07 may 15:03olke

Qurbanov “qızıl dubl”u qarabağlılara həsr etdi

Qurbanov “qızıl dubl”u qarabağlılara həsr etdi
Qriqorçuk: “Yetirmələrimdə əzmkarlıq, istək görmədim”

Final qarşılaşmasından sonra hər iki komandanın çalışdırcısının iştirakı ilə mətbuat konfransı keçirildi. Əvvəlcə media nümayəndələrinin önünə “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk çıxdı. Ukraynalı mütəxəssisin məğlubiyyətə görə pərişanlığı sifət cizgilərindən hiss olunurdu. Şimalıların çalışdırıcısı əvvəlcə oyunla bağlı fikirlərini bölüşdü.
- Öncə “Qarabağ”ın bütün kollektivini qələbə münasibəti ilə təbrik edirəm. Hər şey qanunauyğun oldu. Bu gün onlar bizdən güclü idi.
- Tellurun erkən zədələnməsi komandanın oyununa nə dərəcədə təsir etdi? Bəlkə məğlubiyyətin səbəbi elə bu oldu?
- Tellurun zədələnməsi bizim üçün problem yaratdı. Amma nəyin necə olacağını əvvəldən təxmin edə bilməzsən.
- Komanda meydanda süst görünürdü. Sizə elə gəlmir ki, rəqibə fiziki cəhətdən məğlub olduz?
- Elə düşünmürəm. Komanda fiziki cəhətdən rəqibdən heç də geri qalmadı. Məncə, uduzmağımıza səbəb başqa amillərdi. Yetirmələrimdə əzmkarlıq, istək görmədim. Mənə elə gəlir, futbolçuların gözləri “yanmırdı”.
- Geridə qalan mövsümdə hər iki cəbhədə “Qarabağ”a uduzduz. Çalışdırdığınız komanda ağdamlılardan nədə geri qaldı?
- Bütün mövsümü burda təhlil edə edə bilməyəcəm. Yalnız bu oyundan danışa bilərik. Məğlubiyyətin səbəbini dedim. Əlbəttə, qarşılaşmanı yenə təhlil edəcəyik.
- Meydan amili oyununuza nə dərəcədə təsir etdi?
- “Qarabağ”la eyni şərtlər altında oynadıq. Buna görə də bu məqamı vurğulamağa dəyməz. Vəziyyətə uyğun hərəkət etmək lazımdı. “Qarabağ” bizi üstələdi.
- Mövsüm başa çatdı. Futbolçulardan kimlərin qalıb, kimlərin gedəcəyi bilinmir. Komandada nəyi dəyişmək lazımdı?
- Bu cür məsələlər burda müzakirə olunmur. Düşünmək lazımdı. Futbolçulara demişdik ki, mövsümün sonuna qədər oynayacağıq, ondan sonra yekun qərarımızı açıqlayacağıq. Bu müddətdə boş dayanmadıq, müzakirələr apardıq, qərarlar qəbul etdik. Amma açıqlama vermək üçün daha bir neçə gün vaxt lazımdı.
- Klubdakı gələcək aqibətiniz necə olacaq?
- Bu haqda da bir neçə gündən sonra dəqiq məlumat biləcəksiz. Mənim işə yanaşma tərzim belədi. Konkret qərar veriləndən sonra elan olunacaq.
Ukraynalı mütəxəssisin ardından məşqçi kimi 3-cü dəfə “qızıl dubl”a imza atan Qurban Qurbanov mikrofonlar qarşısına keçdi.
- Əvvəlcə naxçıvanlılara təşəkkür edirəm. Bizi xoş qarşııladılar, yetərincə dəstək verdilər. Komandama da minnətdaram. Ağır mövsüm keçirdik. Ardıcıl 3 dəfə kubokun qalibi olmaq böyük uğurdu. Düşündüyümüzü həyata keçirib, qarşımıza qoyduğumuz məqsədə çatdıq. “Qəbələ”yə uğur arzulayıram. Çox əziyyət çəkdilər. Onlarla gərgin oyunlarımız oldu. Əlbəttə, bu gün qeydə alınan nəticədən və oyundan razı qaldım. Futbolçulara da deyirəm ki, hər dəfə uğur qazananda məsuliyyətimiz artır.
- “Qarabağ” bu gün nəyin hesabına “Qəbələ”ni üstələyə bildi?
- Çətin sualdı. Nəsə deməyim bəlkə də doğru çıxmaz. Sadəcə, əlimizə düşən fürsətlərdən istifadə etdik. Bizim qol vəziyyətlərimiz daha çox oldu. İkinci hissənin başlanğıcında çox hücum etdik. Hava isti, meydanın durumu isə ağır idi. Buna baxmayaraq, futbolçular verilən tapşırıqları yerinə yetirdilər. Bizim ən ağır oyunlarımız “Qəbələ”yə qarşı olub.
- “Qarabağ” məzuniyyətdən nə vaxt qayıdacaq?
- İyunun əvvəlində. Növbəti ayın 1-də yığışmağı düşünürük. Əvvəlcə Bakıda bir araya gələcəyik.
- Bugünkü qələbəni və cari mövsümdəki “qızıl dubl”u kimə həsr edirsiz?
- Bu bizim işimiz, peşəmizdi. Öz komandamıza, qarabağlılara həsr edirəm.
- İkinci hissənin əvvəlində əvəzlənən Rəşad Sadıqovun zədəsi ciddidi?
