12 iy 13:56olke

Lənkəranlı futbolsevərlər üçün acı və xoş gün


Zaur Ramazanov: “Həmin qarşılaşma karyeramda sonuncu oyun kimi tarixə düşdü”
Lənkəranlı futbol azarkeşlərinin 2010-cu ilin 8 iyul tarixini unutduğuna qətiyyən inanmağım gəlmir. Ona görə yox ki, “Olimpiya” ilə səfər qarşılaşmasından qolsuz bərabərliklə qayıdan “Xəzər Lənkəran” həmin komanda ilə Lənkərandakı oyunda Alan Lalinin 78-ci dəqiqədə vurduğu qol sayəsində hesabı 1:1 edib avrokuboklarla ilk cəhddə vidalaşmışdı. Ona görə ki, həmin gün Avropa futbolu cənubun paytaxtında qədəm qoymuşdu.
Düzdü, buna qədər Azərbaycan yığması DÇ-2010-un seçmə mərhələsi çərçivəsində Finlandiyanı məhz “Fırtınalar meydanı”nda qəbul etmiş, yerli futbolsevərlər stadionda boş yer qoymamışdı. Lakin bir lənkəranlı üçün ”Xəzər Lənkəran”ın doğma stadionda xarici komandaya qarşı necə mübarizə apardığı canlı izləməyin nə olduğunu özlərindən yaxşı bilən olmaz.
Düzdü, cənublular buna qədər də avrokuboklarda iştirak etmək imkanı qazanmışdı. Lakin Lənkərandakı arena beynəlxalq oyunları qəbul etməyə hazır olmadığından “ağ-yaşıllar” “Nistru”, “Lex” və Zaqreb “Dinamo”sunu Bakıda qəbul etmişdi. “Olimpiya” ilə qarşılaşma bu baxımdan başqalarından fərqlənirdi. Həm məkan, həm də növbəti mərhələyə olan ümid baxımından. Təəssüf ki, ortabab Moldova təmsilçisini yarışdan kənarlaşdırmaq mümkün olmamışdı.
“Olimpiya” ilə matçlardan əvvəl “Xəzər Lənkəran”ın düşərgəsində vəziyyət heç də ürəkaçan deyildi. Komandanın içində yaşananları təfərrüatı ilə bilməsək də, transfer məsələsində baş məşqçi Ağasəlim Mircavadovla klub rəhbərliyi arasında fikir ayrılığının yaşandığı dəqiq idi. Yekunda mərhələnin keçilməməsinin günahkarı təcrübəli mütəxəssis bilinmiş, o da öz növbəsində oyundan dərhal sonra istefa verdiyini açıqlamışdı.
Həmin vaxt komandanın qol ümidləri Emeka Opara ilə Alan Lalin olsa da, 34 yaşlı Zaur Ramazanovdan da gözləntilər böyük idi. Zaur səfər qarşılaşmasında 86-cı dəqiqədə meydana çıxsa da, Lənkərandakı görüşün ilk dəqiqəsindən şans qazanmışdı. Ötənlərin ünlü siması 2010-cu il iyulun 8-ni belə xatırlayır: “Düzü, tarix tam yadımda qalmayıb. Amma həmin dönəmi və oyunları yaxşı xatırlayıram. “Karvan”dan ayrılan vaxtlar idi, bir müddət futbolsuz qalmışdım. Mövsümün yekununda “Xəzər Lənkəran” avrokuboklara vəsiqə qazanmışdı. Ağasəlim Mircavadov da Avroliqa üçün komanda formalaşdırırdı. Bir gün Ağasəlim müəllim zəng edib məni komandada görmək istədiyini dedi. Ardınca Mais Mənsimov da əlaqə saxladı. Açığı, nə deyəcəyimi bilmirdim. Uzun müddət futbolsuz qalmışdım deyə, risk etmək istəmirdim. Sadəcə, fərdi şəkildə məşq edirdim. Təkbaşıma məşq etməklə komandaya bacardığım qədər kömək edəcəyimə əmin deyildim. Üstəlik, Avstriyadakı toplanışda iştirak etməmişdim. Elə oldu ki, Bakıdan birbaşa Moldovaya yollanmalı oldum. Hazır olmadığıma görə ehtiyatda qaldım, sona yaxın bir neçə dəqiqə oynadım. Lənkərandakı cavab görüşündə isə Ağasəlim müəllim motivasiya vermək üçün adımı start heyətinə saldı. Hamının içində demişdi ki, sən məşqsiz də bacaracaqsan. İkinci yarının ortalarına kimi oynasam da, qol vura bilmədim. Futboldan uzaq düşməyim özünü göstərirdi. Buna baxmayaraq, həm səfərdə, həm də Lənkəranda saysız qol imkanlarımız oldu. Yazıq qapıçıları kənarlardan top gətirməkdən bezmişdi. “Olimpiya” bizdən qat-qat zəif komanda idi, sadəcə, bəxtləri gətirdi. Mərhələ keçəndən sonra da elə sevinirdilər ki, sanki Çempionlar Liqasını qazanıblar. Moldavanlarla oyunda bir günahkar var idisə, o da bəxt idi.
