08 may 21:25olke

Finalın unudulmaz məqamları

Finalın unudulmaz məqamları
Subotiç 6 aylığa sıradan çıxıb

İlk dəfə Naxçıvanda keçirilən kubokun finalında “Qarabağ” “Qəbələ”ni məğlub etdi. Bununla da mövsümü “qızıl dubl”la başa vuran “köhlən atlar” tarixi ilki gerçəkləşdirdi. Söhbət ardıcıl 3 mövsüm hər iki “cəbhə”də qalib olmaqdan gedir. Qeyd edək ki, Muxtar Respublikanın stadionu daha öncə superkubok matçına “qucaq açmışdı”. Budəfəki final da bir sıra məqamlarla diqqəti çəkdi.
Subotiç müəmması
Finaldan bir neçə gün öncə Daniel Subotiçin zədələndiyi məlum oldu. Onun “Qarabağ”a qarşı oyunda forma geyib-geyməyəcəyi sual altında idi. Ancaq isveçrəli hücumçu, ümumiyyətlə, Naxçıvana aparılmamışdı. Deyilənə görə, baş məşqçi ilə aralarında problem yarandığından, Roman Qriqorçuk forvardın Muxtar Respublikaya getməsini istəməyib. Onu da qeyd edək ki, qışda “Qəbələ”yə cəlb olunan Subotiçin müqaviləsinin müddəti mövsümün sonuna qədər idi. Bölgə təmsilçisinin meneceri Səbuhi Səfiyarlı məsələyə aydınlıq gətirdi: “Subotiçin dizində zədəsi var idi. Son məşqlərdə iştirak etməmişdi. Ona görə də qalmağının mənası yox idi. Müqaviləsinin müddəti də bitirdi. Özü də bildirdi ki, yaxşısı budu, gedim evə, müalicəmlə məşğul olum. Onun bizimlə yaya kimi anlaşması vardı. Zədə üzündən 6 ay futbol oynaya bilməyəcək. Ona görə də saxlamaq mənasız idi”.
“Qəbələ” “Qarabağ”dan gec qayıtdı
Maraqlıdı ki, “Qarabağ” saat 22.10-da Naxçıvanı tək edib. “Qəbələ” isə Muxtar Respublikadan bundan 2,5 saat gec ayrılıb. Olmaya “qırmızı-qaralar”ın daha gec qayıtmasının xüsusi səbəbi var? Bəlkə ləngimə olub? Səfiyarlını dinləyək: “Sadəcə, bileti gec saata almışdıq. Heç bir problem və ya xüsusi səbəb yox idi. Biz bilet sifariş edəndə oyunun vaxtı hələ tam bəlli deyildi. Hər ehtimala qarşı 00.40 reysinə bilet aldıq. Yəni düşündük ki, sonra hər hansı problem olmasın, dəyişmək məcburiyyətində qalmayaq. Təşkilatçılıqla bağlı hansısa narazılığımız yoxdu. Hər şey qaydasında idi. Azarkeşlərimizin də səfəri normal alındı”.
Üstü yazılı qara formalar
Məlum olduğu kimi, “Qarabağ”ın futbolçuları medallar üçün səhnəyə dəvət olunarkən qara, üstü yazılı formalarda idilər. Əldə etdiyimiz bilgiyə görə, ideya “Qarabağ”ın mətbuat katibi Nurlan İbrahimova məxsus olub. Odu ki, formanın üzərində yazılanlarla bağlı da məhz İbrahimovun fikirlərini öyrəndik: “Klubun direktoru Əmrah Çəlikəllə məsləhətləşəndən sonra belə qərar verdik. Formanın arxasında 2015-2017, yəni “qızıl dubl”ların tarixi göstərilmişdi. Önündə isə baş məşqçinin və futbolçuların adı yazılmışdı. “Qarabağ Ağdam Çempion” sözləri isə həmin adlardakı uyğun hərflərə fərqləndirilmişdi”.
