04 may 17:04olke, manset

PFL mətbuat konfransı nəzərdə tutmayıb

PFL mətbuat konfransı nəzərdə tutmayıb
Kubokun finalında Röya oxuyacaq

Sabah Naxçıvan şəhər stadionu ölkə kubokunun finalına evsahibliyi edəcək. PFL rəhbərliyi mövsümün son qarşılaşmasını yaddaqalan etmək, finalın adına layiq baş tutması üçün əməkdaşlarını artıq iki gündü Muxtar Respublikaya ezam edib. Dünən qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyevlə əlaqə saxlayıb, Naxçıvan stadionunun son durumu, bilet satışı və bizi maraqlandıran bəzi məqamlara aydınlıq gətirdik. Aslan bəy final qarşılaşmasına qucaq açacaq arenanın ot örtüyünün yüksək səviyyədə olduğunu bildirdi: “Final matçının Naxçıvanda keçiriləcəyi bəlli olduğu gündən stadionun əməkdaşları istər tribunalara, istərsə də ot örtüyünə əl gəzdirib, xırda çatışmazlıqları aradan qaldırıblar. Arenanın inzibati binasında da hər şey mövsümün son oyunu üçün hazırdı. Ot örtüyünə söz ola bilməz. Qazona qulluq edən əməkdaşlar meydanın ideal vəziyyətdə olması üçün çox çalışıblar. Odu ki, bu yöndə komandaları heç bir çətinlik gözləmir. Hər iki komandanın heyətində texnikalı futboçular olduğundan, inanıram ki, belə örtükdə azarkeşlər baxımlı oyuna şahidlik edəcəklər”.
Aslan bəy oyun günü azarkeşləri gözləyən şou proqramdan və bilet satışından da danışdı: “Matçdan öncə azarkeşlər üçün konsert təşkil olunacaq. Röya gözəl mahnıları ilə tribunalara toplaşanları feyziyab etməyə çalışacaq. Ondan başqa, Muxtar Respublikanın incəsənət xadimlərinin, rəqs qruplarının çıxışı olacaq. Şou proqram üçün nəzərdə tutulan nəhəng səhnə artıq Bakıdan Naxçıvana gətirilib. Bilet satışına gəlincə, bildiyiniz kimi, hər iki kluba 1000 bilet ayrılıb. 8 min bilet isə satışa çıxarılıb. Burda gördüklərimə əsasən deyə bilərəm ki, naxçıvanlılar final görüşünə böyük maraq göstərir. Qiyməti 1 manat olan biletləri futbolsevərlər böyük həvəslə alır. Ümumiyyətlə, bugünlərdə Muxtar Respublikada müxtəlif idman tədbirləri keçirilir və yerli əhali bu yarışlara böyük diqqət ayırır. Buna misal kimi şahmat turnirini, pauerliftinq üzrə Avropa çempionatını göstərmək olar. Bu yarışların keçirildiyi məkanlarda yetərincə azarkeş görmək mümkündü”.
Əksər Avropa ölkələrində ölkə kubokunun final qarşılaşmasından öncə hər iki komandanın baş məşqçilərinin iştirakı ilə mətbuat konfransı keçirilir. Jurnalistlər məsul oyun ərəfəsində düşərgədəki son durumdan xəbərdar olub, bu haqda ictimaiyyətə məlumat çatdırırlar. Elə PFL də 2015-ci ildə Qəbələdə keçirilən finalda eyni addımı atmışdı. Xatırladaq ki, həmin vaxt həlledici qarşılaşmada “Qarabağ”la “Neftçi” üz-üzə gəlmiş, Qurban Qurbanovla rəqib komandanın çalışdırıcsı Arif Əsədov media nümayəndələrinin suallarını cavablamışdı. Ancaq nədənsə ötən mövsüm və bu dəfə PFL matçdan bir gün öncə çalışdırıcılarla jurnalistlərin görüşünü təşkil etməyi lazım bilmədi. Aslan bəylə söhbətdə bu məqama da toxunduq: “Jurnalistlərin Naxçıvana oyun günü gələcəyini nəzərə alıb, matçöncəsi mətbuat konfransı təşkil etməyi lazım bilmədik. Açığı, heç mediadan da bu məsələ ilə bağlı müraciət olmadı. Ola bilsin, sizin Naxçıvanda bölgə müxbiriniz var və konfrans keçirilsəydi, “Futbol+”in əməkdaşı orda iştirak edə bilərdi. Ancaq nəzərə alın ki, o biri mətbu orqanların belə imkanı yoxdu. Bir jurnalisitin iştirak edəcəyi mətbuat konfransı isə istənilən effekti verməz”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 17:14 Gülağa Cabbarov Stuxlikə məktub yazdı Bu gün, 17:13 Riad Rəfiyev əvvəlcə sponsorla, sonra baş məşqçi ilə görüşəcək Bu gün, 17:11 “Qəbələ”də qeyri-müəyyənlik davam edir Bu gün, 17:09 Renat Dadaşov U-21-dən imtina etməyib Bu gün, 17:07 Qara Qarayev daha iki il “Qarabağ”da Bu gün, 17:06 Azərbaycanlı futbolçular Mxitaryanı “qorxaq” adlandırdı Bu gün, 17:04 Avroliqanın kuboku Cocuq Mərcanlıda Bu gün, 15:28 Yığma 17 nəfərlə hazırlaşır Bu gün, 15:25 Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq Bu gün, 15:22 "Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər Bu gün, 15:17 UEFA İcraiyyə Komitəsi Bakıda yığışacaq Bu gün, 15:14 Çempion üç günə iki qələbə qazandı Bu gün, 15:12 “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq? Bu gün, 15:10 Joze Alesio limitin tərəfdarıdı Bu gün, 15:08 Hər iki finalçı cəzalandırıldı Bu gün, 14:03 “Dəyişikliklər vacibdi, amma belə yox” Bu gün, 14:01 “Keşlə” Salahlı ilə anlaşdı, hədəfdə Əfrandı Bu gün, 13:59 U-21 xorvatlarla “sülh bağladı” Bu gün, 13:54 Səfir jurnalistlər önünə çıxacaq Bu gün, 13:53 Nə tez ayıldın, Özil?! Bu gün, 13:51 Naxçıvan turniri: xəbəri kimdən alaq? Bu gün, 13:47 Kamal Bayramov “Səbail”də Bu gün, 13:44 Emil Balayevli "Tobol"dan önəmli qələbə Bu gün, 13:40 “Neftçi”nin Mirabdullanı satmaq fikri yoxdu Bu gün, 13:25 Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir Bu gün, 13:20 AZAL “Qəbələ” və “Sumqayıt”ın futbolçularına zülm etdi Bu gün, 13:18 “Topaz” mayın 28-də festivala başlayır Bu gün, 11:21 Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir Dünən, 20:32 Finalın meydanda görünməyən tərəfləri Dünən, 20:21 Naxçıvanda üç gün Dünən, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! Dünən, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər Dünən, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı Dünən, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi Dünən, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır Dünən, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır Dünən, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı Dünən, 19:17 Azərbaycan səfirindən sərt sual Dünən, 19:15 Gürcü Azərbaycanı bəyənmir... Dünən, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi Dünən, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” Dünən, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” Bütün xəbərlər
Ən çox oxunanlar