22 apr 00:42olke

“Eurosport” Adamsın Azərbaycan gündəliyini vərəqlədi

“Eurosport” Adamsın Azərbaycan gündəliyini vərəqlədi
“Üzeyir Rəhimov olmasaydı, çətin ki, mən indi yaşayardım”

Məşhur “Eurosport” portalı Toni Adamsın “Qranada”nın baş məşqçisi təyin olunması ilə bağlı xüsusi yazı hazırlayıb. Həmin yazıda həmkarımız ingilis mütəxəssisin vaxtilə “Qəbələ”nin uğurları üçün çalışdığını və Azərbaycanda çox sevildiyini vurğulayıb: “Qarşısına qoyduğu məqsədə çatmaq üçün hər şeyə hazır olduğundan “Portsmut”dakı uğursuz dönəm belə onu “sındırmadı”. Məşqçilikdə ilk addımlarını atan ingilis axtarışlarını davam etdirirdi və bu üzdən Azərbaycana yollanmaqdan qorxmadı. Heç bir əcnəbi mütəxəssisin iki ildən artıq duruş gətirə bilmədiyi liqada ona baş məşqçi kimi üçillik müqavilə ilə yanaşı, klubun idman direktoru vəzifəsi də həvalə olundu. “The Guardian”a açıqlamasında Toni Adams “Qəbələ” ilə bağlı bunları söyləyib: “İnsanlar orda mənə çox mehriban münasibət göstərirdilər. Xüsusilə nəhəng Bakı ilə gözəl təbiəti, qarlı dağları olan Qəbələ məni valeh etmişdi”. Adını qeyd etdiyimiz qəzetdə Adamsın “Qəbələ”də çalışdığı vaxtda müqaviləyə əsasən milyon funt sterlinq aldığı da göstərilib.
Azərbaycanın bölgə təmsilçisi Tonidən əvvəl daha bir ingilisi yüksək posta dəvət etmişdi. Bu vaxtilə “Everton”da çalışmış Alister Saverimutto idi. O klubun stadionunu Britaniya arenaları kimi düzəltmiş, akademiyanın təməlini qoymuşdu. Ancaq Azərbaycanda bəzi məqamları diqqətdən qaçırmışdılar. Adams “Daily Mail” qəzetinə müsahibəsində klubda işə başladığı ilk vaxtları belə xatırlayıb: “Biz birinci məşq üçün stadiona gələndə meydanın ətrafı it nəcisi ilə dolu idi. Mən stadionun əməkdaşından meydanı qaydasına salmasını istədim. O isə nə etsə, yaxşıdı? Həmin şəxs nəcisi futbolçuların tullanma hərəkətləri etdiyi qum çalasına tulladı. Bir dəfə də bizim məşq meydanımızda inəyin gəzdiyini gördüm. Heyvan meydanın mərkəzini pis günə qoyub, ətrafı “batırmışdı”. Arsen Venger həmişə mənə nümunə olub. O məşqçilik kareyarasına Yaponiyada başlayıb, sonradan isə əfsanəyə çevrilib”.
“Qəbələ” ilə müqavilə Adamsın həyatında sonuncu ola bilərmiş. Məşqlərin birində qəfil onun halı pisləşib. Kürəyində ağrılar hiss edib. Qısa vaxtda veteran futbolçunu müayinə ediblər və bəlli olub ki, damarları tutulduğundan qan yaxşı işləmir: “Həkim Üzeyir Rəhimov olmasaydı, çətin ki, mən indi yaşayardım. Ürəyimdə apardığı əməliyyatla həyatımı xilas etdi”.
Qəbələ avropalı Adamsı təəccübləndirməkdə davam edirdi. Bütün çətinliklərə baxmayaraq, ingilis orda duruş gətirə bildi. O hətta Azərbaycanın məşhur alkoqollu içkilərindən də imtina etmişdi: “Burda ancaq çay içirəm. Onu da bildirim ki, Azərbaycan çayı çox dadlıdı”.
“Qəbələ” ilə müqaviləsinin müddəti 3 illik olsa da, ailə məsələləri səbəbindən Adams ilyarımdan sonra klubdan ayrılıb və 6 il məşqçilikdən uzaq düşüb. Futbolçu Adamsın uğur resepti çox sadə idi – mübarizə apar, döyüş, meydanda bütün gücünü qoy. Özü də müsahibələrində vurğulayıb ki, bütün bunlar bir arada olanda tribunalar sənin adına mahnılar bəstələyir. Məşqçi kimi də o eyni qaydaya əməl edir. Bu “Portsmut”da da belə olub, “Qəbələ”də də. Yəqin ki, “Qranada”da da belə olacaq.
RƏŞAD hazırladı
