28 apr 21:12olke

“Trabzonspor”un baş məşqçisi “Qəbələ”nin futbolçusunu bəyənib

“Trabzonspor”un baş məşqçisi “Qəbələ”nin futbolçusunu bəyənib
Şəhruz Mustafayev: “3-4-cü yerlər uğrunda mübarizə aparmaq olardı”

Gürcüstanın paytaxtı Tiflisdə Vitali Daraseliyanın xatirə turnirinin keçirilməsindən xəbərdarsız. Səkkiz komandanın qatıldığı yarışda ölkəmizi “Qəbələ”nin 17 yaşadək futbolçulardan ibarət komandası təmsil edirdi. “İnter”, “Gent”, “Alkmaar”, “Trabzonspor”, Tiflis, Zaqreb və Kiyev “Dinamo”larının mübarizə apardığı turnirdə təmsilçimiz 6-cı yerlə kifayətləndi. Qrupun ilk oyununda “İnter”ə 1:2 məğlub olan “Qəbələ” ikinci görüşdə meydan sahibləri qarşısında darmadağın oldu – 1:6. Bölgə təmsilçisi qrupun son matçında “Gent”i üstələməklə (1:0) 5-8-ci yerlər uğrunda mübarizəyə qoşuldu. İlk cəhddə Zaqreb “Dinamo”sunu 1:0 hesabı ilə üstələyən Şəhruz Mustafayevin rəhbərlik etdiyi kollektiv “Trabzonspor”a 1:3 uduzmaqla 6-cı yerlə kifayətləndi. “Qırmızı-qaralar” artıq vətəndədi. Fürsətdən istifadə edib komandanın baş məşqçisi ilə əlaqə saxladıq.
- Turnirlə bağlı ümumi fikirlərinizi eşitmək maraqlıdı.
- Hər şeydən əvvəl turnirə səviyyəli komandaların qatıldığını deməliyəm. Komandaların adları fərqli olsa da, səviyyə baxımından biri digərini aşkar üstələmirdi. Oyundan əvvəl hansısa komandanın favorit göstərilməməsi buna sübut idi. Hər şeydən əvvəl bizim üçün yaxşı təcrübə olduğunu qeyd etməliyəm. Baş məşqçi kimi mənim üçün ilk belə turnir idi.
- Yarış təcrübədən başqa sizə nə verdi?
- Futbolçuların beynəlxalq arenalarda nəyə qadir olduqlarını gördük. Bu da istənilən məşqçi üçün vacib amildi. Bəzi futbolçuların Avropa səviyyəsində oynaya bildiyinin şahidi oldum. Bəziləri isə ölkədaxili yarışlarda adından söz etdirsə də, Tiflisdə sıradan futbolçu təsiri bağışladı. Bu faktı dəqiqləşdirmək gələcək iş təcrübəsində həm mənə, həm də özlərinə kömək edəcək.
- Baş məşqçi kimi yeni nə öyrəndiz? Məsələn, “artırmaq” baxımından.
- İş təcrübəsi baxımından onsuz da üzərimizdə işləyirik. Müxtəlif kurslarda iştirak edir, bilmədiklərimizi öyrənirik. Belə turnirlər məhz həmin kurslarda öyrəndiklərimizi ortaya qoymaq üçündü. Ona görə də yeni nəsə öyrəndiyimizi deyə bilmərəm. Tiflisə apardığım heyətdə 2000 doğumlular da vardı. Amma Macarıstanda təşkil olunacaq növbəti turnirdə sırf 2001 doğumlular iştirak edəcək. Yəni kimin nəyə qadir olduğunu artıq bilirəm.
- 8 komanda arasında 6-cı yer. Normaldı?
- Düzünü desəm, 3-4-cü yerlər uğrunda mübarizə aparmaq olardı. Komandanın potensialı buna imkan verirdi.
- Bəs nə mane oldu?
- Ayın 16-da “Neftçi”ylə ağır oyun keçirmişdik, uşaqlar xeyli güc sərf etmişdilər. Bir gün istirahət verdik, bir gün məşq etdik. Ayın 19-u səhər burdan çıxdıq, axşam Tiflisə çatdıq. Ertəsi də ilk rəqib “İnter” idi. Başqa rəqib olsaydı, bəlkə də qalib gəlmək olardı. Amma rəqibin italyanlar olması böyük qüvvə sərf etmək demək idi. Müqavimət göstərsək də, yekun nəticədə minimal hesabla uduzduq.
