22 apr 00:30olke

Nicat Muxtarov 3200 manat ziyana düşdü

Nicat Muxtarov 3200 manat ziyana düşdü
Ceyhun Sultanov: “Söyüş söyüb, etik qaydaları pozubsa, cəriməni də buyursun, öz cibindən ödəsin”

“Sumqayıt” – “Zirə” matçı meydan sahibləri üçün təkcə qızıldan qiymətli 2 xal itkisi ilə yadda qalmadı. Oyun başa çatandan sonra “kimyaçılar”ın yarımmüdafiəçisi Nicat Muxtarov hakimlər briqadasını təhqir etdiyinə görə İntizam Komitəsi tərəfindən 4 oyunluq cəzalanıb, kluba isə 3200 manat cərimə kəsilib.
Muxtarov bu addımı ilə həm də komandasını pis vəziyyətdə qoyub. Belə ki, futbolçu cari mövsümün son iki və 2017/18 “futbol ili”nin ilk iki oyununu kənardan izləmək məcburiyyətindədi.
Məsələ ilə bağlı “kimyaçılar”ın baş meneceri Ceyhun Sultanovun fikirlərini öyrəndik. Klub funksioneri yarımmüdafiəçinin oyun vəziyyətinə görə cəzalanmadığını qabardaraq, düşüncəsiz addıma görə cəriməni özü ödəyəcəyini bildirdi: “İntizam Komitəsinin qərarı ilə tanışıq. Muxtarov belə gərgin, komandanın hər xal uğrunda ölüm-dirim savaşı apardığı məqamda lazımsız hərəkətlə tək özünü yox, bütün kollektivi pis vəziyyətdə qoydu. Rəhbərlik də Muxtarovla bağlı ölçü götürəcək. Qərardan apellyasiya şikayəti vermək niyyətimiz yoxdu. Futbolçu etdiyi günahın bədəlini ödəməlidi. Bizim komandada nizam-intizama xüsusi diqqət verilir. Təsadüfi deyil ki, bu mövsüm “Sumqayıt” premyer-liqa təmsilçiləri arasında ən az vərəqə alan komandalardan biridi. Muxtarov oyun epizoduna görə cəzalansaydı, onu hardasa bağışlamaq olardı. Meydandan kənarda baş verən olaya görə klub cərimə ödəmək fikrində deyil. Nicat xal itkisinə meydanda yaşananlara görə əsəbləşmişdisə belə, hakimləri təhqir etməməliydi. Guya bununla nəyə nail oldu? Bəzən bizim gənc futbolçular düşünmədən addım atır. Sonra da peşmanlıq hissi keçirirlər. Söyüş söyüb, etik qaydaları pozubsa, cəriməni də buyursun, öz cibindən ödəsin. Ona görə belə edirik ki, ikinci dəfə bu səhvə yol verməsin. Yenə təkrarlayıram: "Sumqayıt"da nizam-intizama xüsusi fikir verilir. Nicatın özüylə çox ciddi söhbətimiz olacaq. Ancaq onu heyətdən kənarlaşdırmaq fikrimiz yoxdu. Muxtarovun klubla müqaviləsi var”.
Məsələ ilə bağlı cəzalanan futbolçunun da fikirlərini öyrənməyi lazım biıldik: “Vacib xal itkisi ilə üzləşdiyimizdən matç başa çatandan sonra öz-özümə deyinə-deyinə paltardəyişmə otağına tərəf gedirdim. Hakimlərin orda olduğunu görməmişəm. Başa düşmürəm, həmin sözləri hakimlər niyə özlərinə götürüblər? Onları təhqir etmək fikrim olmayıb. Paltardəyişmə otağına gedən yolda kamera olmadığından günahsızlığımı sübut etmək üçün nə edəcəyimi bilmirəm. İntizam Komitəsi məni çox sərt cəzalandırıb. Ümid edirdim ki, klub rəhbərliyi apellyasiya şikayəti verəcək. Ancaq bildirdilər ki, bu addım atılmayacaq. Son iki turda komandanın yanında ola bilməyəcəyimə görə çox məyusam. Sumqayıt doğma şəhərimdi. Klubla hələ birillik müqaviləm var. Son vaxtlar əsas heyətdə daha tez-tez yer alırdım. Təəssüf ki, yaxşı formada olduğum vaxtda xoşagəlməz olayla üzləşdim. Cəriməni kimin ödəyəcəyinə gəlincə, açığı, hələ bununla bağlı mənə bir söz deyilməyib. Ceyhun Sultanovla görüşmüşəm, ancaq o bu məsələ ilə bağlı heç nə demədi”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 18:04 “Canlı ensiklopediya” 65-i geridə qoydu Dünən, 17:57 Boris Xetaqurov da bizi