16 dek 16:19olke, manset

Qəbələdə AZAL-ın futbolçusuna kim yumurta atıb?

Qəbələdə AZAL-ın futbolçusuna kim yumurta atıb?
Çərşənbə axşamı ölkə kubokunun 1/4 final mərhələsinin ilk oyunları keçirildi. Cütlərdən 3-də yarımfinala kimin adlayacağı böyük ölçüdə bəlli oldu. “Sumqayıt”ı 6 cavabsız qolla yenən “Qarabağ”ın finalın bir addımlığında mübarizə aparacağı şübhə doğurmur. “Kimyaçılar” ən yaxşı halda evdə imic və təsəlli üçün döyüşəcək. “Zirə”ni rəqib meydanında darmadağın edən (3:0) “Neftçi”nin də bu üstünlüyü əldən verməsi möcüzə olar. “Qartallar”ın ilk dəfə bu rəqibə uduzduğunu da qeyd edək. “İnter” isə doğma meydanda “Kəpəz”i 3 dəqiqəyə sığan iki cavabsız qolla məğlub edərək, yarımfinal yolunda önəmli addım atdı. Düzdü, Gəncədə “bankirlər”i asan sınaq gözləmir. Ancaq paytaxt təmsilçisinin qərb səfərindən üzüağ dönəcəyini düşünmək olar. Əslində sonuncu cütün də favoriti bəllidi. Belə ki, “Qəbələ” ilk görüşdə AZAL üzərində əzmkar qələbə (2:1) qazandı. Lakin bu hesab cüt oyunlarda ciddi üstünlük sayılmır. Odu ki, “AZAL Arena”dakı cavab qarşılaşması yetərincə maraq doğurur. 1/4 finalın ilk oyunlarında bəzi maraqlı məqamlar diqqəti çəkdi.

İlqar Ələkbərova atılan yumurta
Əslində AZAL-la “Qəbələ” arasında cavab görüşünün maraqlı keçəcəyini proqnozlşadırmağımız boşuna deyil. Çünki bu rəqiblərin Şüvəlandakı sonuncu dueli (0:0) qalmaqalla yadda qalmışdı. Baş məşqçilərin qarşılıqlı “atışması”, futbolçular arasında yaşananlar hər kəsin yadındadı. Elə bunun nəticəsi idi ki, Qəbələdəki görüşdə AZAL-ın yarımmüdafiəçisi İlqar Ələkbərova yumurta atdılar. Məhz çempionat matçında həmin futbolçu ilə Filip Ozobiç arasında yaşananlar baş məqşçilərin qarşıdurmasına səbəb olmuşdu. Görəsən, “Qəbələ” rəqib futbolçunu hədəf seçən azarkeşlə bağlı hansısa tədbir görüb? Klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyevin fikirlərini öyrəndik: “Bizdə belə bir şey qeydə alınanda, fanklub rəhbərləri ilə bu haqda söhbət olur. Çalışırıq ki, bu hallar bir də təkrarlanmasın. Məsələnin təfərrüatını o qədər də bilmirəm. Onu deyə bilərəm ki, bu işlə məşğul olanlar var. Heç bir klub istəməz ki, stadionunda sonu cəza ilə bitən hansısa hadisə baş versin. Bu yöndə də həmişə işlər görülür. Yumurtanı atan fanklub üzvü də ola bilər, müstəqil azarkeş də. Sadəcə, fanklub rəhbərləri ilə əlaqələndiricilər daim ünsiyyətdə olur. Bu cür neqativ halların yaşanmaması üçün işlər aparılır”.