- “İnter”i bildik, bəs Tiflis “Dinamo”suna 1:6 hesablı məğlubiyyətə izahınız necədi?
- “İnter”ə uduzsaq da, uşaqlar bu oyundan sonra çox rahat idi. Özlərində İtaliya təmsilçisini məğlub edəcək gücü hiss etmişdilər. Bu da hardasa arxayınlıq yaratmışdı. “Dinamo” ilə matça rahat çıxdılar deyə, gürcülər erkən qolla hesabı açdı. Uşaqlar bu qoldan şoka düşdü, “ayıla” bilmədilər. Videotəkrara baxdıq, təhlillər apardıq. İki-üç aparıcı futbolçumuzun oyuna zəif başlaması həlledici oldu. Qarşılaşmaya rahat çıxdıqlarını sonradan özləri də etiraf etdi.
- Rəqib çalışdırıcılar “Qəbəli”nin futbolçuları haqda nə deyirdi? Adətən, bu cür yarışlarda gənc oyunçuları gözaltı edirlər.
- Nicat Orucov var, qırmızı vərəqə cəzalısı olduğuna görə 5 oyun meydana çıxa bilməmişdi. Yalnız “Neftçi”ylə son qarşılaşmada oynamaq imkanı qazanmışdı. Buna baxmayaraq, özünü yaxşı tərəfdən göstərdi. “Trabzonspor”un baş məşqçisi mənimlə söhbətdə Nicatı bəyəndiyini gizlətmədi. Halbuki heç bir yığmanın üzvü deyil. Açığı, belə çıxış edəcəyini gözləmirdik.
- Yekun nəticə ilə bağlı klub rəhbərliyinin mövqeyi necə oldu?
- Düzünü desəm, biz ora nəticə dalınca getməmişdik. Başlıca məqsəd futbolçulara beynəlxalq təcrübə qazandırmaq, güclü rəqiblərlə oyunlarda kimin nəyə qadir olduğunu görmək idi. Məsələn, qapımıza 6 top vuran Tiflis “Dinamo”su turniri bizdən aşağıda – 7-ci pillədə başa vurdu. “Gent”i qrupda udsaq da, onlar bizdən öndə qərarlaşdı. Yəni sırf nəticə qazanmağa köklənməmişdik. Ona görə də rəhbərliyin hansısa iradı olmadı. Məsələn, “İnter”lə ilk qarşılaşmada 2000 təvəllüdlü Əmraha şans vermişdik. Lakin növbəti görüşdə start heyətində ondan bir yaş balaca olan qapıçıya güvəndik. Bu da nisbətən gənc oyunçuya təcrübə qazandırmaq istəyi ilə bağlı idi.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 15:05 Kaprara özünü də batırdı, yığmamızı da... Dünən, 15:03 Mirabdulla Abbasovun məsələsi məhkəməyə qədər gedə bilər Dünən, 15:00 Stiven Jozef-Monroz da “Neftçi”li oldu Dünən, 14:57 Samir Əliyev 0:4-ə görə özünü suçladı Dünən, 14:56 Əliyarı finala layiq görmədilər Dünən, 14:20 Qurban Qurbanov Yurçeviçə cavab vermək istəmədi Dünən, 14:16 “Qarabağ” “Səbail”i məğlub etdi Dünən, 14:12 Mahirdən şübhəli mesaj Dünən, 14:07 U-21-lə bağlı süjet “tufan qopardı” Dünən, 14:05 “Qəbələ” Ukrayna təmsilçisi ilə qarşılaşacaq Dünən, 14:04 “Zirə”dən ayrılanlar “Qəbələ” ilə anlaşdı Dünən, 14:00 Emildən növbəti “quru” oyun Dünən, 13:58 Veteranlar arasında çempionat bərpa olunacaq Dünən, 13:57 Baş katib Nazim Süleymanova qərargah və pul söz verdi Dünən, 13:55 Fərid Nəbiyev vətənə qayıtmaq istəmir Dünən, 13:52 “Səbail” bu gün Bolqarıstana köçür Dünən, 13:51 “Keşlə” sabah toplanışa başlayır Dünən, 13:44 “Qara bazar” sakitləşib, amma Azərbaycanın pulu yenə xaricə axır Dünən, 13:39 Həftənin idman proqramı 18-06-2019, 16:04 11 ildə xərclənən milyonların siyahısı... 