30 apr 16:26olke

“Leon” uşaq futbolunda öncüllərdən olmaq istəyir

“Leon” uşaq futbolunda öncüllərdən olmaq istəyir
Elvin Həsənov: “Təkcə icarə haqqına ayda 3000 manat xərcimiz çıxır”

Son illər ölkədə uşaq futbol klublarının sayında artım müşahidə olunur. AFFA-nın aşağı yaş qrupları üzrə keçirdiyi çempionatlarda boy göstərən belə klublardan biri də “Leon”du. Daxili yarışlarla kifayətlənməyib ölkə xaricinə də üz tutan komandanın məşqçilərindən Elvin Həsənovla ötən şənbə danışdıq. “Qarabağ”da da iş təcrübəsi olan gənc mütəxəssis söhbətə klubun yaranma tarixindən başladı.
- Klub 2012-ci ildə Ruhin Əliyev tərəfindən yaradılıb. Sonra Cavid Orucov klubu ondan alıb. Cavid bəy əsl futbol fanatıdı. “Leon” ispan dilindən tərcümədə “kiçik aslanlar” deməkdi. Heç bir klubla bağlılığımız yoxdu, müstəqil şəkildə fəaliyyət göstəririk.
- Bildiyimizə görə, klubun artıq sponsoru da var...
- Bəli. “Leon”un maksimumu “Sabahın ulduzları” çempionatı olub. Əvvəl yalnız ödənişli qruplar fəaliyyət göstərirdi. Amma cari mövsümdən U-10 və U-12 komandamız ilk dəfə ölkə çempionatında mübarizəyə qoşuldu. Bunda isə klubu himayəsinə götürən İtaliyanın “Saipem” şirkətinin Azərbaycan nümayəndəliyinin direktoru Corcio Danielinin rolu oldu. Onun oğlu Nikolo U-10 komandamızın əsas heyət üzvüdü. Özü Cavid Orucova müraciət edib, kömək etmək istədiyini bildirib. “Saipem” sponsor olmamış Cavid bəy tək baxırdı kluba. Ödənişli qruplardan da müəyyən qədər gəlir əldə olunurdu. “Saipem” komandalarımızı bütün lazımi inventarla və avtobusla təmin edir. Şirkət xaricə səfərlərimizi də maliyyələşdirir.
- Aylıq ödəniş nə qədərdi?
- Həftə ərzində 2 dəfə məşq edənlər 50 manat ödəyir. Üç dəfə məşq edənlərin aylıq xərci isə 70 manatdı.
- Hazırda klubun neçə komandası fəaliyyət göstərir?
- U-7 komandamızı B kateqoriyalı məşqçi Nərgiz Hacıyeva çalışdırır. Vaxtilə qadınlardan ibarət millimizin şərəfini qoruyub. İsa Fərzəliyev U-8 ilə işləyir. O da B kateqoriyalı məşqçidi. “Leon”a gəlməmişdən öncə 7 il “Qarabağ”ın aşağı yaş qruplarında işləyib. U-9 və U-10 komandalarına isə mən rəhbərlik edirəm. B kateqoriyalı məşqçiyəm, 6 il “Qarabağ”da iş təcrübəm var. Rəhbərliyim altında “Qarabağ”da oynayan 12 uşaq da mənimlə birgə “Leon”a keçdi. Klubun şəraiti və planları məni cəlb elədi. Fərid Namazov isə U-12 ilə çalışır. Hazırda C kateqoriyası almaq üçün kursa qatılıb.
- Klubun nəzdində fəaliyyət göstərən komandaların nəticələri necə, gələcək adına ümid verirmi?
- U-8 debüt mövsümündə “Sabahın ulduzları” turnirində 8 komanda arasında 3-cü yeri tutdu. Ölkə çempionatında mübarizə aparan U-10 və U-12 komandalarımız isə Bakı zonasında uğurlu çıxış edərək pley-offa vəsiqə qazandılar. Təbii ki, bütün bunlar klub rəhbərliyinin və sponsorun qayğısının, məşqçilərimizin işinin nəticəsidi.
- Rəhbərlik etdiyin U-10 komandasının “İzmir cup”da mükafatçılar sırasına düşməsinə nə mane oldu?
