22 apr 00:34olke

Avroliqaya sonuncu vəsiqə kimin olacaq?

Avroliqaya sonuncu vəsiqə kimin olacaq?
“Zirə” və “Kəpəz”in şansı daha yüksəkdi
Premyer-liqanın sonuna 2 tur qalsa da, bir sıra sualların cavabı məlumdu. Ötən tur “Qəbələ”nin Gəncə səfərində məğlubiyyət acısı yaşamasının ardından “Qarabağ” “İnter”ə qalib gələrək, çempionluğunu rəsmiləşdirdi. Bu, ağdamlıların ardıcıl 4-cü, ümumilikdə 5-ci zəfəri idi. Çempionluq mübarizəsində “köhlən atlar”a uduzan “qırmızı-qaralar”, böyük ehtimalla, gümüş medallarla kifayətlənməli olacaq. Düzdü, Roman Qriqorçukun yetirmələri ikinciliyi təmin etməyib. Ancaq “İnter”in “gümüş”ü bölgə təmsilçisinin əlindən qoparması üçün “Qəbələ” qalan iki turda uduzmalıdı. Özü də bu oyunlardan biri növbəti turda məhz “İnter”ə qarşı olacaq və həmin matçda “göy-ağlar” iki və daha artıq top fərqi ilə qalib gəlməlidi. Əks halda, şəxsi oyunlardakı üstünlüyə görə qəbələlilər gümüş medalları qazanacaq. Çox güman, 27-ci turda bu sual da cavabını tapacaq. AZAL-ın premyer-liqaya yuvarlanacağı hələ 24-cü turda rəsmiləşmişdi. Bir sözlə, mükafatçılar, avrokuboklara gedəcək 3 komanda bəllidi, son yerin sahibi bilinir, qalır yalnız bir prinsipial məqam. Burda söhbət premyer-liqadan gedir. O başqa məsələ ki, “Qarabağ”la “Qəbələ” üçün kubokun finalı kimi önəmli sınaq var. Çempionatdakı yeganə sual doğuran həmin məqam məhz avrokuboklara 4-cü vəsiqə ilə bağlıdı. Qeyd edək ki, çempionatda 4-cü yer uğrunda hazırda dörd komanda mübarizə aparır: “Zirə”, “Sumqayıt”, “Kəpəz”, “Neftçi”. Bu dörd komandadan hansının Avroliqaya vəsiqə yolunda daha şanslı olduğunun saf-çürük etməyə dəyər.
Zirə - 35 faiz
Ötən mövsümün gümüş medalçısı qış fasiləsinə kimi arzuladığı nəticələri qazana bilmədi. İlk yarı bitəndən sonra Adil Şükürovla yolların ayrılmasına qərar verən klub rəhbərliyi komandanı Ayxan Abbasova həvalə etdi. Fasilədə isə heyətə bir sıra futbolçular cəlb olundu və uğurlu nəticələr fonunda hazırda “qartallar” avrokuboklara sonuncu vəsiqəyə daha çox şansı olan iki komandadan biridi. Əvvəla, “Zirə” hazırda məhz 4-cü pillədə qərarlaşıb. Növbəti iki turda Abbasovun yetirmələri evdə “Neftçi”, səfərdə AZAL ilə qarşılaşacaq. Bu iki rəqib “qartallar” üçün çətin sayılmır. “Neftçi” ilə bundan öncəki hər 3 matçda “Zirə” qələbə qazanıb (1:0, 2:0, 2:1). Abbasovun komandası həmin uğurlu seriyanı davam etdirmək niyyətindədi. Düzdü, kubokun 1/4 final mərhələsində zirəliləri məhz “ağ-qaralar” mübarizədən kənarlaşdırmışdı. Səfərdə 3 cavabsız qolla qalib gələn paytaxt təmsilçisi evdə uduzsa da (1:2), növbəti mərhələyə adladı. Ancaq premyer-liqada “ağ-qaralar” “Zirə” ilə oyunlarda əməlli-başlı sindrom yaşayır. Belə ki, “qartallar” çempionatda indiyədək “Neftçi”yə məğlub olmayıb. Oyunun “Zirə”nin stadionunda keçirilməsi də bu komandanın üstünlüyüdü. Abbasovun yetirmələri son turda səfərdə AZAL-la üz-üzə gələcək. Cari mövsüm bu rəqiblər arasında keçirilən 3 oyundan ikisində “Zirə” qələbəni bayram edib (3:1, 1:1, 2:1). Evdəki hər iki matçda 3 xalı hesabına yazan “qartallar” yalnız səfər qarşılaşmasında xal itirib. Doğrudu, hazırda “təyyarəçilər”in hansısa hədəfi yoxdu. Yalnız imic baxımından Tərlan Əhmədovun komandası “Zirə”yə başağrı ola bilər. Lakin bu o qədər də inandırıcı görünmür. Beləliklə, son iki turdakı oyunları incələyərkən, “Zirə”nin Avroliqa şansını 35 faizlə dəyərləndirmək mümkündü.
