12 iy 13:47olke

Xaricdəki legionerlərimiz: hərə bir şeyin dalınca qaçıb


Nicat gözdağı versin, gənclər özlərinə yol açsın
Azərbaycan futbolunda durğunluq yaşandığı dönəmdə dünyanın bir çox ölkələrində mövsüm davam etdirilir. Diqqəti əcnəbi liqalara ayırmağımızın əsas səbəblərindən biri futbola ac qalmamağa görədisə, bəzi ölkələrdə azərbaycanlı futbolçuların top qovması faktı da mühüm rol oynayır.
Premyer-liqada komanda sayının azalması, birinci diviziona nəzarətin gücləndirilməsi və ən əsası, maliyyənin əvvəlki kimi olmamasına görədi ki, yerli futbolçular ac qalmamaq üçün şələ-şüləsini yığıb ölkəni tərk edir. Əvvəl belələrinin sayı barmaqla sayılacaq qədər az idisə, indi maşallah...
Yığmanın şərəfini qorumasına baxmayaraq, Azərbaycan futbolu ilə yaxından-uzaqdan əlaqəsi olmayan, futbolçu kimi yetişməsində əmək sərf etmədiklərimizlə işimiz yoxdu. Məsələn, Riçard Almeyda, Pavel Paşayev, Dmitri Nazarov, Eddi İsrafilov, Renat və Rüfət Dadaşov kimi milli futbolçularına adamın “azərbaycanlı” deməyə dili gəlmir. Onları bu diyara birləşdirən yığma və pasport amilidi, başqa heç nə.
Ona görə də legioner mövzusunda əsasən özümüzkülərdən, yəni Azərbaycanda doğulan, futbolun sirlərinə gözümüzün qabağında yiyələnən, ürəyi vətənlə döyünən, hər fürsətdə qaçıb Bakıya gələnlərdən söz açacağıq. Ölkədən kənarda top qovan belələrinin sayı isə kifayət qədərdi.
Kamal Mirzəyev
Uzaq Küveytə gedişi sırf təsadüf nəticəsində baş tutmuşdu. Ötən yay “Əl-Salmiyə” adlı komanda təlim-məşq toplanışı üçün Qəbələyə gələndə eyniadlı təmsilçimizlə yoldaşlıq görüşündə qüvvəsini sınamışdı. Kamal uzun ayrılıqdan sonra “Qəbələ”yə qayıtmışdı və yeni mövsümdə köhnə-yeni komandasına kömək etmək üçün hazırlaşırdı. “Əl-Salmiyə”nin baş məşqçisi Kamalı gördü, bəyəndi və Küveytə getməsinə nail oldu.
Həmyerlimiz düz 1 ildi adı çəkilən ölkədədi. Komandasının aparıcı üzvünə çevrilməklə adından söz etdirməyi bacarıb. Bildiyimizə görə, məşqçilər heyəti və rəhbərlik müqaviləsini yeniləməkdə maraqlıdı. Lakin Mirzəyevin orda olması ona və ölkə futboluna nə qazandırır? Puldan başqa heç nə. Yəni Küveyt futbolu bir legionerin “artırması” baxımından doğru ünvan deyil. Məsləhətli çempionat olsaydı, Kamal yığma məşqçilərinin diqqətini çəkərdi.
Nicat Qurbanov
Legioner olması ilə qürur duyduğumuz tək-tük futbolçulardandı. Nicat da futbolsuz qalmamaq üçün ötən yay Gürcüstana yollanmış, həmin vaxt birinci divizionda mübarizə aparacaq “Samtredia” ilə anlaşmışdı. Nicatın və digər futbolçuların sayəsində adı çəkilən komanda elitaya vəsiqə qazandı.
27 yaşlı futbolçu bu gün də “Samtredia”dadı. Gürcüstan təmsilçisinin əsas heyətində yerini möhkəmlədib, oyunu ilə rəğbət qazanıb və ən əsası, 4 oyunda 2 qol vurmağa müvəffəq olub.
Gürcü futbolçuların Azərbaycana qaçdığı vaxtda bizimkinin orda “artırması” mümkünsüzdü. Ha “Samtredia”da oynadın, ha “Səbail”də - ciddi fərq yoxdu. İşin maraqlı tərəfi Nicatın öz oyunu ilə həm gürcülərə, həm də qonşu ölkədə yaşayan ermənilərə Azərbaycanda da bacarıqlı futbolçuların olmasını sübut etməsidi. Odu ki, Qurbanovu alqışlamağa və dəstəkləməyə dəyər.
