07 may 15:37olke

AZAL rəhbərliyi futbolçulara ümid verirmiş...

AZAL rəhbərliyi futbolçulara ümid verirmiş...
Aqil Məmmədov: “Sonuncu oyunda Fikrət müəllim gəlib dedi ki, daha yaxşı olacaq...”


Mayın 3-də AZAL bəyanat yayaraq fəaliyyətini dayandırdığını elan etdi. Beləcə son illər məhdud büdcə ilə premyer-liqada çıxış edən klub tarixin yaddaşına köçdü. “Təyyarəçilər”in Şüvəlandakı bazası isə “Zirə”yə verildi. Qeyd edək ki, AZAL başa çatan mövsümdə sonuncu yeri tutdu. Bununla da komanda birinci diviziona yuvarlanmalı idi. Ancaq belə söz-söhbət gəzirdi ki, Şüvəlan təmsilçisini premyer-liqada saxlayacaqlar. Bununla belə, heç kimin gözləmədiyi halda sponsorlar klubu yaşatmaq fikrindən daşındılar. Bütün bunlarla bağlı son mövsüm komandada top qovan futbolçuların fikirlərini öyrəndik.
Aqil Məmmədov: “Sonuncu oyunda Fikrət müəllim gəlib dedi ki, daha yaxşı olacaq, sponsorla görüşüb, növbəti çempionatda daha layiqli çıxış edəcəyik. Uşaqların da hamısı ümidlənmişdi, hər şeyin yaxşı olacağını düşünürdük. Ancaq klubun dağılması həqiqətən gözlənilməz oldu. Hər kəs bunu təəccüblə qarşıladı. Halbuki növbəti mövsümü ümidlə gözləyirdik. Fikrimcə, klubun fəaliyyətini dayandırmasında nəticələrin elə də böyük rolu olmadı. Bilirsiz ki, AZAL-ın büdcəsi olduqca aşağı idi. Bu büdcə ilə özləri də bilirdi ki, çempionatda heç nə etmək olmaz. Sponsor pul buraxmayandan sonra klub dağıldı. İsətəməzdim ki, AZAL kimi bir komanda fəaliyyətini dayandırsın. Çünki klubun bazası çox yaxşı vəziyyətdə idi. Komanda üçün orda hər cür şərait var idi. Şəxsən mənim üçün bu qərar çox gözlənilməz oldu. İstər-istəməz adama pis təsir edir. Karyeramı harda davam etdirəcəyimi indidən deyə bilmərəm. “Zirə” ilə söhbətimiz olmayıb. Ancaq digər klublardan bəziləri ilə danışıq aparmışam. Maraqlananlar var, söhbətlər gedir. İnşallah, məsələ konkretləşəndə məlumat veriləcək”.
Emin Cəfərquliyev: “Ümid edirdik ki, yaxşı olacaq. Ancaq vəziyyət çətin idi. Xüsusən son mövsüm durum yaxşı deyildi. Bütün bunlara baxmayaraq, klubun dağılacağını heç gözləmirdik. Bu haqda söhbət belə getmirdi. Rəhbərlik də hər dəfə paltardəyişmə otağına girəndə deyirdi ki, gələn il daha yaxşı olacaq. Büdcə artırılacaq, layiq olanlar qalacaq. Belə sözlər deyilirdi, klubun dağılmasından söhbət getmirdi. Komandanın nəticələrinin qərarda rol oynadığını düşünmürəm. Nəticəyə baxsaydılar, elə ötən mövsümə nəzər yetirərdilər. Ötən il həmin büdcə ilə 46 xal yığmağı hər komanda, kollektiv bacarmazdı. Bu mənim şəxsi fikrimdi. Bu heç də pis nəticə deyildi. Hətta Avroliqaya yollanmağa da yaxın idik. Diqqət daha çox olsaydı, AL-ə vəsiqə qazanacaqdıq. Avroliqada oynamaq istəyən klubun gərək büdcəsi olsun. Bu mövsüm də hansısa oyuna “məğlub olacağıq” psixologiyası ilə çıxmadıq. Bizə heç kim asan qalib gəlməyib. “Qəbələ” ilə iki oyunda heç-heçə etdik. Düzdü, cəmi 10 xal topladıq. Ancaq daha artıq xal yığa bilərdik. Bəzi oyunlarda qələbə qazana bilərdik. Hər şeyi hakimlərin üzərinə yıxmaq düz olmaz. Ola bilərdi ki, ilk turda “Neftçi”ni udandan sonra, ümumiyyətlə, qələbə qazanmayaq. Hər anın öz hökmü var. Futbolda insan amilini unutmayaq. Heç kim səhvdən “sığortalanmayıb”. Futbolçu səhv edirsə, hakim də edə bilər. Biz iki mövsüm o pula oynamışıqsa, düşünürəm ki, yenə də oynayan tapılacaqdı. “Turan”ın vəziyyəti heç də yaxşı olmadığı bir vaxtda ordan Cavid Hüseynov, Elvin Məmmədov kimi futbolçular çıxdı. AZAL-da da cavan oyunçular top qovurdu. Futbolumuzun qazancı budu. Ola bilər, klub rəhbərliyi belə davam etmək istəmir. Bu onların öz işidi, qarışa bilmərəm. Fikrimcə, az büdcəyə rəğmən, klub sayı çox olsa, bu futbolumuzun xeyrinə olar. Hər komandadan heç olmasa, bir-iki futbolçu üzə çıxacaq. Bu mənim fikrimdi, nə qədər doğru olduğunu deyə bilmərəm... Açığı, bəzi klublarla danışırıq. Hələ ki ortaq məxrəcə gəlməmişik. Birinci diviziondan da maraqlanan klublar var. Düzü, mayın 12-ni gözləmək istəyirəm. Gözləyək, görək çempionatda neçə komandanın iştirakına qərar veriləcək, kimlər olacaq. Ona uyğun hərəkət etmək fikrindəyəm, tələsik qərar vermək istəmirəm. “Zirə” variantı yoxdu. Qarşı tərəfin belə bir fikrinin olub-olmadığını da bilmirəm. Futbolumuzda vəziyyət elədi ki, bu gün desəm “birinci divizionu istəmirəm”, sabah aşağı dəstədə oynayıb, yalançı çıxaram. Həyatdı, bilmək olmaz. Orda top qovanlar da bizim qardaşlarımızdı. U-19-da, U-17-də birinci divizionda top qovan futbolçular oynayıb. Futbolda konkret nəsə demək olmaz”.
