23 apr 12:53olke

Finalın hakimi kim olacaq?

Finalın hakimi kim olacaq?
Kubokun finalına iki həftə vaxt qaldı. Hər kəs səbirsizliklə mayın 5-ni gözləyir. Bu həftənin əvvəlinə qədər çempionluq uğurunda mübarizə aparan iki prinsipial rəqibin dueli böyük maraq doğurur. “Qəbələ” ilə “Qarabağ” bu dəfə neytral meydanda üz-üzə gələcək. Naxçıvanda baş tutacaq final görüşü titulu haqq edən “qırmızı-qaralar” üçün gözəl hədiyyə olardı. Digər tərəfdən, son iki mövsümdə “qızıl dubl” edən Ağdam təmsilçisi cari çempionatda “Qəbələ” ilə şəxsi oyunlarda üstünlük qazana bilməyib. Dörd oyundan 2-də Roman Qriqorçukun yetirmələri meydanı qalib tərk edib, 1-də Qurban Qurbanovun komandası sevinib, daha bir görüş isə heç-heçə nəticələnib. Yəni ağdamlılar həm ümumi balansı nizamlamağa, həm də “qızıl dubl” seriyasını davam etdirməyə çalışacaq. Bir sözlə, artıq neçə gündü ki, “Qəbələ” ilə “Qarabağ” arasında baş tutacaq növbəti matç müzakirə mövzusuna çevrilib. Əsas sual doğuran məqam isə hakim idarəçiliyi ilə bağlıdı. Mövsümün son oyununu kim idarə edəcək? Adətən, Hakimlər Komitəsi finalı çempionat ərzində özünü yaxşı tərəfdən göstərən, inspektorlarından yüksək qiymət alan hakimə tapşırır. Daha doğrusu, təyinat verərkən bu meyarlara əsaslandığını iddia edir (hərçənd ki, bu qayda elə sədr tərəfindən pozulur). Bu mövsüm isə cəzalanmayan hakim olmayıb. Söhbət həm də kobud, nəticəyə təsir edən səhvlərdən gedir. Belədə komitənin seçimini kimin üzərində edəcəyi sual doğurur.

FİFA referiləri...
Düzdü, mövsümün sonuna yaxın hakim səhvləri səngiyib. Yəni qış fasiləsindən dərhal sonrakı rüsvayçılıqlar yoxdu indi. Klublar da ədalət təmsilçilərindən razılıq edir. Elə götürək “Kəpəz”ə məğlubiyyətdən sonra açıqlama verən Roman Qriqorçukun dediklərini. Ukraynalı etiraf etdi ki, son turlardakı xal itkilərində hakimlərin “əməy”i olmayıb, əksinə, idarəçilik ideala yaxın olub. Bir-iki ay əvvəl olsaydı, “derbinin hakimi kim olsun” sualı üzərində çox da “baş sındırmazdıq”. Xaqani Məmmədov çətin seçim qarşısında qalan kimi, Fariz Yusifovu irəli verir. Ancaq indi risk etməyə, deyək ki, Ömər Paşayeva, Rauf Cabbarova, Orxan Məmmədova, hətta Elvin Əsgərova da güvənmək olar. Təbii, bu cür mərkəzi qarşılaşmaları FİFA referilərinin idarə etməsi daha məntiqlidi. Yəqin ki, Hakimlər Komitəsi də belə edəcək. Bəs kimin şansı daha çoxdu?
Başlayaq Əliyar Ağayevdən. Əslində kənar amil olmasaydı, finalı idarə edəcək hakimin Əliyar olacağını düşünərdik. Bəlkə də Məmmədov ən çox fəxr etdiyi yetirməsinə də güvənəcək. Lakin bəzi məqamlar qeyd olunmalıdı. Əvvəla, Ağayev 3 dəfə, özü də ardıcıl 3 finalı (2011/12, 2012/13, 2013/14) idarə edib. Digər tərəfdən, çox güman, komitə hər iki klubun qəbul edəcəyi hakimin namizədliyi üzərində dayanacaq. Bu baxımdan Əliyarın namizədliyinə kölgə düşür. Axı “Qəbələ” həmişə ondan şikayətçi olub. Tərslikdən FİFA referisi əyalət təmsilçisinin oyunlarında ədətən, səhvləriylə yadda qalıb ki, bu da qarşı tərəfin ittihamlarını gücləndirib.
Rəhim Həsənovun da Naxçıvanda iş başında olacağı inandırıcı deyil. Bunun da səbəbi var. Qeyd edək ki, tərəflərin cari mövsüm çempionatda ilk iki dövrədəki görüşlərini Rəhim idarə edib. Düzdü, FİFA referisi ilk sınaqdan üzüağ çıxmışdı. Yadınızdadısa, “Qəbələ”nin 2:0 hesabı ilə qalib gəldiyi görüşdə hansısa klub rəsmiləri, məşqçilər və ya futbolçular ədalət təmsilçisini günahlandırmamışdı. Bəlkə də elə buna görə Xaqani Məmmədov tərəflərin ikinci duelini də eyni hakimə həvalə etməyi lazım bilmişdi. Lakin həmin oyunda yaşananlar – şübhəli penalti, oyunun vaxtının nəzərdə tutulduğundan artıq oynanılması, məhz həmin uzatma dəqiqələrində qol vurulması, Riçard Almeydanın “qırmızı”dan sonra texniki zonanı tərk etməməsi kimi məqamlar böyük söz-söhbətə səbəb olmuşdu. Təbii, bütün bunları sadalamağımız boşuna deyil. İlk iki oyundakı idarəçiliyi yada salmaq, bununla da Rəhimin budəfəki oyuna təyinat almayacağını əminliklə demək olar.
Digər FİFA referisi Ömər Paşayevi şanslı saymaq olar. Əvvəla o, “Qarabağ”ın və ya “Qəbələ”nin hakimi” kimi ad çıxarmayıb. Mümkündü ki, Xaqani Məmmədov bu ildən FİFA referisi adını alan ədalət təmsilçisinə jest etsin. Ancaq çox güman, o, buna risk etməyəcək və daha çox güvəndiyi, təcrübəli birini Naxçıvana yollayacaq.

