01 may 16:56olke

Liderlər qələbə qazandı, izləyiciləri büdrədi

Liderlər qələbə qazandı, izləyiciləri büdrədi
Həftəsonu futzal üzrə birinci divizionda növbəti turun oyunları keçirilib. Bəribaşdan qeyd edək ki, 29-cu turda sürpriz nəticə qeydə alınmayıb. Belə ki, liderlər növbəti xalları hesablarına əlavə ediblər. Kubokda da mübarizəni davam etdirən və finalın biraddımlığında olan “Baku Fayr” “Admiral”ın hesabına 3 xala sahib çıxıb. “Nəbi” isə çempionatdan kənarlaşdırılan “Zülfüqar-114”-ə görə texniki qələbə sayəsində tər tökmədən irəli düşüb. Üçüncü pillədə qərarlaşan, iki gün sonra kubokun yarımfinalında “Neftçi” ilə çətin oyuna çıxacaq “Hell Energy” xal itirib. “Yeni Günəşli” güclü rəqibini büdrədib. Buna baxmayaraq, “sehirli içki” ilk “üçlük”dəki mövqeyini qoruya bilib. Çünki FK.İD də turu 1 xalla başa vurub. “Dizaynçılar” “Marafon”un “axırına çıxa bilməyib”. Ümumiyyətlə, 9 oyundan 3-də heç-heçə qeydə alındığını vurğulayaq.
Turun oyunlarının nəticələri: İFFA – Baku Fans 6:3, Star – Friday Baku 3:8, Marafon – FK.İD 2:2, Baku Fayr – Admiral 5:0, Qarabağ – Gənclərbirliyi 3:3, Yeni Günəşli – Hell Energy 4:4, BestComp – King Elektrik 3:10, Standard – ADBTİA 6:7, Nəbi - Zülfüqar-114 +:- (5:0).
1. Baku Fayr 29 24 3 2 134-38 75
2. Nəbi 29 24 2 3 187-76 74
3. Hell Energy 29 21 5 3 174-47 68
4. FK.İD 29 19 8 2 178-61 65
5. Marafon 29 21 1 7 138-61 64
6. Yeni Günəşli 29 15 7 7 126-81 52
7. Qarabağ 29 15 4 10 112-85 49
8. İFFA 29 15 4 10 103-81 49
9. King Elektrik 29 15 0 14 113-105 45
10. Gənclərbirliyi 28 13 4 11 111-75 43
11. ADBTİA 29 14 0 15 127-102 42
12. Standard 28 13 1 14 122-119 40
13. Admiral 29 9 1 19 117-161 28
14. Fryday Baku 29 7 1 21 91-159 22
15. BestComp 29 6 0 23 100-216 18
16. Baku Fans 29 4 1 24 69-169 13
17. Star 29 3 0 26 85-281 9
18. Zülfüqar-114 29 1 0 28 45-210 3
Bu arada ölkə kubokunda yarımfinal oyunlarının vaxtı açıqlanıb. Mayın 3-də finala vəsiqə uğrunda həlledici oyunlarda əvvəlcə “Neftçi” ilə “Hell Energy” münasibətlərinə aydınlıq gətirəcək. Matç saat 20.00-da başlayacaq. ADBTİA - “Baku Fayr” qarşılaşmasının start fiti isə 21.30-da səslənəcək. Qeyd edək ki, hər iki oyun “ABU Arena”da baş tutacaq.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 15:14 Həftənin idman proqramı Dünən, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? Dünən, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək Dünən, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir Dünən, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” Dünən, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək Dünən, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı Dünən, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! Dünən, 14:46 "Səbail" bir ucdan yola salır Dünən, 14:40 Alla Həsənova çempion oldu