30 apr 16:53olke

Jaba Bal Liqasının ən çox qazanan futbolçularındandı

Jaba Bal Liqasının ən çox qazanan futbolçularındandı
İlham Allahverdiyev: “Bizim bəzi elita klublarımızda heç belə əməkhaqqı yoxdu”

Bugünlərdə Türkiyənin həvəskarlar liqasında çıxış edən futbolçuların statistikası açıqlanıb. BAL Liqası adlanan çempionatda 156 komanda mübarizə aparır. Həmin komandaların heyətində isə 32 ölkədən 108 legioner çıxış edir ki, onlar arasında doqquz azərbaycanlı da var. Vaxtilə ölkənin gələcək vəd edən forvardlarından biri, “Neftçi”nin yetirməsi, 2013-cü ildə “Qaradağ Lökbatan”ın heyətində birinci divizionun bombardiri olmuş İlham Allahverdiyev də ötən yay Bal Liqasının yolunu tutanlardandı. Həmyerlimizin şərəfini qoruduğu komanda çempionatda mübarizəni erkən başa vurduğuna görə ucaboy forvard bugünlərdə vətənə dönüb. Fürsətdən istifadə edib, dünən onunla görüşərək Türkiyədəki futbol həyatı haqda söhbətləşdik.
- Öncə ondan başlayaq ki, necə oldu Bal Liqasında çıxış edən klubla anlaşdın?
- Ötən yay Şəmkir”dən ayrılandan sonra “Şərurspor”la müqavilə bağlamışdım. Artıq yeni komandayla məşqlərə də başlamışdım. Çempionatın startına bir ay qalmış Türkiyədə yaşayan Aqil adlı azərbaycanlı menecerdən mənə zəng gəldi. Bal Liqasında çıxış edən klublardan birinin mənimlə maraqlandığını, müqavilə təklif etdiyini bildirdi. Ona qədər mənə bu liqadan çox təklif gəlmişdi. Ancaq ortada real heç nə olmadığından təkliflərə ciddi yanaşmırdım.“Bartınspor”un rəhbərliyinin fikrinin ciddi olduğunu görüb razılıq verdim, müqavilə şərtlərini də telefonda razılaşdırdıq. Ertəsi mesaj yazdılar ki, biletini al, gəl. Ancaq onlara “belə yüksək şərtlər irəli sürən komanda üçün futbolçuya bilet almaq problem olmamalıdı” cavabını verdim və düşündüm ki, artıq danışığımız pozuldu. Lakin bu söhbətin üstündən bir neçə saat sonra mesaj yazıb bildirdilər ki, biletin hazırdı, filan saatda hava limanında ol. Və beləcə yollandım “Bartınspor”un düşərgəsinə. İlk vaxtlar yeni komandada hər şey ürəyimcə idi. Məşqlərdə həvəslə çalışıb, çempionat oyunlarında komandaya faydalı olmağa çalışırdım. Ancaq “Bartınspor”un ilk dövrəni 5-ci pillədə başa vurması, çempionluq mübarizəsindən kənarda qalması rəhbərliyi işdən soyutdu. Həmin ərəfədə mənə “Çəngəlköyspor”dan təklif gəldi. İstanbulu təmsil edən bu komanda qış fasiləsinə ikinci pillədə yollanmışdı, liderdən 5 xal geri qalırdı. Fasilədən sonra ilk 4 oyunda meydana əvəzetmədən çıxdımsa, sonradan əsas heyətin üzvü oldum. Baş məşqçimiz Türkiyənin tanınmış veteran futbolçusu Tanju Çolakın qardaşı idi. Komandanın oyunu mənim üzərimdə qurulmuşdu. İkinci dövrədə 5 qol vurub, 6 məhsuldar ötürmə etdim. Məncə, özümü yaxşı tərəfdən göstərə bildim.
- Bal Liqası daha səviyyəlidi, yoxsa bizim birinci divizion?
- Adı həvəskarlar liqası olsa da, bizim aşağı dəstədən daha səviyyəli çempionatdı. Vaxtilə superliqada top qovan futbolçuların bəziləri hazırda bu dəstədə çıxış edirlər. “Bakı”dan tanıdığımız Jaba da bizimlə eyni qrupda mübarizə aparan klubların birinin şərəfini qoruyur. Bal Liqasında elə komandalar var ki, oyunçusuna illik 150-200 min TL maaş verir. Bu da bizim pulla hardasa 70-100 min manat edir. Bizim bəzi elita klublarımızda heç belə əməkhaqqı yoxdu.