Həmin görüş mənim üçün əlamətdar oldu, peşəkar karyeramda sonuncu oyun kimi tarixə düşdü. Mərhələ keçə bilməyəndən sonra Ağasəlim Mircavadov istefa verdi, yerinə Mirça Rednik gəldi. Elə oldu ki, Rednik komandada qalmağımı istəmədi. “Xəzər Lənkəran”dan ayrıldım və karyeramı başa vurdum.
O ki qaldı “Xəzər Lənkəran” – “Olimpiya” qarşılaşmasının Lənkəran stadionunda ilk avrokubok matçı olmasına, vallah, xüsusi ab-havanın yaşanması yadıma gəlmir. Çünki lənkəranlı fanatlar adi çempionat qarşılaşmasında da tribunaları tam doldurub komandaya dəstək verirdilər. “Olimpiya” ilə görüşdə də, sağ olsunlar, sona qədər yanımızda olduqlarını göstərmişdilər. Onlar üçün rəqibin adı, turnirin əhəmiyyəti maraqlı deyildi. “Xəzər Lənkəran” oynayırsa, vəssalam, stadion dolmalıydı”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
2-08-2020, 11:54 “Federasiya pandemiya olmayanda heç bir iş görmürdü, o ki qalıb indi” 2-08-2020, 11:47 Dörd kluba ümumilikdə 2 milyon 500 min manat ayrıldı 2-08-2020, 11:39 Əmir Ağayev “Sumqayıt”a mesaj göndərdi 2-08-2020, 11:36 UEFA klublarımızı xəbərdar edib 2-08-2020, 11:32 “Energetik”in prezidenti İlham Əliyevə məktub yazıb 2-08-2020, 11:27 Kənar qüvvələr “Şahdağ”ı parçalayır 2-08-2020, 10:56 “Hər bir futbolçunun xarakteristikasını yazıb baş məşqçiyə göndərdim” 2-08-2020, 10:25 “Qarabağ”ın azarkeşləri Matiçi qınayanlarla razı deyil 2-08-2020, 10:23 Yağış imkan vermədi... 2-08-2020, 10:20 “Kəpəz”in 17 yaşlı qapıçısı karyerasını bitirdi 2-08-2020, 10:17 “Gözümü yumdum, açdım ağzımı, ermənilərə döşədim” 31-07-2020, 12:29 Zaur Həşimov Rəşad Sadıqovun təyinatını gözləyirmiş 31-07-2020, 12:24 Ramil Şeydayev “Sabah”da qaldı 31-07-2020, 12:23 Hakimlərin toplanışı olacaqmı? 31-07-2020, 12:18 Yeni mövsüm üçün büdcəsi təsdiq olunmayan “Sumqayıt”... 31-07-2020, 12:16 “Neftçi”nin Türkiyəyə səfəri gözlənilir 31-07-2020, 12:14 Meza Kollinin “Keşlə”yə kömək edəcəyi inandırıcı görünmür 31-07-2020, 12:05 Əli Babayev İsrail çempionu olub 31-07-2020, 12:01 Şəhriyar Raufu yığmanın ən dəyərli oyunçusu sayır 31-07-2020, 11:55 Rauf Məmmədovun onlayn partiyalarının sayı milyona yaxınlaşır 31-07-2020, 11:36 “Sumqayıt”ın Azad dayısı dünyasını dəyişdi 31-07-2020, 11:35 Rafiq Mirzəyev Vaqif Cavadovun məktəbində işləyəcək 31-07-2020, 11:33 