15 dek 13:26olke, manset

AFFA “Xəzər Lənkəran”ın pulunu vermir

AFFA “Xəzər Lənkəran”ın pulunu vermir
UEFA Azərbaycan klublarına növbəti maliyyə vəsaiti ödəyib. Qurum tərəfindən müxtəlif təyinatlar üzrə ayrılmış vəsait AFFA-nın vasitəçiliyi ilə müvafiq qaydada klubların hesabına köçürülüb.
AÇ-2016-nın seçmə mərhələsində millidə futbolçusu oynadığına görə qitə futbol qurumu AZAL-a 4606,48, “Xəzər Lənkəran”a 120583,68, “İnter”ə 112713,07, “Kəpəz”ə 16632,23, “Neftçi”yə 128899,79, “Qarabağ”a 307796,22, “Qəbələ”yə 152806,87, “Sumqayıt”a 24948,34, “Zirə”yə isə 8316,12 avro ödəyib. Ansi Aqollinin AÇ-nin final mərhələsinə qatılması “köhlən atlar”ın büdcəsinə əlavə 57849,45 avro gəlir gətirib.
Avroliqanın qrup mərhələsində iştiraka görə həm “Qəbələ”, həm də “Qarabağ” daha 104080 avro qazanıb. UEFA təsnifat mərhələsində iştirak edən “Neftçi” və “İnter”i də unutmayıb. Hər iki paytaxt təmsilçisinin hesabına 11750 avro köçürülüb. Qitə futbol qurumu “Qarabağ” və “Qəbələ” istisna olmaqla, ötən il elitada mübarizə aparan klublarda uşaq futbolunun inkişafına da maliyyə ayırmağı lazım bilib. Bu məqsədlə “Xəzər Lənkəran”, AZAL, “Rəvan”, “Sumqayıt”, “Zirə”, “Neftçi”, “Kəpəz” və İnter”ə 51104 avro ödənilib.
Ancaq AFFA UEFA-nın klublar üçün nəzərdə tutduğu maliyyənin heç də hamısını onlara verməyəcək. Belə ki, qurumun saytında bununla bağlı iki qeyd var: 1. “Kəpəz” üçün nəzərdə tutulmuş vəsait klubun aylıq cari xərclərini ödəmək üçün növbəti aylarda hesabına köçürüləcək. 2. “Xəzər Lənkəran” klubunun AFFA, PFL, FIFA və UEFA qarşısında yerinə yetirilməmiş maliyyə öhdəlikləri olduğuna görə UEFA-nın ayırdığı vəsaitdən AFFA-ya və PFL-ə olan borclar əvəzləşdiriləcək, yerdə qalan məbləğin təyinatı üçün AFFA tərəfindən FIFA və UEFA-ya müvafiq müraciət ünvanlanacaq. Hər iki beynəlxalq futbol qurumunun tövsiyələri əsasında qeyd olunan maliyyə vəsaiti ilə bağlı qərar qəbul olunacaq.
Çox maraqlıdı ki, assosiasiya rəsmiləri Gəncə təmsilçisi üçün ayrılan vəsaitin qarşıdakı aylarda klubun hesabına köcürüləcəyini bildirsə də, “ağ-yaşıllar”la bağlı vəziyyət daha mürəkkəbdi. Lənkəranlıların ötən mövsümdən AFFA və PFL-ə olan borcları bağlandıqdan sonra belə, assosiasiya yerdə qalacaq məbləği onlara vermək niyyətində deyil. AFFA rəhbərliyi məsələ ilə bağlı FİFA və UEFA-dan gələcək göstərişlərə uyğun addım atmağı planlaşdırır. Onu da bildirək ki, ümumilikdə qitə futbol qurumu cənublulara 171687,68 avro vəsait ayırıb.