Rəşad Abdullayev: “Bu qərar gözlənilməz oldu. Belə bir şeyin olacağını düşünmürdük. Düzdü, maddi vəziyyət yaxşı deyildi. Ancaq klubun dağılacağını gözləmirdik. Düzələcəyi ilə bağlı ümidimiz vardı. Lakin bu vəziyyətə çatması sürpriz oldu. Klub rəhbərliyi ilə son söhbətmizidə düzəlmək ehtimalının olduğunu bildirmişdilər. Onlar da necə olacağını gözləyirdi. Son qərar isə belə oldu ki, komanda fəaliyyətini dayandırdı. Karyeram ərzində hansı klublarda oynadığımı bilirsiz. Maliyyə futbolda çox önəmlidi. Söhbət fantastik büdcədən getmir. AZAL-ın vəziyyəti acınacaqlı idi, yaxşı deyildi. Özüm noyabrdan komandaya qoşuldum. Kömək etmək üçün dəvət etdilər. O maliyyə ilə böyük işlər görmək çox çətindi. Uşaqların durumunu görürdüm. Həm məşqçi, həm də oyunçular üçün çətin idi. İstənilən işdə belədi. Ortada bir şey olmayanda effekti ala bilmirsən. Düzdü, futbolçular meydana çıxanda pul haqda düşünmürdülər, əllərindən gələni edirdilər. Oyun baxımından komanda pis təsir bağışlamırdı. Lakin enində-sonunda maliyyə sözünü deyirdi. Normal büdcə olsaydı, komanda axırıncı yerdə qərarlaşmaz, bəlkə də “5-liy”ə düşərdi. Təbii, bir klubun fəaliyyətini dayandırması ölkə futboluna ziyandı. Mən AZAL-ın yaxşı vaxtında da komandada top qovmuşam. Klubun bazası nəyə desən, dəyərdi. Hərtərəfli infrastrukturu var idi. Bir çox klubların elə şəraiti yoxdu. Elə ən çox da buna görə klubun dağılmasına heyfsilənirəm. Heç AZAL-da çıxış etməsəydim belə, klubun fəaliyyətinin dayandırmasına yalnız təəssüf edərdim. Ümumilikdə ölkə futbolu üçün yaxşı hal deyil. Düzdü, heyət var idi. Ancaq 5-6 futbolçu cəlb olunsaydı, komanda sonuncu yeri tutmayacaqdı... Fikirləşirdim ki, bu klubda karyeramı bitirim, başlayım işləməyə. Yəni futbolçu kimi yox, başqa bir işlə məşğul olum. Rəhbərliklə də bu haqda söhbət etmişdim. Futbol sahəsində işimi davam etdirmək niyyətindəydim. Bəlkə də daha bir-iki il oynaya bilərəm. Bura gələndə onu hiss edirdim. Ancaq hardasa nöqtə qoymaq lazımdı. Yəqin ki, futbolçu karyeramı artıq bitirəcəm. Cavanların qarşısını kəsməyək. Biz oynadığımızı oynamışıq. Sadəcə, futbol üçün darıxırdım deyə AZAL-a gəlmişdim. Lakin bu sahədə hansısa şəkildə işimi davam etdirəcəm. Məşqçi və ya başqa bir iş olsun. 20 ildi futboldayam, belə deyim, bu idman növü bizdə artıq xəstəlikdi”.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:25 Faiq Cabbarovun məhkəməsi təxirə salınıb Dünən, 23:23 BOS-a iynələr vasitəsilə süni qazon əkilir Dünən, 23:21 “Qəbələ”də də maaşlar gecikir Dünən, 23:19 Vüqar məlum uğura görə Qurban Qurbanova zəng edib Dünən, 23:15 Nazarov qələbəyə sevindi Dünən, 23:14 “Araz” daha bir braziliyalı transfer etdi Dünən, 23:09 “Binə” iki qolla sevindi Dünən, 23:07 Elçin Məmmədov “Mançester Yunayted”in oyununda Dünən, 23:06 AFFA rəsmisi Göyçayda uşaqları sevindirdi Dünən, 23:05 Azərbaycanlı səfir “Atletiko”nun prezidenti ilə görüşdü Dünən, 22:57 “Rəhmətlik həmin vaxt ağır xəstə idi, çətinliklə danışırdı” Dünən, 22:46 “Qarabağ” cəmi 17 dəqiqəyə “Sumqayıt”a yerini göstərdi 23-09-2017, 00:46 Alı Alıyev “İnter”i çətin vəziyyətdən çıxara bilər 23-09-2017, 00:43 “Sumqayıt” Nicata vəkil tutmayıb 23-09-2017, 00:42 “İnter”də maaşlar ödənildi! 