27 apr 15:38olke

İntizam Komitəsi “Neftçi”nin məğlubiyyətini rəsmiləşdirdi

İntizam Komitəsi “Neftçi”nin məğlubiyyətini rəsmiləşdirdi
Çərşənbə axşamı AFFA İntizam Komitəsinin (İK) növbəti iclası keçirilib. Komitə üzvləri Topaz premyer-liqası və əvəzedicilərin yarışında 27-cı, divizionda isə 25-ci turda başverənləri müzakirə edib və hüquqi qiymət veriblər. Heç şübhəsiz, bütün diqqətlər “Zirə” – “Neftçi” matçında yaşananlarla bağlı çıxarılacaq qərara yönəlmişdi. Komitə gözlənilən qərarı rəsmiləşdirib. 68-ci dəqiqədə legioner limitini pozan “Neftçi”yə texniki məğlubiyyət verilib. Beləliklə, “ağ-qaralar” qazandığı 1 xaldan (2:2) məhrum olub. Nəticədə paytaxt təmsilçisinin hesabında 29 xal qalıb. “Zirə” isə əlavə 2 xal əldə edib. Artıq zirəlilərin 34 yox, 36 xalı var. AFFA-nın qərarına əsasən, qollar da futbolçuların hesabından silinib, vərəqələr isə saxlanılıb. Məhz buna görə “Neftçi” 800 manat cərimələnib. Belə ki, komandanın 5 üzvü sarı vərəqə alıb. “Neftçi”ylə yanaşı, “Qarabağ” da vərəqə sayının çoxluğuna görə analoji cəriməyə məruz qalıb.
Əvəzedicilərin çempionatında son turda 4 komanda – “Zirə”, AZAL, “Kəpəz” və “Qarabağ” “radara düşüb”. Hamısı da “vərəqə planı”na görədi. Beləliklə, ehtiyat komandalara görə AFFA 1600 (hərəyə 400) manat gəlir əldə edib.
Diviziona gəlincə, əsas hadisələr “Energetik” – “Bakılı” matçında, daha doğrusu, qarşılaşmanın 61-ci dəqiqəsində yaşanıb. “Energetik”li Elçin Qasımov kobud oyuna görə ikinci xəbərdarlıq alıb və meydandan kənarlaşdırılıb. İK onu 1 oyun cəzalandırıb və 20 manat cərimələyib. Bu epizodda “Bakılı”nın futbolçusu Ravil Məhəmmədov rəqibi təhqir edib və buna görə meydandan qovulub. İntizamsız futbolçu 3 oyunluq cəzalanmaqla yanaşı, klubunu 160 manat ziyana salıb. Ancaq hakim qırmızı vərəqələri göstərərkən xeyli çətinliklə üzləşib. Futbolçuların əhatəsinə düşən Qorxmaz Eldarova əlini cibindən çıxarmağa imkan verməyiblər. Belədə referi hakim-inspektorunun da işarəsiylə oyunu dayandırıb və paltardəyişmə otağına üz tutub. İntizam Komitəsinin qərarında bildirilir ki, “61-ci dəqiqədə oyun əsassız olaraq hakim tərəfindən dayandırılıb və 15 dəqiqə fasilədən sonra yenidən bərpa olunub. Buna görə Hakimlər Komitəsi və Hakim-İnspektorlar Komitəsi oyunun hakimi və hakim-inspektoru haqda lazımi ölçü götürüb İntizam Komitəsini məlumatlandırsın”. “Energetik” sarı vərəqələrin çoxluğuna görə əlavə 80 manat da ödəyəcək. “Səbail” – “Şəmkir” matçında isə meydan sahiblərinin 6 futbolçusuna “sarı” göstərilib. Başqa sözlə, paytaxt təmsilçisi də “Energetik”in aqibətini yaşayacaq.
