06 may 00:04olke

Tarixi diyarda tarixi final

Tarixi diyarda tarixi final
Bu gün baş tutacaq ölkə kubokunda final oyunu ilə 2016/17 mövsümünə yekun vurulacaq. Naxçıvanda keçiriləcək qarşılaşmada son iki ildə kubokun qalibi olan, bir qədər də təfərrüata varsaq, “qızıl dubl” edən “Qarabağ”la cəmi bir dəfə - 2013/14 mövsümündə finalda iştirak edən, onda da “Neftçi”yə uduzan “Qəbələ” üz-üzə gələcək. Başqa sözlə, Ağdam təmsilçisi titulunu qorumağa, həmçinin ardıcıl 3-cü dəfə kuboku başı üzərinə qaldıran komanda kimi rekorda imza atmağa, qəbələlilər isə yüksək liqada keçirdiyi yubiley – 10-cu mövsümdə ilk titulunu qazanmağa, başqa sözlə, özü özünə hədiyyə etməyə can atacaq.
Qeyd edək ki, “Qarabağ” – “Qəbələ” qarşılaşması “CBC Sport” telekanalı vasitəsilə canlı yayınlanacaq.
Azərbaycan kuboku
Final
Qarabağ – Qəbələ
Hakimlər: FARİZ YUSİFOV, Vaqif Musayev, Namiq Hüseynov, Əliyar Ağayev.
Hakim-inspektor: Məlik Həsənov.
AFFA nümayəndəsi: Əli Hüseynov.
Cəzalı: yoxdu.
5 may. Naxçıvan. Muxtar Respublika stadionu. Saat 16.00
İslam Həmrəyliyi Oyunlarına görə qısa çəkən mövsümün son oyunu bölgədə təşkil olunacaq ki, 10 ildən sonra finalda yenidən əyalət təmsilçiləri qarşılaşacaq. Sonuncu dəfə 2006/07-də “Xəzər Lənkəran”la “MKT-Araz” həlledici oyunda üz-üzə gəlmişdilər. O vaxtdan bu yana qalib ya paytaxt və bölgə komandalarının, ya da iki Bakı təmsilçisinin duelində müəyyənləşib. Bugünkü oyun “Qarabağ”la “Qəbələ”nin cari mövsümdə 5-ci görüşü olacaq. Premyer-liqada çempionluq uğrunda son turlara qədər mübarizə aparan komandalar ikinci dərəcəli titulun sahibini də öz aralarında müəyyənləşdirəcəklər. Ardıcıl 4-cü dəfə çempionluğu bayram edən “Qarabağ” Naxçıvana “qızıl dubl” ardınca yollanıb. Qurban Qurbanovun komandası son iki ildə olduğu kimi, yenə kuboku başı üzərinə qaldırsa, Azərbaycan futbolunda yeni tarix yazacaq. Əyalət təmsilçisi həm ardıcıl 3-cü dəfə kubok qazanan, həm də üç mövsüm “qızıl dubl”ları sıralayan ilk Azərbaycan komandası olacaq. Qeyd etdiyimiz kimi, “Qəbələ” də Naxçıvanda ilk gerçəkləşdirmək iddiasındadı. Roman Qriqorçukun yetirmələri sonda sevinən tərəf olsa, premyer-liqa təmsilçisi kimi ilk titula yiyələnəcək.
İndiyə qədər komandaların kubokda yolları 3 dəfə kəsişib. Bu üç duel çərçivəsində 6 qarşılaşma baş tutub. Matçlardan 5-də heç-heçə qeydə alınıb. Qalibin müəyyənləşdiyi yeganə qarşılaşmada “Qəbələ” qalib gəlib. Ümumilikdə isə 3 dueldən ikisində “Qarabağ”, birində “Qəbələ” mərhələ adlayıb.
Qarabağ – Qəbələ: 6: +0=5-1, 4-5.
