04 may 17:16olke

Naxçıvanda anşlaq olacaq

Naxçıvanda anşlaq olacaq
Ceyhun Məmmədov: “Artıq 5 min bilet satılıb”

Mövsümün bitməsinə cəmi bir gün qaldı. Sabah futbol ictimaiyyətinin gözü Naxçıvanda olacaq. Muxtar Respublika “Qarabağ” - “Qəbələ” finalına hazırlaşır. Artıq şəhər rəhbərliyi qonaqları qəbul etməyə başlayıb. Son hazırlıqlar, bilet satışı və başqa yeniliklərlə bağlı bilgi almaq üçün Naxçıvandan olan həmkarımız, “Araz Naxçıvan”ın icraçı direktoru postunu tutan Ceyhun Məmmədovla əlaqə saxladıq. Ceyhun bəy öncə stadionun durumu ilə bağlı danışdı: “Əvvəlcə arenamızın vəziyyətiylə bağlı qeydlərimi nəzərinizə çatdırım. Çünki kubok Naxçıvana salınanda stadionunun ot örtüyünün qaydasında olmadığı barədə iradlar səsləndirilmişdi. Doğrudan da müəyyən qüsurlar var idi. Ancaq bilirsiz ki, stadionda kosmetik təmir gedirdi. Beş-altı gün olar təmir işlərinə yekun vurulub. Son iş meydandakı xətlərin çəkilməsiydi, o da yerinə yetirilib. İstər stadionun ümumi durumu, istərsə də qazonun vəziyyəti qənaətbəxşdi. Xırda detallara belə diqqət yetirilib. Gəlib gözlərinizlə görəcəksiz, tərəflərdən hansınınsa şikayətlənəcəyini düşünmürəm. Stadion finalı qəbul etməyə tam hazırdı”.
“Araz Naxçıvan” rəsmisi təşkilati və təbliğati işlərlə bağlı bunları əlavə etdi: “Oyunun Naxçıvanda təbliği baxımından çox iş görülüb. Finalın Muxtar Respublikaya salınması təsdiqlənəndən bu günə kimi bu yöndə məqsədyönlü iş görülüb. Gənclər və İdman Nazirliyi təsdiqlənmiş plana uyğun keçirdiyi bütün tədbirlərdə bu haqda vətəndaşları məlumatlandırıb. Hər toplantıda deyilirdi ki “final Naxçıvanda olacaq, hər kəs dəvətlidi, hamını mayın 5-də stadionda gözləyirik. Bildiyiniz kimi, PFL tərəfindən kuboka aid videoçarx hazırlanıb. Həmin videoçarx NTV-də - yəni Naxçıvan Televiziyasında nümayiş etdirilir. Bundan başqa, görüntülər şəhərin mərkəzi hissələrində, insanların gur olduğu yerlərdə quraşdırılmış böyük ekranlar vasitəsilə də göstərilir”.
Ceyhun Məmmədovun dediyinə görə, artıq 5 min bilet satılıb. Müsahibimiz finalda anşlaq olacağını proqnozlaşdırır: “Bilet satışına ayın 1-dən start verilib. 9 min bilet satışa çıxarılıb. Bugünə olan məlumatı diqqətinizə çatdırıram: artıq 5 minə yaxın bilet satılıb. Azarkeşlərin oyuna marağı həddən çoxdu. Hələ biletlər satışa çıxarılmamış stadionun kassalarına yaxınlaşanlar, zəng vuranlar var idi. “Araz Naxçıvan”ın oyunları zamanı Naxçıvanın 7 rayonundan hansına gedirdimsə, azarkeşlər oyunun vaxtı, yeri, bilet satışı ilə maraqlanırdılar. Bu da təsadüfi deyil. Axı finalçılar son illərdə Avroliqanın qrupunda çıxış etmiş komandalardı. Hər kəs “Qarabağ”la “Qəbələ”nin üzvlərini canlı görmək arzusundadı. Mən hətta kubok qarşılaşmasını “Neftçi” ilə “Xəzər Lənkəran” arasında baş tutan superkubok oyunu ilə də müqayisə edə, ayın 5-dəki görüşə marağın daha yüksək olduğunu deyə bilərəm. Qeyd etdiyim kimi, bu da hər iki komandanın Avroliqanın qrupunda çıxış etməsiylə bağlıdı. Yəqin dediklərimin təsdiqini tapacağına özünüz də şahid olacaqsız. Mən hətta 9 mindən çox azarkeşin gələcəyini proqnozlaşdırıram. Bir sözlə, ayın 5-də stadionda anşlaq gözlənilir”.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 17:14 Gülağa Cabbarov Stuxlikə məktub yazdı Bu gün, 17:13 Riad Rəfiyev əvvəlcə sponsorla, sonra baş məşqçi ilə görüşəcək Bu gün, 17:11 “Qəbələ”də qeyri-müəyyənlik davam edir Bu gün, 17:09 Renat Dadaşov U-21-dən imtina etməyib Bu gün, 17:07 Qara Qarayev daha iki il “Qarabağ”da Bu gün, 17:06 Azərbaycanlı futbolçular Mxitaryanı “qorxaq” adlandırdı Bu gün, 17:04 Avroliqanın kuboku Cocuq Mərcanlıda Bu gün, 15:28 Yığma 17 nəfərlə hazırlaşır Bu gün, 15:25 Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq Bu gün, 15:22 "Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər Bu gün, 15:17 UEFA İcraiyyə Komitəsi Bakıda yığışacaq Bu gün, 15:14 Çempion üç günə iki qələbə qazandı Bu gün, 15:12 “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq? Bu gün, 15:10 Joze Alesio limitin tərəfdarıdı Bu gün, 15:08 Hər iki finalçı cəzalandırıldı Bu gün, 14:03 “Dəyişikliklər vacibdi, amma belə yox” Bu gün, 14:01 “Keşlə” Salahlı ilə anlaşdı, hədəfdə Əfrandı Bu gün, 13:59 U-21 xorvatlarla “sülh bağladı” Bu gün, 13:54 Səfir jurnalistlər önünə çıxacaq Bu gün, 13:53 Nə tez ayıldın, Özil?! Bu gün, 13:51 Naxçıvan turniri: xəbəri kimdən alaq? Bu gün, 13:47 Kamal Bayramov “Səbail”də Bu gün, 13:44 Emil Balayevli "Tobol"dan önəmli qələbə Bu gün, 13:40 “Neftçi”nin Mirabdullanı satmaq fikri yoxdu Bu gün, 13:25 Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir Bu gün, 13:20 AZAL “Qəbələ” və “Sumqayıt”ın futbolçularına zülm etdi Bu gün, 13:18 “Topaz” mayın 28-də festivala başlayır Bu gün, 11:21 Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir Dünən, 20:32 Finalın meydanda görünməyən tərəfləri Dünən, 20:21 Naxçıvanda üç gün Dünən, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! Dünən, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər Dünən, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı Dünən, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi Dünən, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır Dünən, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır Dünən, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı Dünən, 19:17 Azərbaycan səfirindən sərt sual Dünən, 19:15 Gürcü Azərbaycanı bəyənmir... Dünən, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi Dünən, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” Dünən, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” Bütün xəbərlər
Ən çox oxunanlar