- Bu liqada neçə komanda var və çempionat hansı formatda keçirilir?
- Səhv etmirəmsə, çempionat 12 zonaya bölünüb və hər birində də 13-15 klub çıxış edir. Sonda hər zonada ilk yeri tutan komandalar başqa bölgələrdə eyni uğura imza atanlarla pley-offda üz-üzə gəlirlər. Və nəhayət, bu mərhələnin qalibi olan iki komanda artıq peşəkar status daşıyan 3-cü liqaya vəsiqə qazanır. Orda olduğum müddətdə bizim birinci divizionda keçirilən oyunlarla maraqlanırdım. Ən çox azarkeş “Şəmkir” və “Turan Tovuz”un ev oyunlarına gəlirdi ki, bu da maksimum 2-3 min olurdu. Bizim komandanın keçirdiyi ev qarşılaşmalarında isə tribunalarda boş yer olmur. 10-15 min azarkeş dayanmadan komandaya azarkeşlik edir, futbolçulara dəstək olurlar. Bartın kiçik şəhər olsa da, oyun günü maşınlarla bütün şəhərə car çəkilirdi ki, bu gün futbol var, komandanın yanında olmaq lazımdı. Hər matça da bilet satışı təşkil olunurdu. Satılan 15 min biletdən əldə olunan gəlir isə qələbə qazanacağı halda mükafat kimi futbolçulara paylanılırdı. Məni qınamayın, orda olduğum bir mövsümdə özümü əsl futbolçu kimi hiss etdim, istər rəhbərlik, istərsə də azarkeşlər tərəfindən özümə qarşı diqqət gördüm. Əsl peşəkar mühitin nə olduğunu bildim. Bizim aşağı dəstədə futbolçu bəzən aylarla maaşını ala bilmir. Orda isə konkret saatda əməkhaqqı, mükafat hesabımıza köçürülür. Ona görə də hazırda bizim premyer-liqada oynayan bəzi futbolçular mənə yazırdılar ki, komanda tapmaqda onlara yardım edim.
- Səndən başqa Bal Liqasında daha 8 azərbaycanlı top qovur. Rəqib kimi onlardan kiminləsə yaşıl meydanda üz-üzə gəlmisən?
- Bizimkilər başqa zonalarda çıxış edən komandaların şərəfini qoruduğuna görə bir-birimizə rəqib ola bilmədik. Yalnız Jaba ilə görüşmüşəm. Tanışlıq verdikdən sonra məni tanıdı və “Bakı”nı xeyli təriflədi. Klubun bu günə düşməsinə görə məyus olduğunu bildirdi. İstanbulda evi olan braziliyalı Bal Liqasının ən ödənişli futbolçularından biridi.
- Komandan birinci pilləni tuta bilmədiyindən pley-offdan kənarda qaldı. Sənin isə müqavilənin müdaddəti bitib. Gələcəklə bağlı nə planların var?
- Bir neçə klubun maraq dairəsində olduğumu bilirəm. Ancaq baş məşqçimiz gələn təklifləri tez-tələsik qəbul etməməyi məsləhət gördü. Çalışdırıcının sözlərinə görə, mənimlə bağlı ona bir neçə klubdan zəng gəlib. Özümü yaxşı tərəfdən göstərdiyimi vurğulayan baş məşqçi daha yaxşı şərtlərlə anlaşma imzalamağımı istəyir. Ona görə də hələ ki bu məsələyə baş qoşmuram, istirahət edirəm. İyunda menecerimlə əlaqə saxlayıb durumu dəyərləndirəcəm.
- Mövsümlərarası fasilədə hansısa premyer-liqa təmsilçisindən təklif gəlsə, dəyərləndirmək fikrin var, yoxsa Türkiyəyə qayıtmağa üstünlük verirsən?