Nurlan Novruzov
Vaxtilə ölkənin gənc və perspektivli futbolçularından sayılan, gələcəyinə böyük ümidlər bəslənən, 2014/15 mövsümündə “Bakı”nın heyətində vurduğu 15 qolla mövsümün bombardiri adını qazanan Nurlan Novruzov artıq iki ildi ölkədən kənarda top dalınca qaçır. Təxminən 1 il Türkiyənin BAL liqasında “Dersim 62 Spor”la “Şanlıurfa Bələdiyəspor”un uğurları üçün tər tökdü, daha sonra Moldovada “Dinamo-Avto”da çıxış etdi. Bu ilin əvvəlindən isə Estoniyada “Narva-Trans”da oynayır. Vaxtilə ölkə çempionatının bombardiri olmuş birini Türkiyənin həvəskar liqasında, Moldova, Estoniya kimi ölkələrin ortabablarında görməyin nə demək olduğunu izah etmək artıqdı. Adama Azərbaycan futbolunda yer yoxdu deyə, topun dalınca başqa ölkədə qaçır.
Amit Quluzadə
Müstəqillik tarixinin yeganə azərbaycanlı futbolçusudu ki, 6 fərqli ölkədə legioner həyatı yaşamağa imkan tapıb. Gənc yaşlarında özü haqda xoş fikirlər formalaşdıran, “Neftçi”də oynadığı dönəmdə “Fənərbaxça” rəsmilərinin diqqətini çəkən dayaq yarımmüdafiəçisi Berti Foqtsun dönəmində millinin formasını geyməyə imkan tapmışdı. Lakin sonradan kölgəyə çəkildi, əvvəlki Amiti xatırlatmadı.
Quluzadə 2011-ci ildən bu yana Türkiyə, Portuqaliya, Yunanıstan, Kosovo, Bosniya və Hersoqovina təmsilçilərinin şərəfini qorumağı bacarıb. İndi isə Moldova “Sperantsa”sının sıralarındadı. Yeni komandasında necə olacağını zaman göstərəcək. Lakin Amitin Türkiyə xaric, digər ölkələrin heç birində özünü doğrultmadığı, daha doğrusu, lazımi qədər oynamadığı acı reallıqdı. Bu gün-sabah 28 yaşı tamam olacaq. Bundan sonra legioner kimi nəsə edəcəyi, nələrisə öyrənəcəyi inandırıcı görünmür. O da digər həmkarları kimi futbolsuz qalmamaq üçün başqa yerdə top qovur.
Fərid Nəbiyev
Haqqında 1 faiz də olsa, ümidlə danışa biləcəyimiz legioner varsa, o da “Qəbələ”nin yetirməsi Fəriddi. Adam 2 ildən çoxdu Çexiyadadı. Düzdü, bir ara sənəd problemi üzündən icarə əsasında Gürcüstanda top qovmalı oldu. Lakin Fərid Nəbiyev deyəndə ağla istər-istəməz Çexiya, lap dəqiq desək, Praqa “Slaviya”sı gəlir.
“Slaviya”nın əsas heyətində debüt etmək imkanı olmasa da, ikinci komandanın aparıcı fiqurlarından birinə çevrildi, qolları sıraladı. Lakin oyun təcrübəsinin azlığından əziyyət çəkməməsi üçün Jijkov “Viktoriya”sına icarəyə verildi. Artıq xeyli vaxtda aşağı dəstədə “Viktoriya”nın uğurları üçün tər tökür və yetərincə oynamaq şansı qazanır. Cəmi 20 yaşı var, üstəlik, Çexiya kimi ölkədə skautların gözü qarşısındadı. Bu isə o deməkdi ki, sonrakı mərhələ Nəbiyevin özündən asılıdı. Oyunu və bacarığı ilə özü-özünə yol açmalıdı. Bundan gözəl şans ola bilməz.
Samir Qurbanov
O da Çexiyadadı, “Viktoriya”da Fəridin komanda yoldaşıdı. Ötən il “Qəbələ”nin Avropa təmsilçisinə icarəyə verdiyi yarımmüdafiəçinin 19 yaşı martda tamam olub. Yəni indiki məqamda Samirdən dağ yaratmağı tələb edə bilmərik. Ölkə xaricinə uyğunlaşmaq prosesini keçir, “artırmaq” üzərində çalışır. İcarə müqaviləsinin müddəti 2021-in yayına qədərdi. Yəni qarşıda daha bir ili var.