AFFA-nın bu addımı ilə razılaşmayan “Xəzər Lənkəran”ın mətbuat katibi Hüseyn Cəbrayıloğlu məsələ ilə bağlı qəzetmizə açıqlamasında bunları söylədi:
(yazının davamı qəzetin çap variantında)
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
"Neftçi" yubiley tədbirində jurnalistləri görmək istəmir! 23:22“80 yox, 100 yaşı da olsa, mənim gözümdə uşaq kimi qalacaq” 14:54“Zirə”lilər “Qarabağ”la oyuna adi yanaşır 14:50“Kəpəz” azarkeşlərə Novruz hədiyyəsi etmək istəyir 14:48Superkubok da “Şəfəq”in oldu 14:46“Xəmsə” yeni loqosunu təqdim etdi 14:40“Zirə”dən İslam Həmrəyliyi Oyunlarına dəstək 14:39Kamerun vətəndaşlarının meyidləri ölkələrinə göndərildi 14:37“Futbolda mümkünsüz heç nə yoxdu” 15:05Azərbaycanlı qapıçı Qırğızıstan klubunda 15:02“Zaqatala” iki qolla ikinci yerə qalxdı 14:59Almanlarla oyuna 19 min bilet satılıb 14:47“Sektor 11” ilə “Milli dəstə” ayrı-ayrı sektorlarda olacaq 14:44Avropanın nəhəng klublarının üzvləri ölkəmizə səfər edəcək 14:41Robert Prosineçkinin 26 nəfərlik fəlsəfəsi 14:38Almaniya: son 10 ildə iki dəfə 14:34Azadlığa çıxan Sərdar Bağırov Rövnəq Abdullayevin ətrafını “topa tutdu” 14:18Olimpiya stadionu UEFA-nın qərarını gözləyir 14:12“Lokomotiv”in borclarını AVF ödədi 14:07Hakim haqsızlığı “klassiklər”i kubokdan məhrum etdi 14:02Sumqayıtda voleybol klubu yaradıla bilər 13:55Baraban çalmaqdan vitse-prezidentliyə gedən yol 11:51"Səbail" büdrədi, Kvaratsxeliya üzüldü 11:43AFFA-nın Konfransından geriyə qalanlar... 11:32“Neftçi” mühafizə məsələsində rəqiblərlə razılığa gəlir 11:24UEFA İcraiyyə Komitəsinə can atan Elxan Məmmədovun seçki platforması 11:20AFFA “Şərurspor”la “Rəvan”ın “başını kəsdi” 11:12Futbolçular İK-nın qərarını ədalətsiz sayır 11:09“Rəvan”la “Şərurspor” AFFA-nın qərarı ilə barışmır 11:05“Böyük Dəbilqə”nin qəhrəmanı uğurunu davam etdirmək əzmindədi 11:00“Klassiklər”dən Dünya Kubokuna uğurlu start 10:55Oleq Stepko da Azərbaycanı tərk etdi 10:49“Zirə” Zirədə məktəblilərlə görüşdü 10:35Sərdar Bağırov azadlığa çıxan kimi "Futbol+"ə danışdı 00:50“Turan Tovuz” bəyanat yaydı 13:35Atletlər “Fəcr kuboku”na üç “bürünc”lə başladı 13:33Yığmamız “Böyük Dəbilqə”də ikinci oldu 13:32Üçhakimiyyətlilik davam edir 13:29Rüfət Dadaşov 8-ci qolunu vurdu 13:27Divizionun iddialıları, demək olar, hazırdı 13:24Mübariz Mənsimovun milyonlarını “yeyən” əcnəbi məşqçilər 13:21Mikayıl Nərimanoğlu jurnalistləri günahkar çıxardı 13:17“Əl-Sadd” stadionuna buraxılmayanlar “Futbol+”ə danışdı 13:16“Təyyarəçilər” intizamsız futbolçu ilə yolları ayırdı 13:13Maşallah Əhmədovun şikayətinə baxılacaq 13:10AVF reqlamenti niyə dəyişib? 13:09Kamil Nurəhmədov İmişlidə darıxır 11:46Şirdanov komandasını AZAL və “Kəpəz” səviyyəsində görür 11:44Mahmud Qurbanov yığmanın çıxışını dəyərləndirdi 11:37Elçin Məmmədov ad çəkmədi 11:36Mikayıl Nərimanoğlu doğum gününü yığmanın düşərgəsində qeyd edib 11:34Lənkəranlıları ölkə futboluna bəxş edə bilməyən “Xəzər Lənkəran” 11:31Kvekveskiri Apellyasiya Arbitraj Tribunalına təşəkkür etdi 11:29Rafael Ağayev uğurunun sirrini açıqladı 11:28“Azərreyl” sindromu qırsa da... 11:26Çempionatda mübarizə qızışır 11:24İlk gündə qazancımız bir “bürünc” oldu 11:23 Bütün xəbərlər
Ən çox oxunanlar