26 apr 20:02olke

Lider büdrədi, ancaq yıxılmadı

Lider büdrədi, ancaq yıxılmadı
Kubok oyunlarının vaxtı açıqlandı

Həftəsonu futzal üzrə birinci divizionda növbəti turun oyunları keçirilib. Bəribaşdan qeyd edək ki, 28-ci tur təxirəsalmayla yadda qalıb. Belə ki, “Gənclərbirliyi” ilə “Standard”ın görüşü baş tutmayıb. Nəticələrə gəlincə, lider son turda xal itirib. Belə ki, iddialılardan olan FK.İD “Baku Fayr”dan xal almağı bacarıb. Dörd qolun vurulduğu görüşdə məhsuldar heç-heçə qeydə alınıb ki, bu nəticə “Nəbi”nin işinə yarayıb. Keçmiş “boz qurdçular” autsayderlərdən “Start” üzərində inamlı qələbə sayəsində liderlə xal fərqini minimum endirib. İlk “üçlük”də qərarlaşan “Hell Enery” isə “Friday Baku”nu üstələməklə mövqeyini möhkəmləndirib.
Turun oyunlarının nəticələri: Friday Baku – Hell Energy 4:9, Star – Nəbi 2:11, Yeni Günəşli – Admiral 4:10, Qarabağ – İFFA 5:0, Marafon – King Elektrik 8:1, BestComp – Baku Fans 3:7, Baku Fayr – FK.İD 2:2, Zülfüqar-114 – ADBTİA -:+ (0:5).
1. Baku Fayr 28 23 3 2 129-38 72
2. Nəbi 28 23 2 3 182-76 71
3. Hell Energy 28 21 4 3 170-43 67
4. FK.İD 28 19 7 2 176-59 64
5. Marafon 28 21 0 7 136-59 63
6. Yeni Günəşli 28 15 6 7 122-77 51
7. Qarabağ 28 15 3 10 109-82 48
8. İFFA 28 14 4 10 97-78 46
9. Gənclərbirliyi 27 13 3 11 108-72 42
10. King Elektrik 28 14 0 14 103-102 42
11. Standard 27 13 1 13 116-112 40
12. ADBTİA 28 13 0 15 120-96 39
13. Admiral 28 9 1 18 117-156 28
14. Fryday Baku 28 6 1 21 83-156 19
15. BestComp 28 6 0 22 97-206 18
16. Baku Fans 28 4 1 23 66-163 13
17. Star 28 3 0 25 82-273 9
18. Zülfüqar-114 28 1 0 27 45-205 3
Yeri gəlmişkən, sabah ölkə kubokunda 1/4 final mərhələsinin oyunları keçiriləcək. Mübarizəyə ADBTİA – “Baku Fayr-2” görüşüylə start veriləcək. Ardından “Bakı alovu”nun əsas komandasıyla “Ekol” üz-üzə gələcək. Heç şübhəsiz, bütün diqqətlər premyer-liqada ilk iki pillədə qərarlaşan komandaların görüşünə yönəlib. “Erkən final” adlandırılan “Araz” – “Neftçi” matçı saat 20.00-da start götürəcək. Yeri gəlmişkən, “Araz” derbiyə tam heyətlə hazırlaşır. Belə ki, komandanın braziliyalı legionerləri hələ də Bakıdadı. Çempionluğu erkən təmin etmələrinə, həmçinin millinin AÇ-nin final mərhələsinə vəsiqə qazanmasına baxmayaraq, rəhbərlik Fineo, Qallo, Eduardo, Bonilya və Vassuranu məhz kubok oyunu üçün saxlayıb. Bu da Biro Jadenin “qızıl dubl” istəyindən xəbər verir. Halbuki əvvəlki mövsümlərdə naxçıvanlıların “ikinci cəbhə”yə elə də önəm vermədiyinin şahidi olmuşuq. Eduardonu “Qarabağ” – “Sumqayıt” matçında gördüyümüzü də əlavə edək. “Sambaçı” rəfiqəsi ilə birlikdə Ağdam təmsilçisinin şərəfini qoruyan həmyerlilərinin mükafatlandırma mərasiminə qatılmaqla onlara dəstək vermiş oldu. Kubokda sonuncu yarımfinalçı “Standard” – “Hell Energy” qarşılaşmasından sonra məlum olacaq. Qeyd edək ki, 1/4 finalın bütün oyunları “ABU Arena”da baş tutacaq.
Bu arada premyer-liqada növbəti turun oyunlarının vaxtı açıqlanıb. 28 günlük fasilə cümə günü başa catacaq. Millinin Avropa çempionatındakı oyunlarına və kubok qarşılaşmalarına görə fasilə verilən çempionatın 20-ci turuna “Ceyhunspor”la “Neftçi” start verəcək. Açılış oyunu aprelin 28-i saat 12.00-da başlayacaq və “ABU Arena”da keçiriləcək. Ardından “Araz” “Yasamal”ı sınağa çəkəcək. Tura şənbə günü yekun vurulacaq. “Xəmsə” ilə “Ekol”un görüşü 29-da saat 15.00-da başlayacaq.