Jurnalistlərin üzləşdiyi çətinliklər
PFL jurnalistlərin Naxçıvana səfərini təşkil etmiş, onların rahatlığı üçün bir sıra işlər görmüşdü. Ancaq Muxtar Respublikaya yollanan əməkdaşlarımızın qeydlərinə əsasən belə nəticəyə gəlmək olar ki, oyun vaxtı media nümayəndələri bir sıra problemlərlə üzləşib. Belə ki, jurnalistlər xüsusən ilk hissədə istidən əməlli-başlı əziyyət çəkib. Buna da media nümayəndələri üçün nəzərdə tutulan yerin üstünün açıq olması səbəb olub. Həmçinin internet də ideal vəziyyətdə deyilmiş. Bütün bunlar haqda PFL-in Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyevin fikirlərini öyrəndik: “İnanın ki, orda jurnalistlərin şəraitinin yaxşı olması üçün əlimizdən gələni etdik. Həmin stadionda media sektoru yoxdu. Biz də fikirləşdik ki, ən uyğun yer üst hissədi. Ordan hər şeyi görmək mümkündü. Ona görə də həmin yerdə media-sektor yaratdıq. Stollar, stullar düzdük, işıqlar, internet çəkdik. Ancaq onun üstünü bağlamaq əlimizdə olan bir iş deyildi. Hamımız günün altındaydıq. Yəni özümüz yaxşı yerdə oturub, jurnalistləri istiyə verməmişdik. Media nümayəndələri üçün ən ideal yer ora idi. İki gün öncə Naxçıvana güclü yağış yağdı. Açığı, narahat da oldum. Düşündüm ki, oyun günü də belə yağsa, ciddi problem olacaq. Ancaq hava proqnozuna baxmışdıq. Bilirdik ki, yağış olmayacaq. Oyundan bir gün öncə və oyun günü hava gözəl idi. İnanın ki, projektor olsaydı və qarşılaşma gec saatlarda başlasaydı, hər şey daha yaxşı olacaqdı. İnternetin bəzi hallarda yoxa çıxması texniki problemdi, ancaq dərhal müdaxilə olunub. Bizim əməkdaşlar orda idi, hansısa çatışmazlıq yaranan kimi aradan qaldırıblar”.
Projektorlar tələblərə cavab verməyib
Görəsən, matçı daha gec saata salmaq olmazdı? Belədə jurnalistlər də günəş şüasından əziyyət çəkməyəcəkdi. Özü də Naxçıvan şəhər stadionunda projektorlar var. Oyunun vaxtı ilə bağlı sualı Şahgəldiyev belə cavabladı: “Tutaq ki, oyun saat 17.00-da başlayır, əsas vaxtda hesab açılmır, qalib penaltilərdə müəyyənləşir. Kim əvvəlcədən zəmanət verə bilərdi ki, matçın taleyi əsas vaxtda həll olunacaq? Heç kim. Təbii, projektor olsaydı, oyun gec saatlarda başlayacaqdı. Düzdü, projektor var. Ancaq lazımi tələblərə cavab vermir. İşıq effekti 1500 lüks olmalıdı. Bundan aşağı olanda oyun keçirmək olmaz. Bu üzdən 16.00 ən maksimumu idi. Bundan daha gec saata salmaq böyük risk olardı”.
Röya pis vəziyyətdə qaldı
Finalın açılışında Röya da səhnə aldı. Bir-iki mahnı oxuyandan sonra növbəti ifasının sonuna yaxın fonoqram kəsildi. Belədə pərt olmamaq üçün xanım müğənni musiqisiz də olsa, oxumağa çalışdı. Lakin təbii səsinin effekti fonoqramın “bacarığından” qat-qat zəif olan Röya, belə desək, pis vəziyyətdə qaldı. Həmin anda nə baş verdiyini Aslan bəydən soruşduq: “Röya xanım ifaya başlayanda hava çox isti idi. Mahnını efirə verən aparat istidən söndü. Texniki problem idi. Düşünün ki, biz telefonla danışanda telefon donur və ya sönür. Belə bir problem yaşandı. Yəni elə vəziyyət idi ki, ona görə kimisə qınamaq da yersizdi. Təxminən 20-30 saniyə davam etdi, sonra yoluna qoyuldu. Hər halda, bilərkdən edilən səhv deyildi”.