03 may 13:15olke

Superkubokda qarşılaşanlar təəssüratını bölüşdü

Superkubokda qarşılaşanlar təəssüratını bölüşdü
Cəbrayıloğlu: “Tribunada hər 10 nəfərdən 8-i təhlükəsizlik əməkdaşı olur”
Abbaszadə: “Hər kluba xüsusi adamlar təhkim olunmuşdu”



Böyük futbol 3 ildən sonra Naxçıvana qayıdır. “Araz Naxçıvan”ın premyer-liqadan çəkilməsindən, başqa sözlə, 2014-dən sonra Muxtar Respublika yenidən futbol bayramına hazırlaşır. Əslində isə 4 il əvvəl naxçıvanlılar bir final həyəcanını canlı hiss ediblər. Daha doğrusu, o vaxt Superkubok qarşılaşması bu şəhərdə keçirilmişdi. “Neftçi” və “Xəzər Lənkəran”dan sonra ölkənin daha iki sanballı klubu – “Qəbələ” ilə “Qarabağ” Naxçıvanda, bu dəfə kubokun finalında üz-üzə gələcəklər. Son illər avrokuboklarda ölkəmizi layiqincə təmsil edən klubları blokadada olan bölgəmizdə hansı çətinliklər gözləyir? Naxçıvanın futbol ab-havası necə olur? Bunu o vaxt “Neftçi”nin Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri postunu tutan Gündüz Abbaszadəylə “Xəzər Lənkəran”ın mətbuat katibi Hüseyn Cəbrayıloğlunun dilindən eşitmək maraqlı olar. Həmkarlarımız nostalji duyğularını məmnuniyyətlə oxucularımızla bölüşdü.
Hüseyn Cəbrayıloğlu: “Əslində neçə vaxt idi gözləyirdim ki, mənə və Gündüz Abbaszadəyə bu mövzuda sual olacaq, ya yox? Faktiki hec bir saytın yadına belə aktual və gözəl mövzu düşmədi. Bu bir daha onu gostərdi ki, ölkədə idman mediası gündən-günə qaranlığa qərq olur. Bir-iki sayt işləyir, qalanları köçürməklə məşğuldu.
Suala gəlincə, Superkuboka inanılmaz diqqət vardı. Muxtar Respublika rəhbərliyi xüsusi adamlar təhkim etmisdi ki, problemləri onlara çatdıraq. Hətta qaldığımız oteldə klubun öz təhlükəsizlik xidmətinin əməkdaşları olsa da, əlavə polis işçiləri 24 saat növbə çəkirdi. Məşqlər zamanı gediş-gəlişdə polis korteji olurdu. Cox qonaqpərvərliklə qarşılanırdıq və xüsusən bunu qabartmaq lazımdı. Əfsanəvi Con Tosakın "Avropanın Naxçıvandan xəbəri yoxdu" ifadəsini də vurğulamağa dəyər.
Matç zamanı təhlükəsizliyə görə narahat olmağa dəyməz.Çunki iki klubun arasında ciddi rəqabət yoxdu və üstəlik, tribunada hər 10 nəfərdən 8-i təhlükəsizlik əməkdaşı olur.
Naxçıvan haqda ən xoş təəssüratlarımız qalıb. Məşqə gedəndə, adətən, məşqşilər otellə stadionun məsafəsini vaxtla ölçürlər və buna uyğun proqram yazılır. Avtobusla oyuna gedəndə qarşımızda DYP avtomibili gedirdi və sürət həddi 60 km/saatı keçmir. Avtomatik avtobus da yavaş sürür. Elə oldu ki, Toşak möhkəm əsəbləşdi və sürücüyə DYP avtomobilini keçməyin, daha sürətli getməyin vacibliyini dedi. Sürücü isə "ay müəllim, (sürücü naxçıvanlı idi) burda 60 km-dən yuxarı gedən avtomobil olmur e..." deyə cavabladı.
Yadımda qalan daha bir hadisə isə klublara adi marşrut avtobuslarının ayrılması idi. Bax, bunu problem kimi qabartmaq olar. Buna görə oyun günü rəhbərlik Türkiyədən böyük və muasir avtobus sifaris etdi”.
