07 may 15:01olke

“Qəbələ”nin büdcəsində artım olmayacaq

“Qəbələ”nin büdcəsində artım olmayacaq
Tale Heydərov: “Ümid edirəm ki, Qriqorçukla işbirliyimiz davam edəcək”

Ölkə kubokunun finalını VİP-lojadan canlı izləyən “Qəbələ”nin prezidenti Tale Heydərov qarşılaşmadan sonra jurnalistlərin suallarını cavabladı. “Qırmızı-qaralar”ın çıxışını dəyərləndirən Heydərov növbəti mövsümlə bağlı planlara da toxundu.
- “Qəbələ” əvvəlcə çempionluğu, ardından isə ölkə kubokunu son anda əldən verdi. Komandanın çıxışını necə dəyərləndirirsiz?
- Həm çempionatda, həm də ölkə kubokunda gözlədiyimizin minimumunu əldə etdik. Məncə, komandanın çıxışını ümumilikdə normal dəyərləndirmək olar. Ancaq biz daha yaxşı nəticə istəyirdik. Məqsəd çempion olmaq, heç olmasa, kuboku qazanmaq idi. Bu dəfə alınmadı. Çalışacağıq ki, gələn dəfə buna nail olaq.
- Sizcə, nə çatmadı?
- Fikrimcə, “Qarabağ”ın peşəkarlığı, həm çempionatda, həm də ölkə kubokunda sabit oyun sərgiləməsi böyük rol oynadı. Onlar ən ciddi rəqibimiz idi. Onsuz da əvvəlcədən bilinirdi ki, əsas mübarizə bu iki komanda arasında olacaq. Mənə elə gəlir ki, bizə mane olan ən böyük amil məhz “Qarabağ” oldu. Bizim də çox səhvlərimiz oldu, lazımsız xallar itirdik. Gözləmədiyimiz halda bəzi komandalara xallar verdik. Öz səhvlərimiz ucbatından oldu.
- Baş məşqçi Roman Qriqorçukla yola davam edəcəksiz?
- Bununla bağlı danışmamışıq. Bu yaxınlarda onunla görüşəcəyik. Ümid edirəm ki, baş məşqçi ilə işbirliyimiz davam edəcək.
- Komanda bu yay Avropa Liqasında mübarizə aparacaq. Bununla bağlı hazırlıqlar hansı çərçivədə keçəcək, yeni transferlər olacaq?
- Yeni oyunçularla bağlı son qərarı baş məşqçi verəcək. Rəhbərlik olaraq hər cür dəstəyə hazırıq. Ancaq büdcə ilə bağlı o mənada dəyişiklik ediləcək ki, artım olmayacaq. Bəlkə də azalma oldu, amma az-çox, eyni büdcə ilə davam etmək fikrindəyik. Bir neçə futbolçu almağı da düşünürük.
RƏŞAD, Naxçıvan
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
14-02-2019, 23:21 “Karlsen, demək olar ki, səhv etmir” 14-02-2019, 23:18 Günay Məmmədzadə - 9 oyuna 8,5 xal toplayan çempion! 14-02-2019, 23:07 Denis “Sumqayıt”la oyuna dönüş nöqtəsi kimi baxır 14-02-2019, 23:05 Stuxlikin “islahatı” liqalarda narazılıq doğurub 14-02-2019, 23:03 U-21 martda 10 günlük toplanış keçəcək 14-02-2019, 22:54 Yığma penaltini qaçırdı və İspaniyaya uduzdu 14-02-2019, 22:51 “Avropa çempionatında iştirak etmək üçün vuruşacağıq” 14-02-2019, 22:41 Yurçeviçin təyinatına premyer-liqadan baxış 14-02-2019, 22:39 Xorvatlar Yurçeviçin 300 min avro qazanacağını iddia edir 14-02-2019, 22:37 Üç il əvvəlki duelə damğa vuran FİFA referisi 14-02-2019, 22:36 “Tofiq Bəhramov”da növbəti “döyüş” 14-02-2019, 22:34 Divizionda təcrübəli adlar: İmanxan Sultani, Ramil