təbrik etdi Dünən, 17:54 Tarixi sayı “Qarabağ”ın bütün heyətinə imzalatdıran oxucu Dünən, 17:32 “Futbol+”in işi klubların gözündə Dünən, 17:30 Klubların əksəri aşağı yaş qruplarına buts paylaya bilmir Dünən, 17:28 MOİK rəhbərliyi Ramil Əliyevi saxladı Dünən, 17:27 Cərimələr 20 mini ötdü Dünən, 17:26 Tərlan Əhmədovdan örnək addım Dünən, 17:24 “Atletiko”nun prezidenti Hafiz Məmmədovun qonağı oldu Dünən, 17:20 Gənclər “Atletiko”ya müqavimət göstərə bilmədi Dünən, 17:18 “Qarabağ” “Koroğlu”nun ətrafını bayram yerinə çevirdi Dünən, 17:16 İlk qol, ilk xal, bəs sonra… Dünən, 17:14 Anar Salmanovdan idarəçiliyə qiymət: biabırçılıq! Dünən, 17:11 Zabit Səmədov tanınmış döyüşçünü Bakıya gətirmək istəyir Dünən, 17:09 Prosineçki yenə ləngidi Dünən, 17:07 Superliqa oyunları ölkəmizdə yayınlanmayacaq Dünən, 17:05 Futzalçılar Alesioda günah görmür Dünən, 17:03 Maşallah Əhmədovdan 300 min manat tələb olunur Dünən, 17:01 Yığmanın sabiq çalışdırıcısından şok açıqlama Dünən, 16:58 Reaksiyalar Dünən, 16:55 Qurbanov fransız hakimin qərarı ilə razılaşmır 17-10-2017, 16:51 Təmkin yenə “Kəpəz”in başına oyun açdı 17-10-2017, 16:50 “Qəbələ” ikinci dövrəyə də darmadağınla start verdi 17-10-2017, 16:48 “Arada düşünürəm ki, bu qəzet olmasa, mən necə yaşaya bilərəm” 17-10-2017, 16:44 20 ildə “Futbol+”in bütün saylarını yığan oxucu 17-10-2017, 16:31 Fərhad “Qəbələ”liləri vaxtı uzatmaqda qınadı 17-10-2017, 16:29 Cavid Hüseynov da Prosineçkinin qalmasını istəyir 17-10-2017, 16:26 “Sabah”dan darmadağın 17-10-2017, 14:51 Mahir Mədətovun əmisinə xəsarət yetirdilər 17-10-2017, 14:50 Birinci divizionda ilk istefa 17-10-2017, 14:49 “Neftçi” “Səbail”in borcunu artıqlaması ilə qaytardı 17-10-2017, 14:47 Abasov yetirmələrini təriflədi 17-10-2017, 14:44 Qriqorçukun “avtobus taktikası” özünü doğrultdu 17-10-2017, 14:42 “Araz” mübarizəni dayandırdı... 17-10-2017, 14:40 Rahid Əmirquliyevin təftişi: iki halın heç birində oxumadı 17-10-2017, 14:38 “Qarabağ” “Atletiko”nu məğlub etsə, azarkeşlər pulsuz taksidən yararlanacaq 17-10-2017, 14:37 Prosineçki Sloveniya variantını təsdiqlədi 17-10-2017, 14:34 Antalyada ikiqat uğur 17-10-2017, 14:31 Ölkə çempionunu Danimarkada “döydülər” 17-10-2017, 14:30 Yığma üzvü Rusiyada kapitan oldu 17-10-2017, 14:28 İlk “üçlük”lə başqaları arasında uçurum dərinləşir 15-10-2017, 14:34 Errera və Barqasla anlaşma yeniləndi 15-10-2017, 14:32 Cavadovlar qız gözləyəndə Vaqif doğulub 15-10-2017, 14:28 “Qarabağ” sonda sevindi 15-10-2017, 14:26 “Azəryol” heyətini açıqladı 15-10-2017, 14:23 Zaur Paşayev “Kutaisi”dən ayrılıb 15-10-2017, 14:15 “Zirə”lilər “Xəmsə”nin rəhbərinə yardım etdi 15-10-2017, 14:10 Yığma üzvləri Prosineçkinin qalmasının tərəfdarıdı 15-10-2017, 14:08 Ukrayna da U-17-ni darmadağın etdi 15-10-2017, 14:05 Təbriz Həsənov məsuliyyəti üzərinə götürdü 15-10-2017, 14:03 “İsgəndər Cavadov Bakı Futbol Akademiyası”nın təqdimatı gecikir 15-10-2017, 14:02 “Traktorsazi” liderə uduzmadı 15-10-2017, 12:49 Azər Məmmədovun “Futbol+”ə açıqlaması klubu silkələdi 15-10-2017, 12:47 Bultuis qalmaqallı müsahibəyə görə sorğu-sual olundu 15-10-2017, 12:46 Hakimliyimizin biabırçı mənzərəsi... 15-10-2017, 12:44 Yığmalar rəsmi oyunlara çıxır, AFFA-nın saytı “yatır” 15-10-2017, 12:42 Reqbi Federasiyası acınacaqlı durumdadı Bütün xəbərlər
Ən çox oxunanlar