07 may 15:07olke

Gəncə stadionunda təmir işləri gələn həftə başlayır

Gəncə stadionunda təmir işləri gələn həftə başlayır
Cabir İbrahimov: “Başqa bir şey olsaydı, Mehman müəllim gedəndə o da gedərdi”

Mövsüm başa çatan kimi “Kəpəz” bir neçə futbolçu ilə yolları ayırdı. Əvvəlcə komandanın “döyünən ürəyi” Dario Federiko, ardınca isə kapitanı Tural Axundov Gəncə klubundan ayrıldı. Bundan başqa, qərb təmsilçisi daha dörd futbolçu ilə vidalaşıb. Tural Qürbətov, Tural Nərimanov, Nicat Qurbanov və Eyyub Əliyev “Kəpəz”dən ayrılıb. Təbii, bütün bunlar baş məşqçi Şahin Diniyevin heyətlə bağlı işlərinin çox olacağından xəbər verir. Düzdü, yola salınan futbolçulardan bəziləri əsas heyət üzvü sayılmırdı. Ancaq istər Federikonun, istərsə də Axundovla Qurbanovun gedişi gözlənilməz oldu.
Dünən “Kəpəz”in icraçı direktoru Cabir İbrahimovla əlaqə saxlayıb, bu məsələ ilə bağlı fikirlərini öyrəndik: “Komandadan gedənlərlə bağlı onu deyə bilərəm ki, bu haqda Şahin müəllimin qərarı əsasdı. Baş məşqçi hazırda xaricdə istirahətdədi. Qayıdandan sonra bununla bağlı yəqin ki, lazımi qərarlar alınacaq. Xatırlayırsızsa, iki il öncə komanda, ümumiyyətlə, yox idi. Şahin müəllim isə futbolçuları yığdı, komandanı formalaşdırdı. Çempionatda da layiqincə çıxış etdilər. Çox güman, növbəti mövsüm üçün daha yaxşı olacaq. Mövsüm daha tez bitib və növbəti çempionata hazırlaşmaq üçün önümüzdə kifayət qədər vaxt var”.
Bir neçə gün öncə baş məşqçinin köməkçisi Füzuli Allehverdiyevin “Kəpəz”dən uzaqlaşdırıldığını xəbər vermişdik. Klubdan bu ayrılığın səbəbini Füzuli bəyin B kateqoriyasının olmaması, müvafiq imtahandan keçə bilməməsi ilə əlaqələndirmişdilər. Ancaq əksəriyyət adı çəkilən məşqçinin Mehman Allahverdiyevin qardaşı olduğuna görə komandadan uzaqlaşdırıldığını düşünür. Daha öncə də Mehman bəyin bir neçə kadrı “Kəpəz”dən ayrılmışdı. Deyilənlərlə bağlı İbrahimovun düşüncələrini öyrəndik: “Düzdü, fərqli söz-söhbət olur. Hər kəsin də fikrinə hörmətlə yanaşırıq. Ancaq bir məsələni qeyd edim. Qardaşı olduğu üçün klubdan uzaqlaşdırılsaydı, elə o vaxt Mehman müəllim gedəndə o da “Kəpəz”dən ayrılardı. Daha öncə də klubdan gedənlər olub və onların da səbəbi açıqlanıb. Füzuli müəllimdə isə kateqoriya məsələsi var idi. Sadəcə, buna görə “Kəpəz”dən ayrıldı. Başqa bir şey olsaydı, dediyim kimi, Mehman müəllim gedəndə o da gedərdi”.
Yeri gəlmişkən, Gəncə stadionunun əsaslı təmirə bağlanacağını daha öncə xəbər vermişdik. Cabir bəydən nəzərdə tutulan işlərə start verilib-verilmədiyini də soruşduq: “Təmir işlərinə gələn həftədən start veriləcək. İlk baxış oldu, lazım olan ölçülər, meyarlar götürüldü. Gələn həftənin əvvəlində prosesə başlamalıdılar. Bildiyiniz kimi, bu işləri “SİS” şirkəti aparacaq. Onların dediyinə görə, proses 4 ay davam edəcək. Ancaq göstərilən vaxtdan az və ya çox ola bilər”.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