Dünən, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi Dünən, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi Dünən, 14:32 “Xəzər Cənub” dağıldı! Dünən, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı Dünən, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” Dünən, 14:23 Şengen vizasının yoxluğu Kamal Bayramovu yığmadan edib Dünən, 14:21 Emil qayıtdı, “Tobol” darmadağınla qazandı Dünən, 14:18 “Bu ailənin bir üzvü olduğum üçün qürur hissi keçirirəm” Dünən, 14:10 UEFA bilet qiymətlərini açıqladı Dünən, 14:03 Delarj da getdi... Dünən, 14:02 “Azneft” dairəsində “yanan top” quraşdırılıb Dünən, 14:00 Tapmaca kimi bilet satışı 19-05-2019, 15:06 Kikboksinq Federasiyasında Zaur Yusifov adlı dünya çempionu yoxdu 19-05-2019, 15:05 Zöhrə Ağamirova finala vəsiqə qazandı 19-05-2019, 15:04 Teymur heç-heçə etdi, Şəhriyar uduzdu 19-05-2019, 15:03 Yığma üç həftədən artıq toplanış keçəcək 19-05-2019, 15:01 Marko Rossi Şeydayevlə İsrafilovu fərqləndirdi 19-05-2019, 15:01 “Zirə” 9 futbolçu ilə vidalaşdı 19-05-2019, 14:56 Futbol ictimaiyyəti üçün Avroliqaya kimin getməsinin önəmi yoxdu 19-05-2019, 14:55 Rauf Əliyev də PFL-dən narazıdı 19-05-2019, 14:53 Finalçı çalışdırıcılar qələbəyə kökləniblər 19-05-2019, 14:50 "Xəzər Cənub" Mehman Mahmudovu Allaha tapşırdı 19-05-2019, 14:49 Futzal mövsümü qalmaqalla bitdi 19-05-2019, 14:46 Tünzalə Ağayeva finalçılardan heç birinə azarkeşlik etməyəcək 19-05-2019, 14:43 Naxçıvanda ölüm-qalım savaşı 19-05-2019, 14:41 Bütün medalçılar müəyyənləşdi 19-05-2019, 14:39 Xətai Bağırov Tayland çempionatında top qovacaq 19-05-2019, 14:35 “Səbail”in məşqçisindən narazıların sayı artır 19-05-2019, 14:33 Platellas Bakını “kiçik Dubay” adlandırdı 19-05-2019, 14:31 Mövsümü qələbəsiz başa vurdular… 19-05-2019, 14:29 Erməni futbolçu Bakıya gəlməyəcək 19-05-2019, 14:28 “Səbail” futbolçulara borcunu ödədi 19-05-2019, 14:27 “Sabah” Haqverdiyevli sabaha ehtiyac duymadı 19-05-2019, 14:03 “Məktəblərdə futbol dərsi” bitdi 19-05-2019, 13:56 Kaprara Azərbaycan yığmasında? 19-05-2019, 13:54 Ay sizin başınız haqqı... 19-05-2019, 13:50 “Finalçılar hərəyə 10 min bilet də ala bilər” 19-05-2019, 13:49 “Keşlə” 13 futbolçuya “qapını göstərdi” 19-05-2019, 13:47 “Qəbələ” Gürcüstandan qayıtdı 19-05-2019, 13:46 Veteranların konfransı söz-söhbət doğurdu 17-05-2019, 21:50 Toğrul Əsgərova Avropa Oyunlarında şans veriləcək 17-05-2019, 21:48 Əliyar Ağayev 2019-da mərkəzi oyuna həsrət qalıb 17-05-2019, 21:47 “Neftçi” Çingiz Abdullayevin də medalını göndərib 17-05-2019, 21:45 Azarkeşlər finala xüsusi hazırlaşır 17-05-2019, 21:43 “Sumqayıt”ın “vuran ayağı” məşqlərdən kənarda qalıb 17-05-2019, 21:38 Naxçıvan stadionu son “döyüş”ə hazırdı 17-05-2019, 21:24 “Sabah” qalibə 960 manat təqdim etdi Bütün xəbərlər
Ən çox oxunanlar