2011/12 1/4 final Qəbələ - Qarabağ 2:2, 0:0
2012/13 1/4 final Qəbələ - Qarabağ 1:1, 0:0
2013/14 1/4 final Qəbələ - Qarabağ 0:0, 2:1
Naxçıvan da ilklə tarixə düşəcək. Belə ki, indiyə qədər Muxtar Respublikada kubokun finalı olmayıb. Naxçıvan indiyədək üç Bakı və iki kənar məkanın təşkil etdiyi finallar tarixinə 6-cı ev sahibi kimi düşəcək. Ümumilikdə bugünkü oyun Bakıdan kənarda təşkil olunacaq 4-cü final kimi tarixdə qalacaq. Belə ki, indiyədək keçirilən 23 finaldan yalnız üçü paytaxtdan kənara təsadüf edib. Əvvəlki 3 belə haldan ikisində ev sahibliyini Sumqayıt edib. “Gənclik şəhəri” 1993/94 və 2000/01 mövsümlərində kubokun qalibinin müəyyənləşdiyi məkan olub. 2014/15 mövsümündə isə final Qəbələdə baş tutub. Bakıda keçirilən 20 belə matçdan 18-ni Tofiq Bəhramov adına Respublika stadionu qəbul edib. Daha iki məkan - “Şəfa” (indiki “İnter Arena”) və “Dalğa Arena” da finala “qucaq açıb”.
Finalı gözlənildiyi kimi, sabiq FİFA referisi Fariz Yusifov idarə edəcək. Beləliklə, beynəlxalq dərəcəli hakim Azərbaycan futbol tarixində yeni rekorda imza atacaq. 45 yaşlı referi ölkə kubokunun finalını 4-cü dəfə idarə edəcək ilk ədalət təmsilçisi kimi tarixə düşəcək. Yusifova Vaqif Musayevlə Namiq Hüseynov kömək edəcək. FİFA referisi Əliyar Ağayev matçda dördüncü hakim olacaq.
Qeyd edək ki, Fariz Yusifov 2004/05 mövsümündə “Bakı” - “İnter” (2:1, əlavə vaxtda), 2010/11-də “Xəzər Lənkəran” - “İnter” (1:1, p.-4:2), ötən il “Qarabağ” - “Neftçi” finallarında (1:0, əlavə vaxtda) fit çalıb. Diqqət yetirsək, təcrübəli hakimin idarə etdiyi oyunlarda daim əlavə vaxta ehtiyac yarandığından, bu gün də eyni halın təkrarlanması mümkündü.
Bir maraqlı statistic məqamı da diqqətinizə çatdıraq. “Qarabağ” – “Qəbələ” matçında vurulacaq ilk qol ölkə kuboku tarixində 3000-ci top olacaq. 1992-ci ildən keçirilən yarışın 25 illik tarixində indiyədək 2999 qol vurulub. Təbii ki, nəticəsi ləğv olunan matçlar, həmçinin penalti seriyasında vurulan qollar nəzərə alınmır. Bununla belə, kubokdakı məhsuldarlıq diqqəti çəkir. İndiyədək keçirilən 987 qarşılaşmada orta hesabla 3,04 qol vurulub. Cari mövsümədək 2929 topun vurulduğu yarışda son tsikldə finaladək 70 qol qeydə alınıb. Mövsümün 71-ci qolu tarixin 3000-ci qolu olacaq.