- (düşünür) Məncə, Azərbaycanda ortabab klublarda oynamaqdansa, Türkiyəyə qayıtmaq daha məsləhətdi. Yenə deyirəm, Bal Liqasında gördüklərim məni yaxşı mənada təəccübləndirib. Sizə bir misal çəkim, özünüz ordakı vəziyyətə qiymət verin. Mövsümün sonunda əsas rəqibimiz olan “Erok”la matç ərəfəsində rəhbərlik bütün futbolçuların ev nömrələrini tələb etdi. Öz-özümüzə fikirləşirdik ki, görəsən, bu nəyə lazımdı? Matçdan bir neçə gün öncə Bakı ilə əlaqə saxlayıb klubdan evimizə zəng olunub-olunmadığı ilə maraqlandım. Dedilər zəng gəlməyib. Matç günü meydana çıxmağa hazırlaşırdıq ki, rəhbərliyin bizə sürpriz hazırladığını bildirdilər. Sürpriz nə olsa, yaxşıdı? Sən demə, klub rəsmiləri heyətdə yer alan bütün futbolçuların yaxınları ilə görüntülü əlaqə saxlayıb, bizə uğur diləyən videoçarx hazırlayıblar. İndi siz təsəvvür edin, futbolçular necə motivasiya olunub?! Bizdə belə şey edərlər? Heç premyer-liqanın iddialı klubunda belə hal yaşanmır. Həmin oyunu birnəfəsə keçirdik və 3:1 qalib gəldik. Ancaq təəssüf ki, birinci pilləni tuta bilımədik. Bizim zonada 8 milyon TL (təxminən 4 milyon manat) büdcəyə malik “Erok” qalib oldu.
- Məndə elə təəssürat yarandı ki, sanki Azərbaycan futbolundan küskünsən...
- Küskün deyəndə ki... Hardasa belə də demək olar. Bu gün elitada çıxış edən elə futbolçular var ki, hər cəhətdən onlardan üstün futbolçuyam. Ancaq “day-day”ım olmadığına görə premyer-liqada özümə yer edə bilmədim. Mənim başla oynadığımı onlar heç ayaqla oynaya bilmirlər. Ancaq nə olsun? Kimlərinsə hesabına özlərinə karyera qurmağı bacarıblar. Mən isə bu günə kimi nə etmişəmsə, öz gücümə etmişəm. Birinci divizonun bombardiri olanda belə, buna ağız büzmüşdülər. Deyirdilər ki, “Energetik”ə, “Göyəzən”ə qol vurmağa nə var ki? Ancaq bilirəm ki, həmin adamlar bu fikirləri paxıllıqdan səsləndirirlər. Onu da deyim ki, mənə Türkiyədə vətəndaşlıq da təklif olunub. Deyiblər ki, gəl, sənə vətəndaşlıq verək. Bu həm də karyera baxımından önəmlidi. Hələ ki buna razı olmamışam. Türkiyədə daha böyük hədəflərə çatacağıma inanıram.
- Bir neçə gün öncə sabiq komanda yoldaşının sənə qarşı dələduzluq etdiyi, daha dəqiq desək, pul “atdığı” barədə xəbərlər yayıldı.
- Olub belə şey. “Çəngəlköyspor”da birgə oynadığımız Mustafa Taşkın “ailəmin durumu pisdi, yardım etməliyəm” adı ilə məndən və Burak Balamandan ümumilikdə 30 min TL borc aldı. Və bildirdi ki, bir neçə günə qaytaracaq. Mən yazılı qaydada ona 3200 dollar verdim. Lakin Mustafa sözünü tutmadı və komandadan qaçdı. Hazırda onun harda olduğu bilinmir. Baş verən olayla bağlı aidiyyatı qurumlara müraciət etmişik. Yəqin ki, yaxın vaxtlarda Mustafa tapılacaq. Çünki o hərbi xidmətdə olmadığından ölkəni tərk edə bilməz. Başqa hansısa klubla anlaşsa, onun yerini müəyyənləşdirmək problem olmayacaq. Sonradan bəlli oldu ki, Taşkın tək bizə yox, bir neçə nəfərə qarşı belə addım atıb. Ondan şikayətçi olanların sayı çoxdu.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