Sadıqov üçün serb müdafiəçi 31-07-2020, 11:31 Əvvəl start tarixi, sonra “transfer pəncərəsi”nin vaxtı müəyyənləşəcək 31-07-2020, 11:28 “Sumqayıt”ın bombardiri ilə maraqlanan yoxdu 31-07-2020, 11:24 31 iyul: Qəbələdə əzəli rəqiblərin dueli 31-07-2020, 11:22 “Neftçi” müqavilə yenilədi və azarkeşlərinə səsləndi 31-07-2020, 11:19 Yeni mövsüm avqustda başlayacaq: 14-ü, yoxsa 21-i? 31-07-2020, 11:17 Həm martda, həm də iyulda doğulan Əsgər... 29-07-2020, 22:06 Əsgər Abdullayev yubileyini Bakıda ailəsi ilə qeyd edib 29-07-2020, 22:04 “Keşlə” rəqibini “ASK Arena”da qəbul edə biləcək 29-07-2020, 22:03 AFFA-nın İşçi Qrupunda beş nəfər yer alıb 29-07-2020, 22:00 Əmrəliyə “Rapid”, “Levski” və “Ferentsvaroş”dan təkliflər olub 29-07-2020, 21:06 “Qəbələ” “Zirə” ilə qolsuz “sülh”ə razılaşdı 29-07-2020, 21:04 Əfran İsmayılov hələ də gözləyir 29-07-2020, 17:56 U-19-un üzvü 20 yaşında “xərçəng”dən dünyasını dəyişdi 29-07-2020, 17:54 Vidadi Rzayev futbolun durumundan yana-yana danışdı 28-07-2020, 15:07 “İdman TV”nin əməkdaşları evdə müalicə olunurlar 28-07-2020, 15:01 Mütəxəssislər “Hatayspor”un təklifini dəyərləndirdi 28-07-2020, 14:59 Vüqar Əsgərov “Dauqavpils”dən ayrıldı 28-07-2020, 14:56 Aftandil Hacıyev gələcəyə ümidlə baxır 28-07-2020, 14:52 “Ağsu Siti” divizionda oynamaq üçün Elxan Məmmədova müraciət edib 28-07-2020, 14:45 Şəhriyar “Zirə”ni Rəşad Sadıqova görə seçib 28-07-2020, 14:41 Meza Kolli iyulun sonunda gəlməlidi 28-07-2020, 13:59 Səhhəti Nazim Əliyevə məşqçi işləməyə imkan vermir 27-07-2020, 12:21 Essyen yenidən "Çelsi"də? - İDDİA 26-07-2020, 15:39 “Dedim, yox, iynə gücünə də olsa, meydana çıxacam” 26-07-2020, 15:37 Atanur Cəfərli Azərbaycan Azarkeşlər Birliyini yaratdı 26-07-2020, 15:35 Cavid Hüseynov “Qəbələ”yə döndü 26-07-2020, 14:34 “Öz səhvlərimizə görə Avroliqadan kənarda qaldıq” 26-07-2020, 14:30 “Qarabağ”ın potensial rəqibləri: 15-i bilinir, qaldı biri 26-07-2020, 14:27 “Keşlə” Bakıya qayıtdı… 26-07-2020, 14:24 “Səbail” Əmirquliyevi saxladı 26-07-2020, 14:18 AFFA yığmanın məşqçilərini Qəbələyə ezam etdi 26-07-2020, 14:16 “Neftçi TV” yeni layihələr təqdim edəcək 26-07-2020, 14:09 "Sumqayıt" “səpələnməmişlər” sırasında olacaq 26-07-2020, 13:59 “Bakı” Lənkərana bir avtobus mühafizəçi aparıb Bütün xəbərlər
Ən çox oxunanlar