Zirədə iki fərqli mənzərə
“Zirə” – “Neftçi” oyununda qeydə alınan nəticə gözlənilməz oldu. Hər halda, Adil Şükürovun yetirmələrinin heç vaxt uduzmadığı və hazırda tarixinin ən çətin dönəmini yaşayan “Neftçi”yə 3 cavabsız qolla yeniləcəyini çox az adam proqnozlaşdırardı. Bu qarşılaşma təkcə nəticəsi ilə yox, daha iki məqamla diqqəti çəkdi. Əvvəla, Bilgəh qəsəbəsində yerləşən müharibə və əmək əlilləri üçün pansionatın (el arasında “Qocalar evi” kimi tanınır – F.) sakinləri də matçı tribunadan izləyirdi. Bununla bağlı “Zirə”nin mətbuat katibi Elman Himayətoğlunun düşüncələrini aldıq: “Bildiyiniz kimi, 3 dekabr Beynəlxalq Əlillər Günü idi. Bizim azarkeşlər həmin gün ora getmişdilər. Daha sonra veteranları oyuna dəvət edib stadiona gətirmişdilər. Əslində bu, klubun yox, azarkeşlərin təşəbbüsü idi. Biz, sadəcə, onlar üçün bir avtobus ayrıdıq ki, gətirsinlər. Təbii, alqışalayiq addımdı və klub olaraq bu cür təşəbbüsləri daim dəstəkləyəcəyik”.
Zirədəki qarşılaşma zamanı daha bir maraqlı mənzərə “Neftçi”nin 3-cü qolundan sonra yaşandı. Belə ki, üzbəüzdəki VİP-lojada əyləşənlərdən bəziləri Jonas Pesallinin het-terikindən sonra arenanı tərk etdi. Elman bəydən bunun da səbəbini soruşduq: “Klub rəhbərliyi qarşılaşmanı sona kimi izlədi. Dediyiniz yerdə qonaqlar olub. Düzü, özüm də bilmirdim ki, orda kimlər var”.

“Qarabağ”ın...
Kubokun 1/4 final mərhələsinin ilk oyunu “Qarabağ” üçün iki yubileylə əlamətdar olub. “Sumqayıt”ı 6 cavabsız qolla darmadağın edən ağdamlılar “ikinci cəbhə”də 50-ci ev qələbəsini qazanıb. Bunu 64-cü matçında gerçəkləşdirən “ağ-göylər” ölkə kuboku çərçivəsində öz meydanında ən çox qələbə qazanan klubdu. Hesabında 9 heç-heçə və 5 məğlubiyyət olan “Qarabağ”ın “Sumqayıt”la görüşdəki 4-cü qolu da yubiley əhəmiyyəti kəsb edib. Mahir Mədətov komandasının evdəki 150-ci qoluna imza atıb. “Köhlən atlar”ın öz meydanındakı məhsuldarlığı 2,3-dü. Kubok çərçivəsində evdə ən çox qol vuran komanda adına sahib olan ağdamlılar 152 dəfə fərqlənib. Qonaqlar isə “Qarabağ”ın qapısından cəmi 30 top keçirib.