14-02-2019, 23:21 “Karlsen, demək olar ki, səhv etmir” 14-02-2019, 23:18 Günay Məmmədzadə - 9 oyuna 8,5 xal toplayan çempion! 14-02-2019, 23:07 Denis “Sumqayıt”la oyuna dönüş nöqtəsi kimi baxır 14-02-2019, 23:05 Stuxlikin “islahatı” liqalarda narazılıq doğurub 14-02-2019, 23:03 U-21 martda 10 günlük toplanış keçəcək 14-02-2019, 22:54 Yığma penaltini qaçırdı və İspaniyaya uduzdu 14-02-2019, 22:51 “Avropa çempionatında iştirak etmək üçün vuruşacağıq” 14-02-2019, 22:41 Yurçeviçin təyinatına premyer-liqadan baxış 14-02-2019, 22:39 Xorvatlar Yurçeviçin 300 min avro qazanacağını iddia edir 14-02-2019, 22:37 Üç il əvvəlki duelə damğa vuran FİFA referisi 14-02-2019, 22:36 “Tofiq Bəhramov”da növbəti “döyüş” 14-02-2019, 22:34 Divizionda təcrübəli adlar: İmanxan Sultani, Ramil Diniyev, Əliyar Ağayev, İnqilab Məmmədov… 14-02-2019, 22:32 “Xəzər Lənkəran” yenə məhkəməyə gəlmədi 14-02-2019, 22:30 “Səbail” Antalyaya yollanıb 14-02-2019, 22:29 Asif Əsgərov ECA-nın toplantısının detallarını açıqladı 14-02-2019, 22:27 Kluba kəsilən cəriməni “Ağsu”nun futbolçuları ödəyəcək 14-02-2019, 22:26 İntizam Komitəsi daha iki komandaya texniki məğlubiyyət verdi 14-02-2019, 22:25 “Qəbələ”nin sabiq məşqçisi və idman direktoru uğursuzlar arasında 14-02-2019, 22:23 Baş katib BOS-da qonaqlarla görüşdü 13-02-2019, 13:35 Hacı Əliyev: "Hələ optimal formada deyiləm" 13-02-2019, 13:33 AFFA yığmanı Nikola Yurçeviçə tapşırdı 13-02-2019, 13:30 Yığmanın yeni çalışdırıcısını Məşqçilər Komitəsinin üzvlərindən uzaq tutublar 13-02-2019, 13:29 UEFA nümayəndələrinin Bakıya son səfəri 13-02-2019, 13:28 Səyavuş Əliyev “İdman Azərbaycan”ın direktoru olacaq 13-02-2019, 13:22 U-21-in heyəti ilə bağlı növbəti narazılıq dalğası 13-02-2019, 13:21 Aqil Məmmədov zədələnib 13-02-2019, 13:20 “Neftçi”nin bazasında işlər davam etdirilir 13-02-2019, 13:14 “Keşlə” Vaqif Cavadovdan qurtuldu 13-02-2019, 13:11 Almeyda “Qarabağ”dan ayrıldı 13-02-2019, 13:09 “Salam, “Çelsi”, nətərsən?” 13-02-2019, 13:05 Moldova futboluna azarkeşlik edən rus təqaüdçü 13-02-2019, 12:59 Turun statistikası 13-02-2019, 12:56 Turun məşqçisi 13-02-2019, 12:56 Turun oyunçusu 13-02-2019, 12:55 Turun sitatı 13-02-2019, 12:54 Cənub zonasında havaya görə təxirəsalma 13-02-2019, 12:50 Hakimlərin mühakiməsi 13-02-2019, 12:48 “Banişevski kuboku”nda 6 komanda mübarizə aparacaq 13-02-2019, 12:47 “Zirə”dən 6 aylıq icarə və növbəti transfer 13-02-2019, 12:45 Turdan məqamlar 13-02-2019, 12:44 Futzal millimiz apreldə iki ölkəyə səfər edəcək 13-02-2019, 12:43 Balayev üçün rəqiblər bilindi, Paşayev məşqlərə başladı 13-02-2019, 12:42 PFL “Qarabağ”ın müraciətini müsbət cavabladı 12-02-2019, 18:12 Belə oxuculara görə yaşamağa dəyər! 12-02-2019, 18:11 Həftənin idman proqramı 12-02-2019, 18:09 U-19 toplanış ərəfəsində yenildi 12-02-2019, 18:07 Yığmanın potensial baş məşqçisi “kartları açmadı” 12-02-2019, 18:05 Bacarığının sərhədlərini tanıyan, münaqişələrdən qaçan, çılğınlıqdan uzaq, iddiasız biri... 12-02-2019, 18:03 “Qəbələ” şikayət etmək iddiasından çəkildi 12-02-2019, 18:01 Qurban Qurbanov “Sumqayıt”ın iki hücumçu ilə oynayacağını düşünürmüş 12-02-2019, 17:58 “Qarabağ” üçün birgünlük sevinc 12-02-2019, 17:50 “Qəbələ”: bir olsun, pir olsun! 12-02-2019, 17:45 “Kapital Bank Arena”nın qapı torları dəyişdiriləcək 12-02-2019, 17:42 “Forza Neftçi” yubileyini qeyd etdi 12-02-2019, 17:39 Nazarov oynamadı, komandası darmadağın oldu 12-02-2019, 17:34 Liderlər büdrəmədi, “Qəbələ” “üçlüy”ə yaxınlaşdı 12-02-2019, 17:33 Elbrus Məmmədovun ağ yalanı Bütün xəbərlər
Ən çox oxunanlar