Gündüz Abbaszadə: “Sizə təşəkkürümü çatdırıram ki, bizi o günlərə qaytardız. Əslində nəticəyə baxanda xatırlamaq istəmədiyim matçdı. Çünki Naxçıvanda uduzmuşduq. Təşkilati məsələlərlə bağlı geniş danışmağa ehtiyac görmürəm. Cavabdeh qurum PFL-di. Bizim üçün səfərin təşkili heç də çətin olmadı. Çünki klubumuzun prezidenti Sadıq Sadıqov Naxçıvanda anadan olub, orda böyüyüb. Ondan başqa klubda çalışan bir neçə naxçıvanlı əməkdaş da var idi. Yəni Muxtar Respiblikaya bələd insanlar çox idi klubumuzda. İstər otel, istərsə də avtobus tapmaqda çətinliyimiz olmadı. Yanılmıramsa, “Xəzər Lənkəran”ın avtobus problemi olmuşdu. Sadıq Sadıqov da sözün həm həqiqi, həm də məcazi mənasında ev sahibi kimi onlara köməyini təklif etmişdi. Daha sonra səhv etmirəmsə, Türkiyədən sifarişlə gətirdilər. O ki qaldı otelə, şəhərdə iki yüksək səviyyəli otel var idi - “Duzdağ” və “Təbriz”. Yəni komandaların ayrı qalması üçün də şərait var idi. Bundan başqa, Naxçıvanda əsl qonaqpərvərlik gördük. Muxtar Respublikanın rəhbərliyi əlindən gələni edirdi ki, hər şey ürəyimizcə olsun. Hər kluba xüsusi adamlar təhkim olunmuşdu. Yəni “qa deyən kimi qa, qu deyən kimi qu”. Gənclər və idman naziri Azad Cabbarovun bizim üçün çəkdiyi əziyyəti yada salmamaq olmaz. O tarixi anı vərəqləyərək, ordakı insanların hər birinə təşəkkürümü bildirirəm.
Naxçıvanı futbol şəhəri adlandıra bilərik. Bu bölgəmizdən kifayət qədər tanınan futbol adamları var. Təkcə Böyükağa Hacıyevin adını çəkmək kifayət edər. Demək istəyirəm, Naxçıvanda kubok oyununun keçirilməsi tarixi hadisədi. O vaxt Superkubok oyunumuzda azarkeş baxımından problem olmadı, kifayət qədər tamaşaçı var idi stadionda. Yəni artıq bu təcrübə var və PFL bunu görüb, bilir.
Yaddaqalan epizodlardan biri hər iki komandanın, həmçinin Naxçıvana ezam olunan jurnalistlərin, ümumiyyətlə, qonaqların Superkubokdan sonra bir masa arxasında yemək yeməsiydi. “Neftçi” olaraq orda uduzsaq da, qazandığımız bir çox şeylər də oldu. Səfərdən yadımda qalan və heç vaxt unutmayacağım bir hadisəni də danışmaq istəyirəm. O vaxt Böyükağa müəllim klub prezidentinin müşaviri vəzifəsini icra edirdi. O da bizimlə Naxçıvana getmişdi. Bizim üçün ayrılmış mikroavtobusda şəhəri gəzərkən Böyükağa müəllim bizə bəldçilik etməklə yanaşı, keçdiyimiz küçəboyu binalar, ümumiyyətlə, Naxçıvanın tarixi haqda dəyərli məlumatları çatdırırdı. Onu dinləyəndə təcrübəli mütəxəssisin əbəs yerə tarix fakültəsinin məzunu olmadığını da anlayırsan”.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
14-02-2019, 23:21 “Karlsen, demək olar ki, səhv etmir” 14-02-2019, 23:18 Günay Məmmədzadə - 9 oyuna 8,5 xal toplayan çempion! 