07 may 14:11olke, reportaj

“Qarabağ” “Qəbələ”ni titula həsrət qoydu

“Qarabağ” “Qəbələ”ni titula həsrət qoydu
Azərbaycan kuboku
final
17. Qarabağ (Ağdam) – Qəbələ 2:0 (0:0)

13. İbrahim Şehiç
25. Ansi Aqolli
55. Bədavi Hüseynov
14. Rəşad Sadıqov (k)
(91. Coşqun Diniyev, 54)
5. Maksim Medvedev
2. Qara Qarayev
20. Riçard Almeyda
(15. Rahid Əmirquliyev, 85)
10. Muarem Muarem
8. Miçel
22. Əfran İsmayılov
11. Mahir Mədətov
(44. Ağabala Ramazanov, 74)
Ehtiyat oyunçular
12. Şahruddin Məhəmmədəliyev
18. İlqar Qurbanov
21. Arif Daşdəmirov
77. Elşən Abdullayev
Baş məşqçi: Qurban Qurbanov

22. Dmitri Bezotosnı
34. Ürfan Abbasov
3. Voislav Stankoviç
6. Rəşad Sadiqov
88. Tellur Mütəllimov
(21. Roman Hüseynov, 26)
7. Nika Kvekveskiri
27. Teo Uiks
(17. Məhəmməd Mirzəbəyov, 27)
9. Sergey Zenyov
14. Cavid Hüseynov (k)
77. Araz Abdullayev
(18. Baqali Dabo, 73)
19. Filip Ozobiç
Ehtiyat oyunçular
33. David Pietrzkieviç
10. Ruslan Qurbanov
11. Asif Məmmədov
44. Rafael Santos
Baş məşqçi: Roman Qriqorçuk
Qollar: M.Mədətov, 52 (1:0). Ü.Abbasov, 68-öz qapısına (2:0).
Vərəqələr: M.Mədətov, 28 (qeyri-idman hərəkəti). V.Stankoviç, 79 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: FARİZ YUSİFOV, Vaqif Musayev, Namiq Hüseynov, Əliyar Ağayev (hamısı Bakı).
Hakim-inspektor: Məlik Həsənov (Bakı).
AFFA nümayəndəsi: Əli Hüseynov (Bakı).
5 may. Naxçıvan. Muxtar Respublika stadionu. 12800 tamaşaçı (13000 yerlik).
Birinci hissəyə 2, ikinci hissəyə 3 dəqiqə əlavə olunub.