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 18:04 “Canlı ensiklopediya” 65-i geridə qoydu Dünən, 17:57 Boris Xetaqurov da bizi təbrik etdi Dünən, 17:54 Tarixi sayı “Qarabağ”ın bütün heyətinə imzalatdıran oxucu Dünən, 17:32 “Futbol+”in işi klubların gözündə Dünən, 17:30 Klubların əksəri aşağı yaş qruplarına buts paylaya bilmir Dünən, 17:28 MOİK rəhbərliyi Ramil Əliyevi saxladı Dünən, 17:27 Cərimələr 20 mini ötdü Dünən, 17:26 Tərlan Əhmədovdan örnək addım Dünən, 17:24 “Atletiko”nun prezidenti Hafiz Məmmədovun qonağı oldu Dünən, 17:20 Gənclər “Atletiko”ya müqavimət göstərə bilmədi Dünən, 17:18 “Qarabağ” “Koroğlu”nun ətrafını bayram yerinə çevirdi Dünən, 17:16 İlk qol, ilk xal, bəs sonra… Dünən, 17:14 Anar Salmanovdan idarəçiliyə qiymət: biabırçılıq! Dünən, 17:11 Zabit Səmədov tanınmış döyüşçünü Bakıya gətirmək istəyir Dünən, 17:09 Prosineçki yenə ləngidi Dünən, 17:07 Superliqa oyunları ölkəmizdə yayınlanmayacaq Dünən, 17:05 Futzalçılar Alesioda günah görmür Dünən, 17:03 Maşallah Əhmədovdan 300 min manat tələb olunur Dünən, 17:01 Yığmanın sabiq çalışdırıcısından şok açıqlama Dünən, 16:58 Reaksiyalar Dünən, 16:55 Qurbanov fransız hakimin qərarı ilə razılaşmır 17-10-2017, 16:51 Təmkin yenə “Kəpəz”in başına oyun açdı 17-10-2017, 16:50 “Qəbələ” ikinci dövrəyə də darmadağınla start verdi 17-10-2017, 16:48 “Arada düşünürəm ki, bu qəzet olmasa, mən necə yaşaya bilərəm” 17-10-2017, 16:44 20 ildə “Futbol+”in bütün saylarını yığan oxucu 17-10-2017, 16:31 Fərhad “Qəbələ”liləri vaxtı uzatmaqda qınadı 17-10-2017, 16:29 Cavid Hüseynov da Prosineçkinin qalmasını istəyir 17-10-2017, 16:26 “Sabah”dan darmadağın 17-10-2017, 14:51 Mahir Mədətovun əmisinə xəsarət yetirdilər 17-10-2017, 14:50 Birinci divizionda ilk istefa 17-10-2017, 14:49 “Neftçi” “Səbail”in borcunu artıqlaması ilə qaytardı 17-10-2017, 14:47 Abasov yetirmələrini təriflədi 17-10-2017, 14:44 Qriqorçukun “avtobus taktikası” özünü doğrultdu 17-10-2017, 14:42 “Araz” mübarizəni dayandırdı... 17-10-2017, 14:40 Rahid Əmirquliyevin təftişi: iki halın heç birində oxumadı 17-10-2017, 14:38 “Qarabağ” “Atletiko”nu məğlub etsə, azarkeşlər pulsuz taksidən yararlanacaq 17-10-2017, 14:37 Prosineçki Sloveniya variantını təsdiqlədi 17-10-2017, 14:34 Antalyada ikiqat uğur 17-10-2017, 14:31 Ölkə çempionunu Danimarkada “döydülər” 17-10-2017, 14:30 Yığma üzvü Rusiyada kapitan oldu 17-10-2017, 14:28 İlk “üçlük”lə başqaları arasında uçurum dərinləşir 15-10-2017, 14:34 Errera və Barqasla anlaşma yeniləndi 15-10-2017, 14:32 Cavadovlar qız gözləyəndə Vaqif doğulub 15-10-2017, 14:28 “Qarabağ” sonda sevindi 15-10-2017, 14:26 “Azəryol” heyətini açıqladı 15-10-2017, 14:23 Zaur Paşayev “Kutaisi”dən ayrılıb 15-10-2017, 14:15 “Zirə”lilər “Xəmsə”nin rəhbərinə yardım etdi 15-10-2017, 14:10 Yığma üzvləri Prosineçkinin qalmasının tərəfdarıdı 15-10-2017, 14:08 Ukrayna da U-17-ni darmadağın etdi 15-10-2017, 14:05 Təbriz Həsənov məsuliyyəti üzərinə götürdü 15-10-2017, 14:03 “İsgəndər Cavadov Bakı Futbol Akademiyası”nın təqdimatı gecikir 15-10-2017, 14:02 “Traktorsazi” liderə uduzmadı 15-10-2017, 12:49 Azər Məmmədovun “Futbol+”ə açıqlaması klubu silkələdi 15-10-2017, 12:47 Bultuis qalmaqallı müsahibəyə görə sorğu-sual olundu 15-10-2017, 12:46 Hakimliyimizin biabırçı mənzərəsi... 15-10-2017, 12:44 Yığmalar rəsmi oyunlara çıxır, AFFA-nın saytı “yatır” 15-10-2017, 12:42 Reqbi Federasiyası acınacaqlı durumdadı Bütün xəbərlər
Ən çox oxunanlar