14-02-2019, 23:07 Denis “Sumqayıt”la oyuna dönüş nöqtəsi kimi baxır 14-02-2019, 23:05 Stuxlikin “islahatı” liqalarda narazılıq doğurub 14-02-2019, 23:03 U-21 martda 10 günlük toplanış keçəcək 14-02-2019, 22:54 Yığma penaltini qaçırdı və İspaniyaya uduzdu 14-02-2019, 22:51 “Avropa çempionatında iştirak etmək üçün vuruşacağıq” 14-02-2019, 22:41 Yurçeviçin təyinatına premyer-liqadan baxış 14-02-2019, 22:39 Xorvatlar Yurçeviçin 300 min avro qazanacağını iddia edir 14-02-2019, 22:37 Üç il əvvəlki duelə damğa vuran FİFA referisi 14-02-2019, 22:36 “Tofiq Bəhramov”da növbəti “döyüş” 14-02-2019, 22:34 Divizionda təcrübəli adlar: İmanxan Sultani, Ramil Diniyev, Əliyar Ağayev, İnqilab Məmmədov… 14-02-2019, 22:32 “Xəzər Lənkəran” yenə məhkəməyə gəlmədi 14-02-2019, 22:30 “Səbail” Antalyaya yollanıb 14-02-2019, 22:29 Asif Əsgərov ECA-nın toplantısının detallarını açıqladı 14-02-2019, 22:27 Kluba kəsilən cəriməni “Ağsu”nun futbolçuları ödəyəcək 14-02-2019, 22:26 İntizam Komitəsi daha iki komandaya texniki məğlubiyyət verdi 14-02-2019, 22:25 “Qəbələ”nin sabiq məşqçisi və idman direktoru uğursuzlar arasında 14-02-2019, 22:23 Baş katib BOS-da qonaqlarla görüşdü 13-02-2019, 13:35 Hacı Əliyev: "Hələ optimal formada deyiləm" 13-02-2019, 13:33 AFFA yığmanı Nikola Yurçeviçə tapşırdı 13-02-2019, 13:30 Yığmanın yeni çalışdırıcısını Məşqçilər Komitəsinin üzvlərindən uzaq tutublar 13-02-2019, 13:29 UEFA nümayəndələrinin Bakıya son səfəri 13-02-2019, 13:28 Səyavuş Əliyev “İdman Azərbaycan”ın direktoru olacaq 13-02-2019, 13:22 U-21-in heyəti ilə bağlı növbəti narazılıq dalğası 13-02-2019, 13:21 Aqil Məmmədov zədələnib 13-02-2019, 13:20 “Neftçi”nin bazasında işlər davam etdirilir 13-02-2019, 13:14 “Keşlə” Vaqif Cavadovdan qurtuldu 13-02-2019, 13:11 Almeyda “Qarabağ”dan ayrıldı 13-02-2019, 13:09 “Salam, “Çelsi”, nətərsən?” 13-02-2019, 13:05 Moldova futboluna azarkeşlik edən rus təqaüdçü 13-02-2019, 12:59 Turun statistikası 13-02-2019, 12:56 Turun məşqçisi 13-02-2019, 12:56 Turun oyunçusu 13-02-2019, 12:55 Turun sitatı 13-02-2019, 12:54 Cənub zonasında havaya görə təxirəsalma 13-02-2019, 12:50 Hakimlərin mühakiməsi 13-02-2019, 12:48 “Banişevski kuboku”nda 6 komanda mübarizə aparacaq 13-02-2019, 12:47 “Zirə”dən 6 aylıq icarə və növbəti transfer 13-02-2019, 12:45 Turdan məqamlar 13-02-2019, 12:44 Futzal millimiz apreldə iki ölkəyə səfər edəcək 13-02-2019, 12:43 Balayev üçün rəqiblər bilindi, Paşayev məşqlərə başladı 13-02-2019, 12:42 PFL “Qarabağ”ın müraciətini müsbət cavabladı 12-02-2019, 18:12 Belə oxuculara görə yaşamağa dəyər! 12-02-2019, 18:11 Həftənin idman proqramı 12-02-2019, 18:09 U-19 toplanış ərəfəsində yenildi 12-02-2019, 18:07 Yığmanın potensial baş məşqçisi “kartları açmadı” 12-02-2019, 18:05 Bacarığının sərhədlərini tanıyan, münaqişələrdən qaçan, çılğınlıqdan uzaq, iddiasız biri... 12-02-2019, 18:03 “Qəbələ” şikayət etmək iddiasından çəkildi 12-02-2019, 18:01 Qurban Qurbanov “Sumqayıt”ın iki hücumçu ilə oynayacağını düşünürmüş 12-02-2019, 17:58 “Qarabağ” üçün birgünlük sevinc 12-02-2019, 17:50 “Qəbələ”: bir olsun, pir olsun! 12-02-2019, 17:45 “Kapital Bank Arena”nın qapı torları dəyişdiriləcək 12-02-2019, 17:42 “Forza Neftçi” yubileyini qeyd etdi 12-02-2019, 17:39 Nazarov oynamadı, komandası darmadağın oldu 12-02-2019, 17:34 Liderlər büdrəmədi, “Qəbələ” “üçlüy”ə yaxınlaşdı 12-02-2019, 17:33 Elbrus Məmmədovun ağ yalanı Bütün xəbərlər
Ən çox oxunanlar