MİRAĞA
----
Yeri gəlmişkən…
1992-ci ildən keçirilən Azərbaycan kubokunun tarixində 25-ci mövsüm start götürsə də, biri sona çatdırılmayıb və beləliklə, “Qarabağ” – “Qəbələ” oyunu 24-cü final kimi tarixə düşəcək. Keçirilən 23 finalda 16 komanda oynayıb. Mütləq rekord “Neftçi”yə məxsusdu – 10 final. 9-cu dəfə həlledici matçda iştirak edəcək “Qarabağ” ikincidi. 5 belə matçın iştirakçısı olan “Xəzər Lənkəran” 3-cü sırada qərarlaşıb. Tarixində 2-ci dəfə finala yüksələn “Qəbələ” birdən artıq belə görüş keçirəcək 8-ci komandadı. İlk “üçlük”dən başqa “Kəpəz”, “İnter” hərəyə 4, “Bakı” 3, “Şəmkir” 2 belə oyunda qüvvəsini sınayıb. “Qarabağ” kuboku qazansa, 6-cı dəfə uğura imza atacaq və “Neftçi”nin rekorduna şərik olacaq. Hazırda 5 qələbəsi olan ağdamlılar ikincidi. Kubok sayında 3-cü olan “Kəpəz”in 4 belə uğuru var. “Qəbələ” kubok qazansa, 8-ci qalib olacaq.
----
Bütün finallar
1992 İnşaatçı (Bakı) - Kür (Mingəçevir) 2:1, əlavə vaxtda
1993 Qarabağ (Ağdam) - İnşaatçı (Sabirabad) 1:0, əlavə vaxtda
1993/94 Kəpəz (Gəncə) - Xəzər (Lənkəran) 2:0
1994/95 Neftçi (Bakı) - Kür (Mingəçevir) 1:0
1995/96 Neftçi (Bakı) - Qarabağ (Ağdam) 3:0
1996/97 Kəpəz (Gəncə) - Xəzri (Bakı) 1:0
1997/98 Kəpəz (Gəncə) - Qarabağ (Ağdam) 2:0
1998/99 Neftçi (Bakı) - Şəmkir 0:0, pen 5:3
1999/2000 Kəpəz (Gəncə) - Qarabağ (Ağdam) 2:1
2000/01 Şəfa (Bakı) - Neftçi (Bakı) 2:1
2001/02 yarımçıq qalıb
2003/04 Neftçi (Bakı) - Şəmkir 1:0, əlavə vaxtda
2004/05 Bakı - İnter (Bakı) 2:1, əlavə vaxtda
2005/06 Qarabağ (Ağdam) - Karvan (Yevlax) 2:1
2006/07 Xəzər Lənkəran - MKT-Araz (İmişli) 1:0
2007/08 Xəzər Lənkəran - İnter (Bakı) 2:0, əlavə vaxtda
2008/09 Qarabağ (Ağdam) - İnter Bakı 1:0
2009/10 Bakı - Xəzər Lənkəran 2:1, əlavə vaxtda
2010/11 Xəzər Lənkəran - İnter (Bakı) 1:1, pen 4:2
2011/12 Bakı - Neftçi (Bakı) 2:0
2012/13 Neftçi (Bakı) - Xəzər Lənkəran 0:0, pen 5:3
2013/14 Neftçi (Bakı) - Qəbələ 1:1, pen.3:2
2014/15 Qarabağ (Ağdam) - Neftçi (Bakı) 3:1
2015/16 Qarabağ (Ağdam) - Neftçi (Bakı) 1:0, əlavə vaxtda
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 18:47 Həftənin idman proqramı Dünən, 18:46 Rüstəm Orucov çempion oldu Dünən, 18:45 Anar Salmanova təhsil məsələləri tapşırılıb Dünən, 18:43 “Forza Neftçi” bir müddət stadionlara getməyəcək Dünən, 18:41 İlin futbolçusunu birlikdə seçək! Dünən, 18:39 Xanım hakimdən Elçin Məmmədova şok ittihamlar Dünən, 18:36 “Traktorsazi” ağır zərbə aldı Dünən, 18:32 “Neftçi”də baş məşqçi dəyişikliyi Dünən, 18:28 “Sumqayıt”dan “Neftçi”yə növbəti zərbə Dünən, 18:12 “Qəbələ” avtoqolla sevindi Dünən, 18:06 ADBTİA yenidən