Kubokun 24-cü finalında hər iki tərəf var gücünü ortaya qoyacaqdı. “Qarabağ” ardıcıl üçüncü “qızıl dubl” haqda düşünürdüsə, “Qəbələ” ilk titul üçün döyüşəcəkdi. Buna qədər hər iki komandanın kubokda məğlubiyyətsiz seriyası davam edirdi. “Qarabağ” 17 oyun idi uduzmurdu. Başqa sözlə, ağdamlılar kubok görüşlərində son məğlubiyyətini 3 il 2 ay öncə almışdı. 2013/14 mövsümünün 1/4 final mərhələsinin cavab qarşılaşmasında uduzan Qurban Qurbanovun yetirmələrini həmin vaxt məhz “Qəbələ” məyus etmişdi. Roman Qriqorçukun komandası isə ardıcıl iki mövsüm idi kubokda uduzmurdu. “Qırmızı-qaralar” sonuncu dəfə 2015-ci martın 4-də 1/4 finalda “Simurq”la ev qarşılaşmasında azarkeşlərini üzmüşdü. Başqa sözlə, “Qəbələ” Naxçıvana 793 günlük seriya ilə yollanmışdı.
Bəribaşdan qeyd edək ki, qarşılaşmanın ilk yarısı sırf kubok görüşlərinə xas şəkildə, yəni sönük keçdi. Fasiləyə qədər qapılar qarşısında cəmi 3 təhlükəli vəziyyət izləyə bildik. 6-cı dəqiqədə mərkəzdən uzun ötürmə alaraq, rəqibin cərimə meydançasına şığıyan Zenyov Bədavi ilə ikili mübarizədən qalib ayrılsaydı, Şehiçlə üzbəüz qalacaqdı. 12-ci dəqiqədə Arazın cərimə zərbəsindən qapı qarşısına havalandırdığı topu Nika Kvekveskiri başla yaxın məsafədən qapıya ünvanlaya bilmədi. Halbuki gürcü yarımmüdafiəçiyə heç kim mane olmurdu. “Qəbələ”nin ifasında izlədiyimiz təhlükəli hücumlar “qırmızı-qaralar”ın üstünlüyündən xəbər verirdi. Ancaq hissənin ortalarında edilən məcburi dəyişiklikdən sonra vəziyyət dəyişdi. Tellur rəqibin cərimə meydançasının qarşısında Bədaviylə toqquşaraq zədələndi ki, belədə Qriqorçuk məcburiyyətdən əvəzetməyə əl atmalı oldu. Həm də iki dəyişikliyi birdən gerçəkləşdirdi. Legioner limitini də nəzərə almalı olan ukraynalı əvvəlcə daha bir gənc oyunçunu – Roman Hüseynovu meydana buraxdı. Ardınca Teo Uiksi Məhəmməd Mirzəbəyovla əvəz etməklə müdafiənin cinahını möhkəmləndirməyə çalışdı. Ancaq oyun planında axsama tədricən özünü göstərməyə başladı.
42-ci dəqiqədə “Qarabağ” qola şox yaxın oldu. Əfran sağ cinahda Ürfanı bir fəndlə keçib “çərçivə”ni nişan alsa da, top uzaq dirəkdən meydana qayıtdı.
İkinci hissə isə daha maraqlı və ardıcıl hücumlarla yadda qaldı. Təşəbbüsü tam ələ keçirən “Qarabağ” 52-ci dəqiqədə hesabı açmağa müvəffəq oldu. Künc zərbəsindən Əfranın qapı qarşısına havalandırdığı topu Mahir başla tora qovuşdurdu. Beləliklə, əslən Naxçıvandan olan Mədətov ona doğma olan məkanda tarixi qola imza atmış oldu. Bu, Azərbaycan kuboku tarixində 3000-ci qol kimi yadda qaldı.
Sonrakı iki dəqiqə ərzində “Qarabağ” daha iki yüzfaizlik qol vəziyyəti yaratsa da, Bezotosnı “Qəbələ”nin ümidlərinin qırılmasına imkan vermədi. Əvvəlcə Mahirin təkbətəkdən fərqlənməsinə imkan verməyən ukraynalı qolkiper künc zərbəsi zamanı Bədavinin sevinməsinə əngəl oldu. Müdafiəçi topu başla yerə vurduğundan Bezotosnının işi çətinləşmişdi. Buna baxmayaraq, onun reaksiyasından sonra top tirə dəyib geri döndü.
Gözləmək olardı ki, “Qəbələ” hesabda geri düşdükdən sonra hücumlarının kəsərini artıracaq. Ancaq müdafiədə boşluqlar Qurbanovun yetirmələrinin əl-qolunu açmışdı. 68-ci dəqiqədə Qriqorçukun komandası daha bir zərbə aldı. Bu dəfə komanda özü-özünü cəzalandırdı. Belə ki, qapı qarşısına göndərilən topu uzaqlaşdırmaq istəyən Ürfan onu öz qapısına göndərərək, kuryoz şəkildə avtoqol müəllifi oldu. Yalnız ikinci qoldan sonra ayılan “qırmızı-qaralar” rəqibini sıxışdırmağa müvəffəq oldu. Dabonun oyuna qoşulması hücumda fəallığın artmasına şərait yaratdı. 73-cü dəqiqədə Ürfan səhvini yuya bilərdi. Ancaq onun yaxın məsafədən başla zərbəsini Şehiç çətinliklə də olsa, dəf etməyi bacardı. Halbuki bu epizodda Ürfan topu sinəsi ilə saxlayıb, daha yaxşı zərbə endirə bilərdi. Üç dəqiqə sonra Kvekveskiri cərimə zərbəsindən “Qarabağ”lıları həyəcanlandırdı. Onun vuruşu cüzi fərqlə yandan keçdi. 78-ci dəqiqədə isə Muaremin uzaqdan qüvvətli zərbəsi dirəkdən döndü.