Kəpəz – 30 faiz
Hazırda turnir cədvəlindəki sıralamada “Kəpəz” “Sumqayıt”dan geridədi. Lakin gəncəlilərin AL-ə vəsiqə yolu daha rahat görünür. Bu üzdən Şahin Diniyevin komandasının mövsümün sonunda 4-cü yeri tutmaq perspektivi “Zirə”dən ciddi fərqlənmir. Əslində qərb təmsilçisi fasiləyə qədər heç də istədiyi nəticələri əldə edə bilməmişdi. Bəzi evdə keçirilməli olan oyunlarının səfər qarşılaşması ilə əvəzlənməsi də uğursuz axarda “pay sahibi idi”. Lakin fasilədən sonra evdə olduqca inamlı təsir bağışlayan “sarı-göylər” vəziyyətini düzəldə bildi. Xüsusən Gəncə səfəri rəqiblər üçün “qorxulu yuxu”ya çevrilib. Komanda hazırda 4-cü yerdə qərarlaşan “Zirə”dən cəmi 3 xal geridə qalır ki, bu da bir turda dəyişə biləcək fərqdi. Bundan başqa, “Kəpəz”in qalan 2 turdakı rəqiblərinin də ciddi hədəfi yoxdu. Belə ki, Diniyevin yetirmələri 27-ci turda premyer-liqanı tərk etməsi rəsmiləşən AZAL-la səfərdə qarşılaşacaq. Ancaq bir məsələ də var ki, cari mövsüm “təyyarəçilər”lə oyunlar elə də asan keçməyib. Evdəki hər iki matçda bu rəqiblə “sülh bağlayan” (0:0, 1:1) Gəncə təmsilçisi yalnız “AZAL Arena”dakı görüşdə qələbə qazanıb (1:0). Lakin mövcud durum fərqlidi. AZAL-ın hədəfi qalmayıbsa, “sarı-göylər” hazırda yüksəlişdədi. Son turda isə “Kəpəz” “İnter”i qonaq edəcək ki, o vaxta kimi paytaxt təmsilçisinin bürünc medala sahib olacağı rəsmiləşə bilər. Yəni Zaur Svanadzenin komandası üçün həmin turun formallığa çevrilməsi real görünür ki, bu da gəncəlilərin işinə yaraya bilər. Amma onu da qeyd edək ki, cari mövsüm qərb təmsilçisi “İnter”ə qalib gələ bilməyib (2:2, 0:0, 1:4). Elə kubokun 1/4 finalında da “Kəpəz”i mübarizədən kənarlaşdıran paytaxt klubu olmuşdu (2:0, 0:0). Belə deyək, hər nə qədər həmin oyun ərəfəsində durum fərqli olsa da, fakt budu ki, “İnter” gəncəlilər üçün çətin rəqib sayılır. Yalnız “Kəpəz”in bu rəqibə istər kubok, istərsə də çempionat çərçivəsində evdə keçirdiyi oyunlarda uduzmadığını qeyd etməliyik.
Sumqayıt – 20 faiz
Ötən tur “Sumqayıt” “Zirə”ni məğlub etsəydi, indi məsələyə fərqli yanaşacaqdıq. Ancaq son dəqiqə qolu ilə qələbəni əldən verən “kimyaçılar” Avroliqaya vəsiqə yolunda işini çətinə saldı. Elə bir durumdu ki, “gənclik şəhəri” təmsilçisinin dördüncülük şansını 20 faizdən artıq proqnozlaşdırmaq olmur. Çünki qalan iki turda Samir Abasovun yetirmələrini heç də asan oyunlar gözləmir. Premyer-liqanın 27-ci turunda “Sumqayıt” səfərdə “Qarabağ”ın qonağı olacaq. Cari mövsüm çempionat çərçivəsində bu rəqiblər arasında baş tutan hər üç oyunda “kimyaçılar” “quru” hesablı məğlubiyyətlərlə (0:2, 0:3, 0:4) üzləşib. Hələ kubokun 1/4 final mərhələsindəki darmadağınları (0:6, 2:5) demirik. Düzdü, artıq “köhlən atlar” çempionluğu rəsmiləşdirib və həmin oyunun nəticəsi onlar üçün həyati əhəmiyyət daşımır. Qurban Qurbanovun kubokun finalını düşünərək əsas heyət üzvlərindən bəzilərinə istirahət imkanı yaradacağı da gözləniləndi. Ancaq “Qarabağ”ın 5:2 hesablı qələbə qazandığı qarşılaşmada Şehiç, Rəşad, Riçard, Miçel, Maksim, Ansinin oynamadığını xatırladaq. Əskinə, az şans qazananlar meydana çıxacaq və əlindən gələnin artığını etməyə çalışacaq. Son turda isə “gənclik şəhəri” təmsilçisi “Qəbələ”ni qonaq edəcək. Doğrudu, bu oyunda Abasovun komandasının xal qazanmaq ehtimalı var. Çünki cari mövsüm sumqayıtlılar “qırmızı-qaralar”la 3 dueldən ikisində heç-heçə edib (2:2, 1:1), yalnız 1-də uduzub (0:2). Digər tərəfdən, həmin tura kimi “Qəbələ”nin “gümüş”ü rəsmiləşdirəcəyi də realdı. Bundan başqa, kubokun finalına sayılı günlər qalmış Qriqorçukun heç bir əhəmiyyət daşımayan görüşdə “ağır artilleriya”dan istifadə edəcəyi inandırıcı deyil.