Beləliklə, İK son iclasda klublara 3540 manat cərimə kəsib. Nəticədə mövsümün əvvəlindən cərimə sanksiyaları üzrə nəzərdə tutulan məbləğ 168650 manata çatıb.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
16-10-2018, 18:25 “Araz”ın uğursuzluğu Zaur Axundovu qəzəbləndirməyib 16-10-2018, 18:22 U-13 liqasında “Laçın”ın baş məşqçisi hakimin burnunu qırdı 16-10-2018, 18:21 Stuxlik Xaqani Məmmədovu “kəsib”? 16-10-2018, 18:19 Ramil Şeydayev topdaşıyan rolunda 16-10-2018, 18:18 Malta ayağımızın altını qazdı 16-10-2018, 18:15 Haşımov Bebeki bəyənib 16-10-2018, 18:14 “Mahir oyundan sonra paltardəyişmə otağında ağlayırdı” 16-10-2018, 18:11 AFFA üçün sponsorluq müqaviləsi 16-10-2018, 18:09 "Neftçi" “parçalandı”, “ağlar” qalib gəldi 16-10-2018, 18:08 Kvaratsxeliya konfransı açıq elan etmək hüququna malikdi 16-10-2018, 18:07 Yığma üzvlərinin qiymətləndirməsi 16-10-2018, 18:04 Həftənin idman proqramı 16-10-2018, 18:03 Xal itirməyən iki komanda qaldı 16-10-2018, 18:01 “Keşlə” divizionun liderini darmadağın etdi 16-10-2018, 18:00 Yaxşı ki “Səbail” var… 16-10-2018, 17:59 Dadaşovlu “Eştoril” son anda xilas oldu 16-10-2018, 17:57 “Xəzər Lənkəran”a uduzduq… 16-10-2018, 17:56 “Sumqayıt”da Diaçenkonu həmyerlisi əvəzləyəcək 16-10-2018, 17:54 Samir Abasov sabiq komandasını üstələdi 16-10-2018, 17:52 “Xilə”yə “Royal Holding” sponsorluq edir 15-10-2018, 14:02 Sabah “Futbol+”də 14-10-2018, 16:36 Firdovsi Umudov proqnoz verməkdən çəkindi 14-10-2018, 16:33 Vüqar Nadirov “Baku City”ni atıb premyer-liqaya getməyəcək 14-10-2018, 16:31 Federasiya rəsmisi legionerlərsiz nəticə qazanmağın çətin olduğunu etiraf etdi 14-10-2018, 16:30 “Sumqayıt” 8 min manat cərimələnən məşqçisiylə yolları ayırdı 14-10-2018, 16:26 Yenilmək növbəsi Maltanındı! 14-10-2018, 16:24 “Milli dəstə” tarixinin ən bahalı səfərini gerçəkləşdirib 14-10-2018, 16:22 Olsen komandasının bəxtinin gətirmədiyini düşünür 14-10-2018, 16:07 Rəşad Sadıqov Renatı maya qədər yığmaya dəvət etməyəcək 14-10-2018, 16:04 Stuxlik hakimlərdən test götürdü 14-10-2018, 16:02 Vaqif Sadıqovla Şakir Qəribov U-21-i tək qoymadı 14-10-2018, 16:00 “Araz” “Liman”a “bərk çırpıldı” 14-10-2018, 15:57 “Həmişə milliyə dəvət alıb, oynamağı düşünürdüm” 14-10-2018, 15:54 Üçgünlük səfər, hər gün üçün bir qol 14-10-2018, 15:51 Mütəxəssislər oyunu yox, nəticəni qabartdı 14-10-2018, 15:47 Kiril Petrov ilk dövrədən razıdı 12-10-2018, 22:56 Vüqar Əsgərli U-19-un çıxışını dəyərləndirdi 12-10-2018, 22:54 “Uğur” Region Kubokunda zəif heyətlə oynayıb 12-10-2018, 22:53 Atilla Türkiyədə keçirdiyi 7 mövsümü itirilmiş sayır 12-10-2018, 22:51 “Sumqayıt” Orxan Əliyevlə gücləndi 12-10-2018, 22:50 Kobaxidze bərpa dövrü keçir, Vasin isə meydana çıxmağa can atır 12-10-2018, 22:48 Çəlikəl akademiyanın məşqçiləri ilə nələri müzakirə edib? 12-10-2018, 22:27 Rusiyalı hakimlər obyektivlikdən kənara çıxmadı 12-10-2018, 22:25 Bebek 5-ci dəfə Bakıya gəlir 12-10-2018, 22:25 Maltanın baş məşqçisi və qapıçısı nikbindi 12-10-2018, 21:51 Yığma üzvlərinin qiymətləndirməsi 12-10-2018, 21:48 “Rüfəti əsas heyətdə buraxmaqla bir qədər risk etdim” 12-10-2018, 21:47 Üç azarkeş üçün üç qol 12-10-2018, 21:44 İnamlı və önəmli qələbə 12-10-2018, 21:43 Yerli mütəxəssislər Adil Mahmudovun cavabını verdi 12-10-2018, 21:41 Roberto Bordin yeni imicdə 12-10-2018, 21:40 Arif Əsədov yeni komitədə təmsil olunacaq 12-10-2018, 21:38 Qadın voleybolçularımız antirekordu təkrarladı 12-10-2018, 21:35 Faiq Qarayev məşqçi karyerasını başa vurdu 11-10-2018, 19:02 Yenə məğlubiyyət və qrupu sonuncu yerdə bitirmək ehtimalı 11-10-2018, 18:59 Reynaldo Qazaxıstanda Almeyda ilə görüşə bilmir 11-10-2018, 18:57 Sənan Qurbanov “Qəbələ”ni “tərlətdi” Bütün xəbərlər
Ən çox oxunanlar