19-07-2017, 16:56 Tahir Baxşıyev yorğunluqdan gileyləndi 19-07-2017, 16:53 Nazim Babayev yenə Avropa çempionu oldu 19-07-2017, 16:51 Qadınlar Astarada toplanış keçir 19-07-2017, 16:48 Ölkə kubokunun qalibləri müəyyənləşdi 19-07-2017, 16:42 Dünya çempionu xanıma əl qaldırıb? 19-07-2017, 16:42 Eltac Səfərli dünya ulduzları arasında 19-07-2017, 16:35 Yığmada dağıstanlı futzalçı 19-07-2017, 16:33 AFFA hakimlərin Bolqarıstan toplanışını ləğv etdi 19-07-2017, 16:32 “Fola” – “İnter” matçı 29 yaşlı hakimə tapşırıldı 19-07-2017, 16:31 “Qarabağ” Nikaraqua millisinin üzvünə 400 min təklif edib 19-07-2017, 16:26 “Qəbələ” Polşada dəstəksiz qalmayacaq 19-07-2017, 16:24 Yığma üzvü “Zirə”nin potensial rəqibini seçdi 19-07-2017, 16:23 Dəniz Yılmaz “Bursaspor”da qaldı 19-07-2017, 16:21 Yordanesku Abbasovu qabaqlayacaq 19-07-2017, 16:14 Şəfizadə Braziliyada gördüklərini “Futbol+”lə bölüşdü 19-07-2017, 16:11 “Sumqayıt” Bolu toplanışına məğlubiyyətlə başladı 19-07-2017, 16:06 Orxan Hüseynzadə “Neftçi” haqda gizli heç nə saxlamadı 19-07-2017, 16:02 “Kəpəz”in legionerləri gəldi 19-07-2017, 16:00 Göyçə mahalı divizionda təmsil olunacaq 19-07-2017, 15:59 “Forza Neftçi” rəhbərliyi və məşqçilər korpusunu istefaya səslədi 17-07-2017, 23:43 Rəsul Çunayev yenidən dünya lideridi 17-07-2017, 23:42 BŞH beş könüllünü İtaliyaya göndərəcək 17-07-2017, 23:40 Teymur Rəcəbov Cenevrədə “partladı” 17-07-2017, 23:38 Millimizdə yeni braziliyalı 17-07-2017, 23:37 “Kəpəz” Türkiyədədi, yeni transferi Bakıda 17-07-2017, 23:29 Finalın hakimi “Qarabağ”ın oyununda 17-07-2017, 23:27 Tərlan Əhmədov diviziondan aldığı üç təklifi geri çevirib 17-07-2017, 23:25 Tiflisdə “Qarabağ”ın oyununa maraq azdı 17-07-2017, 23:24 “Sumqayıt” superliqa təmsilçisinə qarşı 17-07-2017, 23:22 “Qəbələ” artıq Polşadadı 17-07-2017, 23:21 Fanatları “Qarabağ”a Tiflisdə möhtəşəm dəstək vəd etdi 17-07-2017, 23:19 “Zirə” – “Astra” matçı üçün 6400 bilet 17-07-2017, 23:17 “Qarabağ” kubokla erkən vidalaşdı 17-07-2017, 22:31 “Səbail” meydana çıxa bilmədi 17-07-2017, 22:30 “Qarabağ”lılar “Ayaks”da və “Qalatasaray”da 17-07-2017, 22:28 TRANSFER DOSYESİ 17-07-2017, 22:26 Oqtay Dərəlioglu “qızıl oyun”u yada saldı 17-07-2017, 22:25 Vüqar Latviyada dubl etdi, Renat isə ABŞ-da fərqləndi 17-07-2017, 22:23 “Qaradağ Lökbatan” beş yoxlama oyunu keçirəcək 17-07-2017, 22:22 Antonov “Çernomorets”ə qayıtdı 17-07-2017, 22:20 “Ölkəmdən imtina edənlərdən ikisi də biz olduq” 17-07-2017, 22:16 “Neftçi” “Binə”yə bir qol vurdu 16-07-2017, 16:56 Elməddin Məmmədov Qırğızıstandan “Səbail”ə baxışa gəlməyə razı olmayıb 16-07-2017, 16:53 Gürcüstan mətbuatı: “Kalkulyatorun hesablaya bilmədiyi nəticə - 0:5” 16-07-2017, 16:51 Təmsilçilərimiz növbəti mərhələdəki rəqiblərini tanıyır 16-07-2017, 16:49 BFL-in təsisçisi həyəcan vəd edir 16-07-2017, 16:48 “İnter”dən yubiley qələbəsi və rekord 16-07-2017, 16:38 Heç-heçə Fariz Nəcəfovu təəccübləndirməyib 16-07-2017, 16:36 Teymur yenidən vahid lider oldu 16-07-2017, 16:35 “Zirə” ikinci yarıda çökdü 16-07-2017, 16:32 “Bakcell Arena”da “Neftçi”nin loqosu örtüldü 16-07-2017, 16:30 Reynaldo Türkiyəni İsveçrəyə dəyişir 16-07-2017, 16:28 Reaksiyalar 16-07-2017, 16:25 “Qəbələ”dən təhlükəli start 16-07-2017, 16:23 Qriqorçuk cavab görüşündə yaxşı oynayacaqlarına ümid edir 16-07-2017, 16:20 Mamrot şansları bərabər sayır 16-07-2017, 15:20 “Kəpəz”ə məğlubiyyət Elxan Abdullayevi narahat etməyib Bütün xəbərlər
Ən çox oxunanlar