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 12:30 “Qüvvələr nisbəti bərabər deyildi” Bu gün, 12:28 Basketbol Federasiyası bəyanat yaydı Bu gün, 12:26 Qadzenin transferi yaya qaldı Bu gün, 12:24 Mütəxəssislər Roberto Bordinin qərarına hörmət edir Bu gün, 12:22 Futbolçuları Bordinin həmyerlisi müayinə etdi Bu gün, 12:21 PFL klublarımızın oyunlarını canlı yayınlamaq istəyir Bu gün, 12:19 Tanış serblər Obradoviçi təriflədilər Bu gün, 12:17 Elbrus Məmmədov “Sumqayıt”dan ayrılmayacaq Bu gün, 12:15 "Qarabağ" qələbənin bəhrəsini gördü Bu gün, 12:11 “Qarabağ”ın oyunu sabah 18.00-da başlayacaq Bu gün, 12:07 “İnter”də ayrıldılar, “Sabah”da qovuşdular Bu gün, 11:06 Futzalın kubok mənzərəsi Bu gün, 11:04 “Ağsu” Şamaxıda meydana çıxacaq Bu gün, 11:03 Şeydayevlə Səmədov BƏƏ-yə yollandı Bu gün, 11:02 Klub rəhbərliyi Nasimovu əliboş yola salıb Bu gün, 11:00 “Qardaşlar” Region Liqasına hazırlaşır Bu gün, 10:58 Liderlər üçün “qara həftə” Bu gün, 10:57 Oxucu məktubu Bu gün, 10:55 "Zirə"nin bütün rəqibləri açıqlandı Bu gün, 10:53 Elvin Bədəlov “Sumqayıt”da baxışdadı Bu gün, 10:52 “Qəbələ” Adeniyisiz hazırlaşır Bu gün, 10:51 Karikari BƏƏ-yə yollandı Bu gün, 10:49 Əfqan Həmzəyev Beynəlxalq Tələbə Futbol İttifaqının baş katibi seçildi Bu gün, 10:46 “Kəpəz” Tovuzda uduzdu Bu gün, 10:45 Pedronun iki variantı var Dünən, 14:51 Tahir Süleymanov “Neftçi”nin tədbirinə dodaq büzdü Dünən, 14:49 Qış "transfer pəncərəsi" rəsmən açıldı Dünən, 14:46 Eddidən növbəti 90 dəqiqəlik oyun Dünən, 14:45 Almeyda Koreyadan gələn təklifi rədd edib Dünən, 14:42 Riçardın “Astana” karyerasına baxış... Dünən, 14:39 Oyun təxirə salındı, Almeyda Qurbanova qalib gəldi Dünən, 14:30 “Zirə” Antalyaya 8-ci səfərini gerçəkləşdirdi Dünən, 14:28 “Hücumçudan necə oynadığını yox, neçə qol vurduğunu soruşurlar” Dünən, 14:20 Komitə üzvləri Obradoviçi təriflədilər Dünən, 14:17 1/16 finalçılar müəyyənləşdi Dünən, 14:14 “Turan Tovuz” yoxlama görüşləri üçün Gürcüstana gedə bilər Dünən, 14:08 Elbrus Məmmədov Obradoviçin köməkçisi olacaq Dünən, 14:06 Coşqun Diniyev “Sabah”la anlaşdı Dünən, 14:02 Həftənin idman proqramı Dünən, 13:59 Klublar çempionatı boykot etdi Dünən, 13:57 “Keşlə” Antalyaya yollandı, Kərimi əməliyyat olundu Dünən, 13:55 Dario gəldi, “Neftçi” getdi Dünən, 13:54 “Araz”ın sabiq qapıçısı Alfa Liqada iki dəfə çox qazanır Dünən, 13:50 “Sabah” qələbəylə başladı Dünən, 13:49 “Qəbələ” qələbə ilə getdi Dünən, 13:46 Delarj gələcəyini “Qarabağ”da görür 13-01-2019, 18:41 “Şüvəlan” Tural Qürbətovla güclənib 13-01-2019, 18:38 Ayxan Abbasov baxışda olanları bəyənməyib 13-01-2019, 18:36 “Sumqayıt” ikinci yarıda coşdu 13-01-2019, 18:33 Vüqar Həşimov yad olundu 13-01-2019, 18:32 Dino 19 qol vursa da... 13-01-2019, 18:30 Kubok sürprizlərlə başladı 13-01-2019, 18:25 “Astana” Almeydanı icarəyə verir 13-01-2019, 18:24 Azər Məmmədov “Qarabağ”ın əvəzedicilərinin baş məşqçisi oldu 13-01-2019, 18:22 Hakimlərin Mingəçevir toplanışı başladı 13-01-2019, 18:14 Obradoviçin U-21-ə təyinatı rəsmiləşdi 13-01-2019, 18:11 Roberto Bordin hücumçu və yarımmüdafiəçi axtarır Bütün xəbərlər
Ən çox oxunanlar