zirvədədi! Dünən, 18:05 Püşk atıldı, yüksək liqa ilə bağlı qərar verildi Dünən, 18:03 Renat qələbə qolunu vurdu Dünən, 18:00 Emil “dənizçilər”in “Dalğa”da boğulmasına” imkan vermədi Dünən, 17:51 Ceyhun Sultanovun cəzası yarıbayarı azaldıldı Dünən, 16:24 Yığma uduzdu, Rusiyadan oyunçu gəldi Dünən, 16:21 UEFA “Arsenal”ı fevralda cəzalandıracaq Dünən, 16:19 Gerye özünü ilin yaxşı legioneri sayır Dünən, 16:17 “Keşlə” cavab oyunu üçün ümid yeri saxladı 16-12-2018, 14:53 "Keşlə"nin Türkiyə planı təsdiqləndi, amma... 16-12-2018, 14:51 “Bakı yox, bölgə seçiminin olması da təqdirəlayiqdi” 16-12-2018, 14:50 “Qarabağ” təxribatçı erməni ilə bağlı UEFA-ya müraciət edib 16-12-2018, 14:49 “Elxan Məmmədovla görüşmək istəyirəm” 16-12-2018, 14:46 Beşinci dəfə 1/16 finala qədər uzanmayan marafon 16-12-2018, 14:44 “Emireyts”də 21 minə yaxın azarkeş olub 16-12-2018, 14:43 Mövsümü 26-cı yerdə başa vurduq! 16-12-2018, 14:41 Tribunadakı gərginlik Mehini ağladıb 16-12-2018, 14:38 Yarımfinala gedən yol: üçü Bakıda, biri bölgədə 16-12-2018, 14:36 AFFA-nın namizəd siyahısı genişdi 16-12-2018, 14:34 “Liman” - “Neftçi” üçün dərman! 16-12-2018, 14:17 Baş məşqçilər ehtiyatlı danışdı 16-12-2018, 14:16 Lider dəyişdi 16-12-2018, 14:14 Türk mütəxəssis yığmaya təqdim olundu 16-12-2018, 14:09 “Qurban Qurbanov bir il əvvəl, yığmanı çalışdırmaq təklifi alanda seçim etməliydi” 16-12-2018, 14:06 Ümummilli sorğu start götürür! 16-12-2018, 14:05 Kərim Ağayev Şəmkirdə top payladı 13-12-2018, 00:02 “FC Baku” qoldan doymur 12-12-2018, 23:59 Səfirlik “İmarət”in dörd üzvünə viza verməyib 12-12-2018, 23:58 Reynaldo “Qarabağ”a qayıdır 12-12-2018, 23:56 "Keşlə" "Mirakl"a getmir 12-12-2018, 23:54 Ruslan şirniyyat həvəsinə qurban gedib 12-12-2018, 23:49 “Qurbanov azı üç tsikl millinin başında olacaq” 12-12-2018, 23:45 Elman Himayətoğlu da vəzifəsindən ayrıldı 12-12-2018, 23:43 Turun statistikası 12-12-2018, 23:41 Turun məşqçisi 12-12-2018, 23:40 Turun oyunçusu 12-12-2018, 23:39 Turun sitatı 12-12-2018, 23:38 Hakimlərin mühakiməsi 12-12-2018, 23:36 BKFF dünən püşk atdı, həftəsonu başlayır 12-12-2018, 23:34 Turdan məqamlar 12-12-2018, 23:26 Ölkə kubokunun püşkü atılacaq 12-12-2018, 23:19 “Bədr Xocalı”ya texniki məğlubiyyət veriləcək 12-12-2018, 23:17 MOİK uduzdu, "Sumqayıt-2" "qış çempionu" oldu 12-12-2018, 23:15 "Neftçi" Ömər Buludovla müqavilə müddətini uzatdı 12-12-2018, 23:13 Adil Nağıyev etdiyi səhvlərin səbəbini tapa bilmir 11-12-2018, 17:05 Həftənin idman proqramı 11-12-2018, 17:03 Nazarov darmadağını izlədi, Şeydayev cəzalandı Bütün xəbərlər
Ən çox oxunanlar