Neftçi – 15 faiz
Mövsümün ilk yarısında bərbad çıxışı ilə hər kəsin qınağına çevrilən “Neftçi” fasilədən sonra özünə gəldi. Düzdü, “ağ-qaralar” bəzi matçlarda hakim səhvinin qurbanına çevrildi. Bununla belə, qənaətbəxş nəticələr fonunda komanda turnir cədvəlində bir neçə pillə irəlilədi. Lakin ard-arda dördüncülük uğrunda əsas rəqibləri olan “Sumqayıt”a və “Kəpəz”ə uduzaraq yenidən 7-ci pilləyə yuvarlandı və AL-ə vəsiqə perspektivini olduqca çətinləşdirdi. Bu üzdən mövsümü titulsuz başa vuracağı bəlli olan “Neftçi”nin 80 yaşını qeyd etdiyi ildə dördüncülük şansı 15 faizdən çox deyil. Əvvəla, hazırda həmin pillə ilə paytaxt təmsilçisini 4 xal ayırır. İkincisi, 27-ci turda Elxan Abdullayevin yetirmələrini “Zirə” ilə səfər oyunu gözləyir ki, bu matçın favoritini yuxarıda “qartallar”ın AL şansını incələyərkən qeyd etmişik. Çempionatın son turunda isə “Neftçi” doğma meydanda “Qarabağ”ı qəbul edəcək. Cari mövsüm “ağ-qaralar”ın bu rəqiblə 3 dueldə qazancı 1 xal olub (0:3, 0:2, 1:1). Kubokun yarımfinalında da ağdamlılar “Neftçi” üçün keçilməz sədd oldu (0:2, 0:0). Doğrudu, “köhlən atlar”ın çempionluğu rəsmiləşdirdiyini, həmin görüşə əsas heyət üzvlərindən bir neçəsi olmadan çıxacağını vurğuladıq. Lakin komandalar arasındakı prinsipiallığı, “Qarabağ”a çempionluq kubokunun və qızıl medalların məhz “Bakcell Arena”da veriləcəyini nəzərə alsaq, ağdamlılar son görüşdə də maksimum nəticəyə oynayacaq. Özü də yadınızdadısa, kubokda yarımfinalın ilk oyununda “Qarabağ” əsas heyətin 6-7 üzvü olmadan qələbə qazanmışdı. Bir sözlə, yubliyar klubun mükafatsız qalması bir yana, AL şansı da çox deyil.
Son söz əvəzi
Təbii, bu bizim proqnozlardı və futbolun özünəməxsusluğu gözlənilməz nəticələridi. Qalan iki turda hadisələr tam fərqli məcrada da cərəyan edə bilər. Ancaq biz reallıqları, statistik göstəriciləri, komandaların durumunu nəzərə alıb, şansları dəyərləndirdik. O başqa məsələ ki, taleyi qeyri-müəyyən olan “İnter” avrokuboklardan imtina etsə, 5-ci yeri tutan komanda üçün “yaşıl işıq yanacaq”. Necə ki ötən mövsüm “Kəpəz” 5-ci, “Neftçi” 6-cı yeri tutub, avrokuboklara qatıldı. Gözləyək...