Diniyev, Əliyar Ağayev, İnqilab Məmmədov… 14-02-2019, 22:32 “Xəzər Lənkəran” yenə məhkəməyə gəlmədi 14-02-2019, 22:30 “Səbail” Antalyaya yollanıb 14-02-2019, 22:29 Asif Əsgərov ECA-nın toplantısının detallarını açıqladı 14-02-2019, 22:27 Kluba kəsilən cəriməni “Ağsu”nun futbolçuları ödəyəcək 14-02-2019, 22:26 İntizam Komitəsi daha iki komandaya texniki məğlubiyyət verdi 14-02-2019, 22:25 “Qəbələ”nin sabiq məşqçisi və idman direktoru uğursuzlar arasında 14-02-2019, 22:23 Baş katib BOS-da qonaqlarla görüşdü 13-02-2019, 13:35 Hacı Əliyev: "Hələ optimal formada deyiləm" 13-02-2019, 13:33 AFFA yığmanı Nikola Yurçeviçə tapşırdı 13-02-2019, 13:30 Yığmanın yeni çalışdırıcısını Məşqçilər Komitəsinin üzvlərindən uzaq tutublar 13-02-2019, 13:29 UEFA nümayəndələrinin Bakıya son səfəri 13-02-2019, 13:28 Səyavuş Əliyev “İdman Azərbaycan”ın direktoru olacaq 13-02-2019, 13:22 U-21-in heyəti ilə bağlı növbəti narazılıq dalğası 13-02-2019, 13:21 Aqil Məmmədov zədələnib 13-02-2019, 13:20 “Neftçi”nin bazasında işlər davam etdirilir 13-02-2019, 13:14 “Keşlə” Vaqif Cavadovdan qurtuldu 13-02-2019, 13:11 Almeyda “Qarabağ”dan ayrıldı 13-02-2019, 13:09 “Salam, “Çelsi”, nətərsən?” 13-02-2019, 13:05 Moldova futboluna azarkeşlik edən rus təqaüdçü 13-02-2019, 12:59 Turun statistikası 13-02-2019, 12:56 Turun məşqçisi 13-02-2019, 12:56 Turun oyunçusu 13-02-2019, 12:55 Turun sitatı 13-02-2019, 12:54 Cənub zonasında havaya görə təxirəsalma 13-02-2019, 12:50 Hakimlərin mühakiməsi 13-02-2019, 12:48 “Banişevski kuboku”nda 6 komanda mübarizə aparacaq 13-02-2019, 12:47 “Zirə”dən 6 aylıq icarə və növbəti transfer 13-02-2019, 12:45 Turdan məqamlar 13-02-2019, 12:44 Futzal millimiz apreldə iki ölkəyə səfər edəcək 13-02-2019, 12:43 Balayev üçün rəqiblər bilindi, Paşayev məşqlərə başladı 13-02-2019, 12:42 PFL “Qarabağ”ın müraciətini müsbət cavabladı 12-02-2019, 18:12 Belə oxuculara görə yaşamağa dəyər! 12-02-2019, 18:11 Həftənin idman proqramı 12-02-2019, 18:09 U-19 toplanış ərəfəsində yenildi 12-02-2019, 18:07 Yığmanın potensial baş məşqçisi “kartları açmadı” 12-02-2019, 18:05 Bacarığının sərhədlərini tanıyan, münaqişələrdən qaçan, çılğınlıqdan uzaq, iddiasız biri... 12-02-2019, 18:03 “Qəbələ” şikayət etmək iddiasından çəkildi 12-02-2019, 18:01 Qurban Qurbanov “Sumqayıt”ın iki hücumçu ilə oynayacağını düşünürmüş 12-02-2019, 17:58 “Qarabağ” üçün birgünlük sevinc 12-02-2019, 17:50 “Qəbələ”: bir olsun, pir olsun! 12-02-2019, 17:45 “Kapital Bank Arena”nın qapı torları dəyişdiriləcək 12-02-2019, 17:42 “Forza Neftçi” yubileyini qeyd etdi 12-02-2019, 17:39 Nazarov oynamadı, komandası darmadağın oldu 12-02-2019, 17:34 Liderlər büdrəmədi, “Qəbələ” “üçlüy”ə yaxınlaşdı 12-02-2019, 17:33 Elbrus Məmmədovun ağ yalanı Bütün xəbərlər
Ən çox oxunanlar