...və Fariz Yusifov
Təcrübədən danışırıqsa, önə Fariz Yusifov çıxır. İllərin təcrübəsini çiynində daşıyan, karyerasında dəfələrlə bu cür ağır oyunların öhdəsindən gələn sabiq FİFA referisinin şansı çox yüksəkdi. Təsadüfi deyil ki, “Qəbələ” ilə “Qarabağ”ın son iki duelini Fariz bəy idarə edib. Qəbələdəki matçda idarəçilik yüksək səviyyədə olmuşdu. “Qırmızı-qaralar”ın 2:0 qalib gəldiyi oyunda ilk qolda yan xətt hakimiylə ani anlaşılmazlıq yaşayan, ancaq dərhal da məsləhətləşib düzgün qərar verən Yusifov “uçurumun kənarından dönmüşdü”. Hərçənd ki, “Tofiq Bəhramov”dakı görüşdə sabiq FİFA referisi kobud səhvlə yadda qaldı. O, Maksim Medvedevin Filip Ozobiçi sillələməsini gözdən qaçırdı. Nəticədə ötən turda təyinatsız qaldı. Bu amil onun ziyanına işləyə bilər. Ancaq istənilən halda, ən şanslı namizəd elə Yusifovdu. Faizlə ifadə etsək, Fariz bəyin şansı 40, Ömərinki 30, Əliyarla Rəhimin hər birisinki 10 faizdi. Qalan 10 faizi də digərləri üçün saxlayırıq ki, Xaqani Məmmədov Rauf Cabbarov, Elvin Əsgərov, İnqilab Məmmədov, Ramil Diniyev və Orxan Məmmədova güvənməklə sürpriz edə bilər.