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 13:43 Tarixi uğurun memarı hədəfini açıqladı Dünən, 13:40 “Neftçi”lilər “Səbail” azarkeşlərinə “erməni” deyib Dünən, 13:38 Nizami “Çərkəzköy 1911”dən ayrıldı Dünən, 13:36 Xanım referi bu dəfə Heydər Əliyev Fonduna müracət edib Dünən, 13:28 “Qarabağ”ın işçisi klubdan ayrıldı Dünən, 13:24 Tahir Süleymanov İK-nın qərarını gülünc sayır Dünən, 13:23 “Qəbələ”nin meneceri inzibatçını günahsız saydı Dünən, 13:21 Obradoviç təklifini bəzi klublar dəstəkləmədi Dünən, 13:20 “Arsenal” finala çıxsa, UEFA Mxitaryana görə ingilislərə dəstək verəcək Dünən, 12:58 Baş katib qayıtdı, “Kəpəz”in rəisi klubdan ayrıldı Dünən, 12:56 MOİK darmadağın oldu, "Sumqayıt-2" fərqi azaltdı Dünən, 12:50 Tahir Süleymanov “Ayaks”dan və “Futbol+”dən yazdı Dünən, 12:49 Alesio toplanışı dəyərləndirdi Dünən, 12:47 İkinci oyunda uduzdular Dünən, 12:43 İntizam Komitəsi Jozef-Monrozu bağışladı, Rıbkaya güzəşt etdi Dünən, 12:39 Essyen yenidən “Stemford Bric”də görünəcək Dünən, 12:36 “Qəbələ” üçün yarımfinal ərəfəsində üçüncülük şansı Dünən, 12:34 “Tobol”un səhifəsi Emili maraqlı paylaşımla təbrik etdi Dünən, 12:33 “Hələlik Aynur Sofiyeva 2-ci yerdədi” Dünən, 12:30 Mirabdulla Abbasov hərəkətinə aydınlıq gətirdi Dünən, 12:21 Yığma Ukraynaya uduzdu Dünən, 12:18 Projektor olmasa da, final istənilən halda Naxçıvanda keçiriləcək 17-04-2019, 16:52 Turun statistikası 17-04-2019, 16:50 Turun məşqçisi 17-04-2019, 16:49 Turdan məqamlar 17-04-2019, 16:46 “Neftçi”nin çempionluq şansını itirmədiyini düşünürlər... 17-04-2019, 16:44 “Səbail”in vaxtla bağlı etirazı gülməlidi 17-04-2019, 16:42 Turun oyunçusu 17-04-2019, 16:41 Turun sitatı 17-04-2019, 16:40 "Keşlə”yə baxışa fransız oyunçu gəlib 17-04-2019, 16:36 “Neftçi” üstünlüyü bu cür əldən verdi… 17-04-2019, 16:33 Fariz Nəcəfov Tale Heydərovla görüşmək üçün ölkəni tərk etdi 17-04-2019, 16:32 Fariz Nəcəfov “Zirə”ylə oyundan sonranı nişan verdi 17-04-2019, 16:28 Jozef-Monroz Azərbaycan xalqından üzr istədi 17-04-2019, 16:27 Erkin İbrahimov “Neftçi”nin maraqlandığı argentinalını bəyənməyib 17-04-2019, 16:25 Ötən həftə premyer-liqaya vəsiqə qazandı, sabah çempion ola bilər 17-04-2019, 16:24 Yığma bu gün Ukrayna ilə qarşılaşacaq 17-04-2019, 16:22 Hakimlərin mühakiməsi 17-04-2019, 16:21 İlham Allahverdiyev Türkiyəni Qusara dəyişdi 17-04-2019, 16:19 Eddidən məhsuldar ötürmə və "sarı" 17-04-2019, 16:17 Yığma serblərə qalib gəldi 17-04-2019, 16:14 Azər Bağırov AFFA-nın tələblərini yerinə yetirməkdə problem görmür 17-04-2019, 16:14 “Kəpəz”in icraçı direktoru postuna namizəd ittihamlara cavab verdi 17-04-2019, 16:12 “Neftçi”nin gələn mövsüm 1-5-ci yerlərdən birini tutacağına inanıram” 16-04-2019, 16:16 Kubok proqramı açıqlandı 16-04-2019, 16:15 “Qəbələ” bacıoğlunun, SOCAR-ın, yoxsa ərəblərin olacaq? 16-04-2019, 16:13 Niyazi Bayramovla görüşə bilməyən Elxan Məmmədov Tovuza baş çəkdi 16-04-2019, 16:11 Emil oynayır, “Tobol” qələbələri sıralayır 16-04-2019, 16:06 “Qarabağ”dan Qurbanova 3 xallı, 3 qollu təbrik 16-04-2019, 16:02 Vitali Borisov 2 metrin söhbətini edir... 16-04-2019, 16:00 Autsayder ADBTİA-nın önünə çıxmadı 16-04-2019, 15:59 Samir Abasov həmşəhərlilərini əliboş yola saldı 16-04-2019, 15:56 “Qəbələ” qələbəni Tale Heydərova həsr etdi 16-04-2019, 15:52 “Keşlə”dən ardıcıl 4-cü məğlubiyyət 16-04-2019, 15:49 Aftandil Hacıyev hakimliyə üsyan etdi 16-04-2019, 15:46 “Səbail” flaqmanı “taxtdan saldı” 16-04-2019, 15:43 Həftənin idman proqramı Bütün xəbərlər
Ən çox oxunanlar