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 15:30 Ramil Quliyevin ilk məşqçisi onun geri dönməsini istəyir Dünən, 15:26 TRANSFER DOSYESİ Dünən, 15:25 Şarples mərkəzi arenada gördüyü işin sirrini açıqladı Dünən, 15:23 Vaif Əsədov Sadiqovun ittihamları ilə razılaşmadı Dünən, 15:19 “Qəbələ” əvəzedicilərinə qalib gəldi Dünən, 15:18 Ayxan Abbasov “Kəpəz”in qərarının səbəbini anlamayıb Dünən, 15:15 “Neftçi” yeni kartların satışına başladı Dünən, 15:14 “Parken”də anşlaq gözlənilir Dünən, 15:12 “Qarabağ” mövqeyini ortaya qoydu Dünən, 15:11 Danimarkadakı “Vətən” Cəmiyyətinin sədrindən şok vəd Dünən, 15:10 Dima qol hesabını açdı Dünən, 15:09 Yığma “cırtdan”la “Bakcell Arena”da qarşılaşacaq Dünən, 14:13 Höccət Hacıyev Lənkəran stadionunda dondurma satır? Dünən, 14:08 Azərbaycanlı agentlər Rauf Əliyevlə bağlı danışdı Dünən, 14:01 Ən güclü gimnastlar müəyyənləşdi Dünən, 14:00 Almaniyaya səfər ərəfəsində görüş Dünən, 13:59 Bu dəfə Sloveniyaya uduzdular Dünən, 13:58 Ruslan bir pillə irəlilədi Dünən, 13:56 Tofiq Heydərov fikrindən daşınıb? Dünən, 13:55 AMKF yeni sponsorun yolunu gözləyir Dünən, 13:54 “Turan” rəsmisi PFL-in iradları ilə razılaşdı Dünən, 13:52 Norveç səfirliyi viza vermədi, "Qarabağ" azarkeşləri piket keçirəcək Dünən, 13:50 "Traktorsazi" ilk qələbəsini qazandı Dünən, 13:49 Ölkə çempionu Şahmat Federasiyasına etiraz edir 19-08-2017, 19:46 Yığma üzvü zədələnib 19-08-2017, 19:44 Yığmanın baş məşqçisi mətbuat konfransı keçirəcək 19-08-2017, 19:41 “Xəzər Lənkəran” mərkəzi stadionu “Masallı”ya verildi 19-08-2017, 19:39 Yığmamız mövqeyini qorudu 19-08-2017, 19:36 Federasiya klublarla çempionatı müzakirə etdi 19-08-2017, 19:32 “Qarabağ” rəsmisi qazondakı problemləri problem saymır 19-08-2017, 19:30 “Qarabağ” rəhbərliyi ilə AFFA prezidenti arxa qapıdan yararlanıb 19-08-2017, 19:27 AFFA-nın gözü yol çəkir, Prosineçki vətənindən əl çəkmir 19-08-2017, 19:25 Yol polisi Rəşadın maşınını əlindən alıb 19-08-2017, 19:22 “Qəbələ” “Qalatasaray”la oynayacaq? 19-08-2017, 19:16 “Mil-Muğan”da köhnə-yeni baş məşqçi 19-08-2017, 19:13 Elmar Vəliyev stadiona görə Yevlaxın icra başçısına zəng vurub 19-08-2017, 19:11 Yeni yaradılan “Xəzər” birinci divizionda çıxış edəcək 19-08-2017, 19:07 “Qarabağ” “Parken”də dəstəksiz qalmayacaq 19-08-2017, 19:02 Şehiç yığmaya dəvət aldı 19-08-2017, 18:56 “Qarabağ” səfərdə nə etməlidi? 19-08-2017, 18:52 “Qarabağ” iki gün əvvəl gedir 19-08-2017, 16:41 Əsasnamənin havadan asılı qalan müddəaları 19-08-2017, 16:39 “Fikrimcə, ikili müqavilələr tək “İnter”də yox, başqa klublarda da var” 19-08-2017, 16:32 Ramil yenə meydana çıxmadı 19-08-2017, 16:29 Kəmaləddin Heydərov postunda qaldı 19-08-2017, 16:25 AQF saxta konfrans keçirib, Yaşar Məmmədovu neytrallaşdırdı 19-08-2017, 16:22 Dünya mətbuatı Ramil Quliyevdən yazır 19-08-2017, 16:14 UEFA “Kopenhagen”in Maksimlə bağlı şikayətini rədd etdi 17-08-2017, 20:09 Sloveniyanı udduq 17-08-2017, 20:08 Daha bir əcnəbi məşqçi ölkəmizi tərk etdi 17-08-2017, 20:06 Anastasiya dopinqli çıxdı, Tofiq Heydərov istefa verdi 17-08-2017, 20:05 AMKF bəyanat yaysa da... 17-08-2017, 20:04 Çingiz Hüseynzadə “Futbol+”in üzə çıxardığı faktları təsdiqlədi 17-08-2017, 20:01 “İnter” rəhbərliyi bəyanat yaydı 17-08-2017, 19:57 “Həmin pisniyyət adamlara görə hələ də transfer vərəqim “Kukesi”yə göndərilməyib” 17-08-2017, 19:54 “Qəbələ” akademiyasında yeni məşqçilər 17-08-2017, 19:52 Məhsuldar başlanğıc Bütün xəbərlər
Ən çox oxunanlar