Ona görə də “Viktoriya”nın əsas heyətində möhkəmlənmədiyinə görə Samiri “asıb-kəsmək” absurddu. Dəstək olmalı, təkan verməliyik. Lakin eyni zamanda özü də əlinə bu yaşda hansı şansın düşdüyünü bilməlidi. Nəbiyev kimi, Qurbanova da böyük ümidlər bəslənilir. Bu gün onların xaricdə olmalarının səbəbi nə klubsuzluqdu, nə də pulsuzluq. Sırf uğurlu və baxımlı karyera ümidi ilə ailələrindən uzaq düşüblər. Bu yerdə hər ikisinə şans yaradan “Qəbələ” rəhbərliyinə və agentləri Vaqif Heydərliyə “təşəkkür” düşür.
Arziman Rizvanov
Vaxtilə “Neftçi”nin əvəzedicilərinin sıralarında olan, lakin sonradan uğurlu karyera dalınca Avropaya yollanan 20 yaşlı yarımmüdafiəçinin dayanacağı da Çexiya olmuşdu. Bir müddət “Ostrava”nın U-19-nun, ardınca “Bohemians”ın B komandasının sıralarında olan Arziman hazırda Ukraynadadı. Elita təmsilçisi “Olimpik”də özünə yer edə bilmədi deyə, aşağı dəstədə mübarizə aparan “Avanqard”a icarəyə verildi.
Yaşını nəzərə alsaq, Ukraynada Azərbaycan pasportu ilə çıxış edən və legioner sayılan həmyerlimizi də uğurlu legioner həyatı yaşamağa cəhd edənlərin sırasına əlavə edə bilərik. Bunun üçün isə ilk növbədə “Avanqard”da özünə yer edib, premyer-liqa təmsilçilərinin diqqətini çəkməlidi.
Nəticə
Ümumi mənzərə ilə tanış olduz. Girişdə də qeyd etdiyimiz kimi, nazarovların, almeydaların, paşayevlərın mövzuya aidiyyatı yoxdu. Konkret azərbaycanlı futbolçulardan söz açdıq. Bəlkə də unutduqlarımız oldu. Amma bu gün göz qabağında olanlarımız bunlardı. Aralarında pul qazanmaq üçün gedənlər də var, futbolsuz qalmamaq üçün səfərə çıxanlar da. Hətta uğurlu gələcəyə ümid edən gənclər də. Lakin heç bir halda fakt faktlığını dəyişmir: xaricdə barmaqla göstərə biləcəyimiz legionerimiz yoxdu!
Heç Dmitrisi, Eddisi, Rüfəti də barmaqla göstərilməyə layiq deyil. AFFA-nın İcraiyyə Komitəsinin bugünkü iclasında isə, çox güman, yığmanı əcnəbi mütəxəssisə tapşırmaq ideyası müzakirə olunacaq. Ay binəvalar, bir azərbaycanlı futbolçu xaricdə üzümüzü ağ edə bilmir, fəxrlə göstərəcəyimiz legionerimiz yoxdu, siz də legioner məşqçi hayındasız...
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
2-08-2020, 11:54 “Federasiya pandemiya olmayanda heç bir iş görmürdü, o ki qalıb indi” 2-08-2020, 11:47 Dörd kluba ümumilikdə 2 milyon 500 min manat ayrıldı 2-08-2020, 11:39 Əmir Ağayev “Sumqayıt”a mesaj göndərdi 2-08-2020, 11:36 UEFA klublarımızı xəbərdar edib 2-08-2020, 11:32 “Energetik”in prezidenti İlham Əliyevə məktub yazıb 2-08-2020, 11:27 Kənar qüvvələr “Şahdağ”ı parçalayır 2-08-2020, 10:56 “Hər bir futbolçunun xarakteristikasını yazıb baş məşqçiyə göndərdim” 2-08-2020, 10:25 “Qarabağ”ın azarkeşləri Matiçi qınayanlarla razı deyil 2-08-2020, 10:23 Yağış imkan vermədi... 2-08-2020, 10:20 “Kəpəz”in 17 yaşlı qapıçısı karyerasını bitirdi 2-08-2020, 10:17 “Gözümü yumdum, açdım ağzımı, ermənilərə döşədim” 31-07-2020, 12:29 Zaur Həşimov Rəşad Sadıqovun təyinatını gözləyirmiş 31-07-2020, 12:24 Ramil Şeydayev “Sabah”da qaldı 31-07-2020, 12:23 Hakimlərin toplanışı olacaqmı? 