərlə əziyyət çəkmişəm. Yeməmişəm, içməmişəm, səhər saat 6-da durub dəniz kənarında, yağışda, qarda qaçmışam, çalışmışam. Əziyyətlər görmüşəm. Allah da mənə bunu hədiyyə etdi.
- Final oyunundan sonra hədiyyə aldız. Əvvəlki hədiyyələrlə bunun arasında fərq var idi?
- Bəli, PFL tərəfindən bir xatirə hədiyyəsi verildi. Həyatım boyunca öz muzeyimdə saxlayacam. Bir dəfə bizə saatlar verilib. Amma həmişə belə hədiyyələr olur. Hədiyyənin ucuz və ya baha olması fərq etmir. Onsuz da hamısını öz otağımda kolleksiyama əlavə edirəm. Finalın özü böyük hədiyyədi.
- Finalın qonorarı digər matçların qonorarından fərqli olur?
- Yox. Bizim çempionatda belə şey yoxdu. Burda oyunun yüngüllük və ağırlıq dərəcəsi nəzərə alınmır. Bütün oyunlarda nə qədər qonorar alırdıq, indi də o qədər aldıq.
- Çoxları düşünür ki, bu karyeranızda son final oyunu oldu. Bəs siz necə fikirləşirsiz?
- Ola bilər, bunu yaşa görə deyirlər. Bəli, bu artıq mənim sonuncu finalım idi. Artıq kayeramı bitirmək haqda düşünürəm. Çox güman, gələn mövsüm yaşıl meydanlarda olmayacam. Sonda bu final matçını mənə tapşıranlara, AFFA rəhbərliyinə və dəstək olan sizlərə təşəkkür edirəm.
ŞƏFİ ŞƏFİYEV
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 12:30 “Qüvvələr nisbəti bərabər deyildi” Bu gün, 12:28 Basketbol Federasiyası bəyanat yaydı Bu gün, 12:26 Qadzenin transferi yaya qaldı Bu gün, 12:24 Mütəxəssislər Roberto Bordinin qərarına hörmət edir Bu gün, 12:22 Futbolçuları Bordinin həmyerlisi müayinə etdi Bu gün, 12:21 PFL klublarımızın oyunlarını canlı yayınlamaq istəyir Bu gün, 12:19 Tanış serblər Obradoviçi təriflədilər Bu gün, 12:17 Elbrus Məmmədov “Sumqayıt”dan ayrılmayacaq Bu gün, 12:15 "Qarabağ" qələbənin bəhrəsini gördü Bu gün, 12:11 “Qarabağ”ın oyunu sabah 18.00-da başlayacaq Bu gün, 12:07 “İnter”də ayrıldılar, “Sabah”da qovuşdular Bu gün, 11:06 Futzalın kubok mənzərəsi Bu gün, 11:04 “Ağsu” Şamaxıda meydana çıxacaq Bu gün, 11:03 Şeydayevlə Səmədov BƏƏ-yə yollandı Bu gün, 11:02 Klub rəhbərliyi Nasimovu əliboş yola salıb Bu gün, 11:00 “Qardaşlar” Region Liqasına hazırlaşır Bu gün, 10:58 Liderlər üçün “qara həftə” Bu gün, 10:57 Oxucu məktubu Bu gün, 10:55 "Zirə"nin bütün rəqibləri açıqlandı Bu gün, 10:53 Elvin Bədəlov “Sumqayıt”da baxışdadı Bu gün, 10:52 “Qəbələ” Adeniyisiz hazırlaşır Bu gün, 10:51 Karikari BƏƏ-yə yollandı Bu gün, 10:49 Əfqan Həmzəyev Beynəlxalq Tələbə Futbol İttifaqının baş katibi seçildi Bu gün, 10:46 “Kəpəz” Tovuzda uduzdu Bu gün, 10:45 Pedronun iki variantı var Dünən, 14:51 Tahir Süleymanov “Neftçi”nin tədbirinə dodaq büzdü Dünən, 14:49 Qış "transfer pəncərəsi" rəsmən açıldı Dünən, 14:46 Eddidən növbəti 90 dəqiqəlik oyun Dünən, 14:45 Almeyda Koreyadan gələn təklifi rədd edib Dünən, 14:42 Riçardın “Astana” karyerasına baxış... Dünən, 14:39 Oyun təxirə salındı, Almeyda Qurbanova qalib gəldi Dünən, 14:30 “Zirə” Antalyaya 8-ci səfərini gerçəkləşdirdi Dünən, 14:28 “Hücumçudan necə oynadığını yox, neçə qol vurduğunu soruşurlar” Dünən, 14:20 Komitə üzvləri Obradoviçi təriflədilər Dünən, 14:17 1/16 finalçılar müəyyənləşdi Dünən, 14:14 “Turan Tovuz” yoxlama görüşləri üçün Gürcüstana gedə bilər Dünən, 14:08 Elbrus Məmmədov Obradoviçin köməkçisi olacaq Dünən, 14:06 Coşqun Diniyev “Sabah”la anlaşdı Dünən, 14:02 Həftənin idman proqramı Dünən, 13:59 Klublar çempionatı boykot etdi Dünən, 13:57 “Keşlə” Antalyaya yollandı, Kərimi əməliyyat olundu Dünən, 13:55 Dario gəldi, “Neftçi” getdi Dünən, 13:54 “Araz”ın sabiq qapıçısı Alfa Liqada iki dəfə çox qazanır Dünən, 13:50 “Sabah” qələbəylə başladı Dünən, 13:49 “Qəbələ” qələbə ilə getdi Dünən, 13:46 Delarj gələcəyini “Qarabağ”da görür 13-01-2019, 18:41 “Şüvəlan” Tural Qürbətovla güclənib 13-01-2019, 18:38 Ayxan Abbasov baxışda olanları bəyənməyib 13-01-2019, 18:36 “Sumqayıt” ikinci yarıda coşdu 13-01-2019, 18:33 Vüqar Həşimov yad olundu 13-01-2019, 18:32 Dino 19 qol vursa da... 13-01-2019, 18:30 Kubok sürprizlərlə başladı 13-01-2019, 18:25 “Astana” Almeydanı icarəyə verir 13-01-2019, 18:24 Azər Məmmədov “Qarabağ”ın əvəzedicilərinin baş məşqçisi oldu 13-01-2019, 18:22 Hakimlərin Mingəçevir toplanışı başladı 13-01-2019, 18:14 Obradoviçin U-21-ə təyinatı rəsmiləşdi 13-01-2019, 18:11 Roberto Bordin hücumçu və yarımmüdafiəçi axtarır Bütün xəbərlər
Ən çox oxunanlar