- Rəşadın dizində bir az ağrı oldu. Buna görə də əvəzlədik. İndi qəti bir söz deyə bilmərəm. Ola bilsin, zədəsi ciddi deyil. Qarşıdakı günlərdə bəlli olacaq.
- Gələcək planlarınız nədən ibarətdi?
- Heyəti gücləndirmək üçün bir neçə futbolçu dəvət etmək istəyirik. Danışıqlar gedir. Amma çətindi. İmkan daxilində, nə qədər bacarsaq, futbolçu gətirəcəyik.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:25 Faiq Cabbarovun məhkəməsi təxirə salınıb Dünən, 23:23 BOS-a iynələr vasitəsilə süni qazon əkilir Dünən, 23:21 “Qəbələ”də də maaşlar gecikir Dünən, 23:19 Vüqar məlum uğura görə Qurban Qurbanova zəng edib Dünən, 23:15 Nazarov qələbəyə sevindi Dünən, 23:14 “Araz” daha bir braziliyalı transfer etdi Dünən, 23:09 “Binə” iki qolla sevindi Dünən, 23:07 Elçin Məmmədov “Mançester Yunayted”in oyununda Dünən, 23:06 AFFA rəsmisi Göyçayda uşaqları sevindirdi Dünən, 23:05 Azərbaycanlı səfir “Atletiko”nun prezidenti ilə görüşdü Dünən, 22:57 “Rəhmətlik həmin vaxt ağır xəstə idi, çətinliklə danışırdı” Dünən, 22:46 “Qarabağ” cəmi 17 dəqiqəyə “Sumqayıt”a yerini göstərdi 23-09-2017, 00:46 Alı Alıyev “İnter”i çətin vəziyyətdən çıxara bilər 23-09-2017, 00:43 “Sumqayıt” Nicata vəkil tutmayıb 23-09-2017, 00:42 “İnter”də maaşlar ödənildi! 23-09-2017, 00:41 İsgəndər Cavadov Futbol Akademiyası yaratdı 23-09-2017, 00:39 “Kəpəz” Adil Məmmədovun ad günündə “Xəmsə”ni yendi 23-09-2017, 00:38 UEFA-nın qərarı ciddi müzakirələrə səbəb oldu 23-09-2017, 00:37 AMADA yalnız “Zirə”nin düşərgəsində problemlə üzləşib 23-09-2017, 00:35 PFL oyunların yerini dəyişdi, klubları razı saldı 23-09-2017, 00:34 “Vətən” Ruslan Tağızadə ilə maliyyədə anlaşa bilmədi 23-09-2017, 00:33 “Roma” Bakıya 500 nəfərlik “ordu” ilə gəlir 23-09-2017, 00:31 “Araz”dan əzmkar qələbə 23-09-2017, 00:28 Mikayıl Cabbarov AQF-yə yeni zal bağılşayıb 23-09-2017, 00:26 Ehiosun yenidən “Qəbələ”də 23-09-2017, 00:24 Tərlan Əhmədov ünsiyyətdən qaçır 23-09-2017, 00:23 PFL Apellyasiya Komissiyasının cavabını gözləyir 23-09-2017, 00:22 Dəniz Yılmaz dubl etdi 23-09-2017, 00:21 “Futbol+”: 20 yaşa bir ay qalmış... 22-09-2017, 23:59 Şahin Diniyev Coşquna görə “Terek”i ataraq Bakıya qayıdıb 22-09-2017, 23:56 “Qran-pri” üçün heyət açıqlandı 22-09-2017, 23:55 Yeni prezident fransız oldu 22-09-2017, 23:54 Nazir Belarusa yollandı 21-09-2017, 20:42 FİFA Aqolliyə görə “Qarabağ”a təzminat ödəməlidi 21-09-2017, 20:41 UEFA Avroliqanın finalını Bakıya verdi! 21-09-2017, 20:38 “Araz” təbrizlilərə rəhm etmədi 21-09-2017, 20:36 Bu gün Faiq Cabbarovun məhkəməsi olacaq 21-09-2017, 20:35 “Qaradağ Lökbatan”ın baş məşqçisi Kanadaya getmək istəyir 21-09-2017, 20:33 “Binə”dən heç-heçə və iki müqavilə 21-09-2017, 19:33 Qılıncoynatma Federasiyasında Nazim İbrahimov erası başa çatdı 21-09-2017, 19:31 Kamranın ayağı düşərli oldu 21-09-2017, 19:29 Emin Mahmudov qələbəyə köklənib 21-09-2017, 19:28 Rakitiç Prosineçki olmaq istəyirmiş 21-09-2017, 19:27 “Sumqayıt” Ağamusa Bağırovun yubileyini qeyd etdi 21-09-2017, 19:21 “İnter” “Zirə” ilə oyuna çıxmaya bilər 21-09-2017, 19:19 Ölkəni tərk edən məşqçilər bu gün qayıdır 21-09-2017, 19:16 Çempion turnir cədvəlini baş-ayaq salıb 21-09-2017, 19:14 "Səbail" bir kasetə 400 manat ödəyəcək 21-09-2017, 19:13 “CBC Sport” rəsmisi Türkiyə superliqasını nə vaxt yayınlayacaqlarını bilmir 21-09-2017, 19:11 “Şüvəlan”dan növbəti qələbə 21-09-2017, 19:04 Nicat Muxtarov 3 aylıq həbs olundu 20-09-2017, 17:44 "Qəbələ" sürprizə imkan vermədi 19-09-2017, 16:04 “Cəhənnəm”də “sülh” 19-09-2017, 15:59 “Neftçi” ümid verib, uduzdu 19-09-2017, 15:50 "Kəpəz"dən başqa hamı qol vurdu 19-09-2017, 15:49 Superliqanın “CBC Sport”da yayını gecikir 19-09-2017, 15:46 Coşqun yenə atasını məyus etdi Bütün xəbərlər
Ən çox oxunanlar