31-07-2020, 12:18 Yeni mövsüm üçün büdcəsi təsdiq olunmayan “Sumqayıt”... 31-07-2020, 12:16 “Neftçi”nin Türkiyəyə səfəri gözlənilir 31-07-2020, 12:14 Meza Kollinin “Keşlə”yə kömək edəcəyi inandırıcı görünmür 31-07-2020, 12:05 Əli Babayev İsrail çempionu olub 31-07-2020, 12:01 Şəhriyar Raufu yığmanın ən dəyərli oyunçusu sayır 31-07-2020, 11:55 Rauf Məmmədovun onlayn partiyalarının sayı milyona yaxınlaşır 31-07-2020, 11:36 “Sumqayıt”ın Azad dayısı dünyasını dəyişdi 31-07-2020, 11:35 Rafiq Mirzəyev Vaqif Cavadovun məktəbində işləyəcək 31-07-2020, 11:33 Sadıqov üçün serb müdafiəçi 31-07-2020, 11:31 Əvvəl start tarixi, sonra “transfer pəncərəsi”nin vaxtı müəyyənləşəcək 31-07-2020, 11:28 “Sumqayıt”ın bombardiri ilə maraqlanan yoxdu 31-07-2020, 11:24 31 iyul: Qəbələdə əzəli rəqiblərin dueli 31-07-2020, 11:22 “Neftçi” müqavilə yenilədi və azarkeşlərinə səsləndi 31-07-2020, 11:19 Yeni mövsüm avqustda başlayacaq: 14-ü, yoxsa 21-i? 31-07-2020, 11:17 Həm martda, həm də iyulda doğulan Əsgər... 29-07-2020, 22:06 Əsgər Abdullayev yubileyini Bakıda ailəsi ilə qeyd edib 29-07-2020, 22:04 “Keşlə” rəqibini “ASK Arena”da qəbul edə biləcək 29-07-2020, 22:03 AFFA-nın İşçi Qrupunda beş nəfər yer alıb 29-07-2020, 22:00 Əmrəliyə “Rapid”, “Levski” və “Ferentsvaroş”dan təkliflər olub 29-07-2020, 21:06 “Qəbələ” “Zirə” ilə qolsuz “sülh”ə razılaşdı 29-07-2020, 21:04 Əfran İsmayılov hələ də gözləyir 29-07-2020, 17:56 U-19-un üzvü 20 yaşında “xərçəng”dən dünyasını dəyişdi 29-07-2020, 17:54 Vidadi Rzayev futbolun durumundan yana-yana danışdı 28-07-2020, 15:07 “İdman TV”nin əməkdaşları evdə müalicə olunurlar 28-07-2020, 15:01 Mütəxəssislər “Hatayspor”un təklifini dəyərləndirdi 28-07-2020, 14:59 Vüqar Əsgərov “Dauqavpils”dən ayrıldı 28-07-2020, 14:56 Aftandil Hacıyev gələcəyə ümidlə baxır 28-07-2020, 14:52 “Ağsu Siti” divizionda oynamaq üçün Elxan Məmmədova müraciət edib 28-07-2020, 14:45 Şəhriyar “Zirə”ni Rəşad Sadıqova görə seçib 28-07-2020, 14:41 Meza Kolli iyulun sonunda gəlməlidi 28-07-2020, 13:59 Səhhəti Nazim Əliyevə məşqçi işləməyə imkan vermir 27-07-2020, 12:21 Essyen yenidən "Çelsi"də? - İDDİA 26-07-2020, 15:39 “Dedim, yox, iynə gücünə də olsa, meydana çıxacam” 26-07-2020, 15:37 Atanur Cəfərli Azərbaycan Azarkeşlər Birliyini yaratdı 26-07-2020, 15:35 Cavid Hüseynov “Qəbələ”yə döndü 26-07-2020, 14:34 “Öz səhvlərimizə görə Avroliqadan kənarda qaldıq” 26-07-2020, 14:30 “Qarabağ”ın potensial rəqibləri: 15-i bilinir, qaldı biri 26-07-2020, 14:27 “Keşlə” Bakıya qayıtdı… 26-07-2020, 14:24 “Səbail” Əmirquliyevi saxladı 26-07-2020, 14:18 AFFA yığmanın məşqçilərini Qəbələyə ezam etdi 26-07-2020, 14:16 “Neftçi TV” yeni layihələr təqdim edəcək 26-07-2020, 14:09 "Sumqayıt" “səpələnməmişlər” sırasında olacaq 26-07-2020, 13:59 “Bakı” Lənkərana bir avtobus mühafizəçi aparıb Bütün xəbərlər
Ən çox oxunanlar