23-09-2017, 00:41 İsgəndər Cavadov Futbol Akademiyası yaratdı 23-09-2017, 00:39 “Kəpəz” Adil Məmmədovun ad günündə “Xəmsə”ni yendi 23-09-2017, 00:38 UEFA-nın qərarı ciddi müzakirələrə səbəb oldu 23-09-2017, 00:37 AMADA yalnız “Zirə”nin düşərgəsində problemlə üzləşib 23-09-2017, 00:35 PFL oyunların yerini dəyişdi, klubları razı saldı 23-09-2017, 00:34 “Vətən” Ruslan Tağızadə ilə maliyyədə anlaşa bilmədi 23-09-2017, 00:33 “Roma” Bakıya 500 nəfərlik “ordu” ilə gəlir 23-09-2017, 00:31 “Araz”dan əzmkar qələbə 23-09-2017, 00:28 Mikayıl Cabbarov AQF-yə yeni zal bağılşayıb 23-09-2017, 00:26 Ehiosun yenidən “Qəbələ”də 23-09-2017, 00:24 Tərlan Əhmədov ünsiyyətdən qaçır 23-09-2017, 00:23 PFL Apellyasiya Komissiyasının cavabını gözləyir 23-09-2017, 00:22 Dəniz Yılmaz dubl etdi 23-09-2017, 00:21 “Futbol+”: 20 yaşa bir ay qalmış... 22-09-2017, 23:59 Şahin Diniyev Coşquna görə “Terek”i ataraq Bakıya qayıdıb 22-09-2017, 23:56 “Qran-pri” üçün heyət açıqlandı 22-09-2017, 23:55 Yeni prezident fransız oldu 22-09-2017, 23:54 Nazir Belarusa yollandı 21-09-2017, 20:42 FİFA Aqolliyə görə “Qarabağ”a təzminat ödəməlidi 21-09-2017, 20:41 UEFA Avroliqanın finalını Bakıya verdi! 21-09-2017, 20:38 “Araz” təbrizlilərə rəhm etmədi 21-09-2017, 20:36 Bu gün Faiq Cabbarovun məhkəməsi olacaq 21-09-2017, 20:35 “Qaradağ Lökbatan”ın baş məşqçisi Kanadaya getmək istəyir 21-09-2017, 20:33 “Binə”dən heç-heçə və iki müqavilə 21-09-2017, 19:33 Qılıncoynatma Federasiyasında Nazim İbrahimov erası başa çatdı 21-09-2017, 19:31 Kamranın ayağı düşərli oldu 21-09-2017, 19:29 Emin Mahmudov qələbəyə köklənib 21-09-2017, 19:28 Rakitiç Prosineçki olmaq istəyirmiş 21-09-2017, 19:27 “Sumqayıt” Ağamusa Bağırovun yubileyini qeyd etdi 21-09-2017, 19:21 “İnter” “Zirə” ilə oyuna çıxmaya bilər 21-09-2017, 19:19 Ölkəni tərk edən məşqçilər bu gün qayıdır 21-09-2017, 19:16 Çempion turnir cədvəlini baş-ayaq salıb 21-09-2017, 19:14 "Səbail" bir kasetə 400 manat ödəyəcək 21-09-2017, 19:13 “CBC Sport” rəsmisi Türkiyə superliqasını nə vaxt yayınlayacaqlarını bilmir 21-09-2017, 19:11 “Şüvəlan”dan növbəti qələbə 21-09-2017, 19:04 Nicat Muxtarov 3 aylıq həbs olundu 20-09-2017, 17:44 "Qəbələ" sürprizə imkan vermədi 19-09-2017, 16:04 “Cəhənnəm”də “sülh” 19-09-2017, 15:59 “Neftçi” ümid verib, uduzdu 19-09-2017, 15:50 "Kəpəz"dən başqa hamı qol vurdu 19-09-2017, 15:49 Superliqanın “CBC Sport”da yayını gecikir 19-09-2017, 15:46 Coşqun yenə atasını məyus etdi Bütün xəbərlər
Ən çox oxunanlar