Yeri gəlmişkən…
Müstəqillik dönəmində ilk kubok mövsümünün həlledici oyununu Gülağa Cabbarov idarə edib ki, onun oğlu Rauf yalnız bir dəfə finalın ehtiyat hakimi kimi briqada üzvü olub. 23 finalda 14 referi iş başında olub ki, Xaqani Məmmədov, Vüsal Əliyev, Fariz Yusifov və Əliyar Ağayev hərəyə 3, Tahir Süleymanov isə 2 dəfə iş başında olub. Bu mənada Fariz bəylə Əliyardan hansı təyinat alacaqsa, rekordçu olacaq. Bu yerdə bir maraqlı faktı yada salaq. İngiltərədə 1902-ci ildən bu yana bir hakim iki dəfə final idarə etməyib! Yəni hər dəfə müxtəlif referilərə bu şans verilib. Bizdə isə…
Finalın bütün hakimləri
1992 Gülağa Cabbarov
1993 Orucəli Durmuşov
1993/94 Nüvər Xasıyev
1994/95 Xaqani Məmmədov
1995/96 Tahir Süleymanov
1996/97 Tahir Süleymanov
1997/98 Asim Xudiyev
1998/99 Xaqani Məmmədov
1999/2000 Xaqani Məmmədov
2000/01 Məhəmməd Məmmədov
2003/04 İmanxan Sultani
2004/05 Fariz Yusifov
2005/06 Vüsal Əliyev
2006/07 Vüsal Əliyev
2007/08 Manuel Qrafe (Almaniya)
2008/09 Vüsal Əliyev
2009/10 Elçin Məmmədov
2010/11 Fariz Yusifov
2011/12 Əliyar Ağayev
2012/13 Əliyar Ağayev
2013/14 Əliyar Ağayev
2014/15 Rəhim Həsənov
2015/16 Fariz Yusifov
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:16 AÇ üçün heyət açıqlandı Dünən, 23:15 Ölkə çempionatı başa çatdı Dünən, 23:14 Ukrayna ilə bacarmadıq Dünən, 23:13 Nağı Səfərova yenə etimad göstərildi Dünən, 23:12 Bakıda “Red Bull”dan əzələ nümayişi Dünən, 23:10 Kamran Şahsuvarlı finalda Dünən, 23:08 Əliyar Ağayev “Rusenborq”un oyununa təyinat aldı Dünən, 23:07 UEFA-nın MDB üzrə əlaqələndiricisi “Futbol+”ə danışdı Dünən, 23:05 “Zirə”nin oyununda təcrübəsiz qazax Dünən, 22:56 “Qarabağ” oyuna çıxır, “Samtredia” hücumçuyla gücləndi Dünən, 22:55 “Neftçi” rəsmisi gördüyü işdən danışmaq istəmədi Dünən, 22:44 “Zirə”də yayın məsələsində qeyri-müəyyənlikdi Dünən, 22:43 “Dalğa Arena” avrokubok oyunlarına hazırdı Dünən, 22:42 Patrik Klyuvert “Vətən”ə təşəkkür edib Dünən, 22:37 Sloveniyada AÇ-yə gerisayım başlayır Dünən, 22:36 Fransa millisinin sabiq yarımmüdafiəçisi “Qəbələ”də Dünən, 22:34 Futzal millimiz yenə braziliyalıya tapşırılacaq Dünən, 22:33 Yığmamız qrupda qaldı Dünən, 22:31 BOK prezidenti MOK-a məktub göndərdi Dünən, 22:30 Ayxan Abbasov “Zirə”ni Avroliqaya hazır sayır Dünən, 22:27 "Zirə" rumın müdafiəçi transfer etdi Dünən, 22:09 TRANSFER DOSYESİ Dünən, 22:07 Zirə azarkeşləri oyunun Mərdəkanda keçirilməsindən razıdı Dünən, 22:06 “Sumqayıt” jurnalistlər üçün iftar süfrəsi açdı Dünən, 22:03 “Zirə”nin legionerləri Türkiyədə ləngidi 23-06-2017, 20:23 Avropa Yay Olimpiya Festivalına lisenziya qazandılar 23-06-2017, 20:22 Otellərin sayı artsa, Bakıya daha çox “Formula-1” azarkeşi gələcək 23-06-2017, 20:20 Ronaldoya millinin forması hədiyyə olundu 23-06-2017, 20:17 Emil Balayev “Səbail”ə keçərkən Qurban Qurbanovla danışmayıb 23-06-2017, 20:14 “Zirə” biletlərin qiymətini açıqladı 23-06-2017, 20:12 Əliyar FİFA karyerasına sıfırdan başlayır... 23-06-2017, 20:09 “Samtredia” ilə ilk oyunun başlama vaxtı dəqiqləşdi 23-06-2017, 20:08 “İnter”in rəqibi son çempionu məğlub etdi 23-06-2017, 20:06 Avroliqanın debütantı mübarizəyə hazırdı 23-06-2017, 20:00 Sumqayıtda mükafatlandırma 23-06-2017, 19:56 Yığmanın baş məşqçisi Ermənistanla oyundan danışdı 23-06-2017, 19:55 Avroliqada ikinci dövrə başlayır 23-06-2017, 19:52 Divizionda çıxış edəcək “Binə”nin büdcəsi 150 min manatdı 23-06-2017, 19:47 Stamenkoviç “Mladost”un bəxtinin gətirmədiyini düşünür 23-06-2017, 19:44 Fanklub rəhbərləri “Milan” azarkeşlərinə haqq qazandırdı 23-06-2017, 19:42 “Fənərbaxça”nın baş məşqçisi Antalya kampından danışdı 23-06-2017, 19:40 Millinin heyəti açıqlandı 22-06-2017, 19:21 Subaşiç “Mladost” haqda gizli heç nə qoymadı 22-06-2017, 19:18 “İnter” “Mladost”u “Dalğa Arena”da sınağa çəkəcək 22-06-2017, 19:17 Zaur Axundov Azərbaycana söz verdi 22-06-2017, 19:15 “Axmat” “Qarabağ”ı da bir qolla üstələdi 22-06-2017, 19:13 “Zirə” vətənə məğlub döndü 22-06-2017, 19:11 “İnter” və “Zirə” siyahını açıqladı 22-06-2017, 19:10 Vyana “Qarabağ”ının Bakıda fanklubu olacaq 22-06-2017, 19:08 “Mladost”la oyunu böyük ümidlərlə gözləyirik” 22-06-2017, 19:06 “Bursa BB”də qaldı 22-06-2017, 19:05 Erməni baş məşqçidən etiraf 22-06-2017, 19:03 Əsgərlərə açıq məktub yazdılar 22-06-2017, 19:00 Çimərlik futbolu yığması Belarusa gedir 22-06-2017, 18:58 Hakimlərimizdən videotəkrara fərqli yanaşma 22-06-2017, 18:57 “Səbail” Emil Balayevi saxladı 22-06-2017, 18:55 Elnur Cəfərov da “Neftçi”ylə müqavilə bağladı Bütün xəbərlər
Ən çox oxunanlar