... və AZAL-ın 50-si
Bu mərhələ daha bir “50” ilə diqqəti çəkib. Belə ki, AZAL ölkə kubokunda 50-ci qolunu vurub. “Qəbələ” ilə qarşılaşmada hesabı açan Mirzağa Hüseynpur Şüvəlan təmsilçisinin tarixinə yubiley qolunun müəllifi kimi düşüb. Əvvəllər müxtəlif adlar altında da çıxış edən “təyyarəçilər” 50-ci qolu 42-ci matçda vurub. Orta məhsuldarlığı 1,19-a bərabər olan paytaxt klubu 42 oyunda 16 qələbə qazanıb, eyni sayda məğlubiyyət alıb və 10 heç-heçə edib. Komandanın Qəbələdə buraxdığı son top 40-cı olub. Qeyd edək ki, AZAL kubokda 50 və daha çox qol vuran 17-ci komanda olub.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-09-2018, 23:17 Tomaş Ayan EOC-dan narazıdı 21-09-2018, 23:14 "Arsenal"la oyuna maraq böyükdü 21-09-2018, 23:13 U-17 yenə darmadağın oldu 21-09-2018, 23:10 Stadiona 9-cu mərtəbədən baxış, portəgiz jurnalistin təəccübü və 27 azarkeş... 21-09-2018, 23:07 Yenilgidə hakim izi olmadı 21-09-2018, 23:06 Üzücü başlanğıc 21-09-2018, 23:04 Vitali Borisovun imtinası absurd faktı üzə çıxardı: liqa peşəkardı, futzalçılar yox! 21-09-2018, 23:02 Baba Rzayev Mingəçeviri futbolsuz qoydu 21-09-2018, 23:01 AFFA 10 min manata görə özünü hörmətdən salır 21-09-2018, 22:52 Sabiqlər yerli sədrin tərafdarıdı 21-09-2018, 22:50 Babək Quliyev Vüsal Əliyevi nişan verdi 21-09-2018, 22:48 “Sumqayıt-2” zirvəyə darmadağınla yüksəldi 21-09-2018, 22:46 “Turan” adının yaradıcısı dünyasını dəyişdi 21-09-2018, 22:44 Dünya çempionatına yaxşı başlamadıq 21-09-2018, 22:42 “Sumqayıt”ın “qırmızı” problemi 21-09-2018, 22:39 Adil Məmmədov 60-ı geridə qoydu 21-09-2018, 22:24 İsgəndər Cavadov doğum günündə tarixi vərəqlədi 21-09-2018, 22:23 İkinci tur 2 günə sığacaq 21-09-2018, 22:21 Mik Benet təqdim olundu 21-09-2018, 22:20 Qurban Qurbanov gözləmədiyi sualı eşitdi 20-09-2018, 22:07 “Bayıl Arena”da Əliyar Ağayevin də səhvi olub 20-09-2018, 22:05 Stuxlik Xaqani Məmmədovun otağında oturur 20-09-2018, 22:04 Emin Ağayev yığmada potensial görür 20-09-2018, 22:02 “CBC Sport” DÇ-ni yayınlamaq istəyir 20-09-2018, 22:01 Cüdo yığmamızda məcburi dəyişiklik 20-09-2018, 22:00 Dünya çempionatının püşkü atıldı 20-09-2018, 21:56 “1982-ci il” ilə Lissabona 7 saatlıq səfər 20-09-2018, 21:54 Uğurun bünövrəsi Lissabonda qoyulsun! 20-09-2018, 21:52 "Arsenal"la oyunun biletləri satışda 20-09-2018, 21:24 Vaqner "Qarabağ"ı portəgizlərə təriflədi 20-09-2018, 21:22 Qurban Qurbanov: “Rəşad oynamayacaq, Miçelin meydana çıxıb-çıxmayacağı sabah bilinəcək” 20-09-2018, 21:04 Alesio yığmanın heyətini açıqladı 20-09-2018, 21:03 “Xəzər Cənub” qalmaqal yaratdı, klubun rəhbəri Zaur Axundovdan üzr istədi 20-09-2018, 21:00 Mundialda üzümüzü kim(lər) güldürəcək? 20-09-2018, 20:58 Məmmədyarova “qaralar”la xal qazana bilmir 20-09-2018, 20:55 Sənan Qurbanov “Qəbələ”nin problemlərini açıqladı 20-09-2018, 20:53 “Kəpəz” ilk qol və ilk xal axtarışında 20-09-2018, 20:52 Anar Salmanovun reaksiyası gecikmədi 20-09-2018, 20:51 Azarkeşlər ÇL oyunları zamanı çətinliklə üzləşir 20-09-2018, 00:29 Almaniyada Ömər Paşayevin səhhətində ciddi problem aşkarlanmayıb 20-09-2018, 00:27 Heç bir klub mətbuat katibinə protokol doldurmağı tapşırmır 20-09-2018, 00:26 Xaqani Məmmədovun düşmənləri sosial şəbəkədə “at oynadır” 20-09-2018, 00:23 Voleybolçular dünya çempionatına inamlı yollanır 20-09-2018, 00:21 Alesio yığmanın heyətini bu gün açıqlayacaq 20-09-2018, 00:19 “Sportinq” qrup mübarizəsinə uğursuz başlayır 20-09-2018, 00:05 Turun oyunçusu 20-09-2018, 00:04 TURUN SİTATI 20-09-2018, 00:02 Məhsuldarlıq rekord vurdu 20-09-2018, 00:01 Turun statistikası 19-09-2018, 23:59 TURUN MƏŞQÇİSİ 19-09-2018, 23:58 Turdan məqamlar 19-09-2018, 23:56 16 medalın izi ilə... 19-09-2018, 23:54 Xala və qola həsrət “Kəpəz”in baş məşqçisi məmnundu 19-09-2018, 23:53 İntizam Komitəsi “Zirə”yə texniki məğlubiyyət verdi 19-09-2018, 23:51 HAKİMLƏRİN MÜHAKİMƏSİ 18-09-2018, 22:14 Stuxlik qovulanları başına topladı 18-09-2018, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi Bütün xəbərlər
Ən çox oxunanlar