03 may 13:12olke

“Qəbələ” kubokun finalına 500 bilet sifariş edib

“Qəbələ” kubokun finalına 500 bilet sifariş edib
Fanklublar qapı arxasında yer alacaq

Premyer-liqada mübarizə başa çatandan sonra indi bütün diqqətlər ölkə kubokunun finalına dikilib. Məhz mayın 5-də Naxçıvanda baş tutacaq qarşılaşma ilə 2016/17 mövsümünə yekun vurulacaq. Artıq sözügedən qarşılaşmanın biletləri də bu gündən satışa çıxarılıb.
Ötən saylarımızda finalda üz-üzə gələcək klubların azarkeşlərini Muxtar Respublikaya aparıb-aparmayacağına toxunmuş, bununla bağlı həm klub rəsmilərinin, həm də fanklub üzvlərinin fikirlərini öyrənmişdik. Bir daha xatırladaq ki, həm “Qəbələ”, həm də “Qarabağ” rəhbərliyi qəzetimizə açıqlamasında komandanı Naxçıvanda dəstəkləmək niyyətində olan, sənədləri səfərə çıxmağa imkan verən tərəfdarlara lazımi dəstəyi göstərəciyni bildirmişdi.
Ancaq elə azarkeşlər də var ki, onlar fanklub üzvləri olmasa da, ayın 5-də baş tutacaq matçı tribunadan izləmək və 90 dəqiqəni tərəflərdən birinin azarkeşləri üçün ayrılan sektorda oturmaq niyyətindədi. Bəs görəsən, klub rəsmiləri bu yöndə onlara hansı köməyi göstərə bilər? “Qarabağ”ın mətbuat katibi Nirlan İbrahimov məsələyə belə reaksiya verdi: “Bununla bağlı PFL ilə müzakirələrimiz olub. Bizə bildiriblər ki, hər iki komandanın azarkeşləri üçün qapı arxasında olan sektorlar ayrılacaq. Yəni fanklublar bir-birindən ayrı olacaq. Qapı arxasında olan sektorlarda isə yetərincə yer var. Öz hesabına Naxçıvana yollanıb, 90 dəqiqə “Qarabağ”ı dəstəkləmək, bizim fanatlar arasında olmaq istəyən istənilən şəxsə yer ayırmağa, bu yöndə istənilən köməyi göstərməyə hazırıq”.
“Qəbələ”nin Media və Marketinq Departamentinin rəhbəri Səməd Nəsibov belə halları nəzərə aldıqlarına görə artıqlaması ilə bilet sifariş etdiklərini bildirdi: “Bu günə kimi Naxçıvana yollanacaq azarkeşlərimizin sayı dəqiqləşməsə də, klub olaraq 500 bilet sifariş etmişik. Açığı, bu sayda azarkeşimizin Qəbələdən Naxçıvana yollanacağı inandırıcı deyil. Buna baxmayaraq, işimizi ehtiyatlı tutmağı lazım bildik. Siz dediyiniz azrkeşlərdən də kimlərsə bilet və yer ilə bağlı bizə müraciət etsə, kömək etməyə hazırıq”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 17:14 Gülağa Cabbarov Stuxlikə məktub yazdı Bu gün, 17:13 Riad Rəfiyev əvvəlcə sponsorla, sonra baş məşqçi ilə görüşəcək Bu gün, 17:11 “Qəbələ”də qeyri-müəyyənlik davam edir Bu gün, 17:09 Renat Dadaşov U-21-dən imtina etməyib Bu gün, 17:07 Qara Qarayev daha iki il “Qarabağ”da Bu gün, 17:06 Azərbaycanlı futbolçular Mxitaryanı “qorxaq” adlandırdı Bu gün, 17:04 Avroliqanın kuboku Cocuq Mərcanlıda Bu gün, 15:28 Yığma 17 nəfərlə hazırlaşır Bu gün, 15:25 Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq Bu gün, 15:22 "Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər Bu gün, 15:17 UEFA İcraiyyə Komitəsi Bakıda yığışacaq Bu gün, 15:14 Çempion üç günə iki qələbə qazandı Bu gün, 15:12 “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq? Bu gün, 15:10 Joze Alesio limitin tərəfdarıdı Bu gün, 15:08 Hər iki finalçı cəzalandırıldı Bu gün, 14:03 “Dəyişikliklər vacibdi, amma belə yox” Bu gün, 14:01 “Keşlə” Salahlı ilə anlaşdı, hədəfdə Əfrandı Bu gün, 13:59 U-21 xorvatlarla “sülh bağladı” Bu gün, 13:54 Səfir jurnalistlər önünə çıxacaq Bu gün, 13:53 Nə tez ayıldın, Özil?! Bu gün, 13:51 Naxçıvan turniri: xəbəri kimdən alaq? Bu gün, 13:47 Kamal Bayramov “Səbail”də Bu gün, 13:44 Emil Balayevli "Tobol"dan önəmli qələbə Bu gün, 13:40 “Neftçi”nin Mirabdullanı satmaq fikri yoxdu Bu gün, 13:25 Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir Bu gün, 13:20 AZAL “Qəbələ” və “Sumqayıt”ın futbolçularına zülm etdi Bu gün, 13:18 “Topaz” mayın 28-də festivala başlayır Bu gün, 11:21 Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir Dünən, 20:32 Finalın meydanda görünməyən tərəfləri Dünən, 20:21 Naxçıvanda üç gün Dünən, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! Dünən, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər Dünən, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı Dünən, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi Dünən, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır Dünən, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır Dünən, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı Dünən, 19:17 Azərbaycan səfirindən sərt sual Dünən, 19:15 Gürcü Azərbaycanı bəyənmir... Dünən, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi Dünən, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” Dünən, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” Bütün xəbərlər
Ən çox oxunanlar