Beləliklə, həlledici qarşılaşmada 2:0 hesablı qələbəyə sevinən Qurban Qurbanovun komandası Azərbaycan futbol tarixində bir neçə ilkə birdən imza atdı. Ardıcıl 4-cü çempionluqla tarix yazan “köhlən atlar” kubokda da seriyasını davam etdirdi. Ardıcıl 3-cü dəfə kuboku başı üzərinə qaldıran ilk Azərbaycan klubu olan “Qarabağ” ümumilikdə 6-cı dəfə bu mükafata yiyələndi. Ağdamlılar həm də ardıcıl 3-cü dəfə mövsümü “qızıl dubl”la tamamladı və bu baxımdan da ilkə imza atdı. Ümumilikdə isə “Qarabağ” 4-cü dəfə belə uğur qazanmaqla da yeni rekord müəyyənləşdirdi.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 14:11 Şəhriyar Parisdə beşinci oldu Bu gün, 14:09 Kamran “gümüş”lə kifayətləndi Bu gün, 14:08 Məğlubiyyət və “sülh” Bu gün, 14:06 Voleybol millimiz qələbəyə həsrət qaldı Bu gün, 14:05 Nəfəskəsən mübarizədən Rikkyardo qalib ayrıldı Bu gün, 14:02 Yığmada ikinci Alesio dönəmi başlayır Bu gün, 14:01 Fanklublar “Zirə” ilə “İnter”i dəstəkləməyəcək Bu gün, 13:59 Vaqif Sadıqov Məşqçilər Komitəsinin planlarını açıqladı Bu gün, 13:58 “Neftçi” bu gün başlayır Bu gün, 13:57 “İnter”də nə müqavilələr yenilənib, nə də maaşlar verilib Bu gün, 13:54 “Milli Dəstə” iş başında olmayacaq Bu gün, 13:52 “Qarabağ” ÇSKA-dan 5 qol “yedi” Bu gün, 13:49 Şeydayev darmadağına sevindi Bu gün, 13:22 David Manqa “Zirə”ni və Bakını təriflədi Bu gün, 13:19 “Zirə” rumın müdafiəçi ilə münasibətləri rəsmiləşdirdi Bu gün, 13:18 “Ayntraxt”ın məşqçisi Renatın üstün cəhətlərindən danışdı Bu gün, 13:16 AFFA-dan maliyyələşən klublara mayın maaşı verilməyib Bu gün, 13:14 “Ölüm sükutu var idi, heç kim ürək edib nəsə demək istəmirdi” Bu gün, 13:11 “Qəbələ”dən növbəti transfer Bu gün, 13:09 “İstəyirik ki, cəlb edəcəyimiz hücumçu nəinki “Qəbələ”nin, həm də çempionatımızın siması olsun” 25-06-2017, 23:16 AÇ üçün heyət açıqlandı 25-06-2017, 23:15 Ölkə çempionatı başa çatdı 25-06-2017, 23:14 Ukrayna ilə bacarmadıq 25-06-2017, 23:13 Nağı Səfərova yenə etimad göstərildi 25-06-2017, 23:12 Bakıda “Red Bull”dan əzələ nümayişi 25-06-2017, 23:10 Kamran Şahsuvarlı finalda 25-06-2017, 23:08 Əliyar Ağayev “Rusenborq”un oyununa təyinat aldı 25-06-2017, 23:07 UEFA-nın MDB üzrə əlaqələndiricisi “Futbol+”ə danışdı 25-06-2017, 23:05 “Zirə”nin oyununda təcrübəsiz qazax 25-06-2017, 22:56 “Qarabağ” oyuna çıxır, “Samtredia” hücumçuyla gücləndi 25-06-2017, 22:55 “Neftçi” rəsmisi gördüyü işdən danışmaq istəmədi 25-06-2017, 22:44 “Zirə”də yayın məsələsində qeyri-müəyyənlikdi 25-06-2017, 22:43 “Dalğa Arena” avrokubok oyunlarına hazırdı 25-06-2017, 22:42 Patrik Klyuvert “Vətən”ə təşəkkür edib 25-06-2017, 22:37 Sloveniyada AÇ-yə gerisayım başlayır 25-06-2017, 22:36 Fransa millisinin sabiq yarımmüdafiəçisi “Qəbələ”də 25-06-2017, 22:34 Futzal millimiz yenə braziliyalıya tapşırılacaq 25-06-2017, 22:33 Yığmamız qrupda qaldı 25-06-2017, 22:31 BOK prezidenti MOK-a məktub göndərdi 25-06-2017, 22:30 Ayxan Abbasov “Zirə”ni Avroliqaya hazır sayır 25-06-2017, 22:27 "Zirə" rumın müdafiəçi transfer etdi 25-06-2017, 22:09 TRANSFER DOSYESİ 25-06-2017, 22:07 Zirə azarkeşləri oyunun Mərdəkanda keçirilməsindən razıdı 25-06-2017, 22:06 “Sumqayıt” jurnalistlər üçün iftar süfrəsi açdı 25-06-2017, 22:03 “Zirə”nin legionerləri Türkiyədə ləngidi 23-06-2017, 20:23 Avropa Yay Olimpiya Festivalına lisenziya qazandılar 23-06-2017, 20:22 Otellərin sayı artsa, Bakıya daha çox “Formula-1” azarkeşi gələcək 23-06-2017, 20:20 Ronaldoya millinin forması hədiyyə olundu 23-06-2017, 20:17 Emil Balayev “Səbail”ə keçərkən Qurban Qurbanovla danışmayıb 23-06-2017, 20:14 “Zirə” biletlərin qiymətini açıqladı 23-06-2017, 20:12 Əliyar FİFA karyerasına sıfırdan başlayır... 23-06-2017, 20:09 “Samtredia” ilə ilk oyunun başlama vaxtı dəqiqləşdi 23-06-2017, 20:08 “İnter”in rəqibi son çempionu məğlub etdi 23-06-2017, 20:06 Avroliqanın debütantı mübarizəyə hazırdı 23-06-2017, 20:00 Sumqayıtda mükafatlandırma 23-06-2017, 19:56 Yığmanın baş məşqçisi Ermənistanla oyundan danışdı 23-06-2017, 19:55 Avroliqada ikinci dövrə başlayır Bütün xəbərlər
Ən çox oxunanlar