17-06-2019, 21:43 “Sabah”ın Türkiyə planında dəyişiklik oldu 17-06-2019, 21:42 Xətai Bağırov Taylanddan qayıdır 17-06-2019, 21:42 Əliyar Fransada daha bir oyun idarə etdi 17-06-2019, 21:32 Bölməyə aparılam azarkeşlər məhkəməyə müraciət edə bilərlər 17-06-2019, 21:31 Ruslan Abışov “Neftçi”dən ayrılmasının səbəbini gizlətmədi 17-06-2019, 21:29 Rauf Əliyev “Neftçi”dəki rəqabətdən çəkinmir 17-06-2019, 21:27 "Səbail" makedoniyalı qapıçı ilə anlaşdı 17-06-2019, 21:26 "Neftçi" gözlənilən transferi gerçəkləşdirdi 17-06-2019, 21:24 “Qarabağ”ın veteranı klub rəhbərliyindən gileyləndi 17-06-2019, 21:23 “Əvəzimə əcnəbi müdafiəçi alınmayacaq, çünki komandada üç yerli müdafiəçi var” 17-06-2019, 20:06 Süni gündəm: “Qarabağ”ın futbolçuları hədəf göstərilir 17-06-2019, 20:04 Əfran İsmayılov yığmada lider çatışmazlığını qabartdı 17-06-2019, 20:03 U-21-in üzvü “Zirə”də 17-06-2019, 20:02 “Real”ın yeni transferinin zirvəyə yolu “Qəbələ Cup”dan keçib 17-06-2019, 20:01 Transfer dosyesi 17-06-2019, 20:00 Futbolçular xaricə gedə bilməməyin günahını agentlərdə görürülər 17-06-2019, 19:58 Gerye “köhlən atlar”la razılığa gəldi 17-06-2019, 19:57 Arif Əsədov üzr istədi və vaxt azlığını əsas gətirdi 17-06-2019, 19:55 Aleksey İsayev Avropaya yollanır 17-06-2019, 19:20 “Xəzər qasırğası” 75 yaşında! 17-06-2019, 18:53 Azad Cabbarov yenə sədr seçildi 17-06-2019, 18:49 Rıbka da azarkeşsizlikdən gileylənir 17-06-2019, 18:47 “Bu təcrübə Bakıya AÇ-2020-də зox kцmək edəcək” 17-06-2019, 18:36 “Energetik” can üstədi... 14-06-2019, 22:42 Nazim Süleymanov bu dəfə Masallıya üz tutdu 14-06-2019, 22:32 AFFA ilə sövdələşənlər “Futbol+”i hədəf seçdilər 14-06-2019, 22:31 "Ronaldinyo akademiyası"nın layihəsi qüvvədədi 14-06-2019, 22:30 “Neftçi" Sansone ilə vidalaşdı 14-06-2019, 22:28 Skarlatake daha bir il "Zirə"də 14-06-2019, 22:27 Bu dəfə 5 qapaz... 14-06-2019, 22:17 Yurçeviç xəcalət çəkdiyini bildirib, üzr istədi 14-06-2019, 22:15 Yığma üzvlərinin qiymətləndirməsi 14-06-2019, 22:13 “Bakcell Arena”da azarkeşlər “istefa” tələb etdilər 14-06-2019, 22:11 Yığmanın və AFFA-nın “altını üstünə çevirdilər” 14-06-2019, 22:09 “Qəbələ” birinci divizionun bombardiri ilə anlaşdı 14-06-2019, 22:07 Futbol ictimaiyyəti çıxış yolu göstərdi 14-06-2019, 22:05 Məşqçilər Komitəsinin üzvləri dilə gəldilər Bütün xəbərlər
Ən çox oxunanlar