- Öncə qeyd edim ki, İzmirə yollanmamış Tiflisə baş çəkdik. “Dinamo”nun bazasında adı çəkilən komanda ilə yoxlama oyunu keçirdik. Biz burda çempionatda meydana 7 (1+6) oyunçu ilə çıxırıq. Gürcüstanda isə bu say 9-a bərabərdi. Və təbii ki, meydanın ölçüləri də fərqlidi. Bu üzdən “Dinamo”ya uduzduq. Vaxtilə ölkəmizdə legioner həyatı yaşayan Georgi Adamiyanın oğlu rəqib komandanın heyətində yer almışdı. Sag olsun, Adamiya bizə yaxınlaşıb, hal-əhval tutdu. Tiflisdən İzmirə yollandıq. Turnirin təşkilatçısı “Altınordu” Türkiyədə uşaq futbolunda liderdi. Təlim-məşq bazasında 20-yə yaxın təbii örtüklü meydan var. 40 komandanın qatıldığı turnir də yüksək səviyyədə təşkil olunmuşdu. 1/4 finalda mübarizəni dayandırdıq. Qrupda 3:2 hesabı ilə üstələdiyimiz “Çanakkale”yə 3:4 uduzduq. İlk 8 komanda arasında yer almaq da yaxşı nəticədi. Skautlar 4 futbolçumuzu bəyəndi. Ramin Əvəzovla Röyal Əhmədli turnirin ən məhsuldar futbolçuları arasında yer aldı. Yarış boyunca bizə dəstək verən menecer Çinar Azeroya da təşəkkürüçüzü bildiririk. Vətənə dönərkən “Fənərbaxça”nın bazasında İstanbul klubunun U-12 komandası ilə yoxlama oyunu da keçirdik. Görüş 1:1 başa çatdı.
- Sonda bir məqama da aydınlıq gətirərdin. Komandalarınızın əsasən təbii örtükdə məşq etməsi kimin ideyasıdı?
- İlk vaxtlar həftədə 3 dəfə Tofiq Bəhramov adına Respublika stadionunun ərazisində yerləşən üstüörtülü meydançada hazırlıq keçirdik. Sonra rəhbərliklə danışdıq ki, ölkə çempionatına daha yaxşı hazırlaşmaq üçün təbii örtüyə keçək. 2016-ci ilin yayında “Batumi cup”da həm U-10, həm də U-12 komandamız 1-ci oldu. Təbii örtüyə keçmək qərarını Gürcüstandan qayıdandan sonra verdik. Çünki tam fərqli effekt verir. Uşaqlarımızı süni örtüyün ağır fəsadlarından qoruyuq. Amma çempionat oyunları “sintetika”da keçirildiyinə görə problemlərlə üzləşirik. ADBTİA-nın stadionundan yararlanırıq. 1,5 saat olmaqla həftədə 3 dəfə məşq edirik orda. “Tofiq Bəhramov”da da məşqlərimiz olur. Ümumilikdə təkcə icarə haqqına ayda 3000 manat xərcimiz çıxır. Amma buna dəyər. Çünki keyfiyyətli iş görmək istəyirik. “Leon”un məqsədi uşaq futbolunda öncüllərdən olmaqdı.
KƏNAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 16:04 “Cəhənnəm”də “sülh” Bu gün, 15:59 “Neftçi” ümid verib, uduzdu Bu gün, 15:50 "Kəpəz"dən başqa hamı qol vurdu Bu gün, 15:49 Superliqanın “CBC Sport”da yayını gecikir Bu gün, 15:46 Coşqun yenə atasını məyus etdi Bu gün, 15:41 Debütantlar yoxlama matçında “sülh bağladı” Bu gün, 15:38 5 və 10 manatlıq biletlər tükəndi Bu gün, 15:37 “Roma” ilə oyunu “skayboks”dan izləmək istəyənlər azdı Bu gün, 15:36 “Neftçi”nin azarkeşi vəfat etdi Bu gün, 15:35 Kamran yenə ehtiyatda qaldı Bu gün, 15:33 “Şahdağ” İlham Əliyevə müraciət etdi Bu gün, 15:31 Ramazan Abbasov Ramin Musayevlə görüşün detallarını açıqladı Bu gün, 15:28 “Araz” “Ekol”u da yendi, sırada İranın vitse-çempionudu Bu gün, 15:26 Sabiq "Xəzər Lənkəran"lı "Neftçi"ni məyus etdi Bu gün, 15:25 Cüdoçular Mariborda tarix yazdı Bu gün, 15:21 Millimiz Bakıda italyanlara uduzdu Bu gün, 15:20 Lunyov mövqeyini qorudu Bu gün, 15:18 Paraşütçülər ilk “10-luq”dan kənarda qaldı 17-09-2017, 16:04 AFFA və PFL-in yeni çempionat ideyası nə vəd edir? 17-09-2017, 16:02 Üçqat dünya çempionu yeni hədəflərini açıqladı 17-09-2017, 15:56 Birinci divizionun debütantları hədəflərdən danışdı 17-09-2017, 15:55 Birinci divizionda limit dəyişdirildi 17-09-2017, 15:54 AFFA ilə “Qarabağ”dan birgə addım 17-09-2017, 15:51 Tərlan Əhmədovla Rəşad Sadiqovun “Zirə”ylə “haqq-hesab”ı var 17-09-2017, 15:50 “Qəbələ” qonşularının startına tamaşa edəcək 17-09-2017, 15:43 “Qarabağ” “Azərsun Arena”nı yükləmək istəməyib 17-09-2017, 15:41 Əliyar Ağayev cəmi bir “sarı” ilə kifayətləndi 17-09-2017, 15:40 Şehiç cəzalandırılmayıb 17-09-2017, 15:36 Qriqorçuk Ukrayna mətbuatına danışdı 17-09-2017, 15:34 "Neftçi"nin məşqi rəhbərlik üçün maraqlı deyil 17-09-2017, 15:32 “Energetik”dən başqa hamı narazılıq edir 17-09-2017, 15:29 Nazarovun komandasını darmadağın etdilər 17-09-2017, 15:27 Tərlan Əhmədov Elxan Abdullayevdən halallıq alacaq 14-09-2017, 17:28 Rəşad Sadıqovun komandası bir hissə dözdü 14-09-2017, 17:25 “Stemford Bric”də azərbaycanlı azarkeşlərlə mühafizəçilər arasında mübahisə yaşanıb 14-09-2017, 17:24 Turalın komandasından uğurlu nəticə 14-09-2017, 17:22 “Qarabağ”da fotoqraf ştatı yoxdu 14-09-2017, 17:20 “Qarabağ”ın məğlubiyyəti sosial şəbəkədə qarşıdurmaya səbəb oldu 14-09-2017, 17:18 UEFA nümayəndələri BOS-la tanış oldu 14-09-2017, 17:16 İlk duellər favoriti göstərmədi 14-09-2017, 17:15 Həmyerlilərimiz Almaniyada klub yaratdı 14-09-2017, 17:14 “Qırmızı”sız tur! 14-09-2017, 17:08 “Qarabağ”ın debütü qara gəldi… 14-09-2017, 17:04 Rəşad Sadiqov karyerasını bitirmək istəyirmiş 14-09-2017, 17:00 İntizam Komitəsi Ayxan Abbasova xəbərdarlıq etdi 14-09-2017, 16:59 Ozobiç ən az biraylıq sıradan çıxıb 14-09-2017, 16:58 Dünya üçüncüsü olan güləşçilər vətənə qayıtdı 14-09-2017, 16:56 Yığma üzvü mükafatlandırıldı 14-09-2017, 16:55 Stolüstü tennisçilərin AÇ sınağı 14-09-2017, 16:53 Nekrasova Macarıstanda birinci oldu 14-09-2017, 16:52 Cavid Qurbanov yığmanın medal qazanacağına inanır 14-09-2017, 16:51 Fərid Qayıbov UEG-in prezidenti olacaq? 14-09-2017, 16:49 Hacı Əliyev Toğrul Əsgərovun çəkisinə keçir 10-09-2017, 18:45 Ronaldinyo Futbol Akademiyasının açılışı 2018-ci ilin aprelinə nəzərdə tutulub 10-09-2017, 18:43 Yusif Nəbiyev “Qəbələ”yə qarşı oynamayacaq 10-09-2017, 18:35 “CBC Sport” texniki detalları həll edir 10-09-2017, 18:34 DİVİZİON XƏBƏRLƏRİ Bütün xəbərlər
Ən çox oxunanlar